Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2594/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı“ dəymiş ziyanla bağlı sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2705/2025 nömrəli, 6 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Əmlak Məsələləri Dövlət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09 aprel 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Şamaxı rayonu, Ərçiman kəndində yerləşən, 0,189967 ha torpaq sahəsi və həmin sahədə inşa edilmiş ümumi sahəsi 128,9 kv metr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
2. İddiaçı məxsus Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evi RAT********** nömrəli, BB 402351 seriyalı Daşınmaz əmlakın icbarı sığortası haqqında Şəhadətnaməyə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 150 manat azadolma məbləği 15000 manat olmaqla 15000 manat icbari sığorta ilə, FİP-2211861 nömrəli Əmlak sığortası haqqınd a Şəhadətnaməyə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək zəlzələ riski münasibətilə sığorta məbləğinin 2 faizi, digər hallarda 1 faizi azadolma məbləği olmaqla 45000 manat könüllü sığorta ilə Cavabdeh Sığorta Şirkəti tərəfində sığortalanmışdır. İddiaçı Şəhadətnamələrlə müəyyən edilmiş sığorta haqlarını vaxtında ödəmişdir
3. Sığorta müddətində baş vermiş təbii fəlakət (torpaq sürüşmə-çökmə prosesi) nəticəsində sığortalanmış əmlakın tam məhv olması ilə dəymiş 59400 manat zərərin ödənilməsi ilə bağlı İddiaçı Atəşgah” Sığorta Şirkəti ASC-yə müraciət etmiş, lakin həmin ziyan ona ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığortalanmı ş əmlaka dəymiş ziyanın əvəzi olaraq 59400 manat sığorta məbləği, 2000 manat əlavə xərc, 300 manat hüquqi xidmət haqqı və 275 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinin sığortalanması ilə bağlı cavabdeh tərəfindən dəyərləndirilmiş və 60000 manat məbləğ hissəsində sığortalanması cavabdeh Atəşgah Sığorta Şirkəti ilə aralarında razılaşdırılmışdır. Əmlakın həmin məbləğdə sığortalanması ilə bağlı cavabdeh ilə əmlakın könüllü və icbarı sığortalanması barədə iki müqavilə razılaşması olmuşdur. Müvafiq olaraq xx.xx.2022-ci il tarixdə bağlanmış Əmlak sığortalanması barədə müqavilə, xx.xx.2022-ci il tarixində isə Daşınmaz əmlakın icbari sığortalanması şəhadətnaməsi verilmişdir. Əmlakın sığortalanması şəhadətnaməsinə əsasən evin sığorta məbləği 45000 manat, Daşınmaz əmlakın icbarı sığortalanması şəhadətnaməsinə əsasən 15000 manat, cəmi 60000 manat müəyyən edilmiş və buna uyğun müəyyən edilmiş sığorta haqları vaxtında tərəfindən tam şəkildə ödənilmişdir. Sığorta müddətində baş vermiş təbii fəlakət (torpaq sürüşmə-çökmə prosesi) nəticəsində ev yararsız vəziyyətə düşmüşdür. Təbii fəlakətin nəticəsi yalnız evin yararsız vəziyyətə düşməsi deyil, torpaq sahəsinin sürüşməsi və çökməsidir. Evin yerləşdiyi ərazi və evin bərpası mümkünlüyünü tədqiq etmiş və bununla bağlı bir sıra rəylər mövcuddur. X8 Nazirliyi Tikintidə X5 Agentliyi Azkommunlayihə KLİ tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiqlənmiş Texniki rəyin nəti cəsinə əsasən: “Fərdi yaşayış evi texniki vəziyyəti qəzalıdır, istismara yol verilməzdir, binanın qəzalı vəziyyətə düşməsinə səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 arayışında göstərildiyi kimi sürüşmə-çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir”. Göründüyü kimi təbii fəlakətdən sonra yaranmış vəziyyətdə evin təmir edilməsi və ya yenidən bərpası yolverilməzdir. Çünki torpaq sürüşməsi nəticəsində evin yerləşdiyi ərazinin özü tikinti üçün qəzalı vəziyyətə düşmüşdür. Yaşayış evi daşınmaz əmlak olduğundan, başqa yerə daşınmasının da mümkün olmadığı bəllidir. Yəni sığortalanmış əmlak tam şəkildə məhv olmuş və buna səbəb torpaq sürüşməsi kimi təbii fəlakət olmuşdur. Əmlak sığortalanması şəhadətnaməsinin razılaşdırılmış şərtlərinə əsasən torpaq ş ürüşməsi sığorta risklərinə daxildir. Razılaşmaya görə belə hallarda şərtsiz azad olma sığorta məbləğinin 1 faiz, icbarı sığortada isə 150 manat həcmində müəyyən edilmişdir. Əmlak tam şəkildə məhv olunduğundan, sığorta məbləgindən 1 faiz, yəni 450 manat və 150 manat çıxmaqla yerdə qalan 59400 manat məbləğin ona ödənilməsini təmin etmək cavabdehin birbaşa öhdəliyidir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləğin yerinə, ona evin təmir edilməsi üçün məbləğ hesablanıb verilməsini təklif etmişdir. Bu isə məntiqə uyğun deyildir. Çünki evin yerləşdiyi ərazinin özü təhlükəlidir. Orada tikintinin aparılması və ya evin təmir edilməsi imkansız olduğu aşkar haldır. Bununla da cavabdeh dolayısı ilə öhdəliyini yerinə yetirməkdən yayınır. Ona görə də, qeyd olunan sığorta məbləği olaraq 59400 manat cavab dehdən tam şəkildə alınıb ona verilməlidir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iş materiallarına əsasən daşınmaz əmlakın icbari sığortası üzrə Şamaxı şəhəri, Ərçiman kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi RAT********** saylı sığorta şəhadətnaməsinə əsasən 11 mart 2022-ci il tarixdən 10 mart 2023-cü il tarixədək Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. İddiaçı sığorta şəhadətnaməsinin qüvvədən düşməsinə 1 aydan az müddət qalmış, 24 fevral 2023-cü il tarixdə sığortaçıya ərizə ilə müraciət edərək yaşayış evində yaranan çatlar nəticəsində yaşayış evinə zərər dəyməsi ilə bağlı məlumat vermiş və hadisənin səbəbi kimi sürüşmə-çökmə prosesini göstərilmişdir. Yaşayış evinə və onun yerləşdiyi əraziyə şirkətin nümayə ndələri tərəfindən baxış keçirilərkən tikilidə çatların olması, həmin çatların müxtəlif vaxtlarda, müxtəlif vasitələrlə qapadılması üçün suvaq işlərinin aparıldığı müəyyən edilmişdir. Bu isə hadisənin anidən və sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2022xx.xx.2024-cü il tarixlərində baş vermədiyini, davam edən, uzunmüddətli prosesin nəticəsi olmasını söyləməyə əsas verir. Tərəflərindən fərdi yaşayış sahəsinin yerləşdiyi ərazidə sürüşmə-çökmə prosesinin hansı vaxtdan başlaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 ünvanlanmış sorğuya cavab olaraq, verilən arayışda bildirilmişdir ki, “Şamaxı rayon, Ərçiman kəndi ərazisində yerləşən fərdi tikilinin olduğu ərazidə geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat vermək mümkün deyildir. 2014-cü il tarixdə tərtib edilmiş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonun Ərçiman kəndi daxil edilməmişdir”. Həmçinin arayışda qeyd edilmişdir ki, “ötən dövr ərzində fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır”. Beləliklə, yuxanda qeyd olunanlar onu deməyə əsas vermişdir ki, fərdi yaşayış evində yaranan çatlar sığorta müqaviləsi qüvvəyə minməmişdən əvvəl mövcud olmuş, fərdi tikili qəzalı vəziyyətdə olmuş və sığortalı tərəfindən sığorta müqaviləsi bağlanarkən sığorta olunacaq obyektin vəziyyəti barədə məlumatlar sığortaçıya bildirilməmişdir. İddia ərizəsində belə iddiaçı bu hadisənin nə vaxt baş verdiyini qeyd etməmiş, sadəcə “sığorta müddəti ərzində baş verən hadisə" kimi ifadə etmişdir. “İcbari sığortalar ha qqında” Qanunun sığortalının vəzifələrinin qeyd olunduğu maddənin 22.2.2-ci bəndində, “sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə məlumatları və müvafiq sənədləri sığortaçıya təqdim etmək” vəzifəsi göstərilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 13.1-ci maddəsinə görə, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən hadisələr və hallardır. Mülki Məcəllənin 922.3-cü maddəsinə görə, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Yuxarıda qeyd olunan maddənin tələbinə əsasən hadisənin sığorta hadisəsi hesab edilməsi üçün onun anidən baş verməsi, təsadüfilik əlamətlərinə malik olması vacibdir. Həmin ərazidə torpaq sürüşməsi illərlə davam etmiş, təsadüfi olmamış və anidən, yəni sığorta müqaviləsi qüvvədə olan zaman yaranmamışdır. Əlavə toplanmış materiallara əsasən əmlakın sığortalanması üçün sığorta şirkətinə müraciət İddiaçı həyat yoldaşı Vasif Müslümov tərəfindən edilmişdir. Qeydə alınmış telefon və “WhatsApp” danışıqlarına əsasən V.Müslümov əmlakın məhz sürüşmə-çökmə hallarından sığorta etdirilməsind ə maraqlı olmuş, məhz sürüşmə-çökmə halının baş verdiyi zaman təminatın və ödənişin verilməsi ilə maraqlanmışdır. Eyni zamanda o, əmlakda heç bir problem olmamasını dəfələrlə vurğulamaqla şirkətin işçisində əmlakın salamatlığı barədə təsəvvür yaratmışdır. Halbuki 03 iyun 2024-cü il tarixli müstəqil ekspert rəyində göstərilmişdir ki, “Şamaxı rayonu Ərçiman kəndi torpaq sürüşməsi (2014-cü ildə tərtib olunmuş ”Respublika ərazisində təhlükəli sürüşmə sahələri”) albomuna daxil edilməsə də, təbii (çökmə suxurlar və çay sahili) və texnogen amillərin təsirindən cüzi sürüşmə və çökmə mütəmadi olduğundan və hal hazırda da davam etdiyindən belə qənaətə gəlinmişdir ki, mövcud çatlar həmin dövr üçün ani halda yaranmamış və əmlak tikildiyi andan bu faktorların təsirinə məruz qalmışdır." Yuxarıda qeyd ed ilənlər barədə müstəqil ekspert əmlaka baxış keçirərkən V.Müslümova bunu bildirmişdir. O isə bu faktları inkar etməyərək “əmlaka baxış keçirib sonra sığortalayardılar”-deməklə kifayətlənmişdir. Əmlaka baxış keçirmək sığorta şirkətinin hüququdur və bu hüquqdan nə zaman istifadə edilməsini sığortaçı müəyyən edir. Baxılan halda iddiaçı qanunvericiliklə müəyyən edilmiş imperativ vəzifəsini icra etməmiş və əmlakda əvvəlcədən mövcud olan zədələr barədə məlumatı gizlətmiş, sığorta müqaviləsi bağlayarkən isə qəsdən yanlış məlumat vermişdir. İddia ərizəsinə əsasən iddiaçı ilə sığortaçı arasında könüllü əmlak sığortası müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilənin şərtləri, eləcə də müqavilənin ayrılmaz hissəsi olan “Əmlakın yanğından və digər risklərdən sığortası qaydaları” ilə tanış edilmişdi r. Adı çəkilən qaydaların 11.1.8.1 bəndinə görə “Torpaq sürüşməsi”- daş və ya torpaq yığıntısının ağırlığının təsiri altında torpağın meylli olduğu istiqamətdə üzüaşağı sürətlə yerdəyişməsidir. “Torpaq sürüşməsi”nə verilən anlayışdan aydın olur ki, bu hadisə “daş və ya torpaq yığıntısının ağırlığının təsiri altında torpağın meyilli olduğu istiqamətdə üzüaşağı sürətlə yerdəyişməsidir”. Məhkəmənin diqqətinə çatdırır ki, “torpaq sürüşməsi” anidən və torpağın sürətlə yerdəyişməsi nəticəsində baş verir və bır qayda olaraq əmlakın, yol infrastrukturunun tam məhv olması ilə nəticələnir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 xx.xx.2014-cü il tarixli arayışında göstərilmişdir ki, 2014-cü ildə tərtib olunmuş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonun Ərçiman kə ndi daxıl edilməmişdir. Deməli, iddiaçının qeyd etdiyi hadisə təbii fəlakət hesab edilən “torpaq sürüşməsi" riski ilə əhatə olunmur. Həm də qeyd edir ki, adı çəkilən qaydaların 11.8.2.2 bəndinin “b” və “c” yarımbəndlərinə əsasən tökmə süxurların çökməsi və ya yerdəyişməsi, sahilin və ya çay yatağının yuyulması nəticəsində yaranan zərərlərin əvəzi ödənilmir. Belə ki, iş materiallarına əsasən əmlak Pirsaat çayının sahilində yamacda yerləşmiş və mütəmadi olaraq çay yatağının yuyulması baş vermişdir, ərazi isə çökmə süxurlardan təşkil edilmişdir. Məhz qeyd edilən təbii proseslərin mütəmadi təsirləri əmlakda zərərin yaranmasında səbəb olmuşdur. Burada anidən baş vermiş “Torpaq sürüşməsi” olmamışdır. İddiaçı hadisə yerinə ezam olunmuş qəza komissarına verdiyi video müsahibədə hadisənin 2023-cü i lin fevralında baş verdiyini və nəticədə əmlakın divarlarında çatların əmələ gəldiyini qeyd etmişdir. Lakin Şamaxı rayonu Ərçiman kəndi ərazisində məhz 2023-cü ilin fevral ayında torpaq sürüşməsi olması sübut olunmur. Bundan əlavə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 təqdim etdiyi 15 mart 2024-cü il tarixli arayışında göstərilmişdir ki, 2014-cü ildə tərtib olunmuş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonunun Ərçiman kəndi daxil edilməmişdir. İddiaçı ərizəsində “Təbii fəlakət” baş verməsinə qeyd etsə də, həmin hadisə müvafiq dövlət qurumunda qeydə alınmamışdır. İddiaçının sübut kimi təqdim etdiyi “Azkommunlayihə” KLİ-nin texniki rəyində və Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 arayışında sadəcə olaraq sürüşmə-çökmə prosesinin baş verməsi nəticəsində əmlakda çatların əmələ gəldiyi qeyd edilmişdir. Lakin həmin çatların nə zaman və ya hansı zaman kəsiyində yaranması müəyyən edilməyib. Fərdi yaşayış evinin daxilində xx.xx.2023-cü İİ tarixində aparılmış foto və video çəkilişlərə baxdıqda evin daxili divarlarında nəmişlik nəticəsində boya qatının tökülməsi, evin müxtəlif hissələrin çatların yaranması, çiy kərpicdən düzəldilmiş arka hissəsinin qismən dağılması, bəzi hissələrdə isə suvaq işləri, arakəsmələrin betonla möhkəmləndirilməsi müşahidə edilmişdir. Lakin foto və video görüntülərdə olan zədələrin xarakterinə uyğun olaraq onların yeni (3-4) gün ərzində yaranan zərər olması müşahidə edilməmişdir. Belə ki, çat və dağılmalar olan hissələrin heç birində evdə müşahidə olunmuş zədələr nəticəsində yaranmış qırıntılara, dağılmış, tökülmüş kər pic, beton qırıntıları aparılması müşahidə edilməmişdir. Buradan belə məntiqi nəticə çıxmışdır ki, ya hadisədən sonra evdə təmizlik işi aparılıb, yaxud hadisə iddiaçının qeyd etdiyi tarixdə deyil, başqa tarixdə baş veribdir. Nəzərə alınsa ki, hadisənin baş verdiyi iddia olunan tarixdə iddiaçı həmin ünvanda yaşamamışdır, o zaman orada təmizlik işlərinin aparılması da istisna olunur. Bu isə zərərlərin başqa vaxtda və ya vaxtlarda tədricən baş verdiyi barədə müstəqil ekspertin nəticəsini təsdiq edir, iddiaçı isə həmin hadisələr barədə xəbərdar olsa da, sığortaçıya bununla bağlı məlumat verməmiş, zədələnmiş əmlakın olduğu vəziyyətdə saxlanması, zərərin qarşısının alınması ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməmişdir. İşə əlavə edilmiş müstəqil ekspert rəyinə əsasən əmlak da zərərin yaranması ilə bağlı təsirlər əmlak tikildiyi andan yaranmış, yaxud baş verməsi zəruri, labüd olmuşdur. Göründüyü kimi, sığorta artıq baş vermiş deyil, gələcəkdə baş verməsi yalnız ehtimal olunan, qabaqcadan proqnozlaşdırıla bilən (lakin dəqiq olmayan) hadisələrə görə sığorta risklərinə təminat verilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institunun mahiyyətinə və təyinatına uyğun deyildir. İddiaçı ərizəsində cavabdehdən 59400 manat sığorta məbləği, 2000 manat əlavə xərc, 300 manat hüquqi xidmət və 275 manat ödənilmiş rüsumu tələb edir. 2000 manat əlavə xərc, 300 manat hüquqi xidmət haqının ödənilməsi barədə sübut məhkəmə informasiya sistemində mövcud olmadığı üçün həmin xərclər sübut edilmir. 59400 manat sığorta məbləğinin tələb edilməsinin isə heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materiallarına əsasən Şamaxı şəhəri, Ərçiman kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi icbari və könüllü əmlak sığortası üzrə sığortalanmışdır. İcbari sığorta üzrə sığorta məbləği 15000 manat, könüllü əmlak sığortası müqaviləsində isə 45000 manat müəyyən edilmişdir. Əmlaka dəyən zərər bərpa dəyəri ilə müəyyən edilməlidir. İddiaçının ərizəsində göstərdiyi 59400 manat bərpa dəyəri ilə bağlı qanunvericiliyin və müqavilə şərtlərinin tələblərinə uyğun deyil və tələb olunan məbləğ heç bir hüquqi və faktiki əsasa söykənmir. Göstərilənləri nəzərə alaraq, iddianı n təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7. xx.xx.2023 tarixli saat 13:00-da olan baxış zamanı müəyyən edilmişdir ki, Şamaxı rayonu, Ərçiman kəndində torpaq sürüşməsi nəticəsində iki mərtəbəli ev zərər çəkmişdir, binada çatlar əmələ gəlmiş, hazırda əmlak yaşayış üçün təhlükəlidir, siğortalının icbari və könüllü siğortası vardır.
8. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Şamaxı rayonunun Ərçiman kənd ərazisinin mühəndisi-geoloji şəraiti haqqında 16 mart 2023-cü il tarixli arayışına görə vətəndaş X6 tərəfindən daxil olmuş 28 fevral 2023-cü il və 01 mart 2023-cü il tarixli müraciətlərə əsasən X1 mütəxəssisi Elxan Eminov 16 mart 2023-cü il tarixində Şamaxı rayonu, Ərçiman kəndi ərazisinə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Şamaxı-Qobustan si nklinoriumunun hüdudlarında yerləşən kənd ərazisinin geoloji quruluşunda Paleogen yaşlı Maykop lay dəstəsinin süxur kompleksi iştirak edir. Bu süxurlar baxış keçirilən ərazidə Holosen yaşlı elüvial-delüvial və kollüvial mənşəli çöküntülərlə örtülmüşdür. Maykop lay dəstəsinin (P3+N11 ) süxurları tədqiqat ərazisində litoloji cəhətcə içərisində gips qırıntıları saxlayan gilli şistlər, qumdaşı, əhəngdaşı, mergel laycıqları olan gillərdən ibarətdirlər. Kəsilişdə gillər üstünlük təşkil edir və ümumi qalınlığı 500 metrdən çoxdur. Holosen yaşlı elüvial-delüvial mənşəli çöküntülərin (edQ4Yhz) tərkibi az miqdarda (10-15%-ə qədər) çaqıl-çınqıl qarışığı olan sarımtıl-boz rəngli yarımbərk konsistensiyalı ağır gilcələrdən və gillərdən ibarətdir. Ərçiman kəndi rayon mərkəzindən 30-32 km şərqdə, Pirsaat ç ayın sahilində, mailliyi 12-15° olan ərazidə (40°47'4", 49°37'0l" koordinatlarında) yerləşir. Baxış zamanı müəyyən olunmuşdur ki, X3 məxsus fərdi tikilinin yerləşdiyi sahədə təbii və texnogen amillərin kompleks təsirindən (əsasən atmosfer çöküntüləri) mürəkkəb geoloji, mühəndisi-geoloji şəraitlə səciyyələnən kənd ərazisində mailli yamacda ilişmə qüvvəsi zəif və yüksək sukeçiriciliyə malik olan elüvial-delüvial mənşəli çöküntülərin su ilə tam doyması nəticəsində sürüşmə-çökmə prosesinin baş verməsi müşahidə edilmişdir. Proses nəticəsində tikilinin arxa və ön istinad divarlarında müxtəlif ölçülü çatlar və künc hissələrində aralanmalar qeydə alınmışdır. Bundan əlavə həyətyanı sahədə torpaq qatında tikilinin yan divarına paralel istiqamətdə müxtəlif ölçülü çatlar və pilləli formada oturmalar (4,4-11,5 sm) müşahidə edilmişdir.
9. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, Q-AP-2023-0518 nömrəli məktubuna görə sığortalıya məxsus olan əmlaka dəymiş zərər şirkətin mütəxəssisləri tərəfindən araşdırılmış və zərər məbləği 3000 manat müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə e dilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 23.1.4-cü maddəsinə əsasən sığortaçının sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən etmək, bu məqsədlə ekspertlər dəvət etmək, bunun üçün sığortalıdan və (və ya) sığorta olunandan lazımi məlumatlar almaq hüququ vardır. Şirkət tərəfindən müəyyən edilən qiymətlə razı olmadığından, ona təklif edilən müstəqil ekspertlərin siyahısına əlavələr edilərək onlar tərəfindən əmlakına dəymiş zərərin q iymətləndirilməsi təklif edilir. Sığortalıya təklif edilmişdir ki, o, təklif edilən müstəqil ekspertlərin siyahısından seçim edərək əmlakına dəymiş zərər qiymətləndirildikdən sonra ona sığorta ödənişi həyata keçiriləcəkdir.
10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Ağentliyi “Azkommunlayihə” KLİ-nin xx.xx.2023-cü il tarixli Texniki rəyinə əsasən fərdi yaşayış evin texniki vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 arayışında göstərildiyi kimi sürüşmə-çökmə prosesinin baş verməsi nəticəsində yaranmışdır. Ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir.
11. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023 -cü il tarixli, Q-A-2023-0731 nömrəli məktubuna əsasən sığortalının xx.xx.2023-cü il tarixli müraciəti ilə bağlı sığorta şirkəti tərəfindən araşdırma aparılmış və onun əmlakına dəymiş zərər 3000 manat qiymətləndirilmişdir. Lakin o, sığorta şirkətinin müəyyən etdiyi zərər məbləği ilə razılaşmamışdır. Mülki Məcəllənin 925.3-cü və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qanunv ericiliyin tələbləri nəzərə alınaraq, onun 10 may 2023-cü il tarixli razılıq ərizəsinə əsasən Şamaxı şəhəri, Ərçiman kəndində yerləşən daşınmaz əmlaka dəymiş zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təşkil edilmiş və zərər məbləği 5019 manat qiymətləndirilmişdir. Lakin onun xx.xx.2023-cü il tarixli müraciətindən məlum olur ki, o, müstəqil ekspert tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etmir. Mülki Məcəllənin 925-1.4-cü maddəsinə görə, müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə, həmin Məcəllənin 925-1.2-ci maddəsinin tələblərinə uyğun olaraq zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Mülki Məcəllənin 925-1.2-ci maddəsinə əsasən müstəqil e kspert üç ekspertin sırasından seçilərək sığortaçı tərəfindən təyin edilir. Həmin Məcəlləninn 925-1.6.2 maddəsinə görə müstəqil ekspert bu Məcəllənin 925-1.4-cü maddəsinə uyğun olaraq təyin edildikdə zərərin qiymətləndirilməsinə çəkilən xərc qiymətləndirməni tələb edən şəxs tərəfindən ödənilir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirmişdir ki, sığortalının tələbi ilə təkrar qiymətləndirmə aparıldığı halda müstəqil ekspert üç ekspertin sırasından seçilərək sığortaçı tərəfindən təyin ediləcək və bu zaman zərərin qiymətləndirilməsi ilə bağlı xərclər onun tərəfdən ödəniləcəkdir.
12. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 xx.xx.2024-cü il tarixli, 3-14-18/2040/2024 saylı arayışına əsasən X4 Cavabdeh Sığorta Şirkəti tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 0197 nömrəli məktuba əs asən X1 mütəxəssisi X12 rayonu, Ərçiman kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi sahədə təbii və texnogen amillərin kompleks təsirindən (əsasən atmosfer çöküntüləri) mürəkkəb geoloji, mühəndis-geoloji şəraitlə səciyyələnən kənd ərazisində maili yamacda ilişmə qüvvəsi zəif və yüksək sukeçiriciliyə malik olan elüvial-delüvial mənşəli çöküntülərin su ilə tam doyması nəticəsində sürüşməçökmə prosesi baş vermişdir. Proses nəticəsində tikilinin arxa və ön istinad divarlarında müxtəlif ölçülü çatlar və künc hissələrində aralanmalar qeydə alınmışdır. Bundan əlavə həyətyanı sahədə torpaq qatında tikilinin yan divarına paralel istiqamətdə müxtəlif ölçülü çatlar və pilləli formada oturmalar (4.4-11,5 sm) müşahidə edilmişdir. Fərdi tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji proseslərin hansı vaxtdan baş verməsi ilə əlaqədar sorğuya cavab olaraq bildirilmişdir ki, X4 vətəndaşlar tərəfindən ekzogen geoloji proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olduqdan sonra mütəxəssislər tərəfindən həmin əraziyə mühəndis-geoloji baxış keçirilir. Bildirmək istəyirdi ki, X4 Şamaxı rayonu, Ərçiman kənd sakini İddiaçı tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müraciətlərə əsasən əraziyə vizual baxış keçirilmişdir. Ötən dövr ərzində sözügedən fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ş amaxı rayonu, Ərçiman kənd sakini İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat vermək mümkün deyil. Qeyd etmək lazımdır ki, atmosfer çöküntülərinin təsirindən tikililərin yerləşdiyi sahədə sürüşmə-çökmə hadisəsinin baş verməsi bir çox amillərdən asılıdır. Burada çoxillik atmosfer çöküntülərinin intensivliyi, ərazinin relyefi, geoloji quruluşu və texnogen amilləri göstərmək olar. Tikilinin texniki vəziyyəti (köhnəlmə), standartlara uyğun tikilməsi, digər amillərlə birgə təsirinin qarşılıqlı əlaqəsi və tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji proseslərin dərəcəsi qeyd olunan proseslərin inkişafına təsir edən amillərdəndir. Bu prosesləri yaradan amillərdən asılı olaraq hadisələr qısa və uzun müddətli zaman kəsi yində baş verə bilər. Sözügedən ünvanda təbii və texnogen amillərin təsirindən qeyd olunan proseslərin dinamikasında aktivliyin yüksəlməsi ehtimal olunur. Bundan əlavə, 2014-cü ildə tərtib olunmuş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonu, Ərçiman kəndi daxil edilməmişdir.
13. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, Q-AP-2024-0211 nömrəli məktuba əsasən Cavabdeh Sığorta Şirkəti ASC-də “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAT********** sığorta şəhadətnaməsi əsasında sığortalanmış Şamaxı rayonu, Ərçiman kəndində yerləşən əmlakına dəymiş zərər ilə bağlı müraciətdən məlum olmuşdur ki, sürüşmə nəticəsində əmlakda müxtəlif zədələr əmələ gəlmişdir. Şirkət tərəfindən aparılan araşdırma zamanı əmlaka zərər vurulm ası faktı aşkar edilməmişdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 tərəfindən xx.xx.2024-cü il tarixli, 3-14-18/2- 046/2024 saylı arayışa əsasən Şamaxı rayonu, Ərçiman kənd ərazisində ekzogen geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişindən imtina əsası kimi çıxış edir. Beləliklə, sığortalı əmlaka zərər vurulması faktı müəyyən edilmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmir və Cavabdeh Sığorta Şirkəti ASC-nin sığorta ödənişi etmək öhdəl iyi yaranmadığından sığorta ödənişinin ödənilməsindən imtina edir.
14. Müstəqil ekspert Əhməd Talıblının xx.xx.2024-cü il tarixli, FŞ 0306 nömrəli rəyinə əsasən Şamaxı rayonu, Ərçiman kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinə baxış zamanı məlum oldu ki, tədqiq olunan əmlak iki mərtəbədən ibarət, mişar daşı ilə tikilmiş fərdi yaşayış sahəsidir. Əmlak Pirsaat çayının sahilində maili yamacda yerləşir. Müşahidə zamanı divarlarda çatlar və aralanmaların olduğunu müəyyən etdi. Hidroloji və mühəndisgeoloji araşdırmalarına istinadən aralanmaların, çatların artma və böyümə dinamikası atmosfer çöküntülərinin intensivliyindən, ərazinin relyefindən, geoloji quruluşundan və texnogen amillərdən əmələ gəlməsi mümkündür. Ərazi yaşlı elüvial-delüvial və kollüvial mənşəli çöküntülərlə örtülmüşdür. Şama xı rayonu Ərçiman kəndi torpaq sürüşməsi (2014cü ildə tərtib olunmuş ”Respublika ərazisində təhlükəli sürüşmə sahələri”) albomuna daxil edilməsə də, təbii (çökmə suxurlar və çay sahili) və texnogen amillərin təsirindən cüzi sürüşmə və çökmə mütəmadi olduğundan və hal-hazırda da davam etdiyindən belə qənaətə gəlinmişdir ki,, mövcud çatlar həmin dövr üçün ani halda yaranmamış və əmlak tikildiyi andan bu faktorların təsirinə məruz qalmışdır. Fərdi yaşayış evi inşaat tikinti normativlərinə əsasən tikilməmişdir, bəzi divarlarda bağlantılar aşkarlanmadı.
15. Məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 10/4961, 9/5152 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə görə baxış zamanı əldə olunmuş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Age ntliyi “Azkommunlayihə” KLl-nin xx.xx.2023-cü il tarixli Texniki rəyinin məlumatlarına əsasən İddiaçı məxsus Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb sürüşmə-çökmə prosesi baş verməsi nəticəsində yaranmışdır. Ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir. Odur ki, Şamaxı rayonu, Ərçiman kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yenidən inşası zamanı görülməli olan işlərin dəyərin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 52987 manat məbləğində olduğu müəyyən olundu. Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətlə olduğunu, istismarının mümkün olmadığını nəzərə alaraq, həmin fərdi yaşayış evinin bazar dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı.
16. Səbail Rayon Məhkəməsinin 2(009)-54/2025 nömrəli iş üzrə 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin edilməsi, Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə 52987 (əlli iki min doqquz yüz səksən yeddi) manat sığorta ödənişi, əlavə xərcə görə 2000 (iki min) manat, hüquqi xidmət haqqı 300 (üç yüz) manat və ödənilmiş 275 (iki yüz yetmiş beş) manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə sığorta obyekti fiziki şəxsin ziyan dəymiş fərdi yaşayış evidir. Yuxarıda göstərildiyi kimi, tərəflər arasında icbari sığorta və ə mlak sığortası müqavilələri bağlanmışdır. Müvafiq olaraq, qanunun yuxarıda göstərilən tələblərinə əsasən ziyanın yaranma səbəbinin sığorta hadisəsi kimi tanınması üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun rəhbər tutulması zəruridir.
18. Məhkəmə, bu məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertizanın rəyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçıya məxsus yaşayış evinə sürüşmə-çökmə nəticəsində ziyan dəymişdir. Belə olduğu təqdirdə, cavabdehin evə dəymiş zərərin sığorta müqaviləsində təminat verilən sığorta risklərindən hər hansının baş verməsi nəticəsində yaranmasının müəyyən edilməməsi əsası ilə sığorta ödənişinin verilməsindən imtinası əsassızdır. Beləliklə, həmin mübahisənin yaranma halları öz təsdiqini təqdim olunmuş sübutlarda tapmışdır. Cavabdeh sığorta müqaviləsi üzrə iddiaçıya dəyən ziyanı ödəməlidir, məhkəmə cavabdehin öz öhdəliklərini icra etməkdən yayınmasını, ziyanın ödənilməsinə dair sığorta hüquqlarının pozulması kimi qiymətləndirir, ona görə də, həmin hüquqlar məhkəmə qaydasında müdafiə olunmalıdır.
19. Məhkəmə sığorta ödənişinin məbləği ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə iddiaçıya məxsus fərdi yaşayış evi 15000 manat məbləğində və əmlak sığortası şəhadətnaməsi ilə 45000 manat məbləğində sığortalanmışdır. Keçirilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən İddiaçı məxsus Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istis marı yolverilməzdir və bərpası mümkün deyildir, ona görə də fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir. Odur ki, Şamaxı rayonu, Ərçiman kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yenidən inşası zamanı görülməli olan işlərin dəyərin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 52987 manat məbləğində olduğu müəyyən olunmuşdur.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin texniki müayinə olunması üçün iddiaçı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Ağentliyi “Azkommunlayihə” KLİ arasında xx.xx.2023-cü il tarixli 5795 saylı müqavilə bağlanmış və texniki müayinə işlərinin dəyəri olan 2000 manat iddiaçı tərəfindən “Azkommunlayihə” KLİyə ödənilmişdir (xx.xx.2023-cü il tari xli mədaxil qəbzi). Məhkəmə hesab etmişdir ki, həmin xərc məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 883.1, 897.3, 900.1.9, 922.1 və 922.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)-54/2025 saylı, 12 fevral 2025-ci il tarixli qətnaməsinin qismən iddianın 6413 manat hissəsində təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia tələ binin təmin edilməyən hissəsindən narazıdır. Belə ki, rayon məhkəməsi iddia tələbini 59400 manat deyil, qismən 52987 manat hissəsində təmin edilməsini məhz, ekspert rəyində belə bir evin tikintisinin təqribən 52987 manata başa gələcəyinin göstərməsi ilə əsaslandırmışdır. Qeyd edilməlidir ki, bu kimi yanaşma yanlış və müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi baxımından hüquqa ziddir. Belə ki, birincisi sığortanın predmeti vahid əmlakdır. Ekspert isə rəyində belə bir evin tikintisinin başa gələcəyi təqribi xərclər hesablanmışdır. Ev havada tikilməyəcək ki, axı bunun üçün torpaq sahəsi də lazımdır. Digər tərəfdən ekspert xərcləri sığorta məbləğindən artıq, 80000 manat müəyyən etsəydi, məhkəmə sığorta məbləğini 59400 deyil, 79400 manat müəyyən edib, təmin edəcəkdi? Sığorta haqqı və sığorta məbləği məhkəmə və ya ekspert tərəfindən deyil, sığortaçı ilə sığorta edən arasında müqavilə ilə tənzimlənir və müqavilədə razılaşdırılmış şərtlər əsasında müəyyən edilir. Məhkəmə də mübahisəni həll edərkən, ilk növbədə tərəflər arasında mövcud sığorta müqaviləsinə önəm verməli və iddia tələbini də müqavilə şərtlərinə uyğun həll etməli idi. Odur ki, qətnamənin qismən, iddianın 6413 manat hissəsində təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə də tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
24. Cavabdeh apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(009)-54/2025 saylı qətnaməsini ləğv edilməsi, işi hərtərəfli və tam araşdıraraq yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, onun tərəfindən yaşayış sahəsinin yerləşdiyi ərazidə sürüşmə-çökmə prosesinin hansı vaxtdan başlaması ilə bağlı X4 ünvanlanmış sorğuya cavab olaraq, həmin orqan tərəfindən verilən arayışda bildirilmişdir ki: “Şamaxı rayon, Ərçiman kəndi ərazisində yerləşən fərdi tikilinin olduğu ərazidə geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat vermək mümkün deyil. 2014-cü il tarixində tərtib edilmiş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonunun Ərçiman kəndi daxil edilməmişdir”. Həmçinin arayışda qeyd olunmuşdur ki, “ötən dövr ərzində fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır”. Beləliklə, yuxarıda qeyd olunanlar onu deməyə əsas vermişdir ki, fərdi yaşayış e vində yaranan çatlar sığorta müqaviləsi qüvvəyə minməmişdən əvvəl mövcud olmuş, fərdi tikili qəzalı vəziyyətdə olmuş və sığortalı tərəfindən sığorta müqaviləsi bağlanarkən sığorta olunacaq obyektin vəziyyəti barədə məlumatlar sığortaçıya bildirilməmişdir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası müqaviləsində və “İcbari sığortalar haqqında” Qanunda təbii fəlakət riskinə təminat verilmişdir. Təbii fəlakət sayılan hallar isə sadalanmışdır (o cümlədən torpaq sürüşməsi). Təbii fəlakət - böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Həmçinin təbii fəlakət baş verdiyi halda müvafiq orqanlar tərəfindən qeydiyyata alınan və araşdırılan təbiət hadisəsidir.
26. Beləl iklə, bu da onu deməyə əsas vermişdir ki, iddiaçının qeyd etdiyi hadisə təbii fəlakət hesab edilən torpaq sürüşməsi riski ilə əhatə olunmur, iddiaçı ərizəsində təbii fəlakət baş verməsini qeyd etsə də müqavilə müddəti ərzində həmin ərazidə təbii fəlakət baş verməsi işdə olan sənədlər əsasında sübut olunmur. İddiaçıya məxsus əmlakda sürüşmə və çökmə mütəmadi olduğundan və hal hazırda da davam etdiyindən, mövcud çatlar həmin dövr üçün ani halda yaranmamış və əmlak tikildiyi andan bu faktorların təsirinə məruz qalmışdır.
27. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspert qərardadda qoyulmuş suallara natamam cavab vermiş, qərardadın 2-ci sualı əmlakın hazırkı vəziyyətdə bazar dəyəri və qalıq dəyərinin müəyyən olunması idi ki, bu sualı n cavablandırılması sığorta ödənişinin hesablanması üçün zəruri hesab edilirdi. Məhkəmə iclasında əmlakın qalıq dəyərinin müəyyən olunmasının zəruriliyi vurğulanaraq şifahi vəsatət verilməsinə baxmayaraq vəsatət təmin edilməmişdir. Belə ki, tərəflər arasında bağlanan daşınmaz əmlakın könüllü sığortası qaydalarının 33.1.1-ci maddəsinə əsasən bina (tikili) məhv olduqda (tam dağıntı) - onun bərpa qiyməti sığorta ödənişi hesab olunur. Həmin qaydanın 33.10-cu maddəsinə əsasən, zədələnmiş olsa belə, sığorta hadisəsindən sonra qalan əmlakdan sığortalı imtina edə bilməz. Belə əmlakın qalıq dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Göründüyü kimi, əmlak tam məhv olmuş sayıldığı üçün sığorta ödənişindən yəni 52987 manatdan yerdə qalan qalıq dəyəri çıxılmalı və həmin məbləğ təmin edilməli olduğu ha lda ekspert əmlakın qalıq dəyərini müəyyən etmədiyinə görə məhkəmə əmlakın tam bərpa qiymətini cavabdehdən tutmuşdur ki, bu, qanunvericiliyə və müqavilə şərtlərinin tələblərinə uyğun deyil. Həmin məbləğin təmin olunması heç bir hüquqi və faktiki əsasa söykənmir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli olan bu hal araşdırılmamış, natamam və qeyri-dəqiq ekspert rəyi mötəbər sübut kimi götürülərək həmin məbləği təmin etmişdir.
28. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verib təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və qeyd etdi ki, cavabdeh əvvəlcə sığorta hadisəsi olmasını qəbul etmiş, akt tərtib etmiş, lakin tam məhv olan əmlak üçün çox cüzi, 3000-5000 manat sığorta ödənişi təklif etmişdir. Həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirdi ki, cavabdeh tərəf həm hadisənin sığorta hadisəsi olmadığını qeyd edir, bununla yanaşı əmlakın qalıq dəyərinin müəyyən edilməsini də xahiş edir. Göründüyü kimi cavabdehin mövqeyi ziddiyyətlidir. Həmçinin əmlakın qalıq dəyəri ilə bağlı bildirdi ki, əmlak tam məhv olmuş, istismarı yolverilməzdir, həmin qalıq tikilinin ordan sökülərək götürülməsinin özü qalıq dəyərdən daha çox xərc tələb edir, onlar rayon məhkəməsində də təklif ediblər ki, orda qalan tikinti hissələrini də cavabdeh tərəf hər hansı maraqları varsa götürə bilər, hazırda da o mövqedədirlər.
29. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Hadisənin sığorta hadisəsi olduğunu qəbul etmədiklərini, bununla bağlı sorğu verilməsini xahiş etdi, həmçinin hadisənin məhkəmə tərəfindən sığorta hadisəsi kimi qəbul edilməsi halında əmlakın qalıq dəyərinin müəyyən edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, onlarda şübhə var ki, həmin əmlakda sığorta hadisəsindən qabaq da müəyyən zədələr olmuşdur.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2705/2025 nömrəli mülki iş üzrə 06 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instan siya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə də təmin olunması, Cavabdeh Sığorta Şirkəti ASCdən 6413 (altı min dörd yüz on üç) manat (cəmi, (59400 manat + əlavə xərcə görə 2000 (iki min) manat, hüquqi xidmət haqqı 300 (üç yüz) manat və ödənilmiş 275 (iki yüz yetmiş beş) manat dövlət rüsumu) 61975 (altmış bir min doqquz yüz yetmiş beş) manat) və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
31. Apellyasiya məhkəməsinin mövqeyi ondan ib arət olmuşdur ki, məhkəmə-tikintitexniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 10/4961, 9/5152 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən baxış zamanı əldə olunmuş və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi “Azkommunlayihə” KLl-nin xx.xx.2023-cü il tarixli Texniki rəyinin məlumatlarına əsasən qeyd olunmuşdur ki, fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb sürüşmə-çökmə prosesi baş verməsi nəticəsində yaranmışdır. Ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir. Göründüyü kimi, əmlakın qəzalı və istismara yolverilməz vəziyyətə düşməsinin məhz sürüşmə nəticəsində baş verməsi ekspert rəyi ilə müəyyən edilmişdir, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, X4 ünvanlanmış sorğuya cavab olaraq arayışda bildirilmişdir ki, “ötən dövr ərzində fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır”. Beləliklə, yuxarıda qeyd olunanlar onu deməyə əsas vermişdir ki, fərdi yaşayış evində yaranan çatlar sığorta müqaviləsi qüvvəyə minməmişdən əvvəl mövcud olmuş, fərdi tikili qəzalı vəziyyətdə olmuş və sığortalı tərəfindən sığorta müqaviləsi bağlanarkən sığorta olunacaq obyektin vəziyyəti barədə məlumatlar sığortaçıya bildirilməmişdir. İlk növbədə qeyd edilmişdir ki, yuxarıda adıçəkilən ekspert rəyi ilə hadisənin icbari və könüllü sığorta müqaviləsində qeyd edilən sığorta riski-yəni sürüşmə olması, ona görə də sığorta hadisəsi olması müəyyən edilir. Məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Bu baxımdan, məhkəmə qeyd etmişdir ki, hətta hadisənin sığorta hadisəsi sayılmaması halında belə, sığortalının yanlış məlumatların verilməsində təqsiri olmadıqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Hazırkı halda isə hadisənin sığorta hadisəsi olması əsas lı qaydada müəyyən edilmişdir. Həmçinin iddiaçının yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsində təqsiri barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut verilməmişdir.
32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda iddiaçı ilə iki fərqli-icbari və könüllü sığorta müqaviləsi, eyni zamanda hər iki sığorta müqaviləsi eyni sığorta şirkəti ilə bağlanmışdır. Həmçinin o da müəyyən olunmuşdur ki, hər iki sığorta müqaviləsinə görə iddiaçı tərəfindən sığorta haqqı tam olaraq ödənilmişdir. Hazırkı halda hüququndan (imkanlarından) istifadə etmədən, iddiaçı ilə iki ayrı sığorta müqaviləsi bağlayan və həmin müqavilələrə əsasən iddiaçıdan sığorta haqlarını qəbul edən cavabdeh sığorta hadisəsi baş verdikdən sonra, həmin hala, yəni sığorta olunan əmlakın sığorta h adisəsindən qabaq qəzalı vəziyyətdə olmasına istinad edə bilməz, istinad etməsi halında isə bu, aşkar hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir. Cavabdehin apellyasiya şikayətinin digər dəlilində qeyd edilmişdir ki, tərəflər arasında bağlanan daşınmaz əmlakın könüllü sığortası qaydalarının 33.1.1-ci maddəsinə əsasən bina (tikili) məhv olduqda (tam dağıntı) - onun bərpa qiyməti sığorta ödənişi hesab olunur. Həmin qaydanın 33.10-cu maddəsinə əsasən, zədələnmiş olsa belə, sığorta hadisəsindən sonra qalan əmlakdan Sığortalı imtina edə bilməz. Belə əmlakın qalıq dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Göründüyü kimi, əmlak tam məhv olmuş sayıldığı üçün sığorta ödənişindən, yəni 52987 manatdan yerdə qalan qalıq dəyəri çıxılmalı və həmin məbləğ təmin edilməli olduğu halda ekspert əmlakı n qalıq dəyərini müəyyən etmədiyinə görə məhkəmə əmlakın tam bərpa qiymətini cavabdehdən tutmuşdur ki, bu, qanunvericiliyə və müqavilə şərtlərinin tələblərinə uyğun deyildir. Məhkəmə cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab etmişdir. Belə ki, cavabdehin istinad etdiyi həmin qaydaların 33.1.5-ci maddəsinə görə, əgər bərpa xərcləri qalıq dəyəri ilə birlikdə köhnəlmə nəzərə alınmaqla sığortalanmış əmlakın həqiqi dəyərini aşırsa, bu, əmlakın tam məhv olması kimi qiymətləndirilir. Qaydaların 33.1.6-cı maddəsinə görə, əgər sığortalanmış əmlakın bərpa xərcləri qalıq dəyəri ilə birlikdə onun zədələnməmiş həqiqi dəyərini aşmırsa, bu, həmin əmlakın zədələnməsi və ya qismən məhv olması kimi qiymətləndirilir. Hazırkı halda, Məhkəmə Ekspertizası Mərkəzinin 10/4961, 9/5152 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən baxış zamanı əldə olunmuş və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi “Azkommunlayihə” KLl-nin xx.xx.2023-cü il tarixli Texniki rəyinin məlumatlarına əsasən qeyd olunmuşdur ki, fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir. Göründüyü kimi, hazırkı əmlakın baş vermiş sığorta hadisəsi nəticəsində tam qəzalı və istifadəyə yararsız olması müəyyən edildiyindən, Qaydaların 33.10-cu bəndi isə zədələnmiş əmlakı nəzərdə tutduğundan cavabdehin həmin bəndə istinad etməsi əsassızdır.
33. Məhkəmə cavabdeh tərəfin hadisənin sığorta hadisəsi olub-olmaması barədə məhkəmə tərəfindən sorğu verilməsi barədə vəsatəti ilə bağlı qeyd etmişdir ki, MM-in 924.2-ci maddəsinə görə, sığorta hadisəsi hesab edilə b ilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. Eyni zamanda, MPM-in 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilmişdir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı halda cavabdeh həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır, odur ki, onun vəsa təti təmin edilə bilməz. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.
34. İddiaçı tərəfin apellyasiya şikayətinin dəlili sığorta hadisəsi nəticəsində cavabdehdən tutulmalı məbləğin tərəflərin icbari və könüllü sığorta müqaviləsində razılaşdırdıqları sığorta ödənişi əvəzinə, ekspert rəyi ilə Şamaxı rayonu, Ərçiman kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yenidən inşası zamanı görülməli olan işlərin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 52987 manat məbləğinə əsasən müəyyən edilməsi ilə bağlıdır. Hazırkı halda iddiaçı iddia tələbinin əsası kimi məhz icbari və könüllü sığorta müqavilələrinə istinad etmiş, məhz həmin müqavilələrdə müəyyən edilmiş sığorta hadisəsi baş versə də, cavabdeh tərəfindən müqavilə üzrə ödəməyi öhdəsinə götürdüyü, lakin ödəmədiyi sığorta ödənişinin cavabdehdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi, mübahisə müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranmışdır. Belə olan halda, baş vermiş hadisənin məhz müqavilələrdə müəyyən edilən sığorta hadisəsi olmasını müəyyən etmiş rayon məhkəməsinin, tərəflərin həmin müqavilələrdə müəyyənləşdirdiyi sığorta ödənişi yerinə, ekspert rəyində fərdi yaşayış evinin tikintisi üçün müəyyən edilmiş məbləğ həddində iddia tələbini təmin etməsi düzgün olmamışdır. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyi üçün məhkəməyə müraciət etmişdir, müqavilə öhdəliyinin pozulduğunu müəyyən edən məhkəmə isə iddia tələbini əsaslı hesab edirsə, həmin öhdəliyin yerinə yetirilməsini təmin etməlidir. Rayon məhkəməsini n ekspert rəyinə əsasən sığorta ödənişini müəyyən etməsi həm də ona görə əsaslı deyildir ki, əmlak bazarında tikililərin və tikiliyə sərf olunan tikinti materiallarının qiyməti mütəmadi olaraq dəyişir. Demək ki, hazırkı halda sığorta ödənişinin həcminin istinad olunan ekspert rəyinə əsasən müəyyən edilməsi aşkar əsassız olmuşdur.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 885.1, 888.1, 888.2, 897.1, 898.1, 898.2, 904.2, 906.1, 911.1, 911.2, 911.3, 914.1, 914.2, 914.4, 922.1, 922.2, 922.3, 923.1, 923.2, 923.3, 923.4, 924.1, 924.2, 924.3, 925.1, 925.6, 926.1, 926.2, 926.3, 933.1, 933.1.1, 933.1.2, 933.1.3, 933.2, 933.3, 935.1, 935.1.1, 935.1.2, 935.1.3, 935.1.4, 935.1.5, 935.1.6, 935.1.7, 935.1.8, 935.1.9, 935.1.10, 935.2 və 935.3-cü, “İcbari sığortalar haqqın da” Qanunun 36.1 və 36.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta hadisəsi baş vermə ehtimalına görə təsadüfi olmalıdır. Məsələn, yanğın, daşqın, leysan və sair bu kimi təbii fəlakətlər baş vermə ehtimalına görə təsadüfiliyə malikdir və tezliyi az olsa da, yəni gec baş versə də ciddiliyi daha çoxdur. Yəni bu hadisələrin baş verməsi nəticəsində yaranan itki daha çox, diametri geniş v ə daha ciddi olur. Hazırki hadisədə isə kənd ərazisində yalnız iddiaçıya məxsus tikilidə çatlar əmələ gəldiyini qeyd edir. Bildirilir ki, əgər təbii fəlakət-torpaq sürüşməsi baş vermiş olsaydı hadisə nəticəsində zərər daha geniş ərazini əhatə edər və birdən çox tikiliyə zərər vurmuş olardı. Hadisənin sığorta hadisəsi hesab edilməsi üçün onun anidən baş verməsi, təsadüfilik əlamətlərinə malik olması vacibdir. Bu baxımdan, müqavilə müddəti ərzində, yəni xx.xx.2022-xx.xx.2023-ci il tarixləri aralığında Şamaxı rayonu, Ərçiman kəndi ərazisində təbii fəlakət(torpaq sürüşməsi) hadisəsinin baş verməsi təsdiq edilmir, çünki, hadisə səlahiyyətli dövlət orqanı tərəfindən təbii fəlakət kimi tanınmamış və qeydə alınmamışdır. Maddənin məzmunundan aydın olur ki, yalnız təbii fəlakət riskinin başverməsi s əbəbindən yaranan hal (torpaq sürüşməsi) sığorta hadisəsi hesab edilir. Kassasiya şikayəti daha sonra qeyd edilmişdir ki, əmlak tam məhv olmuş sayıldığı üçün sığorta ödənişindən yəni 52987 manatdan yerdə qalan qalıq dəyəri çıxılmalı və həmin məbləğ təmin edilməli olduğu halda məhkəmə hər iki sığorta müqaviləsi üzrə cəmi sığorta məbləğini əsassız olaraq cavabdehdən tutmuşdur ki, bu, qanunvericiliyə və müqavilə şərtlərinin tələblərinə uyğun deyildir. Həmin məbləğin təmin olunması heç bir hüquqi və faktiki əsasa söykənmir. Ekspertin qərardadda qoyulmuş suallara natamam cavab vermiş, Tikintidə Təhlükəsizliyə Dövlət Agentliyinin rəyinə istinad edərək həmin rəyi olduğu kimi köçürülmüşdür. Qərardadın 2-ci sualı üzrə isə ümumiyyətlə cavab verilməmişdir. Cavabdeh əmlakın hazırkı texniki vəziyyəti v ə qalıq dəyəri barədə obyektiv məlumatın əldə olunması üçün müvafiq sahə üzrə ekspertiza təyin edilməsini və daşınmaz əmlakın qalıq dəyərinin müəyyən edilməsinı xahiş etmişdir. Buna baxmayaraq, məhkəmələr tərəfindən qalıq dəyərinin müəyyən edilməsi ilə bağlı heç bir addım atılmamışdır. xx.xx.2025-ci il tarixli iclasda məhkəməyə qalıq dəyərinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə və müqavilə müddəti ərzində, yəni xx.xx.2022xx.xx.2023-ci il tarixləri aralığında Şamaxı rayonu, Ərçiman kəndi ərazisində təbii fəlakət (torpaq sürüşməsi) hadisəsinin baş verib-vermədiyi barədə məlumatın təqdim edilməsi üçün Şamaxı Rayon İcra Hakimiyyətinə sorğu göndərilməsi barədə yazılı vəsatət verilməsinə baxmayaraq məhkəmə tərəfindən vəsatət rədd edilmiş, amma bu barədə əsaslandırılmış qəra rdad çıxarılmamışdır.
38. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.3-ci, “İcbari sığortalar haqqında” Qanunun 13.1 və 36.1-ci maddələrinə, “Əmlakın yanğından və digər risklərdən sığortası” Qaydalarının 33.1.1 və 33.10-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14., 77.1, 88, 97.1 və 102.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
40. Maddə 125, 7-ci hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığort a obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
42. Maddə 885.1. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür.
43. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ö dənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.
44. Maddə 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır.
45. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
46. Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
47. Maddə 914.1. Əmlak sığortası müqaviləsi bağlayarkən sığor taçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir.
48. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
49. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta ü zrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
50. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
51. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
52. Maddə 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1ci maddəsində nəzərdə tutulmuş səlah iyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
53. Maddə 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.
54. Maddə 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
55. Maddə 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.
56. Maddə 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.
57. Maddə 924.3.Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılma sı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.
58. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
59. Maddə 925.6. Əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür.
60. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uy ğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
61. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
62. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.
63. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
64. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; İcbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
65. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: Bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum olması; Bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Resp ublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; Müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; Zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; Bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; Əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir; Baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; İcbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda.
66. Maddə 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməs ində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
67. Maddə 935.3. Bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
68. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şə xsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
69. Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi; məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində baş verən qısa qapanma; buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; yerüstü nəqliyyat vasitəsinin dəyməsi; təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; üçüncü şəxslərin hərəkətləri.
70. Maddə 36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir. 71. 39.3. Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir: 72. 39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat; 73. 39.3.2. Gə ncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; 74. 39.3.3. digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat. 75. 39.4. Bu Qanunun 39.3-cü maddəsində müəyyən edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
84. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
85. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə tərəflər arasında icbari sığorta və əmlak sığortası müqavilələri bağlanmış, müqavilələrin qüvvədə olduğu müddətdə sığorta hadisəsi, yəni torpaq sahəsinin sürüşməsi və çökməsi baş vermiş, nəticədə iddiaçıya məxsus fərdi yaşayış evi istismarı yolverilməz və bərpası mümkün olmayan qəzalı vəziyyətə düşməklə tam məhv olmuş dur. Fərdi yaşayış evinin sığorta müqavilələri qüvvəyə minməmişdən əvvəl qəzalı vəziyyətdə olması, iddiaçının həmin faktı gizlətməsi barədə cavabdehin dəlilləri öz təsdiqini tapmamış, bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut verilməmişdir. Cavabdehin sığorta ödənişini etməkdən imtinası əsassız olmuşdur. Həmçinin baş vermiş sığorta hadisəsinə görə cavabdeh müqavilələrdə müəyyənləşdirilmiş sığorta ödənişini etməlidir.
86. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış və sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, cavabdeh tərəfindən verilmiş mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb dən vəsatətləri təmin etməmişdir.
87. B elə ki, Mülki Məcəllənin 927-ci maddəsində əmlak sığortası üzrə sığorta ödənişinə dair əlavə tələblər nəzərdə tutulmuşdur. Məcəllənin 927.1-ci maddəsinə görə əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. “İcbari sığorta haqqında” Qanunun 13.1-ci maddəsində də “sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi”ndən bəhs olunur. Cavabdeh sığorta Şirkətinin Mərkəzi Bankla razılaşdırılmış 23 may 2013-cü il tarixli “Əmlakın yanğından və digər risklərdən sığortası” Qaydalarının 33.1.1 və 33.10-cu bəndlərinə görə isə sığortalanmış bina(tikili) məhv olduqda (tam dağıntı) s ığorta ödənişi onun bərpa qiyməti həcmində həyata keçirilir. İş üzrə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10/4961, 9/5152 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə görə İddiaçı məxsus fərdi yaşayış evinin vəziyyəti qəzalıdır, istismarı yolverilməzdir və bərpası mümkün deyildir, ev sökülərək başqa ərazidə tikilməlidir. Fərdi yaşayış evinin yenidən inşası üçün təqribən 52987 manat məbləğində vəsait lazımdır.
88. İddiaçının apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya məhkəməsi iddianı tam, yəni sığorta müqavilələrində nəzərdə tutulmuş 59400 manat (azadolma məbləği çıxıldıqdan sonra) sığorta ödənişini təmin edərkən qanunvericiliyin göstərilən tələblərini nəzərə almamış, yaşayış evinin həm icbari, həm könüllü sığorta olunmasını, bunların nəticələrinin fərqli tənzimlənməsin i diqqətdən qaçırmış, cavabdehin sığorta müqavilələrində müəyyən edilmiş öhdəlikləri yerinə yetirməməsi əsası ilə iddianı tam təmin etməkdə səhvə yol vermişdir.
89. Məhkəmə kollegiyası daha sona qeyd edir ki, iddiaçıya məxsus yaşayış evinin məhvinə səbəb olan torpaq sahəsinin sürüşməsi və çökməsi hadisəsinin sığorta müqavilələrinin qüvvədə olduğu dövr ərzində, yaxud ondan əvvəl baş verməsinin müəyyən olunması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Bu məsələ ilə bağlı səlahiyyətli dövlət orqanına sorğu verilməsi barədə cavabdeh tərəf vəsatət versə də, apellyasiya məhkəməsi vəsatəti MM-in 924.2-ci və MPM-in 372.2-ci maddələrinə görə təmin etməmiş, bu vəzifənin sığortaçı-cavabdeh tərəfindən yerinə yetirilməli olması və apellyasiya məhkəməsi tərəfindən yeni sübutlar və yeni t ələblərin qəbul olunmaması ilə əsaslandırmışdır. Lakin məhkəmə bu məsələdə formal olaraq qanunun normalarına riayət etsə də, həmin halın aşkar edilməsinin iş üzrə həqiqətin müəyyən olunmasında həlledici amil olmasına diqqət yetirməmişdir.
90. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, sığortalanmış yaşayış evinin tam məhv olması, bunun nəticəsində iddiaçıya dəyən zərərin məbləğinin müəyyən edilməsi zamanı işə baxan aşağı instansiya məhkəmələri onun sökülərək başqa ərazidə tikilməli olduğuna görə tamamilə dəyərdən düşməsi barədə qənaətə gələrkən söküntüdən sonra qalan tikinti materiallarının və məmulatlarının (divar daşları, dam örtüyü, qapı və pəncərələri və sair) müəyyən dəyərə malik olduğunu, iddiaçının bu əmlakdan imtina etmək hüququnun olmadığını nəzərə almamış, tikinti materiallar ının qiymətləndirilərək dəymiş zərərdən çəxılması məsələsini müzakirə etməmişdir.
91. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2705/2025 nömrəli iş üzrə 6 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.