Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-262/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Gəncə şəhəri üzrə İcra İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, fərdi yaşayış evinin ipoteka ilə yüklü edi lməsinə dair aparılmış qeydin ləğv edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2024-cü il tarixli 2(104)1344/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi 0,0722 hektar torpaq sahəsi ilə birlikdə xx.xx.2013-cü il tarixli 10 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası məqsədi ilə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yük lü edilmişdir.
2. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli qətnaməsi ilə X2, X4, X1 və "xxxx" MMC-dən müştərək qaydada, cəmi 51.091 manat məbləğində pul vəsaitinin tutulub, "xxxx" ASC-yə ödənilməsi, tutmanın İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və hərrcdan satıldıqdan sonra bir ay müddətində evin boşaldılması qət edilmiş, evin ilkin satış qiyməti 90000 manat müəyyən edilmişdir.
3. Qətnamə qanuni qüvvəyə minmiş, məhkəmənin xx.xx.2015-ci il tarixli məktubu ilə icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və icra məmurunun xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən, qətnamənin icrası na başlanılmışdır.
4. İcra məmuru xx.xx.2015-ci il tarixli məktubla hərracın keçirilməsini Hərrac Mərkəzi "xxxx" MMC-yə sifariş vermişdir.
5. Hərrac Mərkəzi "xxxx" MMC ipoteka predmetinin ilkin satış qiyməti 90000 manat olmaqla hərracın keçirilməsini xx.xx.2015-ci il tarixə təyin etmiş, bu barədə tərəflərə xx.xx.2015-ci il tarixli bildiriş göndərmişdir.
6. Birinci hərrac baş tutmadığına görə hərrac təşkilatı təkrar hərracın keçirilməsini xx.xx.2015-ci il tarixə təyin etmiş, bu barədə tərəflərə xx.xx.2015-ci il tarixli bildiriş göndərmiş, satış qiymətini 15% azaltmaqla 76500 manat müəyyən etmişdir.
7. Təkrar hərrac da baş tutmamış və hərrac təşkilatı icra məmuruna və tərəflərə xx.xx.2016-cı il tarixli məktub göndərərək, təkrar hərracın baş tutmadığını bildirmiş, tələbkara ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% aşağı olmayan qiymətə - 57375 manata əldə etmək hüququnu, bu müddətdə əldə edilməzsə, ipotekaya xitam veriləcəyini izah etmişdir.
8. Hərrac təşkilatı ipoteka predmetinin satılması barədə sənədləri xx.xx.2016-cı ildə icra məmuruna qaytarmış və icra məmuru icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərar çıxarmış, icra sənədini həmin tarixli məktubla Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qaytarmışdır.
9. Cavabdeh4 QSC BOKT xx.xx.2018-ci il tarixli 1205 nömrəli məktubla Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədinin icrası barədə məlumat verilməsini xahiş etmişdir ("xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilmə yə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ, 21 aprel 2017-ci il tarixli müqavilə əsasında Cavabdeh4 QSC-yə keçmişdir).
10. Bundan sonra Cavabdeh4 QSC BOKT-un nümayəndəsi icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun xx.xx.2018-ci il tarixli qərarından şikayət vermişdir.
11. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.
12. Nizami Rayon Məhkəməsinin xx.xx. 2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadı icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə daxil olmuşdur.
13. İcra məmuru xx.xx.2023-cü il tarixli məktubla ipoteka predmeti olan evin hərracda satılması üçün Cavabdeh3 MMC-yə sifariş vermişdir.
14. Cavabdeh3 MMC ipoteka predmetinin ilkin satış qiyməti 90000 manat olmaqla hərracın keçirilməsini xx.xx.2023-cü il tarixə təyin etmiş, bu barədə tərəflərə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir.
15. Həmin tarixdə hərrac baş tutmadığına görə hərrac təşkilatı təkrar hərracın keçirilməsini xx.xx.2023-cü il tarixə təyin etmiş, bu barədə tərəflərə xx.xx.2025-ci il tarixli bildiriş göndərmiş, satış qiymətini 15% azaltmaqla 76500 manat müəyyən etmişdir.
16. Təkrar hərrac da baş tutmamış ipoteka predmetin in ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli protokol və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi 57.375 manat məbləğinə Cavabdeh4 QSC BOKT tərəfindən əldə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına qarşı (müstəqil tələb irəli s ürməyən üçüncü şəxs qismində Gəncə şəhəri üzrə İcra İdarəsi cəlb edilməklə) qarşı iddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərracın, onun nəticələrinin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokolun, Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilənin və əmlaka Cavabdeh4 QSC BOKT-nin mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair DƏDKR publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə ilkin və təkrar hərrac keçirilmiş, hərrac baş tutmadıqdan sonra ipoteka predmeti xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-yə təklif olunmasına baxmayaraq, 1 ay müddətində əmlak balansa götürülməmişdir. Bununla belə, həmin əmlaka dair sonradan Cavabdeh3 MMC tərəfindən yenidən hərrac keçirilmiş və qeyd o lunan əmlak Cavabdeh4 QSC BOKT tərəfindən əldə olunmuşdur. Buna görə də, Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərrac, onun nəticələri və Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilməli, iddia tələbi təmin edilməlidir.
19. Cavabdeh tərəf "xxxx" ASC tərəfindən hərrac təşkilatı "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun surətini təqdim etmişdir. Həmin məktubda ipoteka saxlayan, ipoteka predmetini qəbul etdiyini bildirmiş, əmlakın bankın mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedura başlamağı xahiş etmişdir.
20. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiy a məhkəməsi) xx.xx.2024-cü il tarixli, 2(125)-2032/2024 saylı qətnaməsi ilə (hakim Camal Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh3 MMC tərəfindən Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın, onun nəticələrinin - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokolun, cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilənin və Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə (yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlak, reyestr nömrəsi **********29-10301) Cavabdeh4 QSC BOKT-un mülkiyyət hüququnun q eydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2013cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə (Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli, yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlakın yüklü edilməsinə dair) ipotekaya xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan, Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə "xxxx" MMC tərəfindən hərraclar, hərracların keçirilməsi üçün müəyyənləşdirilmiş qaydada keçirilmiş, həmin hərracların qanuniliyi bu və ya digər qaydada mübahisələndirilməmişdir. Qeyd olunan hərracların nəticələri etibarsız hesab olunmadan yenidən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə həmin əmlakın satılması üçün Cavabdeh3 MMC tərəfindən açıq hərrac keçirilmişdir. Halbuki, «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. «İpoteka haqqında» Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər han sı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Göründüyü kimi, istər mülki qanunvericiliyin, istərsə də Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə ipoteka predmeti olan əmlak barəsində sonuncu hərraclardan əvvəl keçirilmiş 2 hərrac hərracların keçirilməsi üçün müəyyənləşdirilmiş qaydada keçirilmişdirsə və onların keçirilməsi qanunazidd hesab olunmamışdırsa, həmin hərraclardan sonra hərracların keçirilməsi qanunaziddir. Hazırkı halda isə ipoteka predmeti olan, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə "xxxx" MMC tərəfindən hərraclar keçirilmiş, həmin hərraclar ın nəticələri etibarsız hesab olunmadan yenidən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə həmin əmlakın satılması üçün Cavabdeh3 MMC tərəfindən açıq hərrac keçirilmişdir.
22. Məhkəmə hesab etmişdir ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixli hərraclar qanunazidd keçirildiyindən həmin hərrac, onun nəticələri - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokol, Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilə və əmlaka Cavabdeh4 QSC BO KT-un mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeyd etibarsız hesab edilməlidir.
23. Məhkəmə qətnamənin əsaslandırmasını davam edərək göstərmişdir ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh4 QSC BOKT tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 1205 nömrəli sorğu ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən Cavabdeh4 QSC BOKT-yə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi üzrə məlumat verilməsi xahiş edilmiş, icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərardan Cavabdeh4 QSC BOKT tərəfindən şikayət verilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli qətnaməsi üzrə «icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması»na dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Göründüyü kimi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılmasının mümkün olmamasına və həmin əmlakın ipoteka saxlayana təklif olunmasına dair işin hallarından Cavabdeh4 QSC BOKT ən gec halda Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadının qəbul edildiyi tarixdə xəbərdar olsa da, ipoteka predmetinin qəbul edilməsi üçün hər hansı hərəkət etməmişdir. Hətta Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ilk hərrac keçirilərkən vahid məhkəmə təcrübəsini formalaşdıran «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli Qərardadının tələbləri də nəzərə alınmamışdır. Halbuki, Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ilk hərrac keçirilərkən artıq qeyd olunan vahid məhkəmə təcrübəsi formalaşmış, habelə qeyd olunan Qərardadın 58-ci bəndində hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair müqavilə bağlamaq vəzifəsini icra etmədiyi halda tələbkarın məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir.
24. Digər tərəfd ən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2016-ci il tarixli 13/271 nömrəli məktub mülki işin məhkəmə hazırlıq iclasında sübut qismində məhkəməyə təqdim edilsə də, həmin məktubun həqiqətən "xxxx" MMC-yə çatdırılmasına dair hər hansı poçt xəbərnaməsi, qəbz və ya digər sübut dəfələrlə təklif olunmasına baxmayaraq, cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. "xxxx" MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 01/648 nömrəli məktubda isə İddiaçı məxsus əmlak üzrə keçirilmiş hərraclarla bağlı sənədlər toplusunu uzun müddət keçdiyi üçün məhkəməyə təqdim etməyin mümkün olmadığı bildirilmişdir. Bundan başqa, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə sonuncu hərracın keçirilməsində n 7 il 07 ay 24 gün, "xxxx" ASC-yə məxsus tələbetmə hüququnun Cavabdeh4 QSC BOKT-yə keçməsindən 8 il 01 ay 08 gün, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadının qəbul edilməsindən 4 il 06 ay, vahid məhkəmə təcrübəsini formalaşdıran «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli Qərardadının qəbul olunmasından 8 ay 09 gün sonra - xx.xx.2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, eləcə də, Respublika Xammal və X8 Mərkəzi "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə sonuncu hərracın keçirilməsindən 7 il 01 ay 23 gün sonra Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ilk hərrac keçirilmişdir.
25. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia tələbi Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair DƏDKR publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsində aparılmış qeydin ləğv edilməsinə dair hissədə təmin edilməməlidir. Belə ki, DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsi yalnız daşınmaz əmlaka mülkiyyət, habelə digər əşya hüquqlarının dövlət qeydiyyatını aparan orqandır və daşınmaz əmlakın dövlət qeydiyyatının aparılması üçün əsas olan sənədlərin təqdim edilməsi ilə öz vəzifə səlahiyyətlərinin icrasını təmin edir. Başqa sözlə, daşınmaz əmlakın dövlət qeydiyyatının qanuniliyi mübahisələndirilmədiyi müddətdə əmlakın mülkiyyətiçisini n şərti olaraq, «A», yaxud «B» kimi qeyd olunmasının DƏDKR publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə hər hansı təsiri yoxdur. Bu səbəbdən də, daşınmaz əmlakın dövlət qeydiyyatının bu və ya digər qaydada (məhkəmə qərarı, müqavilə və s.) dəyişdirilməsi, həmçinin qeydiyyatın aparılması əsaslarının ləğv və ya etibarsız hesab olunması daşınmaz əmlakın əvvəlki qeydiyyatının qanunsuz olması ilə eyniləşdirilə və bu nəticəyə gəlməyə əsas ola bilməz. Belə ki, məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verdiyi təqdirdə hüquqi statusa həmin qərarla birbaşa təsir edilməsindən bəhs oluna bilər. Hazırkı halda DƏDKR publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin qərarlarının (hərəkət və ya hərəkətsizliyinin) qanuniliyi mübahisələndirilmir və iddianın təmin, yaxud rədd edilməsi ilə heç bir halda birbaşa onun mənafeyinə toxunulmur, eləcə də ona əlavə hüquq və vəzifələr yaradılmır. İddia tələbində qeyd olunduğu qaydada «İddiaçı məxsus Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evinin DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması» isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.4-cü maddəsinə uyğun olaraq, ipotekaya xitam verilməsinə dair məhkəmə qətnaməsinin icrası qaydasında həll edilən məsələdir və ipotekaya xitam verilməsi ilə həmin xüsusat həll olunur.
26. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 317.2, 414.1, 414.2, 414.3, 416.1, 416.2, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 6.1, 10.1, 41.1, 41.2, 43.1, 43.3, 43.4, 43.5, 43.8-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandıırlmışdır ki, məhkəmə iddianın təmin olunmasının əsası kimi “İpoteka haqqında” Qanunun 43-cü maddəsini əsas gətirsə də, həmin normanı düzgün tətbiq etməmişdir. Belə ki, bank tərəfindən ipoteka predmetinin əldə edilməsinə dair 13/271 saylı, xx.xx.2016-cı il tarixli məktub xx.xx.2016-cı il tarixdə Xammal və Əmlak Birjası Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Göründüyü ki mi bank tərəfindən ipoteka predmetinin banka təklif edilməsi ilə bağlı hərrac mərkəzinin təklifi bank tərəfindən qəbul edilmiş və müvafiq prosedurların başlanması barədə "xxxx" MMC-yə məktub göndərilmişdir. Bank tərəfindən üzərinə düşən bütün prosedur hərəkətlər yerinə yetirilsə də, hərrac mərkəzi hərəkətsiz qalaraq üzərinə düşən prosedur hərəkətləri yerinə yetirməmişdir. Bundan başqa, məhkəmə tərəfindən banka prosesdə iştirakla bağlı rəsmi məlumat verilməmişdir. Nəticədə onlar tərəfindən təqdim ediləcək sübut məhkəməyə verilməmişdir. Bu isə mülki işin ətraflı araşdırılmaması ilə nəticələnmişdir.
29. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1344/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Ə.Musta fayev (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və R.Ş.Muradov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılamış, apellyasiya şikayətinin bank tərəfindən ipoteka predmetinin əldə edilməsinə dair 13/271 saylı, xx.xx.2016-cı il tarixli məktubunun xx.xx.2016-cı il tarixdə "xxxx" MMC tərəfindən qəbul edilməsi, yəni bank tərəfindən ipoteka predmetinin banka təklif edilməsi ilə bağlı hərrac mərkəzinin təklifinin bank tərəfindən qəbul edilməsi və müvafiq prosedurların başlanması barədə "xxxx" MMC-yə məktub göndərilməsi barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, hətta bank tərəfindən ipoteka predmetinin əldə edilməsinə dair 13/271 saylı, xx.xx.2 016-cı il tarixli məktubun göndərilməsi təsdiqini tapsa belə, bu cavabdeh bank tərəfindən protokolun imzalanmış hesab edilməsi tələbi ilə müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı iddia qaldırılması üçün əsas ola bilərdi. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli Qərardadında müəyyənləşdirilmiş mövqeyə uyğun olaraq belə iddianın qaldırılması ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırıma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməzdi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, ipoteka saxlayan protokolun imzalanmış hesab edilməsi tələbinə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi, bu Qərardadın 24-cü bəndində qeyd edildiyi kimi, yəni həmin maddənin dispozisiya şərtlərinin mövcud olması əsası ilə təmin edilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, protokolun imzalanmış hesab edilməsi tələbi müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı qaldırılmalı olduğundan, bununla bağlı verilmiş etirazlar ipoteka qoyana qarşı qaldırılmış ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırıma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməz.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 1391.1, 196-cı, «İpoteka haqqında» Az ərbaycan Respublikası Qanununun 41.1, 42.1, 43.7, 43.7-1, 43.8-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh "xxxx" ASC (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, 2016-cı ildə keçirilmiş hərracda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi ilə bağlı hərrac protokolunun imzalanmaması, ipoteka saxlayanın təqsiri nəticəsində deyil, məhz hərrac təşkilatının təqsiri nəticəsində baş vermişdir ki, bu da son nəticədə ipot eka əmlakının bank tərəfindən 30 gün müddətində əldə edilməsini əngəlləmişdir. Bunu iş materiallarında olan sənədlər təsdiq edir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, qətnaməsinin icrası ilə bağlı 2016-cı ildə keçirilmiş hərracda "xxxx"MMC-nin Azərbaycan Beynalxalq Bankı” ASC-yə ünvanlanmış ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin 0,0722 ha torpaq sahəsinin alqı-satqısı üçün müqavilə bağlanması barədə xx.xx.2016-cı il tarixli, 04/69 nömrəli bildiriş maktubu "Azərbaycan Beynolxalq Bankı” ASC tərəfindən xx.xx.2016-cı il tarixli, 13/271 nömrəli məktubla cavablandırılaraq Hərrac Mərkəzinə bildirilmişdir ki, "sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiy mətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etiraz yoxdur. Bundan başqa Bank həmin məktubda Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat vərilməsi xahiş edilmişdir. Həmin məktub Hərrac Mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. X9 tərəfindən "İpoteka haqqında” Qanunun 43.7.1-ci maddəsinin tələblərinə düzgün riayət edilməmiş, "Azərbaycan Beynalxalq Bankı” ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka əmlakını əldə etmək və bununla bağlı protokol imzalamaq barədə razılığı olmasına baxmayaraq, həmin razılıq məktubuna hərrac təşkilatı tərəfindən heç bir münasibət bildirilməmiş, bankla heç bir protokol imzalamamış, son nəticədə hərrac təşkil atı həmin protokolu imzalamaqdan yayınmışdır. Bunun nəticəsində ipoteka saxlayan (tələbkar) "İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli 04/2022 saylı Qərardadının 58-ci bəndində qeyd olunur ki, hərrac təşkilatçısı hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır. Apellyasiya instansiyası məhkəməsi bank tərəfindən hərrac təşkilatına ipoteka əmlakının əldə edilməsi üçün göndərilmiş məktubuna razılıq verilməsi və alqı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənlaşdirib rəsmi məlu mat verilməsi barədə məktubunu mötəbər sübut saymamışdır. Halbuki, həmin sənədin saxta və qeyri-səhih olması iş üzrə cavabdeh hərrac təşkilatı tərəfindən təkzib edilməmiş və ya bu sübutun saxtalığı barədə məhkəməyə cavabdeh və digər şəxslər tərəfindən har hansı sənəd təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, hərrac məhkəmə qətnaməsinin icrasının tərkib hissəsidir, məhkəmə qətnaməsinin icrası isə öz növbəsində məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Məhkəmə müdafiəsi hüququnun realizəsi zamanı hüquqi müəyyənlik prinsipinə əməl olunmalıdır. Hərrac mərkəzinin hərəkətsizliyi tələbkarın ipoteka əmlaklarının əldə etmək və müqavilə bağlamaq barədə razılıq məktubunu cavabsız qoymasıdır. "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratm aq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. Buna görə də ipoteka saxlayan, təkrar hərrac baş tutmadığı halda, ipoteka əmlakını əldə etmək istəyində olarsa, 30 gün müddətində əmlakı əldə etmək üçün zəruri hərəkətlər etməlidir. Bu hərəkətlərin nədən ibarət olması, yaxud əmlakı "əldə etməzsə” ifadəsinin hansı hərəkətləri ehtiva etməsi qanunda konkret olaraq göstərilməmişdir. Əgər iddiaçı əmlakı əldə etməzsə, anlayışının hərracın nəticələri barədə protokol tərtib edilməməsi kimi qəbul edilirsə, o halda nəzərə alınmalıdır ki, "İpoteka haqqında” Qanunda bu barədə birbaşa göstəriş yoxdur. Həmin qanunda hərracın nəticələri haqqında protokolun ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqı nda qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunması qeyd olunsa da (Qanunun 42.8-ci maddəsi), hərracın nəticələri haqqında protokolun hərracı udmuş şəxslə bağlanması nəzərdə tutulmuşdur (Qanunun 42.6-cı maddəsi). Qanunun 43.8-ci maddəsinə əsasən də ipoteka predmetini əldə etmənin dəqiq proseduru nəzərdə tutulmamışdır. Bununla yanaşı, təkrar hərracın baş tutmamasından sonra hərrac təşkilatının yazdığı 11.06. 2016-cı il tarixli 04/69 saylı təklifi ofertadır və Mülki Məcəllənin 325.1 və 408.1-ci maddələrinə müvafiq olaraq birtərəfli əqd olmaqla, qarşı tərəfə yönəldiyi andan hüquqi nəticə doğurur. Tələbkar hərrac təşkilatının göndərdiyi ofertanı almış, dərhal cavab verərək ipoteka predmetini təklif olunan qiymətlə razılşaıb əldə etmək niyyətində olduğunu bildirmiş, əmlakın r əsmiləşdirilməsini xahiş etmişdir. Məhz tələbkarın bu hərəkəti ofertanın aksept olunmasıdır və Mülki Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilənin bağlanması kimi nəticə törədir. Cavabdeh tərəf müqavilənin yerinə yetirilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi bu hallara hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keç irilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
36. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
37. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
38. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın işt irakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
39. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
40. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol im zalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
41. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
42. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
43. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
44. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlay an tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir.
45. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər.
51. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırki iş üzrə kassasiya baxışının hədləri ilə bağlı qeyd olunmalıdır ki, işdən göründüyü kimi iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunmuş, həmin qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətində qətnamənin ləğv edilmə si xahiş edildiyinə baxmayaraq, apelyasiya şikayəti mahiyyəti etibarilə iddianın təmin olunan hissəsində qətnamənin ləğvinə yönəlmişdi və apelyasiya şikayəti təmin edilməmişdir. Odur ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə qismən ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.
55. Belə ki, iddiaçı ipoteka predmeti olmuş fərdi yaşayış evinin satılması üzrə keçirilm iş hərracın, onun nəticələrinin - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin, hərrasdan satılmış əmlakı əldə etmiş Cavabdeh4 QSC BOKT-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsini, ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsini, evin ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsini xahiş etmişdir.
56. İşin faktik halları bu qərarın 1-16-cı paraqraflarında əksini tapmışdır.
57. Məhkəmə kollegiyası dərhal qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin Cavabdeh3 MMC tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi ya şayış evinin satılması üzrə keçirilmiş hərracın etibarsız sayılmasına aid hissədə gəldikləri nəticə əsaslıdır. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən, yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı yeni hərracların keçirilməsi həmin Qanunun tələblərinə ziddir.
58. Qanunla müəyyən olunmuş qaydalar pozulmaqla keçirilən hərrac, Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
59. Cavabdeh3 MMC tərəfindən ipoteka predmeti olmuş yaşayış evinin satılması üzrə keçirilən hərrac qanunla müəyyən edilən qaydalar pozulmaqla keçirildiyinə görə, həmin hərracın nəticələrinin etibarsız sayılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
60. Lakin apelyasiya instansiyası məhkəməsi ipotekaya xitam verilməsi barədə nəticəyə gələrkən işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır.
61. Belə ki, əvvəla işin hallarından göründüyü kimi icra məmuru xx.xx.2015-ci il tarixli məktubla hərracın keçirilməsini Hərrac Mərkəzi "xxxx" MMC-yə sifariş vermiş, hərrac təşkilatı hərracın keçirilməsini xx.xx.2015-ci il tarixə təyin etmiş, həmin tarixdə hərrac baş tutmadığına görə təkrar hərracın keçirilməsi xx.xx.2015-ci il tarixə təyin edilmiş, təkrar hərrac da baş tutmamışdır. Hərrac təşkilatı icra məmuruna və tərəfl ərə xx.xx.2016-cı il tarixli məktub göndərərək, təkrar hərracın baş tutmadığını bildirmiş, tələbkara ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% aşağı olmayan qiymətə - 57375 manata əldə etmək hüququnu, bu müddətdə əldə edilməzsə, ipotekaya xitam veriləcəyini izah etmişdir.
62. Bundan sonra hərrac təşkilatı ipoteka predmetinin satılması barədə sənədləri xx.xx.2016-cı ildə icra məmuruna qaytarmış və icra məmuru icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərar çıxarmış, icra sənədini həmin tarixli məktubla Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qaytarmışdır.
63. Cavabdeh4 QSC BOKT xx.xx.2018-ci il tarixli 1205 nömrəli məktubla Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/ 2015 nömrəli icra sənədinin icrası barədə məlumat verilməsini xahiş etmişdir.
64. Bundan sonra Cavabdeh4 QSC BOKT-un nümayəndəsi icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun xx.xx.2018-ci il tarixli qərarından şikayət vermişdir.
65. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.
66. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadı icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə daxil olmuşdur. İcra məmuru xx.xx.2023-cü il tarixli məktubla ipoteka predmeti olan evin hərracda satılması üçün Cavabdeh 3 MMC-yə sifariş vermişdir.
67. Həmçinin iş materiallarından görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ, 21 aprel 2017-ci il tarixli müqavilə əsasında Cavabdeh4 QSC-yə keçmişdir.
68. İş materiallarından görünür ki, Cavabdeh4 QSC xx.xx.2018-ci il tarixdə, yəni icra məmurunun “icra sənədinin məhkəməyə qaytarılması barədə” xx.xx.2018-ci il tarixli qərar çıxarılandan bir gün əvvəl yazılmış və İcra şöbəsinə xx.xx.2018-ci il tarixdə daxil olmuş məktubda işin icrası barədə məlumat verilməsini xahiş etmişdir. Tələbkar daha s onra icra məmurunun “icra sənədinin məhkəməyə qaytarılması barədə” xx.xx.2018-ci il tarixli qərarından şikayət vermiş, həmin qərar ləğv edilib icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün göndəriləndən sonra da icra işinin vəziyyəti barədə məlumat verilməsini xahiş etmiş, lakin ona bu barədə məlumat verilməmişdir.
69. Bu hallar ona dəlalət edir ki, tələbkar icranın eyni zamanda ipoteka predmetinin hərracda satılmaqla onun xeyrinə tamamlanmasında hüquqi marağa malik olmuş və özündən asılı olan ardıcıl hərəkətləri etmişdir.
70. İcra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun qərarının ləğv olunması haqqında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadında da məhkəmə gəldiyi nəticəni əsaslandırarkən bildirmişdir ki, «h azırkı işdə ipotekasaxlayan qanunla müəyyən edilmiş vaxtda üzürlü səbəblərdən ipoteka predmetini almaq imkanından istifadə etməmişdir. Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd olunan mövqeyinə görə ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququ o halda yaranmış olur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməsin.... Məhkəmə onu da qeyd edir ki, yuxarıda göstərilən qaydada fərdi yaşayış evinin ipoteka saxlayanın adına rəsmiləşdirilməməsi hələ icra sənədinin icrası mümkün olmayan sənəd kimi məhkəməyə qaytarılması üçün əsas deyildir».
71. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli 04/202 2 nömrəli Qərardadı ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiqinə aydınlıq gətirilmişdir.
72. Həmin qərardadın 39-cu bəndində qeyd olunub ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.
73. Həmin Qərardadın 58-ci bəndində göstərilir ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi bir prosedurdur (Mülki Məcəllə, maddə 414). Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsi əmlakın hərracdan könüllü deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi satışını ehtiva edir. Könüllü keçirilən hərraclardan fərqli olaraq, belə hərraclar zamanı hərrac təşkilatçısı əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında deyil, məcburi icra tədbirləri çərçivəsində icra məmurunun sifarişi əsasında hərəkət edir. Hərrac təşkilatçısı hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır.
74. Qərardadının 57-ci bəndində göstərildiyi kimi, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşk ilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.
75. Bu baxımdan, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin baxılan işə düzgün tətbiq edilməsi üçün, tələbkar "xxxx" ASC-nin ipoteka predmetini qəbul etməsi barədə hərrac təşkilatı "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun hərrac təşkilatına çatıb-çatmamasının müəyyən olunması zəruri idi.
76. Çünki Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli 2(044)328/2019 nömrəli qərardadı ilə icra məmurunun xx.xx.2018-ci il tarixli qərarının ləğv edilərək icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsinin qərara alınması, heç də hərracın yenidən keçirilməsini ehtiva etmirdi. Sonrakı icra tədbirləri, Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlı X2, X4, X3 və "xxxx" MMC-dən müştərək qaydada 51.091 manat məbləğində pul vəsaitinin tutulması üçün ümumi qaydada aparılan məcburi icra tədbirlərindən ibarət olmalı idi. Habelə, tələbkarın "xxxx" ASC-nin ipoteka predmetini qəbul etməsi barədə "xxxx" MMC-yə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubun hərrac təşkilatına çatdığı halda, tələbkara ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldırmaq imkanı izah edilməli idi.
77. Göründüyü kimi “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” imkanının istisna edilmədiyi halda ipotekaya “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən xitam verilməsi daxilən ziddiyyətli nəticədir. Buna görə də, qeyd olunan əsasla ipotekaya xitam verilməsi barədə işə baxan məhkəmə, bu istiqamətdə araşdırma aparmalı, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra 30 gün müddətində tələbkarın ipoteka predmetini əldə ertməyə razılıq verməsi və protolol tərtib olunması haqqında müraciətinin olub-olmaması, olubsa hərrac təşkilatının nəyə görə protokolu tərtib etmədiyi, habelə tələbkarın nəyə görə “Protoko lun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” barədə ərizə ilə müraciət etməməsinin səbəbi müəyyən edilməlidir.
78. Birinci instansiya məhkəməsi Cavabdeh4 ASC-nin təqdim etdiyi xx.xx.2016-ci il tarixli 13/271 nömrəli məktubla bağlı qeyd etmişdir ki, həmin məktub məhkəmə hazırlıq iclasında sübut qismində məhkəməyə təqdim edilsə də, bu məktubun həqiqətən "xxxx" MMC-yə çatdırılmasına dair hər hansı poçt xəbərnaməsi, qəbz və ya digər sübut dəfələrlə təklif olunmasına baxmayaraq, cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. "xxxx" MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 01/648 nömrəli məktubda isə İddiaçı məxsus əmlak üzrə keçirilmiş hərraclarla bağlı sənədlər toplusunu uzun müddət keçdiyi üçün məhkəməyə təqdim etməy in mümkün olmadığı bildirilmişdir.
79. Lakin iş materiallarından cavabdehə bu cür sübut təqdim olunmasının təklif edildiyi müəyyən olunmur, Cavabdeh4 ASC-nin nümayəndəsi ilə bu cür müzakirə aparılmamışdır.
80. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair y ekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır.
81. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Bu prosessual hərəkətlərə: işdə iştirak edən şəxslərin iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etmək; cavabdeh tərəfin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almaq, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmaq, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etmək, prosessual hüquq və vəzifələrini ona izah etmək; cavabdehi çağırmaq, iddiaçının iştirakı ilə ond an işin halları barədə izahat almaq, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif etmək, ona prosessual hüquq və vəzifələrini izah etmək kimi mühüm hərəkətlər aiddir (MPM-in 167-ci maddəsi).
82. Cavabdeh4 ASC-nin təqdim etdiyi xx.xx.2016-ci il tarixli 13/271 nömrəli məktubun həqiqətən də hərrac təşkilatına çatdırılması barədə sübut təqdim edilməsi cavabdehdən tələb edilmədiyinə görə, cavabdeh bu barədə sübut olaraq FAMKO MMC-nin arayışını təqdim etmişdir. Həmin arayışda qeyd olunur ki, arxiv qaydalarına uyğun olaraq 2016-cı ilin qəbzləri məhv edilmişdir. Lakin şirkətin inform asiya sistemindən əldə edlmiş məlumata əsasən 829310 nömrəli qəbz "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixində 1 nömrəli kuryer tərəfindən götürülmüş və xx.xx.2016-cı il tarixdə saat 12:00-da Xammal və X10 Mərkəzi "xxxx" MMC-də “Abbasova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
83. Lakin apelyasiya instansiyası məhkəməsi də bu sübutu araşdırıb (bu sübutun birinci apelyasiya instansiyası məhkəməsində verilməsinin mümkün olub olmaması da daxil olmaqla) qiymət verməmiş, sübut kimi qəbul edilib edilmədiyini əsaslandırmamışdır.
84. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər- hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
28. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəl ilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
29. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bah asına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
85. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
86. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 25 iyul tarixli 2(104)-13 44/2024 nömrəli qətnaməsi qismən – “Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə (yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlak, reyestr nömrəsi **********29-10301) Cavabdeh4 QSC BOKT-un mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə (Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli, yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlakın yüklü edilməsinə dair) ipotekaya xitam verilməsi” hissəsində ləğv edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsln. İş qətnamənin ləğv olunan hissəsində yenidən baxılması üçü