Məhkəmə qərarları › İş №2(102)-2601/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2601/2025

04.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2601/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Qazax rayon notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı qarşı iş üzrə QƏRARİ Açar sözlər: vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi, həmçinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Qazax rayon Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi, həmçinin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-620/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X21 və X15 arasında xx.xx.1973-cü ildə nikah bağlan mışdır. Birgə nikahdan X11 xx xxxxxx 1974-cü ildə Qazax şəhərində anadan olmuşdur.

2. Cavabdeh2 və X12 arasında nikah bağlanmış və bu barədə xx.xx.1988-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir.

3. X21 xx.xx.1983-cü ildə ölmüşdür. 4. xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə X16 bütün əmlakını harda olmasından və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən ünvan 1 ünvanda yerləşən mənzilini Cavabdeh2 vəsiyyət etmişdir.

5. X16 29 iyun 2013-cü ildə ölmüşdür. 6. 29.06.2013 tarixdə ölmüş X16 vərəsəsi Cavabdeh2 Qazax şəhəri Nəriman Nərimanov küçəsi bina 31 mənzil 2 və o miras əmlakından tam hissədə pay almalıdır.

7. X6 ölən günə kimi ünvan 1 ünvanda yaşamışdır. Ölən günə kimi onunla birgə yaşamış və ölümündən sonra yaşamağa davam edən X22 qalmışdır. Aray ışda həmin mənzildə qeydiyyatda olan, lakin başqa ünvanda yaşayan övladları və həmin evdə qeydiyyatda olmayıb başqa ünvanda yaşayan övladlarının qeyd edilməsi lazım olan qrafa boşdur.

8. Qazax şəhəri N.Nərimanov küçəsi ev-31/2-də yerləşən sahəsi 87,7 kv metr sahəsi olan Cavabdeh2 xüsusi mülkiyyətindədir.

9. Qazax şəhər notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi ilə, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 87,7 kv metr yaşayış sahəsi 44,2 kv metr yardımçı sahəsi 43,5 kv metr olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsinin tam hissəni 87,7 kv metr Cavabdeh3 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X16 tərə findən Cavabdeh2 Qazax rayon notariat ofisində verilmiş 05 iyul 2005-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, Qazax rayon notariat ofisindən cavabdehə verilmiş anaları X6 mirasından payların müəyyən edilməsi barədə 28 sentyabr 2017-ci il tarixli, 2V-195 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat və **********2310301 reyestr nömrəsi ilə Cavabdeh2 verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Cavabdeh3 arasında ünvan 3 ünvanında yerləşən mənzilin alqı-satqısına dair 6 avqust 2024-cü il tarixdə 4Ə-670 reyestr nömrə ilə bağlanmış AN-ı n ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, anasından miras qalmış Qazax şəhəri, N.Nərimanov küçəsi ev 31 mənzil 2 ünvanında yerləşən mənzildən məcburi vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X16 5 iyul 2005-ci il tarixdə bacısına vəsiyyətnamə vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat və **********405101-093002 reyestr nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax şəhəri N.Nərimanov küçəsi ev 31-də yerləşən mənzil 2 anasından miras qalmışdır. Anası 2013-cü ildə vəfat etdikdən sonra qanunsuz olaraq ondan miras qalan ünvan 2-də yerləşən evdən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə bacısının miras əmlakından pay almaq hüququ tanınmış və vərəsəlik şəhadətnaməsi əsasında həmin evə bacısının adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli ********** və **********42310301 reyestr nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Lakin bu vərəsəlik şəhadətnaməsi verilərkən onun bu əmlaka olan məcburi pay hüququ nəzərə alınmamışdır. Bu hal cavabdehin mirasa tam mülkiyyət hüququ ilə, həmçinin bu mülk üzərində tam olaraq sərəncam vermək hüququnu istisna edir. Buna baxmayaraq bacısı X2 şəhəri N.Nərimanov küçəsi ev 31 mənzil 2-də yerləşən mənzili Qazax rayon notariat ofisində 6 avqust 2024-cü il tarixdə ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Qazax şəhəri Azadlıq küçəsi ev 208 mənzil 47 də qeydiyyatda olan Cavabdeh3 45000 manata satmaqla onun mənzil üzərindəki miras əmlakından məcburi pay hüququnu nəzərə almamışdır, ona görə də verilən vərəsəlik şəhadətnaməsi etibarsız sayılmalı, bacısının adına verilmiş çıxarış, cavabdeh-bacısının Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqaviləsi məhkəmə tərəfindən ləğv edilməli və ünvan 2-də yerləşən mənzildən miras olaraq payı müəyyən edilməlidir. O, varis olaraq anasından qalan mirası faktiki olaraq qəbul etmişdir. O, mirası faktiki olaraq qəbul edib, mirasdan pay almalı olduğu halda Qazax rayon notariat ofisi tərəfindən vərəsələrin dairəsi gizlədilməklə mirasdan məcburi pay ı müəyyən edulməmişdir. Cavabdehin nümayəndəsi X1 rayon notariat ofisinə təqdim etdiyi 12 sentyabr 2017-ci il tarixli mirasın qəbulu ərizəsində varis olaraq onun adı göstərilməmişdir. Bundan başqa bir məsələ isə cavabdeh tərəfindən onun nümayəndəsi X4 isə etibarnamə 14 sentyabr 2017-ci il tarixə verilmişdir. Yəni, Qazax rayon notariat ofisi səlahiyyəti olmayan şəxsin ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bundan başqa Qazax rayon notariat ofisinə təqdim edilmiş Qazax rayon İcra Hakimiyyəti Mənzil İstismar sahəsinin 12 mart 2017-ci il tarixli arayışında da varis olaraq cavabdeh göstərilmiş və onun adı vərəsələrin dairəsi müəyyən edilərkən gizlədilmişdir. Bunun əsasında Qazax rayon notariat ofisi 28 sentyabr 2027-ci il tarixdə qanunsuz olaraq mirasa dair 2V-195 reyestr nömrəsi ilə cavabd ehə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Anasının vəfatından sonra ondan qalmış mirası idarə etməklə ona sahiblənib. Buna baxmayaraq, cavabdeh qanunsuz olaraq onu vərəsələrin dairəsindən gizlətməklə mirasdan tək özü pay almışdır.

12. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin mübahisəli evdə o, ailəsi və anası yaşamışdır. Belə ki, anası fil xəstəliyindən əziyyət çəkmişdir və ona qulluq etmişdir. Həmin evdə tikinti-təmir işləri aparmış, anasının vəfatından sonra həmin evdə yaşamaqla və bütün kommunal xərcləri ödəməklə əmlaka sahiblik və idarə etməklə mirası faktiki qəbul etmişdir. X32 vəfat etdikdən sonra bacısı Rəmziyyə yas mərasiminə gəlsə də qısa bir müddətdən sonra yaşadığı Türkiyə Respublikasına qayıtmışdır. Həmin vaxtlar Rəmziyyə Türk iyədə işləmiş və yaşamışdır. Azərbaycana gələn zaman isə Qazax rayonunda yerləşən ərinin evində yaşamışdır. Həmçinin iddiaçı anasına məxsus heç bir əşya aparmamışdır. Anasının vəfatından uzun müddət sonra bacısı Rəmziyyə Türkiyədən qayıdan zaman öz yaşadığı evində qızına xeyir iş edən zaman onun evində məişət əşyaları çatmadığından ərinin maşını ilə bacısı Rəmziyyənin evinə çarpayı aparıb vermişdir.

13. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli evi Cavabdeh2 almışdır. Həmin evdə Cavabdeh2 yaşayırdı.

14. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 qonşusudur. X16 vəfat edən günə kimi Ruhiyə onunla birlikdə yaşamışdır. X6 vəfatından sonra da Cavabdeh2 ailəsi ilə birlikdə onun evində yaşamışdır. İddiaçı Rəmziyyə isə ümumiyyətlə anasının vəfatına kimi və vəfatından sonra həmin evində yaşamamışdır. X6 vəfatından 3-4 il sonra isə həmin evdə yaşayan Ruhiyə evi kirayə vermişdir. X6 dəfni ilə bağlı xərcləri Cavabdeh2 çəkmişdir.

15. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi göstərmişdir ki, o, Cavabdeh2 qonşusudur. Rəmziyyəni tanımır. X16 vəfat edəndən sonra Cavabdeh2 ailəsi ilə birlikdə onun evində yaşamışdır. Cavabdeh2 həmin evdə təmir işləri aparmışdır.

16. Cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, Cavabdeh2 qonşusudur. Rəmziyyəni tanımır, Cavabdeh2 isə tanıyır. X6 vəfatından sonra Cavabdeh2 onun evində yaşamışdır. Rəmziyyə yalnız X16 vəfat edəndə gəlmişdir. Hətta həmin evi bir müddə t Cavabdeh2 kirayə vermişdir.

17. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X13 göstərmişdir ki, tərəflər onun baldızı qızlarıdır. Mübahisəli evdə X16 ilə Cavabdeh2 yaşamışdır. X16 xəstələnən vaxt Rəmziyyə də ona baxmışdır. Rəmziyyə anasının yas mərasimində iştirak etmiş, sonra Türkiyə Respublikasına getmişdir. Daha sonra Rəmziyyə Sarıyeva anasının qırx mərasiminə gəlmişdir. X6 vəfatından sonra Rəmziyyə öz qaynanasının Qazax rayon ərazisində olan evində yaşamışdır. X6 vəfatından sonra Rəmziyyə anasına məxsus palaz, çarpayı və qab-qaşığı öz evinə aparmışdır. Həmin əşyaları qırx mərasimindən sonra aparmışdır. Rəmziyyədə evin açarı olmuşdur və o iki cümə axşamında iştirak etmişdir. Hətta cümə axşamının birini əmisi arvadı vermişdir ki, həmin vaxt Ruhiyə Tovuz rayonunda işdə olmu şdur və orada iştirak etməmişdir. Həmin cümə axşamında yalnız Rəmziyyə olmuşdur. Rəmziyyə anasının qırx mərasimindən sonra az müddət qalmış və sonradan Türkiyəyə getmişdir.

18. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində göstərmişdir ki, o, tərəflərlə bir küçədə yaşasalar da, yaxın münasibətləri olmamışdır. Təxminən on il bundan əvvəl Rəmziyyə Qazax şəhəri Nəriman Nərimanov küçəsində müəyyən əşyaları olduğunu və anasının qırxından sonra həmin əşyaları götürəcəyini ona demişdir. Sonradan onun avtomobili ilə həmin ünvandan kravat, palaz, qazan və qab-qacağı Qazax şəhəri Azadlıq küçəsində yerləşən evə aparmışlar. Həmin vaxt orada Rəmziyyə, Ruhiyə və bir nəfər başqa şəxs olmuşdur. Tam yadında deyil amma təxminən əşyaları ikinci mərtəbədən gö türmüşdülər.

19. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, o, tərəflərin yaxın qohumudur. Tərəflərin hər ikisi də analarına qulluq etmişlər. X6 ya qırx, ya da il mərasimində Rəmziyyə iştirak etmişdir. X6 heç bir cümə axşamı mərasimində iştirak etməmişdir. O, Rəmziyyənin anasının bəzi əşyalarını apardığını görməmişdir, sadəcə eşitmişdir. Mübahisəli evdə mərhumun vəfatından sonra Ruhiyə əri ilə birlikdə yaşamışdır. Rəmziyyə isə Qazax rayonunda yerləşən öz ərinin evində yaşamışdır.

20. İddiaçının vəsatəti əsasında dindirilmiş X8 göstərmişdir ki, iddiaçı ilə həm qohum, həm də qonşudurlar. Tərəflərin münasibəti normal olmuşdur. Bütün yas mərasimlərində iştirak etmişdir. Rəmziyyə anası vəfat edən günün səhəri gəlmiş və yas mərasimlərində iştirak etmişdir. Rəmziy yə anasına məxsus kravat, qab-qaşıq, xalça və başqa əşyaları təxminən qırx mərasimindən sonra götürmüşdür. Həmin əşyaları Xıdırın maşını ilə aparmışdır. Evin açarının kimdə olduğu barədə heç bir məlumatı olmamışdır.

21. Qazax Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(023)-1378/2024 nömrəli qətnaməsi ilə (hakim - Elçin Mansırov) iddia tələbi rədd edilmişdir.

22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı X5 qalmış mirasın qəbul edilmiş hissəsinə, vəsiyyətnamənin etibarsız hesab olunmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, iddianın əsaslılığını sübuta yetirmək və buna dair dəlilləri məhkəməyə təqdim etmək iddiaçının vəzifəsidir. Cavabdeh2 2017-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla X16 tərəfind ən ona vəsiyyət edilmiş əmlakı qəbul etmişdir. Həmin mənzildə yaşamaqla və idarə etməklə mirası tam qəbul etmişdir. Eyni zamanda mərhum X16 həmin mübahisəli mənzilə dair vəsiyyətnamə verən zaman mənzilin müvafiq sənədi olmasa da sonuncunun sahibliyində və istifadəsində olmaqla onun mülkiyyətində olmuşdur. Mülki işin bütün hallarından görünmüşdür ki, cavabdeh miras açıldıqdan sonra mirasın qəbulu üçün nəzərdə tutulmuş vaxt ərzində həmin mirası qəbul etməmiş və idarəçiliyində iştirak etməmişdir. Hətta iddiaçının məhkəməyə təqdim etdiyi şahid Əhmədov Xıdır ifadəsində göstərmişdir ki, İddiaçı ilə birlikdə sonuncunun anasının vəfatından sonra həmin evə gedərək 2-ci mərtəbədən müəyyən əşyaları yığıb Rəmziyyənin evinə aparmışdır. Halbuki həmin mübahisəli mənzil 2 mərtəbəli yaşayış evi deyildir. Həmin şahidin ziddiyyətli ifadəsindən də görünür ki, İddiaçı özünün qeyd etdiyi kimi anasının vəfatından sonra mirasın bir hissəsini qəbul etməmişdir. Məhkəmə hesab etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair əsaslar müəyyən edilmədiyinə görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilə bilməz.

23. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1.1. 1166, 1170.1, 1176.1, 1193, 1195, 1196, 1201, 1202.2 və 1243.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilmə sinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 12 sentyabr 2017-ci il tarixdə hüququ olmayan şəxs X7 cavabdehin nümayəndəsi qismində Qazax rayon notariat ofisinə mirasın qəbulu ərizəsi ilə müraciət edir və bu ərizədə vərəsə olaraq yalnız cavabdeh göstərilməklə digər vərəsə gizlədilir. Eləcə də bu ərizəyə əlavə olunmuş arayışda da, o, vərəsə olaraq gizlədilir. Bu ərizə əsasında 12 sentyabr 2017-ci il tarixdə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə miras qoyanın adına olan mənzilə dair sənədlərin h azırlanması ilə bağlı məktub verilir. Mülki Məcəllənin 1245-ci maddəsində mirasın nümayəndə vasitəsilə qəbul olunması qeyd edilmişdir. Ancaq iş materiallarından göründüyü kimi, ərizə verilərkən şəxs cavabdehin nümayəndəsi olmamış və yalnız 14 sentyabr 2017-ci il tarixdə etibarnamə verilmişdir. İddiaçının tələblərindən biri mərhum anası tərəfindən cavabdehə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsidir və iddiaçı bu tələbini qeyd edilən normaların tələblərinə əsasən əsaslandıraraq göstərmişdir ki, miras qoyan cavabdehin adına vəsiyyətnamə verərkən və miras açılarkən mübahisəli mənzil onun mülkiyyətində olmamışdır. Bu halı nəzərə alaraq notariat ofisi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verərkən də qanun pozuntusuna yol vermişdir. Bununla bağlı tələbə məhkəmə qət naməsində münasibət bildirməmiş, bu tələbin təmin edilməməsini əsaslandırmamış və qərarında təmin edilməməsini belə qeyd etməmişdir. İş materiallarında, həmçinin dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilmişdir ki, mübahisəli mənzilin açarının biri onda olmuş və iddiaçı anasının 40 mərasimindən sonra mərhumun mənzilində mərhumun mirasına daxil olan əmlaklardan götürərək öz evinə aparmışdır. Bu əmlaklara sahiblənərək onlar bu gün də onun sahibliyindədir. Hətta cavabdeh belə etiraf etmişdir ki, mərhum analarına məxsus yataq və digər əşyaları iddiaçı aparmışdır. Bundan da görünür ki, iddiaçı varis olaraq bu əmlaklara sahiblənmişdir. Şahidlərin ifadəsindən də müəyyən olunur ki, iddiaçı anasının evindən mərhuma məxsus kravat (çarpayı), palaz, xalça, qab-qacaq və qazanı götürmüşdür. Bu ev əşyaları bu gündə onun sahibliyindədir. Bu hallar da onu göstərir ki, iddiaçı mərhumun vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə özünü mirasın sahibi olaraq göstərərək mübahisəli mənzildən mərhumun mirasına daxil olan ev əşyalarını öz evinə gətirmişdir. Bununla da iddiaçı mirasın sahibi kimi hərəkət etməklə mirası qəbul etməsini nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İddiaçı da anasının mirası açıldığı müddətdə mənzildə onda olan açardan istifadə etməklə anasına məxsus olan əşyaları götürməklə miras qalmış maddi dəyərə məxsus əşyalara sahiblənməklə mirası qəbul etdiyini nümayiş etdirmişdir. İddiaçının mərhum anasının mənzilindən mirasın açıldığı müddətdə sahiblənərək götürdüyü əşyalar da mirasın bir hissəsini təşkil edir.

26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov) 2(104)620/2025 nömrəli, 29 a prel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mərhum X32nın miras əmlakına dair vəsiyyətnamənin mülki qanunvericiliyin tələblərinə zidd olması barədə arqumentlər irəli sürsə də, lakin bu halları təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə, mübahisələndirilən vəsiyyətnamənin tərtibində səlahiyyətli subyektlər iştirak etmiş, habelə vəsiyyətnamənin (əqdin) forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Bundan əlavə, notariat qaydasında verilmiş vəsiyyətnamədə ifadə olunan iradənin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olması da öz təsdiqini tapmır. Sözügedən vəsiyyətnamənin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

28. «Miras qoyan miras əmlaka dair 2005-ci ildə vəsiyyətnamə verdiyi zaman əmlak onun adına qeydə alınmadığından vəsiyyətnamə etibarsız olmuşdur» barədə iddiaçının dəlili də məhkəmə tərəfindən əsassız sayılmışdır. Ona görə ki, mülki qanunvericiliyə görə, müvafiq əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək halları da mül kiyyət hüququ kimi qiymətləndirilir. Bu müddəaya uyğun olaraq, dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, həm də əmlak kimi gələcəkdə əldə edilməsi qanuni olaraq gözləmək də mülkiyyət hüququ kimi qiymətləndirilməlidir.

29. Məhkəmə qeyd etmişdir ki, vərəsəliyin açılması faktı, mirasın kütləsi və vərəsələrin dairəsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir. İşin halları araşdırılarkən müəyyən olunmuşdur ki, miras qoyan Yasilə Sarıyevanın vəsiyyətnamə üzrə, habelə qanun üzrə birinci növbəli vərəsəsi (uşağı) Cavabdeh2 mərhum anasının ölümündən sonra mirasa sahiblənməklə mirası faktiki qəbul etmişdir. Bu hal miras qalmış əmlaka dair kommunal ödəniş qəbzləri (miras açıldıqdan sonrakı dövrə aid), habelə birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər Şahid4, Şahid1 və Tükəzban Mustafayevanın ifadələri ilə öz təsdiqini tapır. Həmin şahid ifadələrinin obyektivliyi barədə məhkəmənin qənaəti bundan ibarətdir ki, adları qeyd olunan şahidlər işin həqiqi halları barədə məlumata malik şəxslərdir. Çünki, onlar cavabdehin qonşularıdır və miras əmlakın yaxınlığında yaşamışlar. Odur ki, şahidlər miras açıldıqdan sonra miras əmlakda kimin yaşaması, orada təsərrüfatın kim tərəfindən idarə edilməsi və sair məlumatlara malikdirlər. Bu məlumatlar işin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, həmin şahidlər tərəflərin hər hansı biri ilə qohumluq və ya xidməti asılılıq münasibətlərində deyillər ki, mübahisən in tərəflərin birinin lehinə və ya əleyhinə həll edilməsində maraqlı olsunlar. Həmçinin, şahid ifadələrinin obyektivliyinə dair iddiaçı tərəfin də hər hansı arqumenti olmamışdır. Bir sözlə, şahid ifadələrinin mötəbərliyini şübhə altına alacaq hər hansı hal mövcud olmadığından məhkəmə həmin ifadələri mötəbər sübut olaraq qiymətləndirir.

30. «Mərhum anasının vəfatından sonra miras qalmış evdən xalça, kilim, çarpayı, ləyənlər, qazan dəstləri aparmışdır. Mərhum anası hələ sağlığında sözügedən əşyaların ona (iddiaçıya) məxsus olduğunu bildirmişdir. Anasına məxsus əşyaları onun vəfatından sonra götürüb özündə saxlamaqla mirası faktiki qəbul etmişdir» barədə iddiaçının dəlili də apellyasiya məhkəməsi tərəfindən əsassız sayılmışdır. Ona görə ki, iddiaçının mərhum anasından miras qalmış evdən qey d edilən əşyaları götürərək sahiblənməsi öz təsdiqini tapdığı halda belə, nəzərə alınmalıdır ki, həmin əşyalar rəsmi reyestrdə qeydə alınmalı olmayan, habelə ev təsərrüfatında istifadə edilən məişət əşyalarıdır. Başqa sözlə, həmin əşyaların həqiqətən də mərhum Yasilə Sarıyevanın miras kütləsinə aid olması müəyyən edilmir. Digər tərəfdən isə, həmin əşyalar təyinatına uyğun olaraq ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyalardır. İddiaçının mərhum anasından miras qalmış evdən sözügedən əşyaları götürməsinin onun mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz (G.Qəhrəmanovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü cil tarixli Qərardakı hüquqi mövqeyi).

31. Məhkəmə belə qənaətə gəlmişdir ki, miras qoyan Yasilə Sarıyevanın vəfatından sonra onun vəsiyyət və qanun üzrə vərəsəsi miras əmlaka sahiblənməklə mirası faktiki qəbul etmişdir. Miras əmlakda məcburi pay hüquqlu vərəsə olan İddiaçı isə nə qanuni, nə də faktiki yolla mirası qəbul etməmişdir. Odur ki, notariat orqanı tərəfindən Cavabdeh2 qanun və vəsiyyət üzrə vərəsəlik payı nəzərə alınmaqla miras əmlakdan tam həcmdə pay verilməsi qanuni əsaslara söykənmişdir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığından irəli gələn digər tələblər üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamış, çünki vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli g ələn digər tələblərin dispozitiv şərtlərini də istisna etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkil – Vəkil1) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

33. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edərək əlavə olaraq qeyd edilmişdir ki, vərəsəlik işi hüquq olmayan şəxsin ərizəsi ilə açılmışdır. Bundan başqa məhkəmə dindirilmiş şahidlərin ifadələrinə və iş materiallarında olan sübutlara qiymət verməmişdir. Belə ki, iddiaçı anasının vəfatından sonra miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bu hallar sübut olunsa da məhkəmə mötəbər sübut təqdim edilməməsini qeyd etməkl ə iddianı rədd etmişdir. Eləcə də məhkəmə vəsiyyətnamə ilə bağlı tələbi də təmin etmədiyi halda bu barədə əsaslandırma aparmamış və tətbiq edilməli olan maddi hüquq normalarına istinad etməmişdir. Məhkəmə iddia tələblərini hansı hissədə təmin edilməməsini əsaslandırmamışdır. Hətta iddia tələbini hansı hissədə təmin edilməməsini qətnaməsində qeyd etməmişdir. Məhkəmə qət etdi hissədə yalnız İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Qazax rayon Notariat Ofisinə və DƏDKR PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, alqı-satqı-müqaviləsinin ləğv edilməsi və mənzildən məcburi vərəsəlik payın müəyyən edilməsi» tələbi barədə iddiası təmin edilməməsini qeyd etmişdir. Əslində iddiaçı mərhum tərəfindən verilmiş 2005-ci il tarixli vəsi yyətnaməni də mübahisələndirmişdir və məhkəmə isə buna nəticə hissəsində münasibət bildirməmişdir. Qətnamədə isə "Eyni zamanda mərhum X16 həmin mübahisəli mənzilə dair vəsiyyətnamə verən zaman həmin mənzilin müvafiq sənədi olmasa da sonuncunun sahibliyində və istifadəsində olmaqla onun mülkiyyətində olmuşdur." yazmaqla kifayətlənmişdir. Bu iddia tələbi ilə birlikdə vəsiyyətnamənin mübahisələmdirilməsinə məhkəmə qiymət verməli və buna dair ərizədə qeyd edilən normaların tələbləri nəzərə alınmaqla əsaslandırma aparmalıydı. İş materiallarında olan sübutlara qarşılıqlı münasibət bildirilməmişdir və hətta bir sıra sübutlar qətnamədə də elan edilməmişdir. Apellyasiya instansiya məhkəməsi isə bunların heç birinə münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassas iya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

37. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

38. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

39. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

40. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

41. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

42. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır.

43. Maddə 1225. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habe lə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

44. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

45. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmi şdir.

46. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yen idən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

55. Belə ki, iddianın rədd olunmasına dair rayon məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, miras qoyan Yasilə Sarıyeva tərəfindən vəsiyyətnamənin verilməsi, Cavabdeh2 tərəfindən mirasın qəbulu və bu barədə notarius tərəfindən Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakın sonuncunun adına sənədləşdirilməsi ilə bağlı hallar qanunvericiliyin tələblərinə uyğun olmuş, həmin sənədlərin ləğvi və etibarsızlığı üçün əsaslar müəyyən edilməmiş, bu barədə iddiaçı tərəfindən mötəbər və kifayət qədər sübutlar təqdim olunmamış, İddiaçı tərəfindən mirasın qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul olunması iş materialları ilə öz təsdiqini tapmamışdır.

56. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qənaəti ilə razılaşmır:

57. İşin mübahisəsiz hallarına görə iddiaçı X11 və Cavabdeh2 miras qoyan X6 övladlarıdır, Yasilə Sarıyeva xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə özünün bütün əmlakını harda olmasından və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən ünvan 1 ünvanda yerləşən mənzilini qızı Cavabdeh2 vəsiyyət etmişdir. Yasilə Sarıyeva 29 iyun 2013-cü ildə öləndən sonra miras açılmış, Cavabdeh2 vəsiyyət üzrə vərəsə, Rəmziyyə Sarıyeva isə mirasdan məcburi pay almaq hüququna malik olan şəxsdir.

58. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, G.Qəhrəmanovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarına istinad edərək iddiaçının mərhum anasının vəfatından sonra miras qalmış evdən xalça, kilim, çarpayı, ləyənl ər, qazan dəstləri aparması faktının təsdiq olunmaması, hətta təsdiq olunsa belə həmin əşyalar rəsmi reyestrdə qeydə alınmalı olmayan, habelə ev təsərrüfatında istifadə edilən məişət əşyalar olması, həmin əşyaların həqiqətən də mərhum Yasilə Sarıyevadan qalmış mirasın kütləsinə aid olmasının müəyyən edilməməsi və bu əşyaların təyinatına uyğun olaraq ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyalar olması da nəzərə alındıqda iddiaçı tərəfindən mirasın qəbul olunmasının müəyyən edilməməsi barədə apellyasiya məhkəməsinin qənaəti düzgün olmamışdır.

59. Əvvəla Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarında ümumi istifadədə olan ev əşyalarının, həmçinin miras qoyana məxsus olmuş xalça, kilim, çarpayı, ləyənlər, qazan dəstləri və sairənin mirasın kütləsinə daxil olmaması barədə hər hansı göstəriş yoxdur. Həmin qərarda mirasın faktiki qəbul olunması barədə iddiaçı tərəfindən apellyasiya məhkəməsində yeni dəlillərin irəli sürülməsi, apellyasiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini tənzimləyən Mülki Prosessual Məcəllənin 371 və 372.2-ci maddələrinin tələblərinə əməl olunmaması, iddiaçının tərəfindən miras əmlakın qəbul edilməsinə dair irəli sürülmüş dəlillərin əsassızlığı və bu halların Mülki Prosessual Məcəllənin 77 və 88-ci maddələrinə görə onun üzərinə sübut etmə vəzifəsi kimi qoyulması məsələlərinə də diqqət yetirməməsi əsasları ilə Ali Məhkəmənin qərarı qüvvədən düşmüş hesab edilmişdir. Qərarda rəsmi reyestrdə qeydə alınmalı olmayan, habelə ev təsərrüfatında istifadə edilən məişət əşyaların mirasın kütləsinə aid olma masına dair mövqe olmamışdır.

60. Mirasa daxil olmayan əmlak Mülki Məcəllənin 1155.1 və 1155.2-ci maddələrində göstərilmişdir. Həmin maddəyə görə ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər. Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır.

61. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin 11 oktyabr 2024-cü il tarixli arayışına və şahid ifadələrinə görə iddiaçı Türkiyə Respublikasında yaşamasına baxmayaraq miras qoyan anası öləndən sonra, mirasın qəbulu müddətində dəfələrlə Azərbaycan Respubl ikasına gəlmiş, anasının yas mərasimlərində iştirak etmiş, özünün bildirdiyinə görə cavabdeh bacısının iştirakı olmadan miras əmlaka daxil olan mərhum anasına məxsus mənzildə iki dəfə cümə mərasimlərini vermiş, mənzilin açarlarından biri onda olmuş, həmin dövrdə mərhum anasına məxsus olmuş palazı çarpayını və qabqacaqları öz evinə aparmışdır. Bu faktları iddiaçı tərəfin vəsatəti əsasında şahid kimi dindirilmiş X13, X8 və X23 da təsdiq etmişdir.

62. Şahid ifadələrinin ziddiyyətli olması, ona görə də onlara tənqidi yanaşılması, şahid Xıdır Əhmədovun “əşyaları evin 2-ci mərtəbəsindən götürmələri ”ni qeyd etməsinin isə faktiki vəziyyətə uyğun olmaması, yəni mübahisəli mənzilin 2 mərtəbəli yaşayış evi olmaması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi nə zərə almamışdır ki, şahid ifadələri arasında əhəmiyyətli ziddiyyət mövcud deyildir, şahid Xıdır Əhmədov isə əşyaları 2-ci mərtəbədən götürmələrini ehtimalla söyləmişdir. Həmçinin miras mənzilin bina evində yerləşməsi, mənzilin binanın 2-ci mərtəbəsində ola bilməsinin mümkünlüyünü məhkəmə nəzərə almamışdır.

63. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mirasın kütləsinə daxil olan mənzilin vəsiyyətnamə tərtib olunanda və miras açılan vaxta miras qoyan Yasilə Sarıyevanın adına qeydiyyata alınmaması barədə apellyasiya məhkəməsinin qənaəti düzgün olmamışdır. İş materiallarından görünür ki, Yasilə Əsgərova həmin mənzili notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən əldə etmiş və vəsiyyətnamə verilənədək Qazax rayon X3 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən o nun adına dövlət qeydiyyatına alınmışdır. (cild 1, vər 122.).

64. İşdən daha sonra görünür ki, vərəsə Cavabdeh2 nümayəndəsi kimi çıxış edən X7 mirasın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə cavabdehin adından Qazax rayon notariat ofisinə 12 sentyabr 2017-ci il tarixdə müraciət etmiş, lakin bu barədə etibarnamə 14 sentyabr 2017-ci il tarixdə verilmişdir. Qazax rayon notariat ofisində səlahiyyəti olmayan şəxsin ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bu fakt iddiaçı tərəfindən həm iddia ərizəsində, həm də apellyasiya şikayətində irəli sürülsə də, işə baxan məhkəmələr bu məsələyə hüquqi qiymət verməmiş, Cavabdeh2 təmsilçisinin hərəkətlərini bəyənib-bəyənmədiyini müəyyən etməmişdir.

65. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktl arı normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara, həmçinin Cavabdeh3 vicdanlı alıcı olub-olmamasına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-620/2025 nömrəli iş üzrə 29 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar