Məhkəmə qərarları › İş №2(102)-2614/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2614/2021

05.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2614/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı8, İddiaçı7, İddiaçı6, X4, İddiaçı9, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nın X9 X21nə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyətinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İ ddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı7, İddiaçı3 və İddiaçı4, İddiaçı3 vəkili Vəkil1, X2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili X10, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X19 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3592/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X6, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X19 Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2017-ci il tarixli 43/01 saylı hərrac protokoluna əsasən Bakı şəhər İH MKTD Nəsimi rayon MKTB-nin ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi və zirzəmisinin bir hissəsi X19 Komitəsi tərəfindən hərraca çıxarılmış, hərracın qalibi X6 olmuş, satılan əmlakın dəyəri 35000 manat olmaqla, sonuncu tərəfindən hərrac vasitəsi ilə satın alınmışdır. X19 Komitəsinin sədr müavini ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3739 saylı müəssisənin alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini «alıcının» Azərbaycan Respublikasının X19 Komitəsi X9 X21 tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilən hərracda 43/01 saylı protokola əsasən satın aldığı 188,3 kvadrat metr qeyri-yaşayış sahəsi (5 mərtəbəli binanın yarımzirzəmisi, 130.4 kvadrat metr və zirzəminin bir hissəsi 57,9 kvadrat metr) təşki l edir. ünvan 2 ünvanında yerləşən 188,3 kvadrat metr qeyri-yaşayış sahəsinin hərracdan satış qiyməti ilə 35000 manata satın alır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, B.Məmmədquluzadə küçəsində istifadədə olan 98 saylı evin 188,3 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı8, İddiaçı7, İddiaçı6, X8, İddiaçı9, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nın X9 X21nə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və X5 qarşı «hərracın nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestr xidmətində məlumatların və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixli 43/01 saylı cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın X9 X21 tərəfindən tərtib edilmiş hərrac protokolu, ünvan 1 ünvanda yerləşən, sahəsi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X3 adına ünv an 1 ünvanda yerləşən, sahəsi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 98 saylı bina X34 tərəfindən üzvlərin payları hesabına inşa edilmişdir. Binanın inşası üçün torpaq sahəsi Bakı şəhər ZDS İK-nın xx.xx.1963-cü il tarixli 37/1452 saylı qərarına əsasən ayrılmışdır. Sözügedən bina elə o zamandan X34-nın üzvlərinin istifadəsində və mülkiyyətindədir. Bir müddət öncə onlara məlum olmuşdur ki, binaya aid 188,3 kvadrat metr qeyri-yaşayış sahəsi dövlət əmlakı adı ilə hərrac yolu ilə xx xxxxxx 2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsi əsasında cavabdeh X1 və hətta dövlət reyestrindən çıxarış da verilmişdir. Alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət olunmuş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddiaya cavab verməli olan bütün şəxslərə qarşı yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah etmişdir. Məhkəmə proseslərində ƏMDK-nın nümayəndəsi bildirmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət əmlakı olduğu üçün onun barəsində səlahiyyəti olan ƏMDK-dır və bu apellyasiya instansiyası məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Eyni zamanda, xx.xx.2017-ci il tarixli 43/01 saylı hərrac protokoluna və X19 Komitəsinin xx xxx 2019-cu il tarixli məktubuna əsasən ünvan 1 ünvanda yerləşən, sahəsi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi Bakı şəhər İH MKTD Nəsimi rayon MKTB-nin balansında olmuş və həmin qeyri-yaşayış sahəsi «Dövlət Əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununa və Dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən digər qanunvericilik aktlarına uyğun olaraq, ƏMDK tərəfindən xx xxxxxx 2017-ci il tarixdə keçirilmiş hərracda X6 tərəfindən özəlləşdirilmişdir. Cavabdehlərin fikrincə, sözügedən qeyri-yaşayış sahəsi hərraca çıxarılan zaman Bakı şəhər İcra Hakimiyyətinin MKTD Nəsimi rayon MKTB-nin balansında olmuşdur. Nəsimi rayon MKTB-nin xx.xx.2019-cu il tarixli 0/273 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 98 saylı bina X34-ya məxsusdur və həmin bina Nəsimi rayon MKTB-nin balansında deyildir. Balans saxlayıcı rəsmi məktubla bildirir ki, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 98 saylı bina X34-ya məxsusdur və həmin bina Nəsimi rayon MKTB-nin balansında deyildir, buna baxmayaraq, ƏMDK qanunsuz olaraq həmin binanın bir hissəsi olan qeyri-yaşayış sahəsi ilə bağlı hərrac keçirir, alğı-satqı müqaviləsi bağlayır və sonradan çıxarış verir. Birinci instansiya məhkəməsi tərəfindən X13 və X7 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) xx.xx.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisəli sahələr dövlət əmlakı olduğu üçün Bakı şəhər İH MKTD Nəsim i rayon MKTB-nin ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi və zirzəmisinin bir hissəsinin X19 Komitəsi tərəfindən hərraca çıxarılması, sözügedən əmlakın xx.xx.2017-ci il tarixli 43/01 saylı hərrac protokoluna əsasən hərracın qalibi X5 35000 manata satılması, həmin əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçılar Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 98 saylı binanın sakinləri olmaları ilə yanaşı, həm də X34-nın üzvləri olmasını bildirsələr də, X34-nın möv cudluğuna dair məhkəməyə heç bir sübut növü təqdim etməmişlər. Həmçinin də X34-nın heç bir dövlət orqanında qeydiyyatının olmaması iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Vergilər Nazirliyinin müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2019cu il tarixli məktublarının məzmunu ilə də təsdiq edilmişdir. Qeyd olunan qətnamədən iddiaçılar və üçüncü şəxslər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən daxil olmuş məktub və ona əlavə olunmuş qoşmadan görünür ki, “X34 (X34)” X34-nın sədri Mi rzəliyev xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Baş Memarlıq və Şəhərsalma İdarəsinin müdiri E.Qasımzadəyə müraciət edərək, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 98 saylı evdə 635-ci məhəllədə yerləşən “X34” Kooperativinin yaşayış binasına məxsus 612 nömrəli pasportun itdiyini nəzərə alaraq onun təkrar surətini çıxarılıb verilməsini xahiş etmişdir. İddiaçılar tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş 612 nömrəli texniki pasportun əslindən görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi 635 kvadrat metr sahədə binanın inşa edilməsi üçün “X34 (X34)” X34-nə verilmişdir. Həmin texniki pasport müvafiq qaydada dövlət qurumu tərəfindən təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən, məhkəməyə təqdim edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə sinin MXMT(81)-44/2017 və MXMT(81)62/2017 saylı işlərin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, mübahisəli bina “X34 (X34)” X34-nə məxsusdur. Həmin işlər üzrə iddialar cavabdehin atası, X34-nın indiki sədri S.M.Ramanzanov tərəfindən qaldırılmışdır. İddiaçılar tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş arayışların əsillərindən görünür ki, bütün arayışlar X34-nin sədri S.M.Ramazanov tərəfindən imzalanmış və X34-in möhürü ilə təsdiqlənmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Nəsimi rayon MKTB-nin xx.xx.2019-cu il tarixli 0/273 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 98 saylı bina X34-ya məxsusdur və həmin bina Nəsimi rayon MKTB-nin balansında deyildir. Azərbaycan Respublikasının X19 Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2019cu il tarixli məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR-də mənzil - tikinti kooperativinin Nümunəvi Nizamnaməsi»nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş t ikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Qeyd edilən normativ hüquqi aktlara əsasən ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli kooperativ binanın yarımzirzəmi və zirzəmisindəki qeyri-yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilməklə dövlət mülkiyyətindədir və həmin əmlaka dair dövlət əmlakının Registrində qeydiyyat mövcuddur. Bakı şəhəri, İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının cəmi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) 2063 kod, ***-*******2 registr nömrəsi ilə qeydiyyata alınmışdır. Yarımzirzəminin sahəsi 130,4 kvadrat metr olmaqla ***-*******2-01, zirzəminin sahəsi isə 57,9 kvadrat metr olmaqla isə ***-*******2-002 registr nömrəsi ilə qeydiyyata alınmışlar. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən “X34 (X34)” X34-in mövcud olmaması barədə gəldiyi nəticə düzgün deyil. Bundan başqa Bakı şəhəri, İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departame ntinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının cəmi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) 2063 kod, **********2 registr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, kollegiya tərəfindən qeyd olunan registerin verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X19 Xidmətinə verilmiş sorğuya, cavab olaraq sonuncu tərəfindən bildirilmişdir ki, registerin verilməsinə əsas olmuş sənədlər arxiv materiallarında aşkar edilməmişdir. Əksinə iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçı sı Aparatı MənzilKommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina “X34” X34-nin üzvlərinin vəsaiti hesabına tikilmişdir. Bu binanın özülünə aid texniki zirzəmi ümumilikdə mənzil-tikinti kooperativi fondunu təşkil etməklə ayrılmaz daşınmaz əmlakı kimi binanın ümumi balansında oturur. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina “xxxx” MTK-ya məxsusdur və həmin bina Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyil. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, özəlləşdirmənin obyektiöz əlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Hazırkı iş üzrə isə mübahisə predmeti olan əmlakın isə dövlət mülkiyyətində olması iş materialları ilə öz əksini tapmır. Belə olan halda həmin əmlak Azərbaycan Respublikası X19 Komitəsi tərəfindən hərraca çıxarıla bilməzdi. Mübahisəli binanın Bakı şəhər İH MKTD Nəsimi rayon MKTB-nin balansında olmadığından, həmin əmlak Azərbaycan Respublikası X19 Komitəsi tərəfindən hərraca çıxarıla bilməzdi. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə səhv nəti cəyə gəlmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx xxxxxx 2017-ci il tarixli 43/01 saylı cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın X9 X21 tərəfindən tərtib edilmiş hərrac protokolu, ünvan 1 ünvanda yerləşən, sahəsi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. xx.xx.2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, hər-hansı hüquqi nəticələr yaratmır. Belə olan halda Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən ve rilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilməlidir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri Cavabdeh X6 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbini rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçılar hazırki iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüquqları olmamış, lakin məhkəmə bu hala əhəmiyyət verməyərək iş üz rə düzgün olmayan nəticəyə gəlmişlər. Bundan başqa iddiaçılar “xxxx” MTK adlı hüququ şəxsin mövcudluğuna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi (vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbini rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən, mübahisə predmeti olan əmlakın dövlət mülkiyyətində olmadığından X19 Xidmətinin həmin əmlakı özəlləşdirmək səlahiyyətinə malik olmadığını qeyd etmişdir. Apellyasiya məhkəməsi qeyd olunan mövqeyini heç bir hüquqi əsası olmayan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli məktubu ilə əsaslandırmışdır. Halbuki qeyd olunan məktubun əsassızlığı hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə cavab olaraq məhkəməyə ünvanlanmış Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2020·ci il tarixli, eləcə də Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli məktubları ilə sübut olunur. Belə ki, qeyd olunan məktublarda “X34” Mənzil İstismar Kooperativinə, eləcə də digər mənzil tikinti kooperativlərinə aid hər hansı hüq uqi sənədlərin və məlumatların həmin qurumlarda mövcud olmadığı qeyd edilmişdir. Belə olan halda apellyasiya məhkəməsinin mənzil tikinti kooperativlərinə dair hər hansı hüquqi sənədə malik olmayan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin formal mülahizə əsasında tərtib etdiyi mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın hər hansı kooperativə məxsus olması ilə bağlı xx.xx.2019-cu il tarixli qanunsuz məktuba istinad edərək belə bir nəticəyə gəlməsi tamamilə əsassızdır. Apellyasiya məhkəməsi əsassız olaraq mübahisə predmeti olan əmlakın dövlət mülkiyyətində olmasının iş materialları illə öz təsdiqini tapmadığını qeyd etmişdir. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsi X19 Xidməti tərəfindən dövlət əmlakı kimi dövlət əmlakının registrində qeyd iyyata alınmış və bununla bağlı dövlət əmlakı haqqında registrdən çıxarış məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, X19 Xidməti tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi zamanı həmin əmlakın dövlət mülkiyyətində olması dövlət əmlakı haqqında registrdən çıxarışla təsdiq olunduğu halda, apellyasiya məhkəməsinin Komitənin həmin əmlakı özəlləşdirmək səlahiyyətinə malik olmaması barədə mövqeyi tamamilə əsassızdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X19 Xidməti (vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbini rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mad di və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. X19 Xidməti tərəfindən mübahisə predmeti olan qeyriyaşayış sahəsinin özəlləşdirilməsi zamanı həmin əmlakın dövlət mülkiyyətində olması dövlət əmlakı haqqında registrdən çıxarışla təsdiq olunduğu halda, apellyasiya məhkəməsinin Komitənin həmin əmlakı özəlləşdirmək səlahiyyətinə malik olmaması barədə mövqeyi tamamilə əsassızdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları X2 nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili X17 məhkəmə kollegiyasının iclasınd a kassasiya şikayətlərinin məzmununa uyğun izahat verərək şikayətlərin təmin edilməsini xahiş etdilər. İddiaçı3 vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı7 və İddiaçı4 və və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X19 Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçılar və üçüncü şəxslər gəlmədik ləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Aidiyyət qaydalarının pozulmasına yol verilmir. (maddə 31.1) İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddə sində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (maddə 262.3) İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. (maddə 418.4 və 418.4.9) Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2) Kassasiya instansiyası məhkəməsi müstəsna o laraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416) Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İşdən görünür ki, iddiaçılar hərracın nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestr xidmətində məlumatların və çıxarışın ləğv edilməsi barədə iddia qaldırmışlar. İş üzrə hərrac cavabdeh Azərbaycan R espublikası ƏMDK-nın X9 X21 tərəfindən keçirilmiş və həmin cavabdeh inzibati orqandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31 və 31.1.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının X19 Komitəsi və Komitənin X9 X21 inzbati orqanlardır. İddiaçıların hazırkı iş üzrə mübahisələndirdikləri protokolun qəbul edilməsi ilə nəticələnmiş hərrac Azərbaycan Respublikası X19 Komitəsinin X9 X21 tərəfindən keçirilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilm əsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər han sı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İddiaçılar iddia tələbində inzibati orqan olan X19 Komitəsi tərəfindən keçirilmiş hərracın yekunlarını və hərracdan irəli gələn alğı-satqı müqaviləsini və müqavilə əsasında verilmiş çıxarışı mübahisələndirirlər. Nəzərə alınmalıdır ki, X19 Komitəsi tərəfindən keçirilmiş hərracı Mülki Məcəllənin 414 və 415-ci maddələri ilə tənzimlənən müqavilələrin hərracda bağlanması qaydaları ilə eyniləşdirmək olmaz. Çünki mülki qanunvericiliklə tənzimlənən hərraclarda təşkilatçı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış hərrac təşkilatı çıxış edə bilər. Bu z aman ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Belə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik protokol imzalayırlar. X12 X21 tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində dövlət orqanı olan X19 Komtisəi ilə hərracın (müsabiqənin) qalibi müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azə rbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçılar həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu iddia edirlər. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar t ərəfindən həyata keçirilir; 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyy ən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-in 30-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinə uyğun həll edilməlidir. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İPM-in 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələ blərini nəzərə almadan və hazırkı mübahisənin inzibati mübahisə olub olmadığı ilə bağlı hüquqi dəyərləndirmə aparmadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Ona görə də qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilməli, iddiaçılara müvafiq iddia təlbi inzibati məhkəməyə müraciət etmələri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X6, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X19 Xidməti tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3592/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnam əsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar