Məhkəmə qərarları › İş №2(102)-2603/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2603/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2603/2020 17.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq, 146.570 manat əsas borcun, 121.345 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 267945 manat pulun alınaraq ona verilməsi, xx xxxxxxxx 2012-ci il tarixli, x saylı müqavilənin ləğv edilərək lizinq obyekti olan altı ədəd xmarkalı traktorların və üç ədəd SAR-14-4 markalı, bir ədəd KP-4 markalı və bir ədəd x markalı kotanların saz vəziyyətdə cavabdehdən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) xx.xx.2017-ci il tarixli, x nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Mirzəyev (sərlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi Cavabdeh 121.345 manat cərimə borcunun tutulması hissəsində dəyişdirilərək 1.000 manat müəyyən edilməsi, Cavabdeh 146.570 manat əsas borc, 1.000 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 147.600 manat alınaraq iddiaçı «xxxx» Açıq Səhimdar Cəmiyyətinə ödənilməsi, qətnamənin qalan hisssədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 254 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator, həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, o, heç vaxt iddiaçı təşkilat ilə müqavilə bağlamamış və qeyd olunan texnikalar ona təhvil verilməmişdir. Cavabdeh “Kamaz” markalı yük avtomobili idarə edir, torpaq sahəsi yoxdur, qeyd olunan traktor və digər texnikalar ona gərək deyil. Məhkəmələr müqavilədə qeyd olunan texnikaların hazırda harda olması, kimdə olması barədə yerində baxış keçirərək akt tərtib etməli idilər. Cavabdeh isə öz təşəbbüsü ilə xx xxxxxx 2020-ci ildə həmin texnikaların yerini müəyyən edərək video diskə çəkib və həmin diski kassasiya şikayətinə əlavə etmişdir. Həmin video-çəkilişdən görünür ki, qeyd olunan texnikalar iddiaçı ASC-nin müdiri X1 şəhərində yerləşən öz həyətindədir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatland ırılmış cavabdeh teleqram göndərərək, vəkilinin səhətində yaranmış problemə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün işin baxılmasının təxirə salmasını xahiş etsə də, həmin halı təsdiqləyən sübut təqdim etməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfində n müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, xx.xx.2012-ci il tarixdə «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi haqqında xnömərli müqavilə bağlanmışdır. Razılaşmaya görə cavabdeh ümumi dəyəri 167.400 manat olan texnika üçün 5.030 manat ilkin ödənişi əvvəlcədən cəmiyyətin hesabına ödəyir, qalan hissəni isə ödəniş qrafikinə uyğun ödəməyi, iddiaçı isə kənd təsərrüfatı texnikalarını lizinqə verməyi öhdəsinə götürür. Cavabdeh ilkin ödənişi ödəmiş, iddiaçı isə lizinq obyektlərini cavabdehin istifadəsinə vermişdir. Tərəflər müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1 % miqdarında cərimə hesablanmasını da razılaşdırmışlar. Lakin, Cavabdeh müqavilə üzrə öhdəliyini pozar aq ödənişləri vaxtında aparmamışdır. Lizinq şirkəti tərəfindən lizinq ödənişinin ödənilməsi tələbi ilə bağlı xx.xx.2015-ci ildə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. İddiaçı «xxxx» ASC qeyd edilənlərə əsaslanaraq hazırkı iş üzrə iddia tələblərini irəli sürmüşdür. Cavabdeh isə lizinq müqaviləsini imzalamadığını, iddiaçı ilə özünün belə bir müqavilə bağlamadığını, sözügedən texnikaların əslində başqa şəxsin sahibliyində olmasını bildirərək iddiaya etiraz edir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu iş üzrə hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəy yən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcə llənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki halları ilə sadalanan hüquq normalarının dispozisiya şərtləri arasında uyğunluq olduğundan tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi, 146.570 manat əsas borcun, 1.000 manat cərimənin, habelə lizinq obyektlərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə gəlinən nəticə əsaslıdır. Cavabdeh kassasiya şikayətində sözügedən lizinq müqaviləsini imzalamadığını və iddiaçı ilə belə bir əqd bağlamadığını bildirsə də, bu dəlil işdəki ekspertiza rəyi ilə təkzib olunur. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, №12470 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, xx xxxxxxxx 2012-ci il tarixli, xsaylı lizinq müqaviləsinin 4.1 bəndinin ödəniş qrafikində “Lizinqə alan” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdehin lizinq obyekti olan texnikaların əslində başqa şəxsin sahibliyində olmasına dair mövqeyi isə işin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Çünki, iddiaçının tələbi cavabdehlə bağladığı lizinq müqaviləsinə söykənir. Həmin müqaviləyə əsasən lizinq alan və lizinq obyektlərinə görə məsuliyyəti üzərinə götürən məhz Cavabdehdur. Həmin obyektlər onun sahiblik və istifadəsinə verildikdən sonra texnikanın özündə və ya başqa şəxsdə olması cavabdehin risk dairəsinə aid olan hallardır. Bu səbəbdən iddiaçının ödənişləri və texnikanı müqavilə tərəfi olan və öhdəliyini pozmuş cavabdehdən tələb etməsi əsaslıdır. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar