Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2604/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh MMC İddia tələbi: “müqavilənin ləğv edilməsi və pul vəsaitinin geri qaytarılması” Açar sözlər: müqavilənin ləğv edilməsi və pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(103)-5428/2020 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən veri lmiş kassasiya şikayətinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş müqavilələrə əsasən, Cavabdeh MMC (direktoru X3) ilə alıcı İddiaçı arasında bağlanmış 123 a saylı, 18.08.2014-cü il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 7-ci blokun 2-ci mərtəbəsində yerləşən 100 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 144960 manat müəyyən edilmiş və əl yazısı ilə müqavilənin mətninə əlavə edilmişdir.Cavabdeh MMC (direktoru X3) ilə alıcı İddiaçı arasında bağlanmış 124a saylı 18.08.2014-cü il tarixli müqaviləsinə əsasən, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 7-ci blokun 2-ci mərtəbəsində yerləşən 101 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçıZəkəryayevnaya təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 1200 manat müəyyən edilmiş və əl yazısı ilə müqavilənin mətninə əlavə edilmişdir. Həmçinin mənzilin dəyəri yazılan qrafanın üstündə əl yazısı ilə 134400 manat mötərizədə əlavə edilmişdir.Cavabdeh MMC (direktoru X3) ilə alıcı İddiaçı arasında bağlanmış 125a saylı 18.08.2014-cü il tarixli müqaviləsinə əsasən, ünvan 2 ünvanında inşa etdiyi 7 mə rtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 4-cü blokun 7-ci mərtəbəsində yerləşən 131 saylı 4 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 158400 manat müəyyən edilmiş və əl yazısı ilə müqavilənin mətninə əlavə edilmişdir.Cavabdeh MMC (direktoru X3) ilə alıcı İddiaçı arasında bağlanmış 126a saylı 18.08.2014-cü il tarixli müqaviləsinə əsasən, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 9-cu blokun 7-ci mərtəbəsində yerləşən 145 saylı 4 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 152952 manat müəyyən edilmiş və əl yazısı ilə müqavilənin mətninə əlavə edilmişdir.Cavabdeh MMC (direktoru X3) ilə alıcı İddiaçı arasında bağlanmış 127a saylı 18.08.2014-cü il tarixli müqaviləsinə əsasən, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 3-cü blokun 6-cı mərtəbəsində yerləşən 48 saylı 4 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən göstərilən mənzilin ümumi dəyəri 185.400 manat müəyyən edilmiş və əl yazısı ilə müqavilənin mətninə əlavə edilmişdir.Cavabdeh MMC (direktoru X3) ilə alıcı İddiaçı arasında bağlanmış 128a saylı 18.08.2014-cü il tarixli müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa etdiy i 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 1-ci blokun 6-cı mərtəbəsində yerləşən 10 saylı 4 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən göstərilən mənzilin ümumi dəyəri 218.400 manat müəyyən edilmiş və əl yazısı ilə müqavilənin mətninə əlavə edilmişdir. Qeyd olunan müqavilələrin 3.2-ci bəndlərinə əsasən, müqavilələrdə nəzərdə tutulmuş pul vəsaiti iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş eyniməzmunlu müqavilələrdə mənzillərin dəyəri əks edilməmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış 18.08.2014-cü il tarixli 123a, 124a, 125a, 126a, 127a, 128a saylı müqavilələrin ləğv edilməsi, cavabdehə 18.08.2014-cü il tarixli 123a, 124a, 125a, 126a, 127a, 128a saylı müqavilələr üzrə ödədiyi cəmi 994.512 manat pulun, 18.08.2014-cü il tarixli 123a, 124a, 125a, 126a, 127a, 128a saylı müqavilələr üzrə ödənilmiş 994.512 manat pul vəsaitinə Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq hesablanmış 244.484,2 manat faizlərin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.239.026,2 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7108/2020 saylı, 13 noyabr 2019cu il tarixli qətnaməsi ilə (hakim L.E.Rəhimli) iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(103)-5428/2020 saylı qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7108/2020 saylı, 13 noyabr 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi və Cavabdeh MMC-dən 994.512 manat məbləğinə pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabd eh MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası məhkəmənin işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ”Cavabdeh” MMC ilə İddiaçı Zəkəryəyevna arasında heç bir real müqavilə münasibəti yaranmamışdır.İddiaçı özü heç vaxt tikinti sahəsində olmamış, mənzillərə baxmamış, mənzil bəyənməmiş,cavabdehlə müqavilə bağlamamış və cavabdeh təşkilata heç bir pul ödəməmişdir. İddiaçı Zəkəryəyevnanın əri X4 ”Cavabdeh” MMC-nin mərhum d irektoru X3 ilə 04.04.2014-cü ildə müqavilə bağlamışdır. Müqaviləyə əsasən X4 “xxxx” MTK-nın inşa etdiyi binanın tikintisinə 1.000.000 (bir milyon) manat vəsait qoymuşdur. Müqavilə 04.04.2014-cü ildə bağlanılmış və pul vəsaiti mərhələlərlə tikintiyə qoyulmuşdur. X3 öhdəlik götürmüşdür ki, həmin borc məbləği X2 ikiqat həcmdə qaytarılacaqdır. X1 həmin müqavilə ilə yanaşı təminat da istəmiş və beləliklə də, həmin borcun qaytarılmasının təminatı kimi onun arvadı İddiaçı Zəkəryəyevnanın adına 6 ədəd mənzilə dair müqavilələr bağlanılmışdır. Həmin müqavilələr sırf formal xarakter daşımış və Eyvazov Mahirin verdiyi 1 milyon manat borcun qaytarılmasının təminatı kimi çıxış etmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, süb utlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin ( kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xid mətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. -452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. -452.2-ci maddəsinə görə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr üzrə təhvil verilməli olan mənzillərin ümumi dəyəri əl yazısı ilə yazılmış, həmin müqavilələrin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr üzrə isə təhvil verilməli olan mənzillərin ümumi dəyəri ümumiyyətlə göstərilməmişdir. Buna baxmayaraq, mübahisəli mənzillərə dair müqavilələr cavabdeh tərəfindən imzalanmış və iddiaçıya təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş müqavilələrdə məbləğlərin göstərilməməsi isə mənzillərin dəyərinin ödənilmədiyi anlamına gələ bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfi ndən məhkəməyə təqdim edilmiş müqavilələrdə mənzillərin dəyərləri göstərilməsə də, iddiaçı tərəfindən təqdim edilmiş müqavilələrdə mənzillərin dəyəri və məbləğlərin ödənilməsi tam təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 18.08.2014-cü il tarixli 123a, 124a, 125a, 126a, 127a, 128a saylı müqavilələr üzrə ödədiyi cəmi 994.512 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.6-cı maddəsinə əsasən, binanın təhvil verilmə müddəti - 2014-cü ilin sonu2015-ci ilin əvvəli göstərilmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və alıcı tərəfindən mənzilin təhvil götürüldüyü günədək qüvvədədir.Cavabdeh tərəfindən mənzillər tikildikdən sonra iddiaçıya deyil, üçüncü şəxslərə təhvil verildiyindən, həmçinin mənzillərin təhvil verilmə müddəti 2014-cü ilin sonu2015-ci ilin əvvəli müəyyən edildiyindən və həmin vaxtdan uzun müddət keçdiyindən mübahisələndirilən müqavilələr artıq qüvvədən düşmüşdür.Qüvvədə olmayan müqavilələrin isə ləğvi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə məhkəmə mübahisələri uzun müddətdir ki, davam edir. Bu halı nəzərə almaqla əldən çıxmış faydanın mövcud olması ağlabatan hesab edilmir və öz təsdiqini tapmır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, yuxarıda qeyd olunan müqavilələr üzrə ödənilmiş pul məbləğinin geri qaytarılması ilə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 452.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bundan əlavə, Cavabdeh MMC ilə İddiaçı Zəkəryəyevna arasında heç bir real müqavilə münasibətinin yaranmaması, yalnız onun əri X4 tərəfindən “xxxx” MTK-nın inşa etdiyi binanın tikintisinə 1.000.000 (bir milyon) manat vəsait qoyulması ilə bağlı kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli, 2(102)-8002/18 saylı qərarı ilə (hakimlər: Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev, G.A.Quliyev) Cavabdeh MMC ilə İddiaçı Zəkəryəyevna arasında bağlanmış 18 avqust 2014-cü il tarixli 123a, 124a, 125a, 126a və 128a saylı müqavilələrin etibarsız hesab edilməsinə dair Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən əsilləri təqdim edilmiş 6 müqavilənin hər birinin 3.2 bəndində və həmin müqavilələrin hər birinə əlavə edilmiş arayışlard a müqavilə üzrə qeyd olunan pul məbləğinin ödənilməsi müqavilə tərəfi olan cavabdeh tərəfindən təsdiq olunmuşdur (i/v 207-224). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(103)-5428/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2604/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2604/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver