Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-260/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı X6 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-260/2023 (Açar sözlər: əsassız varlanma) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X13 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı X6 qarşı “pul, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5320/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi ilə “X17” markalı, **-VA-*** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh1 satmışdır.
2. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisə predmeti olan avtomobilə görə ödənilmiş 50.000 ABŞ dollarının bir hissəsi kimi 10.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 geri qaytarılmışdır.
3. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı Ömər Məmmədov tərəfindən tərtib edilmiş 18 dekabr 2021-ci il tarixli Aktdan görünür ki, o, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis leytenantı Ömər Məmmədov icraatında olan Cavabdeh1 müraciəti ilə əlaqədar İddiaçı 10.000 ABŞ dolları pulu onun iştirakı ilə Cavabdeh1 verilmişdir. Qalan 49.500 ABŞ dollar pulu xx.xx.2022-ci il tarixdə ödəyəcəyini bildirmişdir.
4. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı Ömər Məmmədov tərəfindən tərtib edilmiş 18 dekabr 2021-ci il tarixli Aktdan görünür ki, o, Cavabdeh1 avtomobil almağı ilə bağlı şikayəti ilə əlaqədar 10.000 ABŞ dollar almışdır. 5. "xxx x" Cavabdeh1 ilə “Alıcı” "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsindən görünür ki, “X17” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcının mülkiyyətinə keçmişdir. Müqavilə üzrə avtomobilin alqı-satqı qiyməti 200.000 manat müəyyən edilmişdir. 6. “lizinqverən” "xxxx" QSC ilə “Lizinqalan” Qurbanova Venera xx.xx.2022-ci il tarixli, MK 0137923-2022 №li X4 görünür ki, lizinq verən Lizinq alan tərəfindən seçilmiş, etibarnamə əsasında X7 istifadəsində olan “X17” minik markalı avtomobili (mühərrik; 2995 sm3, ban: SALW2PF0GA115510, buraxılış ili; 2016, rəngi: Qara metallik; bundan sonra “lizinq obyekti” adlandırılacaq) mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqab ilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür (1.1-ci b). Lizinq obyektinin dəyəri 124.000 manat qiymətləndirilmişdir. 7. xx.xx.2022-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, aktı imza edənlər, "xxxx" X12, Lizinq verən Kredit Evi QSC adından, Kredit Evi QSC-nin X1 və “Lizinq alan” X3 MK0137923-2022 saylı xx.xx.2022 tarixli “Maliyyə Lizinqi” Müqaviləsinin qüvvəyə minməsi ilə əlaqədar bu aktı tərtib etmişlər ki, "xxxx"ya məxsus Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan Lizinq obyekti olan avtonəqliyyat vasitəsi (“X17” markalı minik, mühərrik; 2995 sm3, ban: SALW2PF0GA115510, buraxılış ili; 2016, rəngi: Qara metallik) lizinq obyekti, sahiblik və istifadə edilməsi üçün “Lizinq alan”a təhvil verilmiş, “Lizinq alan” isə onu təhvil almışdır. Təhvil verilən Lizinq obyekti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır və tam, saz, işlək və sifari edilmiş xüsusiyyətlərə uyğundur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23cü Polis Bölməsinin təhqiqatçısı X6 qarşı “pul, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 17.000 manat əsas, əlavə 5 faiz hesablanmaqla 850 manat pul, 2.000 manat əldən çıxmış fayda, 5.000 manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 160 manat dövlət rüsumu, ümumilikdə cəmi 25.010 manat pu l məbləğinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını, cavabdeh Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı X5 özbaşınalıq edərək onu qanunsuz saxlanılmaya və təzyiqlərə məruz qoyaraq, qanunazidd hərəkətlər və hərəkətsizliklər edərək ondan 10.000 ABŞ dolları pul tələb edərək aldığına görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı sonradan iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, Cavabdeh1 10.000 ABŞ dolları məbləğində vəsaitin ödəniləcək günün məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, əlavə 5 faiz hesablanmaqla 850, 2.000 manat əldən çıxmış fayda, 5.000 manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 160 manat dövlət rüsumu, ümumilikdə cəm i 25.010 manat pul məbləğinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılması, cavabdeh Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı polis leytenantı X5 özbaşınalıq edərək onu qanunsuz saxlanılmaya və təzyiqlərə məruz qoyaraq, qanunazidd hərəkətlər və hərəkətsizliklər edərək ondan 10.000 ABŞ dolları pul tələb edərək aldığına görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə belə əsaslandırmışdır ki, cavabdeh avtomobili alıb istifadə etdikdən bir müddət sonra zəng edib bəyənmədiyini və geri qaytarmaq istədiyini bildirərək müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 özünə başqa avtomobil almışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində Cavabdeh1 onu polislə hədələyərək 59.500 ABŞ dolları məbləğində pulunu qaytarmağı tələb etməyə başlamışdır. Həmin an yeni avtomobil aldığından və digər obyektiv səbəblərə görə pulu qaytara bilməmiş, beləliklə cavabdehin qanunsuz və əsassız tələbindən imtina etmişdir. Ona görə ki, avtomobili ondan alanda yoxlatdıraraq almış, heç bir narazılığı olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-dən zəng edilərək polis bölməsinə dəvət edilmiş və orada məlum olmuşdur ki, Cavabdeh1 onu cinayətkar kimi qələmə vermiş, guya ki, maşın barədə dolğun məlumat verməmişdir. Cavabdeh1 polis bölməsinə gələrək hay-küy salmağa başlamış və onun həbsini tələb etmişdir. Edilən təzyiq nəticəsində onu Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsində qanunsuz olaraq axşam saatlarınadək saxlamışlar. Əlacsız qalıb polis bölməsindən yaxınları ilə əlaqə saxlamış və 10.000 ABŞ dolları məbləğində pul qohumları tərəfindən Polis idarəsinə gətirilmişdir. Cavabdeh Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı X10 öz əlyazması ilə 2 ədəd akt tərtib edərək 10.000 ABŞ dollarını ondan almışdır. “Range Rover” markalı avtomobilin geri qaytarılması və düzgün hesablaşmaq barədə qanuni tələbləri isə rədd edilmişdir. O, 10.000 ABŞ dollar məbləğində ziyana düşmüş və qanunsuzluqla qarşılaşmışdır. Qeyd olunmalıdır ki, mübahisənin əsl səbəbi Cavabdeh1 ondan aldığı avtomobili bəyənməməsi və başqa avtomobil modelini alması olmuşdur. Polisə etdiyi şikayət ərizəsində tamam başqa xüsusatları qeyd etmişdir. Nə deməy indən asılı olmayaraq cavabdeh ona yuxarıda qeyd etdiyi maddi ziyanı vurmuş, əsassız varlanmışdır. Pulun qaytarılması ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, vəsaitin qaytarılmasından imtina edilmişdir. Cavabdeh1 10.000 ABŞ dolları, əsas borca görə əlavə 5% hesablanmaqla 850 manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Cavabdeh onu aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə pulunu qaytarmamışdır. Tərəfindən iddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nə ticəsində yarandığından bu pulu da Cavabdeh1 ödəməlidir. Bundan əlavə cavabdehin qanunazidd hərəkətləri əsəblərinə toxunmuş, sarsıntı və iztirab keçirmişdir. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamış, hər dəfə onun yalanlarını dinləmişdir. Polis bölməsi tərəfindən azadlığının məhdudlaşdırılması, təzyiqə məruz qalmağı, cavabdehin oradakı qanunsuz hərəkətləri, uzun müddətə həbs ediləcəyi barədə hədə-qorxular nəticəsində xəstəliyə düçar olmuşdur. Bu səbəbdən ona 5.000 manat mənəvi zərər də dəymişdir və Cavabdeh1 bu zərəri qarşılamalıdır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1399/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 tərəfindən 10.000 (on min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 160 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
12. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının məzmunundan və iş materiallarında olan aktlardan görünür ki, iddiaçı tərəfindən mübahisə predmeti olan avtomobilə görə ödənilmiş 50.000 ABŞ dollarının bir hissəsi kimi 10.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 geri qaytarılmışdır.
13. Cavabdeh1 10.000 ABŞ dolları məbləğində pulu İddiaçı avtomobildə texniki nasazlıqlar olduğu üçün aldığını bildirsə də, bu hal iş materialları ilə təkzib olunur. Bel ə ki, xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlandığı zaman “X17” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində texniki baxışdan keçirilmiş, DYP-nin xidməti qeydlərində bu barədə hər hansı bir hal göstərilməmişdir. Digər tərəfdən, Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 586-587-ci maddələrində nəzərdə tutulmuş hüquqlarından istifadə etməklə İddiaçı qarşı hər hansı iddia tələbi irəli sürməmişdir.
14. Birinci instansiya məhkəməsi iddia tələbini hesablanmış 850 manat faiz pulunun və 2.000 manat əldən çıxmış faydanın tutulması hissəsində əsassız hesab etmişdir. Belə ki, iddiaçı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona maddi zərərdən əlavə olaraq göstərilən məbləğlərd ə zərər vurulduğunu, 10.000 ABŞ dolları məbləğində pulun cavabdehdə saxlanmasının iddiaçını əldə edə biləcəyi hansı gəlirlərdən məhrum etdiyini əsaslandırmamış və buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə eyni zamanda onu da qeyd etmişdir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1, 560.1, 568.1, 598.1, 1091.1, 1091.2, 1092.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəb ul etməsini xahiş etmişdir.
18. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunsuz olaraq iddia tələbinin hüquqi əsası kimi əsassız varlanmaya istinad etmişdir ki, guya cavabdeh onun hesabına əsassız varlanmışdır. Əslində isə keyfiyyətsiz və çoxlu sayda qüsurları olan avtomobili ona dəyərindən xeyli artıq məbləğə satmaqla əsassız varlanan şəxs o, deyil, məhz iddiaçının özü olmuşdur. O, iddiaçıdan avtomobil alan zaman alqısatqı müqaviləsində 50.000 manat göstərilsə də, əslində iddiaçıya 59.500 ABŞ doları verilmişdir. Buna baxmayaraq, məhkəmə sözügedən qətnaməni çıxaran zaman işin bu halına münasibət bildirməmişdir. İddiaçı avtomobili satarkən avtomobildə heç bir problemin olmadığını söyləsə də o, yoxlatdırarkən avtomobilin sağ qabaq və arxa qapılarının dəyişdirildiy ini, onun dayaq hissəsində olan hava yastıqlarının açıldığını və həmin yerə əski qoyulduğunu aşkar etmişdir. Yəni, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş şərtlər pozulmaqla keyfiyyətsiz və tərəflər arasında razılaşdırılmış dəyərdən xeyli aşağı dəyərdə olan avtomobil təqdim edilmişdir və bu səbəbdən o, haqlı olaraq pulunu geri tələb etmişdir. Lakin məhkəmə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı müddəalarına hər hansı bir əhəmiyyət verməmiş, bununla da onun hüquqlarını kobud surətdə pozmuşdur. İş materialarında iddiaçının qeyd edilən məbləğdə pulu ona polisin hədə-qorxusu, təzyiqi, onu şantaj etməsi nəticəsində verməsini təsdiq edən hər hansı bir məlumat yoxdur. İddiaçı ona qarşı cinayət işinin açılmasından ehtiyat edərək özü ona təklif etmişdir ki, gəl sənə keyfiyyətsiz avtomobil verdiyimə görə kompensasiya şəklində 10.000 ABŞ dolları verim və sən də məndən şikayətçi olma. Həmin vaxt o, iddiaçının bu təklifi ilə razılaşmış və pulu aldıqdan sonra ondan hər hansı bir şikayətinin olmaması barədə ərizə vermiş, yalnız bundan sonra bu əsasla cinayət işinin başlanılması rədd edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5320/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apelyasiy a şikayətində İddiaçı “Range Rover” avtomobilini alan zaman alqı-satqı müqaviləsində 50.000 manat göstərilsə də, əslində iddiaçıya 59.500 ABŞ doları verdiyini, avtomobili yoxlatdırarkən avtomobildə qüsurlar aşkar edildiyini, İddiaçı ona qarşı cinayət işinin açılmasından ehtiyat edərək özünün ona kompensasiya şəklində 10.000 ABŞ dolları məbləğdə pul vəsaitinin verdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 568.1, 598.1, 1091.1, 1091.2, 1092.1, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə çıxarılan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə istinad edilsə də, əslində keyfiyyətsiz və çoxlu sayda qüsurları olan avtomobili cavabdehə dəyərindən xeyli artıq məbləğə satmaqla iddiaçı deyil, cavabdeh özü ziyana düşmüşdür.
24. Belə ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş şərtlər pozulmaqla keyfiyyətsiz və tərəflər arasında razılaşdırılmış dəyər dən xeyli aşağı dəyərdə olan avtomobil təqdim edilmişdir və bu səbəbdən cavabdeh haqlı olaraq pulunu geri tələb etmişdir. Lakin məhkəmə kollegiyası sözügedən qətnaməni çıxaran zaman Mülki Məcəllənin alqı-satqımüqaviləsi ilə müddəalarına hər hansı bir əhəmiyyət verməmiş, bununla da cavabdehin hüquqlarını kobud surətdə pozmuşdur.
25. Həmçinin, Cavabdeh1 iddiaçıdan mübahisə predmeti olan avtomobili alan zaman alqı-satqı müqaviləsində 50.000 manat göstərilsə də, əslində iddiaçıya 59.500 ABŞ doları verilmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işin bu halına da hər hansı bir əhəmiyyət verməmişdir.
26. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 578, 580, 587, 588, 597, 1091.1, 1097-ci maddələrinə, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14, 77 və 88-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
27. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz vermiş və etirazını iddia ərizəsində göstərdikləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, mübahisənin əsas səbəbi Cavabdeh1 ondan aldığı “X17” markalı avtomobili bəyənməməsi və “Range Rover”in başqa modelini alması olub. Polisə etdiyi şikayət ərizəsində tamam başqa xüsusatları qeyd edib. Nə deməsindən asılı olmayaraq cavadeh ona iddia ərizəsində qeyd etdiyi maddi ziyanı vurmuş, əsassız varlanmışdır. Cavabdeh avtomobili adına rəsmiləşdirərkən bütün əməliyyatlar cavabdehin istək və arzuları ilə həyata keçirilib və ondan avtomobili alandan sonra avtomobili 200.000 manat lizinq yolu ilə satmışdır. Bununla bağlı məhkəmə işində materiallar vardır. Pulun qaytarılması ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar həll edilməsinə cəhd göstərməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, vəsaitin qaytarılmasından imtina edilmişdir. Etirazda cavabdehin kassasiya şikayətinin əsassız olduğundan təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
29. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
30. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliy in mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa z iyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsasla ndıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ar aşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
51. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “X17” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətindən çıxaraq Cavabdeh1 mülkiyyətinə keçmişdir. Bundan sonra avtomobilin nömrə nişanı **-UL-***-a dəyişdirilmiş və ona BB162798 №li yeni şəhadətnamə verilmişdir. Qeyd edilən “X17” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə xx.xx.2022-ci il tarixdə X2 və i stifadəsinə verilmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-yə satılmışdır. Bu halda yuxarıda qeyd edilən sənədlərlə sübuta yetirilmişdir ki, tərəflər arasında İddiaçı ilə Cavabdeh1 arasında yaranmış alqı-satqı müqaviləsindən irəli gələn mübahisəyə əsasən avtomobilin ilkin mülkiyyətçisi olan İddiaçı tərəfindən 10.000 ABŞ dolları məbləğində pul vəsaiti hər hansı hüquqi əsas olmadan Cavabdeh1 geri qaytarılmış və Cavabdeh1 əsassız olaraq varlanmasına şərait yaratmışdır. Belə ki, aralarında mübahisə yarandıqdan sonra avtomobil İddiaçı geri qaytarılmadan, ondan avtomobilə görə ödənilmiş pulun qaytarılması tələb edilmişdir.
52. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayətində İddiaçı ona qa rşı cinayət işinin açılmasından ehtiyat edərək özünün ona kompensasiya şəklində 10.000 ABŞ dolları məbləğdə pul vəsaitinin verdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
53. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
54. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyy ən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
55. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
56. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.
57. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmi ş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
59. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5320/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.