Məhkəmə qərarları › İş №2(102)-2616/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2616/2021

24.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2616/2021 24.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, X8 və X11 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdeh vəkili X4 iştirkı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2390/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair i şə 24 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə X9 və X12 da cavabdehlər qismində göstərməklə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdehla nikahları dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin aralarında bərabər olaraq bölünməsi; “İnfiniti G25” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillərin qiymətləndirilərək açıq hərracda satılması və dəyərinin aralarında bərabər bölünməsi; X10 adına olan “VAZ-21214 U rban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 25.04.2019-cu il tarixdə bağlanmış və X5 adına olan “X20 markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 02.04.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin maddi dəyərinin qiymətləndirilərək açıq hərracda satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi; 02.04.2019-cu il tarixədək tərəfindən borc öhdəliklərinə görə ödədiyi 1 584 162,99 manatın 1/2 hissəsinin, yəni 792 081,50 manatın Cavabdeh tutularaq ona ödənilməsi; 02.04.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh isə İddiaçı qarşı qarşı lıqlı iddia ərizəsi təqdim edərək, ünvan 2 ünvanında yerləşən 30 nömrəli mənzilin, İddiaçı adına olan “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı (2012-ci il buraxılışlı, WPOZZZ97ZDL072325 ban №-li) avtomobilin, Türkiyə Respublikasının Bodrum şəhərində müqavilə əsasında ikisinin adına olan evin, İddiaçı adına olan ünvan 3 ünvanında yerləşən evin, Zaqatala rayonunun Car kəndində yerləşən evin, “Range Rover” markalı ** EL *** dövlət qeydiyyat nişanlı (SALLMAME4AA312003 ban №-li) avtomobilin və “X26” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı (SALLAAA147A441536 ban №-li, 2007-ci il buraxılışlı) avtomobilin aralarında bölgüsünün həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İşin mübahisə edilməyən hallarına görə, İddiaçı ilə Cavabdeh 1996-cı i lin avqust ayında rəsmi nikaha daxil olmuş, birgə nikahlarından iki uşaqları dünyaya gəlmiş, sonradan Cavabdeh nikahın ləğvi barədə məhkəmədə iddia qaldırmışdır.

4. Həmçinin o da mübahisə edilmir ki, ünvan 1 ünvanında yerləşən evin 30 saylı mənzili 07.04.2010-cu il tarixdə, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil 20.06.2012-ci il tarixdə, “Mercedes S600” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.03.2013-cü il tarixdə, “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil 10.05.2018-ci il tarixdə, “VAZ 21214” minik markalı 90MA-990 dövlət qeydiyyat nişanlı avtomobil 03.10.2018-ci il tarixdə, “X30” minik markalı **MA-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.12.2018-ci il tarixdə Cavabdeh adına, “Porsche Panamera” minik m arkalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.12.2018-ci il tarixdə iddiaçının öz adına qeydiyyata alınmış, “BMW 745” markalı və “Mercedes S600” markalı avtomobillər müxtəlif tarixlərdə etibarnamə əsasında digər şəxslərin istifadəsinə verilmiş, “VAZ 21214” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil 25.04.2019-cu il tarixdə X2 ona ** XS *** nömrə nişanı təhkim edilmiş, “X30” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil 02.04.2019-cu il tarixdə Cavabdeh anası X satılaraq sonradan avtomobilə dair Cavabdeh etibarnamə verilmişdir. 5. 02.04.2019-cu il tarixli xxxxndan çıxarışdan görünür ki, iddiaçı 13.12.2018-ci il tarixli kredit müqaviləsi ilə “xxxx” ASC-dən 135000 manat kredit götürmüşdür. 6. “xxxx ASC” tərəfindən təqdim edilən 29.03.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, iddiaçının “xxxx ASC” borcu 29.03.2019-cu ilə 128046,20 AZN təşkil edir. Həmçinin hesabdan çıxarışda qeyd edilmişdir ki, kredit təqdim olunan qrafik üzrə ödənilərsə 13.12.2021-ci il tarixə cəmi ödəniş 170,138.43 manat təşkil edəcəkdir. 7. “xxxx” ASC tərəfindən təqdim edilən 05 aprel 2019-cu il tarixli maliyyə arayışından görünür ki, iddiaçının “xxxx” ASC-yə 312.967.39 AZN habelə 27.830,87 avro borcu vardır.

8. İddiaçı bildirir ki,, Cavabdehla 1996-cı ilin avqust ayında nikaha daxil olaraq ailə qurmuş, iki övladları dünyaya gəlmiş, nikahları dövründə ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzili, “VAZ-21214” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili, “X30” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili, “İnfiniti G25” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili, “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobili, “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili, “Porsche Panamera” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmiş, hazırda Cavabdeh nikahlarının pozulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası DİN BDYPİyə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, 02.04.2019-cu il tarixdə Cavabdeh birgə nikah dövründə əldə etdikləri “VAZ-21214” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı və “X30” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilləri onun razılığı olmadan, faktiki olaraq ayrı yaşamalarından istifadə edərək özgəninkiləşdirmişdir Hesab edir ki, həmin alqı-satqı müqavilələri etibarsı z hesab edilməli, həm özgəninkiləşdirilən, həm də digər əmlaklar bölgüyə cəlb olunmalıdır. Bundan başqa, Cavabdehla birgə nikahda olduqları müddətdə müxtəlif kommersiya banklarından müxtəlif həcmli kreditlər götürülmüş, kreditlərin böyük bir hissəsi biznes fəaliyyəti ilə əlaqədar alınmışdır. “xxxx” MMC-dən sorğu əsasında alınmış 02.04.2019-cu il tarixli SF5883 nömrəli çıxarışdan görünür ki, 09.10.2009-cu il tarixdən çıxarış verilən tarixədək, yəni 02.04.2019-cu il tarixə tam ödənilmiş kredit məbləği 1 387 237,43 manat təşkil etmişdir. Bundan başqa, “xxxx” ASC tərəfindən verilmiş 29.03.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, banka 29.03.2019-cu il tarixə borcu cəmi 128 046,20 manat, kreditin icra müddətinin bitəcəyi tarixə, yəni 13.12.2021-ci il tarixə 170 138,43 manat təşkil edi r. “X31 Azərbaycan” QSC tərəfindən 05.04.2019-cu il tarixdə verilmiş maliyyə arayışından görünür ki, onun həmin banka olan borcunun ümumi məbləği 312 967,39 manatdır. Bundan əlavə, “X28 Pazarlama San və TİV A.Ş.” ilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “Royal Heights” adlı şəhərcikdə “Scallop” tipli 13 və 14 nömrəli mənzillərə dair müqavilələr qızları X adına bağlanmış, bu müqavilələrə əsasən 01.04.2019-cu il tarixə satıcıya tərəfindən 102 464 Avro (manatla ekvivalenti 196.925 manat 56 qəpik) pul ödənilmiş, həmin tarixə şirkətə olan borc məbləği 127 536 Avro (manatla ekvivalenti 245 111 manat 43 qəpik) təşkil etmişdir. Göstərilən borc öhdəlikləri yalnız onun tərəfindən, qohumlarından aldığı və öz biznes fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər hesabına ödənilmişdir və h azırda da özü tərəfindən ödənilir. Adına götürülən kredit məbləğlərinin böyük bir hissəsi Cavabdeh tərəfindən səsyazma studiyası qurulması üçün alınmış, vəsaitdən qalan məbləğlər isə Cavabdeh tərəfindən ailələrinin mənafeyi ziddinə xərclənmişdir. Ümumilikdə, 02.04.2019-cu il tarixə olan borc öhdəliklərinin cəmi məbləği 483 105,82 manat, tərəfindən borc öhdəliklərinə görə ödədiyi cəmi məbləğ isə 1 584 162,99 manat təşkil edir. Hesab edir ki, göstərilən tarixədək tərəfindən borc öhdəlikləri üzrə ödənilmiş 1 584 162,99 manat vəsaitin 1/2 hissəsi, yəni 792 081,50 manatCavabdeh tutularaq ona ödənilməli, eyni zamanda göstərilən tarixə olan borc məbləğini təşkil edən 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyi Cavabdeh aid edilməlidir.

9. Cavabdeh bildirir ki, 1996- cı ilin avqust ayı nda X16 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları - 1997-ci il 1 iyul təvəllüdlü oğlu, 24 may 1999-cu il təvəllüdlü qızı dünyaya gəlmişdir. Nəsimi rayon Məhkəməsinə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Nikahın pozulması tələbinə dair mülki iş hal-hazırda Nəsimi rayon Məhkəməsində icraatdadır. Birgə nikahları dövründə əldə etdikləri aşağıdakı əmlakların məhkəmə qaydasında bölünməsini tələb edir: xüsusi mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 30 nömrəli mənzil; İddiaçı adına olan «Porsche Panamera» minik markalı 99-MM099 dövlət qeydiyyat nişanlı (2012-ci il buraxılışlı, WPOZZZ97ZDL072325 ban №-li) avtomobil; Bodrumda kontrakt əsasında ikisinin adına olan ev; İddiaçı adına olan ünvan 6 ünvanda yerləşən ev; Zaqata la rayonu Car kəndində yerləşən birgə tikdirdikləri ev; «Range Rover» markalı 10EL010 dövlət qeydiyyat nişanlı (SALLMAME4AA312003 ban №-li) avtomobil; «X26» minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı (SALLAAA147A441536 ban №-li, 2007-ci il buraxılışlı) avtomobil.

10. Digər cavabdehlər heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (S.Cəfərov) ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh, “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, X10 adına olan “VAZ 21214” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 25.04.2019-cu il tarixdə bağlanmış və X5 adına olan “X30” minik markalı **MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 02.04.2019-cu il tarixdə bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab olunması, həmin avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, 02.04.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhd əliyinin Cavabdeh aid olunması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 30 saylı mənzili; «İnfiniti G25» minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, «BMW 745» minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, «Mercedes S600» minik markalı 90- NH-065 dövlət qeydiyyat nişanlı, «Porsche Panamera» minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillər; X10 adına rəsmiləşdirilmiş «VAZ 21214» minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil və X5 adına rəsmiləşdirilmiş «X30» minik markalı 99-MA990 dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə əldə etdiklə ri əmlaklar olduğundan, ilk və qarşılıqlı iddia tələbi onlara aid hissədə əsaslıdır.

13. Cavabdeh sonuncu iki avtomobili digər şəxslərin adına özgəninkiləşdirərkən, ümumi birgə mülkiyyətçi olan həyat yoldaşı İddiaçı razılığını almamışdır, eyni zamanda bu avtomobillər tərəflər arasında nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi məhkəmə qaydasında mübahisələndirilən zaman özgəninkiləşdirilmişdir. Bu səbəbdən, onunla digər cavabdehlər X17 və X13 arasında qeyd olunan avtomobillərə dair bağlanmış əqd özüözlüyündə etibarsızdır, etibarsızlığı ilə bağlı hüquqi nəticələr istisna olmaqla, digər hüquqi nəticələr yaratmır. Bu səbəbdən, həmin alğı-satqı əqdləri etibarsız hesab edilməlidir.

14. İlk iddia tələbinin banklar qarşısında olan öhdəliklərlə bağlı olan hissəsinə hüquqi qiymət verən məhkəm ə hesab etmişdir ki, ilk iddia qeyd olunan hissədə qismən əsaslı olmaqla, 02.04.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış məbləğin iddia tələbində göstərilən həcmdə hissəsi - 483.105 manat 82 qəpik məbləğində vəsaitin 1/2 hissəsinin qaytarılması öhdəliyi Cavabdeh aid edilməlidir. Qalan hissədə ilk iddia və qarşılıqlı iddia təmin edilə bilməz.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 337ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1, 37.3-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apelyasiya şikayəti vermişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2390/2020 nöm rəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, V.Ağayev və F.Babayev) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3432/2019 saylı saylı iş üzrə 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmaqla ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, “VAZ-21214 Urban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X17 arasında 25.04.2019-cu il tarixdə, “X30” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X13 arasında 02.04.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin, “İnfiniti G25” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı, “VAZ-21214 Urban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı və “X30” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ (ikidə bir) hissəsi üzərində İddiaçı, ½ (ikidə bir) hissəsi üzərində Cavabdeh mülkiyyət paylarının tanınması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin olunmaması, (İddiaçı “02.04.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi” tələbinin İddiaçı ilə “X31 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış bor cun bölünməsi hissəsinin ayrı icraata ayrılaraq həmin tələb üzrə icraatın dayandırıldığı nəzərə alınmaqla), iddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid edilməsi, iddia ərizələrini verdikləri zamanı dövlət rüsumunun ödəmədikləri hissəsinə görə İddiaçı 10 (on) manatın, Cavabdeh 10 (on) manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hər iki tərəfin ünvan 1 ünvanında yerləşən evin 30 saylı mənzilinin bərabər paylarda bölünməsini istədiklərini nəzərə almaqla həmin mənzillə bağlı həm ilkin, həm də qarşılıqlı iddianı əsaslıdır və bununla əlaqədar geniş əsaslandırma aparılmasına zərurət yoxdur.

19. İlkin iddiaçı nın “VAZ 21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “X30” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab olunması” tələblərini də kollegiya əsaslı hesab etmişdir.

20. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabat an mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).

21. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

22. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

23. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlaka dair bağlanan müqavilələrin etibarlılığı üçün xüsusi qaydalar da müəyyənləşdirmişdir.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü maddəsinə görə, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuşrazılığı olmadıqda, bu əqd AR MM ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə görə də, “ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girən ədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüquq un yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər”.

26. Mülki Məcəllənin 650-ci maddəsinə görə isə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

27. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsaslanmaqla kollegiya hesab etmişdir ki, rəsmi reyesterdə qeydə alınmalı əmlak olan “VAZ 21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “X30” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab olunmal ıdır.

28. Xüsusilə nəzərə alınmalıdır ki, hər iki avtomobil İddiaçı ilə Cavabdeh münasibətlərinin pozulmasından və aralarında məhkəmə mübahisəsinin başlamasından sonra satılmışdır; “X30” markalı avtomobil isə Cavabdeh öz anasına satılmaqla müqavilənin bağlandığı gün Cavabdeh adına avtomobilə dair etibarnamə verilmişdir və avtomobil hazırda da onun istifadəsindədir. Bu hallar, sözügedən avtomobillər barədə bağlanmış müqavilələrin müvafiq hüquqi nəticə əmələ gətirmək niyyəti olmadan yalnız görünüş üçün, yəni sırf həmin avtomobilləri birgə nikah dövründə əldə edilmiş əmlak statusundan çıxarmaqla bölgüdən kənarda saxlamaq məqsədilə bağlanmış olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas verir; Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən isə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq n iyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.

29. Kollegiya apellyasiya şikayətinin dəlillərindən asılı olmadan bir məsələyə də qiymət verərək qeyd etmişdir ki, hər nə qədər Mülki Məcəllənin 337.5-ci maddəsində, əqd etibarsız olduqda tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməli olduğu nəzərdə tutulsa da, maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı icraat çərçivəsində isə “VAZ 21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “X30” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alqı-satqısına görə Cavabdeh hər hansı pul vəsaiti ödənildiyi müəyyən olunmamışdır.

30. Bununla yanaşı kollegiya qeyd edir ki, əgər X və X29 pul verdiklərini iddia edərlərsə, həmin vəsaitin geri qaytarılması barədə ümumi əsaslarla iddia qaldırmaq hüququna sahibdirlər.

31. İlkin iddiaçının “avtomobillərin qiymətləndirilərək açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi” tələbinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir.

32. Mülki Məcəllənin 220.1-220.2-ci və 220.3-220.5-ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz r azılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

33. Məcəllənin 220.6-cı maddəsinə görə isə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 34. “Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasi ya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndiril ə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”.

35. Göründüyü kimi, ümu mi paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçisi, öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi barədə onlara təklif göndərmədən, birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyildir. Mülki Məcəllənin 220-ci maddəsi məhz payını ayırmaq istəyən və buna dair iddia qaldıran mülkiyyətçiyə münasibətdə müəyyən ardıcıllıqla tətbiq edilməli olan qaydaları təsbit edir və bu baxımdan Mülki Məcəllənin 220-ci maddəsinin müddəaları yalnız payını ayırmaq istəyən mülkiyyətçiyə münasibətdə tətbiq olunmalıdır.

36. İşin hallarından göründüyü kimi İddiaçı kompensasiya tələbi ilə bağlı digər mülkiyyətçiyə (Cavabdeh) bildiriş göndərməmiş, ayrılmalı olan payın dəyərini müəyyən etməmişdir. Cavabdehin ayrılmaq istəmədiyi və iddiaçının müvafiq kompe nsasiya ilə bağlı təklifinin olmadığı, məhkəmənin də İddiaçı malik olduğu tələb etmək hüququnu öz üzərinə götürməsinin istisna olunduğu nəzərə alındıqda qanunvercilikdə nəzərdə tutulmuş mübahisənin mərhələli həlli ilə bağlı müəyyən olunmuş qaydaya əməl edilmədiyi aydın olur. Buna görə də kollegiya hesab edir ki, İddiaçı “avtomobillərin qiymətləndirilərək açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi” tələbi təmin oluna bilməz.

37. Bununla belə kollegiyanın qənaətinə görə, hazırkı halda İddiaçı iddia tələbindən kənara çıxılması mümkündür və avtomobillər üzərində payının müəyyənləşdirilməsi barədə yeni iddia qaldırmaq hüququnu ona izah etmək əvəzinə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin (hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən k ənara çıxa bilər)verdiyi imkanı, prosessual qənaət prinsipini və İddiaçı iradə ifadəsinin məzmununu nəzərə almaqla müvafiq nəticəyə gəlinə bilər. Qeyd olunmalıdır ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür və İddiaçı iddia tələbinin predmeti mahiyyət etibarilə nikah dövründə əldə olunmuş əmlaklar üzərində hüququnun tanınması barədə olmaqla bu hüququn həcmi (miqdarı, ölçüsü və s.) bilavasitə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, avtomobil bölünməz əşya olduğundan onun naturada bölünməsinin mümkünlüyünün araşdırılmasına zərurət yoxdur; apellyasiya baxışı zamanı isə Cavabdeh avtomobillərin bölünməsinə etiraz etmədiyi müəyyən olunmuşdur.

38. Göstərilənlərə əsas ən kollegiya hesab edir ki, İddiaçı “avtomobillərin qiymətləndirilərək açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi” tələbi qeyd olunan kontekstdə qismən, Cavabdeh “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi” tələbi isə tam təmin edilməli, “İnfiniti G25” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı, “VAZ-21214 Urban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı və “X30” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində İddiaçı ½, Cavabdeh ½ hissədə pay hüquqları tanınmalıdır. 39. “BMW 745” mi nik markalı ** NO *** dövlət qeydiyyat nişanlı və “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobillərin etibarnamə əsasında başqa şəxslərin sahibliyində olması faktına münasibətdə kollegiya qeyd edir ki, mülkiyyətçinin adından hər hansı bir şəxsə avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi onların arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Çünkü Mülki Məcəllənin 181.1-ci və 181.4-cü maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.

40. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

41. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

42. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır.

43. Məhkəmə kollegiyası qanunvericiliyin sadalanan müddəalarını rəhbər tutmaqla qeyd edir ki, avtomobil daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı əmlak olduğundan onun alqı-satqısına dair müqavilələr notariat qaydasında bağlanılmalıdır. Mülkiyyətçinin adından hər hansı bir şəxsə avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi isə Mülki Məcəllənin 362.1-ci maddəsində də nəzərdə tutulduğu kimi yalnız özündə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkaləti ehtiva edir.

44. İddiaçı “02.04.2019-cu il tarixədək tərəfindən borc öhdəliklərinə görə ödədiyi 1 584 162,99 manatın 1/2 hissəsinin, yəni 792 081,50 manatın Cavabdeh tutularaq ona ödənilməsi” tələbini isə kollegiya əsassız hesab edir. Belə ki, o, qeyd olunan borc öhdəliklərinə görə ödədiyini iddia etdiyi pul məbləğini ailənin ümumi gəlirləri hesabına deyil, özünün şəxsi vəsaiti hesabına ödədiyinə dair heç bir sübut təqdim etməmişdir və bu hal onun müvafiq tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğunu istisna edir. Bu zaman həm də nəzərə alınmalıdır ki, həmin tələbinin təmin edilməməsinə baxmayaraq, İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən də şikayət verməmişdir.

45. Kollegiya, İddiaçı “02.04.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edil məsi” tələbinin “xxxx” ASC-dən götürülmüş borcla bağlı hissəsini də əsassız hesab edir (həmin tələbin İddiaçı ilə “X31 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi hissəsi ayrıca icraata ayrılaraq həmin tələb üzrə icraat dayandırılmışdır)..

46. Belə ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə görə, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınan vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunu məhkəmə müəyyən etdikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilə bilər.

47. Ailə qanunvericiliyində ümumi borcun anlayışı olmasa da, kollegiya hesab e dir ki, hüquq tətbiqetmə təcrübəsinə əsasən ər-arvadın ümumi borcunun meyarlarını (əlamətlərini) belə xarakterizə etmək olar: borcun ər-arvadın hər ikisinin təşəbbüsü ilə ailənin ümumi ehtiyacları üçün yaranması (ər-arvaddan biri tərəfindən müqavilənin bağlanması zamanı digərinin razılığının alınması və ya borclu sayıldıqları müqavilənin birgə bağlanması); ər-arvaddan biri tərəfindən bağlanmış müqavilə üzrə aldıqlarının hamısının ailənin ümumi ehtiyacları üçün sərf olunması.

48. Ailə Məcəlləsinin 37.3-cü maddəsinin dispoziyasından göründüyü kimi, ümumi əmlak bölünərkən ər-arvadın bütün, yəni onlardan hər hansı birinə şəxsən aid olan deyil, yalnız ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir.

49. Kollegiyanın qənaətinə görə, Ailə Məcəlləsinin 41.2-ci maddəsi 37.3-cü maddəni tam amlayıcı xarakterdədir və qanunverici ər-arvaddan birinin nigah dövründə yaranmış borclarının bölgüsü üçün həmin borcların ümumi olduğunun və ailənin ümumi ehtiyacları üçün xərcləndiyinin sübuta yetirilməsini zəruri hesab etmişdir. Əks təqdirdə, yəni ərarvaddan hər hansı birinə aid olan şəxsi borcun bölgüsü tərəflərdən birinin hüquqlarının əhəmiyyətli şəkildə pozulmasına və digər tərəfin əsassız fayda əldə etməsinə səbəb olar. Başqa sözlə, tərəflərdən hansının götürməsindən asılı olmayaraq ər-arvadın hər hansı birinin borcu yalnız o halda onların payına uyğun bölünə bilər ki, bu borcun ailənin ümumi ehtiyacları üçün sərf olunduğu müəyyən və sübut edilsin. Ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilməsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərə kli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait - yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı və s. daxil edilir.

50. İş materiallarından İddiaçı “xxxx” ASC ilə kredit müqaviləsini 13.12.2018-ci il tarixdə bağladığı və borcun 13.12.2021-ci il tarixinə qədər hesablanmış məbləğ olduğu aydın olur; tərəflərin münasibətlərinin 2018-ci ilin sonlarından faktiki pozulmuş olduğunun müəyyən edildiyi nəzərə alındığında isə, həmin borcun tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc kimi qiymətləndirilməsi və ailənin ümumi ehtiyacları üçün sərf olunduğuna qənaət gətirmək mümkün deyildir. Başqa sözlə, İddiaçı müvafiq tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadı r. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

51. Cavabdeh “Türkiyə Respublikasının Bodrum şəhərindəki evin, İddiaçı adına olan ünvan 3 ünvanında yerləşən evin, Zaqa tala rayonunun Car kəndində yerləşən evin, “Range Rover” markalı ** EL *** dövlət qeydiyyat nişanlı və “X26” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillərin bölgüsünün həyata keçirilməsi” barədə qarşılıqlı iddia tələbləri ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etmişdir.

52. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən ev 15.03.2011-ci il tarixdə İddiaçı qardaşı X tərəfindən ona bağışlanmış və 19.04.2011-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunmas ı. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir(“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).

54. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə et dikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

55. Mülki Məcəllənin 225.2-ci maddəsinə görə də, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

56. Şərh olunanlardan göründüyü kimi, ünvan 3 ünvanında yerləşən evin tərəflərin birgə nikahları dövründə əldə olunmuş əmlak hesab edilməsi mümkün deyildir və bu səbəblə də Cavabdeh müvafiq tələbi təmin oluna bilməz.

57. Cavabdeh “Zaqatala rayonunun Car kəndində yerləşən evin bölünməsi” tələbinə münasibətdə qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş sorğuya verilən cavabla, tərəflərin nikahda olduqları dövrdə Zaqatala r ayonunun Car kəndində ev deyil, torpaq sahələri əldə etdikləri müəyyən olunmuşdur; bu o deməkdir ki, Cavabdeh sözügedən tələbi təmin oluna bilməz və o, məhz həmin sahələrin bölünməsi ilə bağlı iddia irəli sürə bilər.

58. Türkiyə Respublikasının Bodrum şəhərində evin mövcudluğu ilə bağlı isə məhkəməyə heç bir sübut təqdim olunmamışdır və buna görə də kollegiya həmin tələblə əlaqədar ümumiyyətlə araşdırma aparmağı zəruri hesab etmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

59. Kollegiya Cavabdeh “Range Rover” mark alı ** EL *** dövlət qeydiyyat nişanlı və “X26” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillərin bölgüsünün həyata keçirilməsi” tələbini də əsassız hesab etmişdir.

60. İş materiallarından aydın olur ki, “X26” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil 05.11.2012-ci il tarixdə İddiaçı adına qeydə alınmış, 15.04.2014-cü il tarixdə həmin nömrə nişanı əvvəlki sahibinin adında saxlanılmaqla alqı-satqı müqaviləsi əsasında X6, bundan sonra isə müxtəlif tarixlərdə digər şəxslərə satılmışdır; “Range Rover” markalı avtomobil isə ** EL *** dövlət qeydiyyat nişanı təhkim olunmaqla 23.02.2018-ci il tarixdə İddiaçı adına qeydə alınmış, 15.03.2019-cu il tarixdə X7, 29.05.2019-cu il tarixdə X1.

61. Göründüyü kimi sözügedən avtomobillər başqa şəxslərin mülkiyyətindədir və həm in müqavilələrin etibarlılığı məsələsinə qiymət verilmədən Cavabdeh iddiasının təmin olunması mümkün deyildir; o isə müvafiq tələbi irəli sürməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

62. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170,138.43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliklərinin müəyyən edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

63. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı münasibətin faktiki olaraq 2018-ci ilin sonlarında pozulduğuna əsa slanaraq İddiaçı ilə “xxxx" ASC arasında bağlanmış 13.12.2018-il tarixli müqavilə əsasında yaranmış 170,138.43 manat borc öhdəliyini tərəflər arasında müəyyən etməmiş və həmin hissədə iddia tələbini təmin etməmişdir.

64. Halbuki, tərəflərin münasibətləri 2019-cu ilin mart ayında pozulmuş və həmin ay nikahın ləğvi barədə məhkəməyə müraciət olunmuşdur.

65. Bundan başqa İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 13.12.2018-il tarixli müqavilə əsasında, həmin gün əldə olunmuş pul vəsaiti ilə 14.12.2018-ci il tarixdə 60000 (altmış min) manat dəyərində “X30” markalı və 25000 (iyirmi beş min) manat dəyərində “VAZ 21214 Urban” markalı avtomobilləri alqı-satqı yolu ilə əldə edilmişdir.

66. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən “VAZ 21214 Urban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı və X30” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ (ikidə bir) hissəsi üzərində İddiaçı, ½ (ikidə bir) hissəsi üzərində Cavabdeh paylarını tanısa da, həmin əmlakların əldə olunması tarixlərini nəzərə almamış və onların alınmasına sərf olunan pul vəsaitinə dair İddiaçı “xxxx” ASC qarşısında yaranmış borc öhdəliyi üzrə payları bölməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

67. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

68. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170,138.43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliklərinin müəyyən edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

69. Cavabdeh vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

70. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

71. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

72. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

73. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının qismən, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170,138.43 manat borc öhdəliyinə tərə flərin 1/2 hissədə öhdəliklərinin müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı yalnız mübahisələndirilən hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

76. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

77. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılm alı və qiymətləndirilməlidir. (maddə 106.1)

78. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

79. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

80. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

81. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

82. Mad di və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

83. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170,138.43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

84. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170,138.43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinin rədd edilməsi hissəsində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. (78-79)

85. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170,138.43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinin rədd edilməsi hissəsində apelyasiya intansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı “xxxx” ASC ilə kredit müqaviləsini 13.12.2018-ci il tarixdə bağlamış v ə borc 13.12.2021-ci il tarixinə qədər hesablanmışdır. Tərəflərin ailə münasibətləri isə 2018-ci ilin sonlarından faktiki pozulmuşdur. Ona görə də həmin borcun tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc kimi qiymətləndirilməsi və ailənin ümumi ehtiyacları üçün sərf olunduğu qənaətinə gəlmək mümkün deyildir.

86. Halbuki, iş materialarından görünür ki, Cavabdeh nümayəndəsi və vəkili X14 apelyasiya instansiyası məhkəməsinin 27.02.2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında tərəflərin faktiki olaraq 2018-ci ilin sentyabr ayında ayrıldıqlarını göstərsə də (iş v. 236), apelyasiya instansiyası məhkəməsinin 11.06.2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında tərəflərin faktiki olaraq 2019-cu ilin fevral ayında ayrıldıqlarını qeyd etmişdir (iş v. 266).

87. Həmçinin i ş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəflərin faktiki olaraq nə vaxt ayrıldıqlarını müəyyənləşdirmək üçün araşdırma aparmamış, tərəflərin faktiki ailə münasibətlərinin pozulduğu tarix barədə iddiaçının nümayəndəsinin ziddiyyətli izahatlarına qiymət verməmiş və heç bir əsaslandırma aparmadan öz mülahizəsi ilə tərəflərin 2018-ci ilin sonlarından faktiki olaraq ayrıldıqları qənaətinə gəlmişdir.

88. Göründüyü kimi tərəflərin faktiki olaraq nə vaxt ailə münasibətlərinin pozulmasının müəyyən edilməsi mübahisə predmeti olan kredit üzrə tərəflər arasında ½ hissədə öhdəliyin müəyyən edilməsi məsələsinin düzgün həll edilməsi üçün mühüm əhəmiyyyətə malikdir.

89. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün mühüm əhəm iyyətə malik olmasına baxmayaraq mübahisə predmeti olan 13.12.2018-ci il tarixli kredit müqaviləsinin iş materiallarına əlavə edilməməsini nəzərə almamış və həmin kredit müqaviləsinin mövcud olub-olmaması, hansı məbləğdə kreditin verilməsi və kredit müqaviləsinin digər mühüm şərtləri barədə araşdırma aparmamışdır.

90. Bundan başqa 02.04.2019-cu il tarixli xxxxndan çıxarışdan görünür ki, mübahisə predmeti olan kredit İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 13.12.2018-il tarixli müqavilə əsasında, həmin gün əldə olunmuşdur.

91. Eyni zamanda iş materiallarından görünür ki, 14.12.2018-ci il tarixdə Cavabdeh adına ** MA *** dövlət qeydiyyat nişanlı “X30” markalı avtomobil alqı-satqı yolu ilə əldə edilmişdir.

92. Göründüyü kimi ** MA *** dövlət qeydiyyat nişanlı “X30” markalı avtomobil 13.12.2 018-ci il tarixli müqavilə ilə kreditin alınmasından 1 gün sonra əldə edilmişdir.

93. Apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamış və qətnamə qəbul edərkən X30” minik markalı avtomobillərin ½ (ikidə bir) hissəsi üzərində İddiaçı, ½ (ikidə bir) hissəsi üzərində Cavabdeh paylarını tanısa da, həmin avtomobilin 13.12.2018-ci il tarixli müqavilə ilə alınmış kreditin hesabına əldə olunub-olunmaması ilə bağlı araşdırma aparmamışdır.

94. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi tərəflərin faktiki olaraq nə vaxt ayrıldıqları, 13.12.2018-ci il tarixli kredit müqaviləsinin mövcud olubolmaması, hansı məbləğdə kreditin verilməsi və kredit müqaviləsinin digər mühüm şərtləri, alınmış kreditin ailənin ümumi ehtiyaclarına sərf olunub-olunmaması, o cümlədən ** MA *** dövlə t qeydiyyat nişanlı “X30” markalı avtomobilin 13.12.2018-ci il tarixli müqavilə ilə alınmış kreditin hesabına əldə olunub-olunmaması barədə araşdırma aparmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.

95. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170,138.43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinin rədd edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu həmin hissədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

96. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

97. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2390/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170,138.43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar