Məhkəmə qərarları › İş №2(102)-2607/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2607/2024

24.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2607/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisi və "xxxx" ASC cəlb olunmaqla) Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2607/2024 (Açar sözlər: əhəmiyyətsiz əqdlər (yalan əqd (əqdin subyektinə görə)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisi və "xxxx" ASC cəlb olunmaqla) Cavabdeh qarşı “çıxarışların ləğv edilməsi, alğı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1436/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" İKB ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında imzalanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, ill ik 18% olmaqla 240 ay müddətə 40.000,00 ABŞ dolları məbləğində kredit verilmişmişdir. Müqavilənin 1.3-cü bəndinə görə kredit Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən ev 42 "b", 44 nömrəli mənzilin alınmasına verilmişdir. 2. "xxxx" İKB ASC, satıcı İddiaçı və alıcı-ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən ev 42 “b”, 44 nömrəli mənzili İddiaçı 33.540 manata alıcı – ipoteka qoyan Cavabdeh satmış (mülkiyyətinə vermiş) və alıcı – ipoteka qoyan Cavabdeh həmin mənzili 023-İP(USD-01) saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir (mənzilin sat ış qiyməti bank tərəfindən alıcı – ipoteka qoyan Cavabdeh verilmiş kredit vəsaiti hesabına ödənilmişdir).

3. Bakı şəhəri, ünvan 1 Cavabdeh mülkiyyətindədir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-53/2023 nömrəli, 24 iyun 2023cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2008-ci il tarixli 023-İP(USD-01) saylı kredit müqaviləsi üzrə 18.326,22 ABŞ dolları məbləğində əsas borc, 20.290,18 ABŞ dolları məbləğində faiz borcu, 13,39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38.629,79 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc və 287,01 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilin likvid dəyərinin 103.000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinə yönəldilməsi və evin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza xərci - 250 manat Cavabdeh və "xxxx" ASC-dən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. İddiaçı mübahisəli mənzildə yaşayaraq, mənzillə bağlı müvafiq kommunal ödənişlər həyata keçirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra birinci cavabdeh) (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisi və "xxxx" ASC cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sura xanı Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" İKB ASC, onunla və Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin bağlandığı andan etibarsız sayılması, həmin müqavilə əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə dair mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi və ona verilən seriya MN ******* saylı çıxarış və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinin "xxxx" İKB ASC-nin 2 saylı filialının xeyrinə yüklü edilməsinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlə t Reyestrindən verilən xx.xx.2010-cu il tarixli, seriya MA ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzili faktiki satmamış və bununla bağlı ona hər hansı ödəniş edilməmişdir. Cavabdehlə alğı-satqı müqaviləsini bağlamaqda məqsədi tələbə yoldaşının və yaxın dostunun nisbətən aşağı faizlə uzun müddətə kredit götürməsinə kömək etmək olmuşdur. 2008-ci ildən bu günə qədər həmin mənzildə ailəsi ilə birlikdə yaşayaraq heç kəsə kirayə haqqı ödəməmişdir. Cavabdehlə bank arasında gedən məhkəmə prosesindən məlumatı olmamışdır. Nümayəndə2 ona bildirmişdir ki, onun qardaşının adına götürülən kreditlə b ağlı bank ödənişləri hər ay vaxtında ödənilərək müqavilə üzrə nəzərdə tutulan müddətdə bu ödənişlər yekunlaşdıqdan sonra yaşadığı mənzil yenidən onun adına rəsmiləşdiriləcəkdir. Lakin sonradan ona məlum olmuşdur ki, məhkəmənin qərarı ilə mənzilin açıq hərracda satılması nəzərdə tutulmuş və hazırda həmin iş üzrə verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, aralarında bağlanmış alğı-satqı barədə əqd yalan (uydurma) əqddir. Belə ki, alğı-satqı ilə bağlı ona heç bir ödəniş edilməmişdir.

9. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, qardaşı 2008-ci ilin əvvəllə rində bankdan kredit götürmək üçün ümumi razılıq əsasında dostu İddiaçı ilə alğı-satqı müqaviləsi bağlamışdır. Qardaşının əmək haqqısı bankın tələblərinə uyğun olduğundan müqavilə məhz onunla bağlanmışdır. İddiaçı ilə alğı-satqı müqaviləsini bağlamaqda məqsəd nisbətən aşağı faizlə uzun müddətə kredit götürmək olmuşdur. Hazırda çıxarış Cavabdeh adınadır. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə mənzilin açıq hərracda satılması nəzərdə tutulmuşdur. Həmin iş üzrə verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(010)-4428/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbində etibarsızlığı müəyyən edilməsi xahiş edilən alğı-satqı və ipoteka müqaviləsi üç tərəf arasında bağlanmışdır. Mübahisələndirilən müqavilədə bu tip əqdlər üçün zəruri olan subyekt tərkibinə dair şərtlərə əməl edilmişdir. Əqdin məzmununa və tərəflərin iradə sərbəstliyi, iradə ifadəsinin bildirilməsi şərtlərinə də əməl edilmişdir. Belə ki, əqdin məzmunu mülki qanunuvericiliyin tələblərinə uyğun tərtib edilmiş, onda hər hansı qeyrimüəyyənlik və tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hallar müəyyən edilməmişdir. Eyni zamanda, müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərinin əslində fərqli olmasına dəlalət edən hər hansı bir hal da müəyyən edilməmişdir. Əqdin forması isə bağlandığı dövrdə qanunvericiliyin daşınmaz əmla kla bağlı analoji müqavilələrin bağlanması üçün müəyyən etdiyi zəruri şərtlərə uyğun olmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin həmin müqavilənin əslində yalan əqd olması ilə razılaşmayaraq qeyd etmişdir ki, qeyd edildiyi kimi, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Konstitusiya Məhkəməsi əhəmiyyətsiz əqdin bu növünü şərh edərkən bildirmişdir ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Deməli, yalan əqd tərəflərin əsl niyyətini əks etdirməməlidir və bu niyyət müqavilə tərəflərinin hamısında olmal ıdır. Başqa sözlə, yalan əqd digər müqavilə tərəfində yanlış fikir formalaşdırmaq üçün deyil, üçüncü şəxslərdə yanlış fikir formalaşdırmaq üçün bağlanır. Hazırkı işdə isə belə hallar mövcud deyildir. Belə ki, mübahisələndirilən üçtərəfli müqavilə bağlanandan sonra mənzilə dair cavabdehin adına mülkiyyət hüququ qeydə alınmış, mənzilin ipoteka ilə yüklü edilməsinə dair qeydiyyat aparılmış və cavabdeh kredit müqaviləsi üzrə müəyyən ödənişlər etmiş və nəhayət ödəniş vaxtında edilmədiyinə görə müqavilə tərəfi olan bank cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

13. Məhkəmə eyni zamanda cavabdehin hazırkı iddia tələbi ilə razılaşmasını əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, i ddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə baxılarkən cavabdeh tərəfindən müqavilənin yalan əqd olmasına görə əhəmiyyətsiz hesab edilməsi ilə bağlı hər hansı fikir bildirilməmiş, əksinə cavabdeh əvvəlki məhkəmə işində 30 mart 2008-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsini etibarlı əqd kimi qəbul etmişdir.

14. Məhkəmə iddia tələbinin digər hissəsinə münasibətdə isə qeyd edtmişdir ki, tələbin bu hissəsi müqavilənin etibarsız hesab edilməsi xahişinə dair tələbin əsas hissəsinin davamı olduğundan və birinci hissə əsassız hesab edildiyinə görə tələbin bu hissəsi də əsassızdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 340-cı maddələ rinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu halında yaranır. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələr, o cümlədən alğı-satqı müqaviləsi çıxış edir. Cavabdehlə arasında bağlanan alğı-satqı müqaviləsi isə əqdin simulyasiyasıdır. Çünki mənzilin dəyəri ona faktiki olaraq ödənilməmişdir. Digər tərəfdən, 2008-ci ildə yeni tikilidə 2 otaqlı mənzillərin real bazar dəyəri alğı-satqı müqaviləsində qeyd olunan məbləğdən bir neçə qat baha olmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsini düzgün təfsir etməyərək əqdin etibarlı olduğu nəticəsinə gəlmişdir. Halbuki, mülkiyyətində olan mənzili həqiqətən cavabdehə satmış olsaydı ailəsi ilə birlikdə həmin mənzildə bu günə qədər əvəzsiz yaşaya bilməzdi. Alğı-satqı müqaviləsi ilə ipoteka müqaviləsin in eyni vaxtda bağlanması yalan əqd olan alğı-satqı və ipoteka müqaviləsinin kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlandığına dəlalət etmişdir. Birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbini qəbul etməsi ilə razılaşmaması barədə gəldiyi nəticə də absurddur. Belə ki, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minməyən və cavabdeh tərəfindən apellyasiya instansiyasında mübahisələndirilən məhkəmə qətnaməsinə istinad edərək belə bir yanlış nəticəyə gəlmişdir ki, guya cavabdeh əvvəlki məhkəmə işində 30 mart 2008-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsini etibarlı əqd kimi qəbul etmişdir. Halbuki, cavabdeh özü qeyd olunan məhkəmə prosesində iştirak etməmişdir. Hazırkı məhkəmə prosesində isə o, alğı-satqı müqaviləsini bağlamaqda məqsədinin nisbətən aşağı faizlə uzun müd dətə ipoteka kreditinin götürməsi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində izahat verən cavabdeh alğı-satqı müqaviləsi ilə əlaqədar iddiaçıya hər hansı ödəniş etmədiyini, yalan əqd əsasında mülkiyyətçisi olduğu mənzilin harada yerləşdiyini dəqiq bilmədiyini, mübahisələndirilən alğı-satqı və ipoteka müqaviləsinin qardaşı Nümayəndə2 az faizlə ipoteka krediti alması üçün həmin kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlandığını təsdiq etmişdir. Bu halda iddiaçının yalan əqd əsasında mənzilə qanunsuz sahiblik hüququ əldə edən cavabdehdən öz əmlakını tələb etmək hüququ mübahisəsizdir.

18. Həmçinin, əqdin bağlanması zamanı tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hər hansı halların müəyyən edilməməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uy ğun deyildir. Alğı-satqı müqaviləsinin məhz bankın təhriki ilə imzalandığı barədə cavabdehin birinci instansiya məhkəməsindəki izahatı zamanı verdiyi məlumat məhkəmə tərəfindən qəbul edilən qətnamədə qeyd olunmamış və işin bu faktiki halı məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmədə təqdim etdiyi yaşayış yerindən arayış, ödədiyi komunal ödənişlərin qəbzləri, ünvanına gələn məktublar, müxtəlif qurumlarla bağladığı müqavilələr qətnamədə nəzərə alınmamışdır. Halbuki, bu sübutların məhkəmənin iş üzrə düzgün nəticəyə gəlməsi üçün mühüm əhəmiyyəti vardır. Əgər alğısatqı müqaviləsi bağlandıqdan sonrakı 15 il ərzində mənzilin faktiki sahibi iddiaçı olmuşdursa, bu halda alqı–satqı müqaviləsinin görüntü üçün imzalandığı birmənalı şəkildə təsdiq olunmuşdur. Belə olah halda məhkəmə iş üzrə yanl ış nəticəyə gələrək hesab etmişdir ki, müqavilə etibarlıdır və mənzil cavabdehin qanuni mülkiyyətindədir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1436/24 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı şikayətində məhkəmənin Mülki Məcəllənin 340.2-ci maddəsini düzgün tətbiq etməyərək hüquqlarını pozaraq, bağlanmış əqd yalan əqd hesab olunduğu halda, məhkəmənin bu xüsusatı da, nəzərə almamışdır. Əvvəla, satılan mənzilin hansı müddətdə mülkiyyətdə olmasının, faktiki hansı şəxsin istifadəsində olmasının alğı-satqıya heç bir təsiri olmamışdır. İddiaçı iddia etmişddir ki, alğı-satqı və ipoteka müqaviləsi başqa əqdi, yəni kredit müqaviləsini pərdələmək məqsədilə bağlanılmış, yəni pərdələyən əqdin etibarsızlığını tələb etdiyi əqd, pərdələnən əqdin isə kredit müqaviləsi olduğunu qeyd etmişddir. Cavabdehlə bank arasında bu müqavilədən əvvəl bağlanılmış kredit müqaviləsində kreditin məhz mübahisə predmeti olan mənz ilin alınması məqsədilə verildiyi qeyd olunmuşdur. İddiaçı mənzilini satmaq niyyəti olmamışdırsa, alğı-satqı müqaviləsi bağlanmadan, yalnız ipoteka müqaviləsi də bağlana bilərdi. Ancaq sonradan, yəni bankın iddiasına əsasən ipoteka predmeti olan mənzilə tumanın yönəldilməsinə dair məhkəmə qətnaməsi çıxarıldıqdan sonra cavabdehlə birlikdə eyni mövqedən çıxış edərək hüquqdan pis niyyətlə, yəni banka zərər vurmaq məqsədilə sui-istifadə etmələri də yolverilməzdir. Çünki, bu cür əqdin bağlanması üçün iradə ifadəsinin olmadığını və ya zədəli olduğunu bəyan etməsi özü inandırıcı və ağlabatan olmalıdır. Əksinə, iddiaçının 15 ildən artıq müddətdə etibarsızlığını tələb etdiyi əqddən məlumatlı olduğu halda susması halı, etibarsızlığını tələb etdiyi əqd əhəmiyyətsiz olsa belə onu bəyənməsi kimi qiym ətləndirilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324, 337, 351.1, 351.2, 351.3, 351.4, 351.5, 355.1, 355.2, 357, 358.1 və 358.2-ci və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 88, 217.3, 217.4 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

25. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

27. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

28. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğ u əqd birtərəfli əqddir.

29. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etib arsız olan əqddir.

33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

36. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiy yətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

37. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

38. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

39. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

40. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

41. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblər inə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.

42. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

43. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

44. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

45. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

46. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam v erilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası k imi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın l əğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

63. Əqdin etibarsız sayılmasının hü quqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

64. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

65. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 20-21-ci paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.

66. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

67. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə e tibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

68. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaq ədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

69. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəs inin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 70. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

72. Bu səbəbdən, kassasiya şikayəti təmin edi lməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1436/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar