Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2605/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2605/21 (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, iş üzrə icraata xitam verilməsi, qərardaddan şikayətə dövlət rüsumunun əlavə edilməməsi ) Bakı şəhəri, 31 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2304/2021 nömrəli, 12 yanvar 2021-ci il tarixli qərardadından iddiaçının kassasiya şikayətinə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1 ilə Cavabdeh ASC arasında bağlanmış 05.05.2017-ci il tarixli İK 1629-05 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən 242,3 kv.m ümumi, 140,9 kv.m yaşayış və 101,4 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilmişdir.
2. Yasamal rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli 2(004)-4580/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “05.05.2017-ci il tarixli İK 1629-05 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC ilə X1 arasında bağlanmış 05.05.2017-ci il tarixli İK 1629-05 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi iddia ya etiraz olaraq göstərib ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla mübahisəyə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli 2(004)-4580/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bu səbəbdən hazırkı iş üzrə icraata xitam verilməlidir.
5. Yasamal rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli 2(004)-4560/2020 n ömrəli qərardadı ilə icraata xitam verilmişdir. (hakim Həsənova Aygün)
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli 2(004)-4580/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğuna görə, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq hazırkı mülki iş üzrə icraata xitam verilməlidir.
7. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsi ilə əsaslandırmışdır.
8. İddiaçı şikayət verib, qərardadın ləğv olunmasını xahiş etmişdir.
9. Yasamal rayon Məhkəməsinin 15.12.2020-ci il tarixli 2(004)-4560/2020 nömrəli qərardadı ilə şikayət rədd edilmiş, baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. b) Apelyasi ya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2304/2021 nömrəli, 12 yanvar 2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti qeyri-mümkün hesab edilmişdir. (hakimlər Fuad Talışınski(sədrlik edən və məruzəçi), Ziya Şirinov, Rafael Eyvazov)
11. Apellyasiya instansiyası məhkəməsi şikayəti qeyri-mümkün hesab etməsini şikayətə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi ilə əsaslandırmış və Mülki Prosessual Məcəlləsinin 108.1.4-ci, Dövlət rüsumu haqqında” Qanunun 8.4.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı (vəkil X2) kassasiya şikayət i verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, apelyasiyanın mümkün hesab edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə məhkəmə qərardadlarından dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanun Maddə 8.4.2. İş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən 20 manat dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
17. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Baxılan iş üzrə apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.
20. İddiaçının şikayət verdiyi qərardad iş üzrə icraata xitam verilməsi barədə olmuş və iddiaçı dövlət rüsumu ödəməmişdir. Mülki Prosessual Məcəllənin 108.1.4-cü maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir.
21. Həmçinin “Dövlət rüsumu haqqında” Qanunun 8.4.2-ci maddəsinə görə isə iş üzrə icraatın xitam verilməsindən şikayət verildikdə 20 manat dövlət rüsumu ödənilir.
22. Göründüyü kimi, iş üzrə icraata xitam verilməsindən şikayət verilərkən dövlət rüsumunun ödənilməli olması qanunvericiliyin tələbidir. Buna görə də qanunvericilikdə məhkəmə qərardadlarından dövlət rüsumunun ödənilməsinin nəzərdə tutulmaması barədə kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, apellyasiya məhkəməsinin gəldiyi nəticə qeyd edilən normalara əsasən düzgün olmuşdur. 23.Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2304/2021 nömrəli iş üzrə 12 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.