Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2602/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı (X6 və X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyat vəsiqəsinin və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-718/2022 nömrəli iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 19.09.2017ci il tarixli məktubun surətinə əsasən anası 10.10.1931-ci il təvəllüdlü X18 17.02.2008-ci il tarixdə Bakı Dəniz Limanı vasitəsilə Türkmənistan Respublikasına getmişdir. Aşqabad şəhəri, Proletar rayon VVAQ şöbəsi tərəfindən verilmiş 20.11.1992-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X19 14.11.1992-ci ildə ölmüşdür. 25.08.1993-cü il tarixli D-10/2952 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 14.11.1992-ci ildə vəfat etmiş X14 vərəsəsi həyat yoldaşı X8 və o, miras əmlaka irs almalıdır. Miras əmlak mərhuma məxsus Bakı şəhəri, Azadlıq prospekti, 70 nömrəli binada yerləşən 49 nömrəli mənzildən ibarətdir. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 2V-83 saylı notarial işində olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 17.09.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Azadlıq prospektində yerləşən 70 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X9 mülkiyyətində olmuşdur. Bakı şəhər 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş və X15 tərəfindən tərtib edilmiş 07.06.2007-ci il tarixli vəsiyyətnaməyə əsasən ona məxsus olan Bakı şəhəri, Azadlıq pr ospektində yerləşən 60 saylı evin 49 nömrəli 2 otaqlı mənzili qızları X13 və X3 vəsiyyət etmişdir. 5 saylı Bakı «ASAN xidmət» mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.03.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X15 09.09.2019-cu ildə Türkiyə Respublikası Ankara şəhərində ölmüşdür. 30.04.2021-ci il tarixli 2V-83 saylı reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 09.09.2019-cu ildə ölmüş X4 vərəsəsi Nargiz Qurbanova və X17 və onlar miras əmlakdan bərabər payda 5/6 hissədə irs almalıdırlar. Miras əmlak X10 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 nömrəli evin, ümumi sahəsi 32,6 kv.m. olan 49 nömrəli mənzilini (torpaq sahələrindən başqa) ibarətdir. Göstərilən miras əmlakın məcburi pay hüququ üzrə 1/6 hissəsi açıq saxlan ılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 06.05.2020-ci il tarixli Çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 70 saylı evin 49 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə 5/12 hissə Nargiz Qurbanovanın, 5/12 hissə X11, açıq saxlanılmış 1/6 hissə X4 mülkiyyətindədir. İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı «qeydiyyat vəsiqəsinin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin həcm inin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 13 saylı Notariat Kontorunda X4 adına verilmiş 25.08.1993-cü il tarixli İOİ/93 saylı D-İO/2952 reyestr nömrəli Qanuni vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında X4 adına Bakı şəhəri, Azadlıq prospekti, ev 70, 49 saylı mənzilə dair verilmiş seriya MH № 071942 17.09.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin, 14 saylı Notariat Ofisinin vermiş olduğu 30.04.2021-ci il tarixli V-43/2020 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mülkiyyət hüquqlarına dair çıxarışın etibarsız hesab edilməsinə, İddiaçı mərhum X14 vərəsəsi kimi tanınması və Bakı şəhəri, Azadlıq prospekti, ev 70, 49 saylı mənzilə dair vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Türkmənistan SSR-də anadan olmuşdur. Uzun müddət orada yaşadıqdan sonra o, valideynləri ilə birlikdə Bakı şəhərinə köçərək məskunlaşmışdır. Həmin vaxt atası Bakı şəhəri, Azadlıq prospekti, ev 70, 49 saylı mənzilin bir hissəsini əldə etmişdir və onun adına icarə müqaviləsi bağlanmışdır. O, atası və anası həmin evdə ailə üzvləri kimi qeyd edilmişdir. Daha sonra atası vəfat etmiş və o, öz ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşamağa davam etmişdir. Anası isə bir müddət sonra onun bacılarının yanına Türkmənistana getmiş və bir daha geri qayıtmamışdır. Sovet dövləti dağıldıqdan sonra Türkmənistana getmək üçün xüsusi icazə tələb edildiyindən o, heç atasının qəbrini belə ziyarət edə bilməmişdir. Anası Azərbaycanı tərk etdikdən sonra onun bacıları onunla əlaqə yaratmasına imkan verməmişlər, anası isə özü barədə xəbər verməmişdir. O, dəfələrlə yerli polis orqanlarına müraciət edərək anasının Türkmənistana gedib qayıtmaması ilə bağlı müraciət edərək axtarışının elan edilməsinə nail olmuşdur. Lakin ona onun barəsində yalnız ölkədən dəniz yolu ilə getməsi bildirilmişdir. Bundan bir müddət əvvəl ona məlum olmuşdur ki, anası vəfat etmişdir. Bacıları isə guya ona məxsus olan mənzildən vərəsəliklə bağlı pay almaq üçün Bakıya gəlmişlər. Bəlli olan Covid 19 pandemiyası ilə bağlı olaraq o, Rusiyadan Bakıya gələ bilmədiyindən notariat kontoruna gələrək əslində anasına heç bir mənzilin məxsus olmamasını bildirə bilməmişdir. Belə ki, atası vəfat etdikdən sonra ünvan 2 ünvanında o, yaşamışdır və evin sənədləri atasının adına rəsmiləşdirilmişdir. Həmin evlə bağlı onun tərəfindən hər hansı bir formada əməliyyat aparılması və ya özəlləşdirilməsi ilə bağlı heç yerə müraciət etməmişdir. Belə olan halda anasının 1993-cü ildə mənzili özəlləşdirməsi və bu barədə mənzildə qeydiyyatda olan və ailə üzvü kimi onun razılığının alınmaması tamamilə qanunsuzdur. O, 14 saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik işinin nə ilə bağlı açılmasını öyrəndikdə məlum olmuşdur ki, 1993-cü ildə anasının adına qeydiyyat vəsiqəsi verilmişdir. Belə olan halda qeyd edilən qeydiyyat vəsiqəsinin və mənzilin özəlləşdirilməsi tamamilə əsassızdır və etibarsız hesab edilməlidir. Mərhum atası X19 vəfat etdikdən sonra anası X2 xəbərsiz olaraq Notariat kontoruna müraciət edərək miras qalmış mənzilin öz adına rəsmiləşdirilməsinə nail olmuşdur. Əldə edilmiş 25.08.1993-cü il tarixli Notariat işindən də müəyyən olunmuşdur ki, mirası qəbul etmək istəyən şəxs nikah haqqında şəhadətnaməni notariusa təqdim etsə də, nikahdan övdadların olması barədə məlumatı notariusdan gizlətmiş və bununla da miras əmlakı tam olaraq öz adına rəsmiləşdirmişdir. Bununla da faktiki olaraq digər vərəsə kimi onun vərəsəlik hüququnu pozmuşdur. Daha sonra mübahisəli mənzilə dair öz adına qeydiyyat vəsiqəsi alan X16 artıq özünə məxsus mənzilə dair vəsiyyətnamə qoymuşdur. İşin halları və təqdim edilmiş sənədlərlə birmənalı şəkildə X5 hərəkətlərində qanun pozuntusunun olması sübuta yetirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29.09.2021-ci il tarixli, 2(006)-2887/20 21 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işin tədqiq olunan faktiki hallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri 01 sentyabr 2000-ci il tarixədək yarandığından hazırki iş üzrə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edil ir. Həmin Məcəllənin 82-ci maddəsinin 1-ci bəndinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Göstərilən Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək b arədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiyalarından göründüyü kimi iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı müddətin ötürülməsinin üzrlü səbəbləri kimi vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı gedən proseslərdən xəbərinin olmamasını göstərmişdir. Halbuki, atasının vəfat etməsindən və ondan sonra miras əmlakın qalmasından xəbəri olmuşdur. İddiaçının anası X12 atasından miras qalmış əmlakı qanunda nəzərdə tutulmuş müddət ərzində qəbul etdiyindən 27 ildən artıq müddət keçməsinə bax mayaraq, məhkəmə iddiaçının bundan yeni məlumatlı olmasını inandırıcı hesab etmir. İddiaçı həqiqətən də miras açıldığı vaxtdan vərəsəlik hüququnun qeydə alınması üçün gedən proseslərdən 27 il keçməsinə baxmayaraq, xəbərsiz olduğunu sübuta yetirə bilməmişdir. İddiaçının 14 saylı notariat ofisi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhalətnamənin və onun əsasında verilmiş mülkiyyət hüquqlarına dair çıxarışın etibarsız hesab edilməsi, iddiaçının atasının vərəsəsi kimi tanınması və vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı tələbi X12 adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbi ilə birbaşa əlaqəli olduğundan və həmin tələblər təmin edilmədiyindən, prosesual qənaə t prinsipi baxımından iddia bu hissələrdə də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73, 76, 77, 78, 82.1, 552-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgər ov, Azad İmanov) 10.01.2022-ci il tarixli, 2(103)-718/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 2(006)-2887/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə haqlı olaraq mövcud iddia tələbini Azərbaycan Respublikasının 2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydalarına uyğun olaraq həll etmişdir. 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdiril məsin. 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Həmin Məcəllə ilə istər vəsiyyət üzrə, istərsə qanun üzrə mirasın qəbulu üçün də 6 aylıq müddət müəyyən olunmuşdur. Göründüyü kimi X14 14.11.1992-ci ildə ölməsi ilə mübahisəli mənzil üzrə miras açılmış, 25.08.1993-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə onun vərəsəsi arvadı X15 hesab edilərək, miras əmlaka irs almışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 17.09.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Azadlıq prospektində yerləşən 70 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X9 mülkiyyətində olmuşdur. İddiaçı Abbasov Rasul Maxmudoviç həmin mənzilə 20.10.1994-cü il tarixdə qeydiyyata alındığı zaman ona məlum olmuşdur ki, mənzil anasının adına qeydiyyata alınmışdır, yəni, ən azı iddiaçı mübahisəli mənzilə qeydiyyata düşərkən mənzilin mülkiyyətçisi kimi mərhum anasının razılığı alınmalı idi ki, mənzilə qeydiyyata alınmaqda maraqlı olan iddiaçının da bundan xəbərsiz olması inandırıcı görünmür. Eləcə də uzun illər mənzillə bağlı kommunal ödənişlər aparmış idddiaçının mənzilin anasının adına qeydə alınmasından məlumatsız olmasını da istisna edilir (iddiaçı bildirir ki, mənzildə yalnız ailəsi ilə özü yaşamışdır). Odur ki, iddiaçı tərəfindən hazırki iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. İddia müddətinin üzrlü səbəblərdən ötürülməsi halları isə müəyyən edilməmişdir. Kasa siya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Nümayəndə) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin işə baxan Mülki Kollegiyası apelyasiya şikayətini rədd edən zaman göstərilən maddi hüquq normalarına istinad edərək, gəlmiş olduğu nəticə 1999-cu ilə qədər qüvvədə olmuş Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 552-ci maddəsinə bimənalı şəkildə ziddir. Belə ki, həmin maddədə deyilir ki, miras əmlakı faktiki olaraq qəbul etmiş şəxs, yəni miras əmlakdan faktiki istifadə və ona sahiblik etmə miras əmlakın artıq qəbul edilmiş sayılması üçün əsasdır. Daha sonra isə həmin qəbulun rəsmiləşdirilməsi proseduru ilə bağlı heç bir göstəriş və ya imperativ bir norma mövcud deyildir. Hazırki mübahisəli məsələnin ədalətli şəkildə qanun normalarına əməl olunmaqla həll edilməsi üçün ilk öncə mirası qəbul etmiş Səriyyə Abbasovanın 1993-cü ildəki hərəkətlərinin qanuni olubolmaması araşdırılmalı idi. iddia müddətinin 3 il olmasını qəbul etsə də, bu zaman məhkəmənin nədən həmin MM-nin 78-ci maddəsinə istinad etməməsi və iddia müddətinin axımının başlanması üçün şəxsin hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu halın tətbiq edilməməsi qeyri- aydın qalmışdır. Belə olan halda məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi və bu əsasla iddianın təmin edilməməsi tamamilə qanunsuzdu r. İddiaçı mirası faktiki qəbul etməklə yananşı, orada ailəsi ilə birlikdə yaşamış, kommunal xidmətlərdən sitifadə etmiş, onların dəyərini ödəmişdir. Bir sözlə miras əmlaka dair sahiblik və istifadə hüquqları tam həcmdə icra edilmişdir. Sadəcə vərəsəlik hüququnu rəsmiləşdirməmişdir. Çünki buna ehtiyac olmamışdır. İddiaçı miras əmlakı faktiki qəbul edərək, bu günə qədər onun idarə edilməsini həyata keçirmiş, kommunal xərcləri ödəmişdir. Ancaq digər vərəsənin hərəkəti onun hüququnu pozduğundan hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə ə sasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin akt ının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq 01.09.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.
27. Maddə
78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir. Maddə
82. İddia qaldırılana qədər iddia müddətinin keç məsi iddianı rədd etmək üçün əsasdır. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində miras əmlakı faktiki qəbul edib, idarə və sahiblik etməsinə, sadəcə olaraq sənədləşmə işlərini həyata keçirməməsinə, hüquqlarının pozulmasını vərəsəlik işi ilə tanış olduğu zaman bilməsinə istinad edib, iddia müddətinin hüquqlarının pozulmasını bildiyi zamandan hesablanmalı olduğunu, buna görə də iddia müddətinin ötürülmədiyini əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, həqiqətən də apelyasiya kollegiyasının qeyd etdiyi kimi iddiaçı atası vəfat etdikdən, anası isə ölkə daxilində olmadığı zamandan mənzili özünün ifadə etdiyi kimi idarə etdiyi zamandan miras əmlak barədə hüquqi hərəktləri həyata keçirmək imkanına malik olmuşdur ki, o, bu hərəkətləri həyata keçirməmiş və istinad edilən qanunvericiliyin tələblərinə uyğu n olaraq iddia müddətini ötürmüşdür. Hazırki halda onun istinadları iddia müddətinin ötürülməməsi anlamını ifadə edə və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas verə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-718/2022 nömrəli iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.