Məhkəmə qərarları › İş №2(102)-2618/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2618/2020

01.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2618/2020 01.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, “xxxx” ASC-nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, qətnaməsindən Ali Məhkəmənin sədri tərəfindən verilmiş təqdimata baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia qaldıraraq (daha sonra iddia tələbi dəqiqləşdirilmişdir), ində inşa edilən 1 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümuX mənzilin təmirinin dərhal tamamlanaraq özü nə təhvil verilməsi, maddi ziyana görə 82000 manatın və mənəvi ziyana görə 50000 manatın cavabdehdən alınıb özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq (daha sonra iddia tələbi dəqiqləşdirilmişdir), Xdə ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 otaqlı 124 saylı mənzilə sahiblik hüququnun tanınaraq özünə təhvil verilməsi, İddiaçı X oğlu ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 140 saylı müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq, X saylı binanın 17-ci mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı 124 saylı mənzilə sahiblik hüququnun tanınaraq özünə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) xx xxxx 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiasının təmin edilməsi, X3 Cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 17-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı 124 saylı mənzilə sahiblik hüququnun tanınması və həmin mənzilin X5 təhvil verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasının qismən təmin edilməsi, Cavabdeh MMC tərəfindən ümumi sahəsi 91.4 kv.m tə şkil edən 3 (üç) otaqdan ibarət yaşayış sahəsi (X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91,4 kv.m. təşkil edən 2 (iki) otaqdan ibarət, şərti olaraq “124” saylı adlandırılmış mənzilin sahəsinə aid olmayan) X4 təhvil verilməsi, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 140 saylı müqavilənin etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseynov (sərlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov ) xx xxxxxx 2018-ci il tarixli, Xnömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “xxxx” ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sərlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) xx xxxxxx 2019-cu il tarixli,Xnömrəli qərardadı ilə “xxxx” ASC-nin apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. “xxxx” ASC Ali Məhkəmənin sədrinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsindən təqdimat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimat verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-12176/18 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, həmin qətnamə “xxxx” ASC-nin maraqlarına toxunsa da, hüquqi şəxs işdə iştirak etməyə cəlb olunmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən “xxxx” ASC-nin vəkili X8 təqdimatın əsaslı olduğunu bildirərək, maraqlarına toxunanBakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-12176/18 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiy ası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırkı işdən görünür ki, mübahisə predmeti olan X də yerləşən, ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 124 saylı mənzilə dair İddiaçı, X6 və X3 iddialarına baxılmaqla irəli sürülmüş tələblər yuxarıda göstərilən qaydada həll edilmişdir. Lakin “xxxx” ASC-nin ərizəsindən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, Xnömrəli qərardadından görünür ki, “xxxx” ASC-yə olan borcun ödənilməsini təmin etmək məqsədilə Cavabdeh MMC tərəfindən B X i ya şayış binasının “A” blokundakı bir sıra mənzillər, o cümlədən 17-ci mərtəbədə yerləşən, sahəsi 91,4 kv.m. olan mənzilin razılaşmada göstərilən şərtlər istisna olmaqla, heç bir şərt qoyulmadan “xxxx” ASC-nin istifadəsinə və sərəncamına verilməsi haqqında Cavabdeh MMC ilə “xxxx” ASC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış barışıq sazişi qeyd edilən qərardadla təsdiq edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli aktından görünür ki, həmin qərardadın icrası çərçivəsində qeyd olunan binada 17-ci və 21-ci mərtəbələrdə yerləşən, təmirsiz vəziyyətdə olan iki ədəd mənzil yeni giriş qapıları qoyularaq açarları ilə birlikdə tələbkar “xxxx” ASC-nin nümayəndəsinə təhvil verilmişdir. Qeyd edilənlər bu qənaətə gəlməyə əsas verir ki, hazırkı işə apelyasiya instansiyası məhkəməsində baxılarkən mübahisə predmeti olan mənzilin hüquqi vəziyyəti, ona haqq iddia edən şəxslərin dairəsi tam və hərtərəfli araşdırılmamışdır. Başqa sözlə, mübahisə predmetinə yuxarıda göstərilən əsaslarla iddialı olan “xxxx” ASC işə cəlb edilməmiş, onun mənafeyinə və dəlillərinə hüquqi qiymət verilmədən qətnamə çıxarılmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 4.1-ci və 4.2-ci maddələrinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. MPM-nin 9.1-ci maddəsinə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 217.1-ci maddəsi maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iştirak etməyə cəlb edilməmiş “xxxx” ASC-nin iştirakı təmin olunmalı və çəkişmə prinsipinə riayət edilməklə bütün tərəflərin dəlilləri araşdırılmalı və onlara müvafiq hüquqi qiymət verilməklə mübahisə həll edilməlidir. Bu məqsədlə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.4.6-cı maddəsinə görə, məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, X nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması həmin məhkəməyə göndərilsin. Qərar qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar