Məhkəmə qərarları › İş №2(102)-2608/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2608/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2608/2025 26.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması və həmin əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəmədiyi halda qalan məbləğin tutulması» tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2025-ci il tarixli 2(105)376/2025 qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bank "xxxx" ASC (satıcı-ipoteka saxlayan) ilə Cavabdeh (alıcı-ipoteka qoyan) və X5 (satıcı) arasında xx.xx.2022-ci il tarixli, DENG-00031-01/22A saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən X5 (satıcı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixində, ********* *99-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 117,30 kv.metr sahədən ibarət olan fərdi yaşayış evini Cavabdeh (alıcı-ipoteka qoyanın) mülkiyyətinə vermiş, Cavabdeh (alıcı-ipoteka qoyan) isə xx.xx.2022-ci il tarixli, DEN0003101/22A saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Bank "xxxx" ASC-yə (satıcı-ipoteka saxlayana) ipotekaya qoymuşdur. İpoteka predmetinin satış qiyməti 145000 manat müəyyən edilmişdir. 2. ünvan 1 ünvanında yerləşən 0,16 ha torpaq sa həsi və həmin torpaq sahəsinin üzərində yerləşən 117,30 kv.metr sahədən ibarət olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.

3. Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 117,3 kv.metr sahədən ibarət olan fərdi yaşayış evinin Bank "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyü dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

4. Bank "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, RİED 2023/4389 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə banka əsas borc məbləği 87912,04 manat, ümumi faiz borcu 5237,44 manat, d əbbə borcu 4395,6 manat olmaqla, cəmi 97545,08 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi, sonradan isə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN00031-01/22A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023- cü il tarixinə olan 87912,04 manat məbləğində əsas borcu, 5237,44 manat məbləğində faiz borcu, 4395,6 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə, 97545,08 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 382,64 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması, Cavabdeh ilə bağlanan xx.xx.2 022-ci il tarixli, DENG00031-01/22A saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Digah Qəsəbə Ərazi Dairəsi, Digah Qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında 0,16 ha torpaq sahəsində yerləşən 117,30 kv. metr sahədən ibarət olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin yaşayış sahəsinin açıq hərracda satılması və ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN00031-01/22A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 60 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 90000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2022-ci il tarixli DENG0003101/22A saylı sonrakı alqı-satqı və ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka saxlayana ipotekaya qoymuşdur. Cavabdeh məxsus Digah Qəsəbə Ə/D, Digah Qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış sahəsinin "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və 2022-ci il tarixinə bazar dəyəri 145000 manat, likvid dəyəri 123000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdeh ilə arasında olan kredit müqaviləsinin 5-ci və ipoteka müqaviləsinin 3-cü bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 12 oktyabr 2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 87912,04 manat, faiz borcu 5237,44 manat, dəbbə borcu 4395,6 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 97545,08 manat təşkil edir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyildir və iddia rədd edilməlidir. Belə ki, cavabdeh Əsgərov Mehdi-Ə lizaman Zahir oğlu banka olan borcundan 15300 manatını artıq qaytarmışdır. Lakin iddiaçı bank "xxxx" ASC həmin ödənişləri nəzərə almayaraq, əsas kredit borcunu 87912,04 manat, faiz borcu 5237,44 manat, dəbbə borcu 4395,6 manat məbləğində hesablamışdır. Bildirir ki, ipoteka predmeti olan evin hazırda bazar dəyəri 200000 manat təşkil edir. İddiaçı "xxxx" ASC isə belə əsassız iddia verərək, cavabdeh Əsgərov Mehdi-Əlizaman Zahir oğlunun düşdüyü bu ağır vəziyyətdən istfadə edərək, cavabdehi mülkiyyətindən məhrum etmək istəyir. Cavabdeh Əsgərov MehdiƏlizaman Zahir oğlu borcun qaytarılmasından imtina etmir. Lakin, bank cavabdeh Əsgərov Mehdi-Əlizaman Zahir oğlu tərəfindən ödənilən böyük məbləği gizlədərək, əsassız belə bir iddia verilmişdir. Bundan əlavə hesab edir ki, ekspertlərin rəyləri həqiqə ti əks etdirmir. Belə ki, 29 dekabr 2022-ci il tarixli DEN00031-01/22A saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən cavabdeh Əsgərov Mehti-Əlizaman Zahir oğlunun iddiaçı "xxxx" ASC-yə borcu həm əsas borc üzrə, həm də faiz borcu üzrə həddindən artıq şişirdilmişdir. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi də həqiqəti əks etdirmir. Belə ki, ekspertiza tədqiqatına təqdim edilən Digah Qəsəbə Ərazi İdarəsi, Digah Qəsəbəsi, Neftçi, ev 53 ünvanında yerləşən, 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 117,30 m2 olan orta təmirli fərdi yaşayış evinin mövcud orta bazar dəyəri rəydə qeyd edildiyi kimi, 110.250,00 (117,30 x 940,00 manat, likvid dəyəri təqribən (110.250,00-10%) 99.250,00 manat məbləğində ola bilməz. Hə min ərazidə həmin ölçüdə olan mənzillərin qiyməti xeyli yüksəkdir və hazırki müəyyən olunmuş əmlakın qiyməti reallığı əks etdirmir. Qeyd etmişdir ki, həmin ərazidə həmin ölçüdə olan fərdi yaşayış evlərinin torpaq sahələri də daxil olmaqla satış qiyməti 185000 manat və ya daha yüksək məbləğ təşkil edir. X12 Ərazi Dairəsi, Digah Qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında 0,16 ha torpaq sahəsində yerləşən 117,30 kv. metr sahədən ibarət olan fərdi yaşayış evini satmaq istədikdə iddiaçı bankın nümayəndəsi əvvəlcə razılaşmış, daha sonra isə onlardan həmin ünvanında yerləşən 0,16 ha torpaq sahəsinin 6 sotunun satılmasını istəmişdirlər. Odur ki, göstərilənlər əsasında o, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspert izası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/3185 saylı ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli, DEN00031-01/22A saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh tərəfindən Bank "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 87965,32 manat, faiz borcu üzrə 5075,06 manat olmaqla cəmi 93040,38 manat məbləğində müəyyən edilmişdir.

9. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2024-cü il tarixli, 9/31xx-xx/3032 saylı ekspert rəyinə əsasən Digah Qəsəbə Ərazi Dairəsi, Digah Qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 117,30 m2 olan orta təmirli fərdi yaşayış evinin mövcud orta bazar dəyəri təqribən 110250,00 (117,30 x 940,00 man) manat, likvid dəyəri təqribən (110.250,00-10%) 99250 manat məbləğində müəyyən edilmişdir.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1273/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli, DEN00031- 01/22A saylı kredit müqaviləsi üzrə 87912,04 manat əsas borc, 5075,06 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 93487,1 manat borcun, 382,64 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçı Bank "xxxx" ASCyə ödənilməsi, tutmanın Cavabdeh məxsus, Digah Qəsəbə Ərazi Dairəsi, Digah qəsəbəsi, Neftçi küçəsi, ev 53 ün vanında 0,16 ha torpaq sahəsində yerləşən 117,30 kv. metr sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması və ipoteka predmetinin ilkin satış qiymətinin 99250 manat müəyyən edilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/3185 saylı məhkəmə-mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci və 20 avqust 2024-cü il tarixli, 9/31xx-xx/3032 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim E.Məmmədov)

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə də sübuta yetirə bilmiş və onun iddia tələbinin qanuni əsasları vardır. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, DEN-00031- 01/22A saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi xx.xx.2022-ci il tarixli, DENG-00031-01/22A saylı alqı-satqı və ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/3185 saylı ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh tərəfindən Bank "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 87965,32 manat, faiz borcu üzrə 5075,06 manat olmaqla cəmi 93040,38 manat məbləğində müəyyən edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyində əsas məbləğ daha yüksək olduğundan və bununla bağlı iddiaçı təşkilat tərəfindən artırılma verilmədiyindən, lakin faiz məbləği azaldığından Cavabdeh xx.xx.2022-ci il tarixli, DEN-00031-01/22A saylı kredit müqaviləsi üzrə 87912,04 manat əsas borc, 5075,06 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 93487,1 manat borc tutularaq Bank "xxxx" ASC-yə ödənilməlidir.

13. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılması barədə tələbə münasibətdə belə nəticəyə gəlmişdi r ki, Bank "xxxx" ASC-nin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş Digah Qəsəbə Ərazi Dairəsi, Digah qəsəbəsi, Neftçi küçəsi, ev 53 ünvanında 0,16 ha torpaq sahəsində yerləşən 117,30 kv. metr sahədən ibarət olan fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin borc tələbinə yönəldilməsinin qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Həmin evin ilkin satış qiyməti ilə bağlı isə məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2024-cü il tarixli, 9/31xx-xx/3032 saylı ekspert rəyi ilə razılaşaraq hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 99250 manat müəyyən edilməlidir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məc əlləsinin 319,1 385.1, 421, 442, 443.1, 445, 448, 462.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(012)-1273/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyildir. Belə ki, cavabdeh Əsgərov Mehdi-Əlizaman Zahir oğlu banka olan borcundan 15300 manatı artıq qaytarmışdır. Lakin iddiaçı bank "xxxx" ASC h əmin ödənişləri nəzərə almayaraq, əsas kredit borcunu 87912,04 manat, faiz borcu 5237,44 manat, dəbbə borcu 4395,6 manat məbləğində hesablamışdır. İpoteka predmeti olan evin bazar qiyməti 200000 manat təşkil edir. İddiaçı isə əsassız iddia verərək cavabdehin düşdüyü ağır vəziyyətindən istifadə edərək, cavabdehi mülkiyyətindən məhrum etmək istəmişdir. Cavabdeh borcun qaytarılmasından imtina etmir. Lakin bank cavabdeh tərəfindən ödənilən yüksək məbləği gizlədərək, əsassız iddia vermişdir. Bundan əlavə hesab edir ki, ekspertlərin rəyləri həqiqəti əks etdirmir. Belə ki, 29 dekabr 2022-ci il tarixli DEN-00031-01/22A saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən cavabdehin iddiaçıya borcu həm əsas borc üzrə, həm də faiz borcu üzrə həddindən artıq şişirdirmişdir. Eləcə də ipoteka predmet i olan Digah Qəsəbə Ərazi İdarəsi, X10 ev 53 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 117,30 m olan orta təmirli fərdi yaşayış evi mövcud orta bazar dəyəri rəydə qeyd edildiyi kimi 110,250,00, 99.250,00 manat məbləğində ola bilməz. Həmin ərazidə həmin ölçüdə olan mənzillərin qiyməti xeyli yüksəkdir. Həmin ərazidə həmin ölçüdə olan fərdi yaşayış evlərinin torpaq sahələri də daxil olmaqla satış qiyməti 185000 manat və ya ya yüksək məbləğ təşkil edir. Fərdi yaşayış evini satmaq istədikdə iddiaçı bankın nümayəndəsi əvvəlcə razılaşmış daha sonra isə həmin ünvanda yerləşən 0,16 ha torpaq sahəsinin 6 ha satılmasını istəmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı “Bank «BTB” ASC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, kredit müqaviləsi üzrə borc cavabdeh tərəfindən ödənilməmişdir. Həmin borc banka ödənilməlidir. Hazırkı halda bank iş üzrə ipoteka predmetinin qiymətləndirmə (ekspertiza) üzrə verilmiş hesabatını mübahisələndirmir. Nümayəndə sonda məhkəmə icraatının əsassız şəkildə uzadılmasının bankın maraqlarına zidd olduğunu bildirərək mübahisə üzrə yekun qərarın qəbul edilməsini xahiş etdi.

18. Apellyasiya icraatı zamanı əldə edilmiş X2 xx.xx.2025-ci il tarixli, MEB/029654/25 nömrəli hesabatından görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin likvid dəyəri 145000 manat müəyyən edilmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-376/2025 nömrəli 19 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 06 noyab r 2024-cü il tarixli, e-2(012)-1273/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən dəyişdirilərək – ipoteka predmeti olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin likvid dəyəri 145000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (X1 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə)

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyi ndən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd etmişdir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Faiz və cərimə borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.

21. İpoteka predmetinin ilkin satış qiymətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qeyd “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinin tələblərinə, habel ə vahid məhkəmə təcrübəsinə cavab vermir. Belə ki, 2022-ci ildə (ipoteka müqaviləsi rəsmiləşdirilən vaxt) daşınmaz əmlakın dəyəri 145000 manat olduğu halda, sonradan, yəni təxminən iki il sonra əmlakın dəyərinin düşməsi ağlabatan görünmür. Apellyasiya şikayətinin bu hissədə dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya hesab etmişdir ki, mübahisəli əmlakın dəyəri ilə bağlı göstərilən dəlillərin obyektiv araşdırılması xüsusi bilik tələb edən mütəxəssisin rəyi ilə aradan qaldırıla bilər. Məhz bu kontekstdən yanaşılaraq kollegiya tərəfindən yenidən mübahisəli əmlaklın likvid dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə təyin edilmiş və X2 xx.xx.2025-ci il tarixli, MEB/02-9654/25 nömrəli mütəxəssis hesabatına əsasən hazırkı likvid dəyəri 145000 manat müəyyən edilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 279, 295, 296, 307, 317, 319, 385, 386, 442, 445, 739, 740-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 39, 59-cu, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

23. Cavabdeh (Vəkil Həsən oğlu) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkməsinin Mülki Kollegiyasının 19 may 2025-ci il tarixli, 2(105)-376/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi ipoteka predmet i olan evin real bazar qiyməti 200000 manat təşkil etdiyi halda, evin likvid dəyəri real dəyərindən çox az miqdarda müəyyən edilmiş, cavabdeh Əsgərov Mehdi- Əlizaman Zahir oğlu tərəfindən banka ödənilən böyük məbləği yəni 15000 manat pul ilə bağlı məhkəmə heç bir araşdırma aparmamış, hər hansı bir əsaslı səbəb olmadan məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, işə onun və digər cavabdehlərin iştirakları olmadan baxaraq qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 kassasiya şikayətinə qarşı etiraz göndərərək, Cavabdeh kassasiya şikayətinin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının xx.xx.2025 il tarixli 2(105)- 376/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

27. Maddə

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

28. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

29. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.

30. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfin dən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.

31. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

32. Maddə 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifa yət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

33. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

36. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

37. Maddə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

38. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

40. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır.

41. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

42. Maddə 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

43. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

44. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ail ə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

45. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparmış, o cümlədən təkrar qiymətləndirmə təyin edərək keçirmiş və gəldiyi nəticəni alınan qiymətləndirmə rəyi ilə əsaslandırmışdır. Həmin rəylə ipoteka predmetinin likvid dəyəri müəyyən olunmuşdur. Cavabdeh ipoteka müqaviləsində əmlakın dəyərinin eyni olmasını göstərir. Lakin qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin müəyyən etdiyi qiymət əmlakın bazar dəyəri deyil, likvid dəyər olaraq müəyyən olunmuşdur. Əmlakın dəyrərinin daha artıq olması qeyd olunsa da cavabdeh bununla bağlı işin f aktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.

55. Ödənilmş 15000 manat vəsaitin məhkəmələr tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilə münasibətdə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, alınmış rəydə həmin vaxtadək ödənilmiş məbləğlərin cəmi üzrə tədqiqat aparılmış və müvafiq rəy verilmişdir. Məhkəmələr isə müəyyən olunmuş məbləğdən daha az məbləğin müəyyən olunmadığını qeyd edərək haqlı olaraq ekspertiza rəyi ilə razılaşmışlar.

56. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi qiymət və tutulmalı olan borcun həcmi hazırda cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilsə də, rəylərin düzgün olmamasını təsdiq edən sübut işin faktiki hallarını ara şdıran apellyasiya məhkəməsinə təqdim olunmamışdır.

57. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

58. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, kassasiya şikayətinin ekspert rəyinin əsassızlığı ilə bağlı dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) mə hkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

59. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini və borcun həcmini alınmış rəylər əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

60. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlill ər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahsələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2025-ci il tarixli, 2(105)-376/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar