Məhkəmə qərarları › İş №2(102)-2599/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2599/2023

19.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2599/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2599/2023 (Açar sözlər: tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)180/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasi ya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 941 saylı sərəncamına əsasən Bakı şəhəri, Buzovna qəsəbəsi, Qədəmgah küçəsində şəhid anası X1 ticarət köşkünün quraşdırılması üçün torpaq sahəsi ayrılmış, köşkün sxemdə göstərilən sahədə qoyulması göstərilmişdir.

2. X2 xx.xx.2015-ci il tarixdə ölmüşdür.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0,15 ha ölçüdə torpaq sahəsini əhatə edən, 210b saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı “tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210b saylı bağ sahəsinə bitişik sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210b saylı bağ sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. İş üzrə cavabdeh həmin bağ sahəsinin önündə olan avtobus dayanacağını mişar daşından istifadə edərək təxminən sahəsi 30 kv.m. olan ictimai-iaşə obyekti inşa etmiş və həmin obyektdən bərbərxana və digər təyinatla istifadə etmişdir. Cavabdeh tikinti işlərini apararkən tikinti norma və qaydalarını pozaraq piyadalar üçün nəzərdə tutulmuş səkini tikinti ərazisinə qatmış, həmçinin bağ sahəsinin hasarını tikintinin arxa divarı kimi istifadə etmişdir. Bağının hasarının tikintinin divarı kimi istifadə edilməsi nəticəsində hasarla avtobus dayanacağının arasında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki tamamilə bağlanmışdır. Bundan başqa, cavabdeh hasarın divarını deşərək oradan bağ sahəsinə istilik sobasının borusunu çıxarmış və bu səbəbdən də, həmin sobanı istifadə edərkən bağ sahəsini tüstü bürümüşdür. Bundan başqa, cavabdeh hasardan bağa pəncərə tipli deşik açaraq, həmin deşikdən şüşə və plastmas butulkaları bağına atmışdır. Bundan başqa, cavabdeh bağ sahəsində təxminən 1 ton həcmində su çəni quraşdıraraq, obyektinin su təchizatını təmin etmişdir. Qeyd etmişdir ki, bağ sahəsinin hasarı köhnə tikili olduğundan həmin hasarın tamamilə sökülüb yeni hasar çəkilməsinə zərurət sahəsinin hasarından obyektin divarı kimi istifadə etdiyindən, hasarın yenidən işlənməsi mümkünsüz olmuşdur. Yaranmış problemlərlə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, o, obyektin sökülməsinə razılıq verməmişdir.

6. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etirazını bildirrək izahatında göstərmişdir ki, kafe kimi istifadəsində olan torpaq sahəsi şəhid ailəsi kimi anası X1 verilmişdir. Mübahisəli torpaq sahəsi is ə əvvəl Anar adında şəxsə məxsus olmuşdur. Anarın icazəsi ilə obyekt hasara bitişdirilmiş, əlavə su çəni qoyulmuşdur.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (2(003)-3243/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210b saylı bağ sahəsinə bitişik sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsi cavabdehin anası X1 Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 941 saylı sərəncamına əsasən verilmiş və hazırda cavabdehin faktiki istifadəsində olduğundan, mülkiyyət isə toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorunduğundan, həmin tikilinin cavabdehin öz hesabına əvəz i ödənilmədən sökülməsi barədə iddia tələbi təmin edilə bilməz.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının mübahisəsini etdiyi qeyri-yaşayiş sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün, o cümlədən bütövlükdə həmin tikilinin sökülməsi ilə bağlı iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 171.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210b saylı bağ sahəsinə bitişik, sahəsi 19,0 kv.m. olan qeyri-yaşayış sahəsi və su çəni mövcud olduğu müəyyən edilmiş, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 941 saylı sərəncamı ilə, Bakı şəhəri, Buzovna qəsəbəsi, Qədəmgah küçəsində Gülafət Qaçayevaya verilmiş ticarət köşkündən əlavə su çəninin quraşdırıldığı müəyyən edilmiş, sərəncamda tikilinin sahəsi 30,0 kv.m. göstərilmiş, faktiki isə həmin tikilinin sahəsi 19,0 kv.m. təşkil etmiş, tədqiq olunan tikili və su çəni iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210b saylı bağ sahəsinə giriş-çıxış darvazasından (təqribən 20,0 m.) ara məsafəsində yerləşdiyindən həmin tikilinin və su çəninin bağ sahəsinin giriş-çıxışına maneə yaratmadığı müəyyən edilmiş, bağ sahəsinin çirkləndirilməsi məsələsi tikinti ekspertin səlahiyyətlərindən kənar olduğundan sualın bu hissəsi üzrə tədqiqat aparılmamışdır.

14. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-cü il tarixli ekspert rəyinə əsasən cavabdehin faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210b bağ sahəsinə bitişik, sahəsi 19,0 kv.m. olan mişar daşından inşa edilmiş qeyri-yaşayış sahəsinin divarının hündürlüyünə görə zəruri olan 0,65 metr məsafə əvəzinə ara məsafəsi saxlamadığını nəzərə alaraq Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0,15 ha ibarət 210b saylı bağ sahəsinin hasarı, cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinin a rxa divarı kimi istifadə olunduğu müəyyən edilmiş, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210b bağ sahəsinə bitişik sahəsi 19,0 kv.m. olan mişar daşından inşa edilmiş qeyri-yaşayış sahəsinin dam örtüyünün iddiaçıya məxsus hasarının üzərində quraşdırıldığı müəyyən edilmişdir. Bakı şəhəri, Buzovna qəsəbəsi, Qədəmgah küçəsində Gülafət Qaçayevaya Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 941 saylı sərəncamı ilə, 30,0 kv.m. ticarət köşkünün quraşdırılmasına icazə verildiyi göstərilmişdir. Lakin tədqiq olunan qeyri-yaşayış sahəsinin faktiki olaraq sahəsi 19,0 kv.m. təşkil etdiyini və mişar daşından inşa olunduğunu nəzərə alaraq, cavabdehin faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210b bağ sahəsinə bitişik sahəsi 19,0 kv.m. olan mişar daşından inşa edilmiş qeyri-yaşayış sahəsinin Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 14 oktyabr 1997-ci il tarixli 941 saylı sərəncamında göstərilən tikili ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-180/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Pərviz Hüseynov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəylərində köşkün 30 kv.m. deyil 19,0 kv.m. olması, hasara b itişik olsa da giriş-çıxışa maneə yaratmadığı əksini tapmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210b bağ sahəsinə bitişik sahəsi 19,0 kv.m. olan mişar daşından inşa edilmiş qeyri-yaşayış sahəsinin divarının hündürlüyünə görə zəruri olan 0,65 metr məsafə əvəzinə ara məsafəsi saxlamadığı iddiaçının hansı hüququnu pozması barədə sübutlar təqdim edilməmişdir. Həmçinin, Bakı şəhəri, Buzovna qəsəbəsi, Qədəmgah küçəsində Gülafət Qoçayevaya Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 941 saylı sərəncamı ilə, 30,0 kv.m. ticarət köşkünün quraşdırılmasına icazə verildiyi göstərildiyi halda, qeyri-yaşayış sahəsinin faktiki olaraq sahəsi 19,0 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. Bunda n başqa cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210b bağ sahəsinə bitişik sahəsi 19,0 kv.m. olan mişar daşından inşa edilmiş qeyri-yaşayış sahəsinin dam örtüyünün iddiaçıya məxsus hasarının üzərində quraşdırıldığı qeyd edildiyi iddia olunsa da, əvvəla dam örtüyü tam yox bir hissəsi hasarın üstündə olmaqla, həm də iddiaçının hansı hüququnu pozması barədə sübutlar da təqdim edilməmişdir.

18. Məhkəmə kollegiyası “cavabdeh tikinti işlərini apararkən tikinti norma və qaydalarını pozaraq piyadalar üçün nəzərdə tutulmuş səkini tikinti ərazisinə qatmışdır” ilə bağlı qeyd etmişdir ki, piyadalar üçün gediş-gəlişin təmin olunması müvafiq inzibati orqanların səlahiyyətinə aiddir.

19. Məhkəmə kollegiyası “cavabdeh hasarın divarını deşərək oradan bağ sahəsinə istilik sobasının borusunu ç ıxarmış və bu səbəbdən də, həmin sobanı istifadə edərkən bağ sahəsini tüstü bürüyür. Bundan başqa, cavabdeh bağ sahəsində təxminən 1 ton həcmində su çəni quraşdıraraq, obyektinin su təchizatını təmin edir” ilə bağlı qeyd etmişdir ki, hazırkı iddiasında iddiaçı istilik sobasının borusunun və su çəninin götürülməsinə dair tələb irəli sürməmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 941 saylı sərəncamı iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən iddiaç ı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən apellyasiya instansiyası məhkəməsi heç bir zəruri əsaslandırma aparmadan ekspertiza barədə 2(103)-2952/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qərardadında ekspert qarşısında iddia tələbindən kənar, iddia predmetinə aidiyyəti olmayan suallar qoymuş, iddiaçı tərəfin vəsatətinə əsasən təkrar ekspertiza təyin etmiş və təkrar verilmiş ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara mənfi cavab verilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi qətnamədə ekspertin 1-ci rəyinə istinad etmişdir. İddiaçı tərəfindən mə hkəməyə təqdim edilmiş foto və video görüntülər, həmçinin ekspert rəyləri iddia tələbinin qanuni və əsaslı olmasını təsdiq etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto və video görüntüləri, həmçinin ekspert rəyini sübut kimi qiymətləndirməmiş və həmin maddi sübutları sübut kimi qiymətləndirməməsinin səbəblərini qətnamədə əsaslandırmamışdır.

24. Həmçinin məhkəmə cavabdehin istifadəsində olan mişar daşından tikilmiş qeyriyaşayış sahəsini yerli icra hakimiyyəti orqanı tərəfindən Gülafət Qoçayevaya müvəqqəti quraşdırılmasına icazə verilmiş dəmir köşkü (hazırda həmin ərazidə ümumiyyətlə dəmir köşk mövcud deyil) eyniləşdirərək iddia tələblərini rədd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, yerli icra hakimiyyəti orqanı tərəfindən Gülafət Qa çayevaya müvəqqəti quraşdırılmasına icazə verilmiş dəmir köşkü iddia tələbinin predmetini təşkil etməmiş və sərəncama əsasən köşk müvəqqəti quraşdırılmışdır. Zərurət yarandıqda götürülməli idi.

25. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, 24 fevral 2023-cü il tarixli 10/7733 saylı ekspert rəyində ekspertiza təyin edilməsi barədə qərardadın 4-cü sualı olan “cavabdehə aid tikilinin şəhərsalma və tikinti normalarına uyğunluğu, habelə həmin tikilinin iddiaçının mülkiyyətində olan bağ sahəsinin hasarının yenilənməsi-bərpa olunmasına maneə törədib-törətməməsi müəyyən edilməsinə” dair iş üçün əhəmiyyətli sualı əsaslandırma aparılmadan cavablandırılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

26. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29 (hissə İV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılı.

30. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mül kiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

31. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. M addə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı bağ sahəsini xx.xx.2016-cı il tarixdə əvvəlki mülkiyyətçisindən hazırki vəziyyətdə qəbul edərkən bununla razılaşmış, hazırki iddia ilə məhkəməyə də yalnız bağ sahəsini mülkiyyətinə qəbul etməsindən 6 il sonra müraciət etmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun ş ikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni v ə əsaslı qətnamə qəbul etmişdir.

53. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-180/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar