Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2620/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:sığorta ödənişi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2025-ci il tarixli, 2(103)289/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Masallı rayonu, Qəriblər kəndində 0,0215 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-2-ci mərtəbələrdə yerləşən 120,8 kv.metr ümumi, 57,6 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 1 nömrəli mənzil İddiaçı adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır.
2. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən əmlak təbii fəlakətlər-zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, leysan, sel, daşqın, yer sürüşməsi risklərindən "xxxx" ASC tərəfindən 15,000 manat məbləğində sığortalanmışdır. Azadolma məbləği 150 manat məbləğindədir. 3. "xxxx" ASC-nin İddiaçı müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilib ki, ünvan 1 ünvanında yerləşən əmlakın divarında müxtəlif hissələrdəki çatlar şirkətə məlumat verilən hadisə tarixindən daha əvvəl də m övcud olmuşdur. Belə ki, sözügedən mənzilin divarındakı çatlar yarandıqdan sonra ən qısa müddət ərzində şirkətə məlumat verilməmişdir. Ona görə də baş vermiş hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduğu üçün bu hadisə ilə bağlı sığorta ödənişindən imtina edir.
4. İddiaçı məxsus izahlı fakturanın surətindən görünür ki, 23 dekabr 2022, 05 yanvar 2023, 06 yanvar 2023, 08 yanvar 2023 və 01 fevral 2023-cü il tarixlərdə İddiaçı tərəfindən "xxxx" Şirkətinin qaynar xəttinə (940 nömrəsi) zənglər edilmişdir.
5. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə Cavabdeh sığorta şirkətinə göndərdiyi arayışda göstərilib ki, 23 dekabr 2022-ci il tarixdə Masallı rayonu, Qəriblər kəndinin ərazisin də yağıntı qeydə alınmamışdır.
6. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı göndərdiyi arayışda göstərilib ki, xx.xx.2022 xx.xx.2022 və 9.12.2022 dekabr aralıqlarında Masallı rayonu, Qəriblər kəndinin ərazisində yağış, sulu qar, qar müşahidə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9178 manat dəymiş zərərin və 112 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Qəriblər kəndində 0,0215 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binanın 1-c i girişində, 1-2-ci mərtəbələrdə yerləşən 120,8 kv.metr ümumi, 57,6 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 1 nömrəli mənzili vardır. Mənzil cavabdeh şirkətdə xx.xx.2022-ci il tarixdə sığortalanmışdır. Ötən ilin dekabr ayında güclü yağışlar yağmış və bunun nəticəsində dekabr ayının 23-də evin divarında dərin çatlar əmələ gəlmişdir. Elə bir vəziyyət yaranmışdır ki, evdə yaşamaq təhlükəli həddə çatmışdır. Bununla bağlı dərhal cavabdeh şirkətin telefon nömrəsinə zəng edərək məlumat verilmişdir. Cavabdehin 23 yanvar 2023cü il tarixli məktubunda hadisə baş verdiyindən ən qısa zamanda məlumat verilmədiyi göstərilmiş və sığorta ödənişi verilməsindən imtina edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, baş vermiş hadisə ümumiyyətlə sığorta hadisəsi sayılmadığında iddiaçıya cavabdeh tərəfindən heç bir ödəniş edilməməlidir. Belə ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin sığorta şirkətinə ünvanladığı məktubdan da görünür ki, 23 dekabr 2022-ci il tarixdə Masallı rayonu, Qəriblər kəndinin ərazisində yağıntı qeydə alınmamışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3.11.2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, 23 dekabr 2022-ci il tarixdə baş vermiş yağıntı nəticəsində Masallı rayonu, Qəriblər kəndində yerləşən 3 saylı evin, 2 mərtəbəli binanın 1 saylı mənzilinin bünövrəsi ətrafında yığılmış atmosfer sularının təsiri nəticəsində mənzilin bünövrəsində çökmə əmələ gəlmiş və bunun nəticəsində mənzilin xaric və daxili divarlarında şaquli keçici çatlar əmələ gəlmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki,Masallı rayonu, Qəriblər kəndində yerləşən 3 saylı evin 1 nömrəli mənzilindəyaranmış qüsurların aradan qaldırılması üçün görülmüş işlərə 8,755 manat məbləğində vəsaitinin sərf edilməsi müəyyən olunmuşdur.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-2(009)39/2024 nömrəli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın qismən təmin edilərək, "xxxx" ASC-dən sığortalanmış və İddiaçı məxsus Masallı rayonu, Qəriblər kəndində yerləşən əmlakın təmir-bərpa xərci kimi 8.755 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması və iddianın qal an hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə sığorta hadisəsi baş vermiş hesab edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ərizəsində məhz 23 dekabr 2022-ci il tarixdə olan yağıntı nəticəsində deyil, ümumiyyətlə 2022-ci ilin dekabr ayında olan güclü yağıntılar nəticəsində ona məxsus əmlakın zərər gördüyünü göstərir. İş materiallarında olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin tərəflərə ünvanladığı arayışlardan da görünür ki, 23 dekabr tarixinə kimi dekabr ayının təqribən 10 günü müddətində Masallı rayonu, Qəriblər kəndinin ərazisində yağış, sulu qar, qar müşahidə olunmuşdur. Bu səbəbdən sözügedən əmlaka dəymiş zərər məhz 23 dekabr 2022-ci il tarixdə baş vermiş yağıntı nətic əsində deyil, həmin tarixə kimi 10 gün müddətində davam edən yağıntı nəticəsində yaranmışdır. Göstərilənlərə əsasən, cavabdehin məhz 23 dekabr 2022-ci il tarixdə yağıntının olmamasına istinad edərək sığorta hadisəsinin olmamasına dair irəli sürdüyü dəlil əsassızdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883, 884, 889, 922, 923-cü, “İcbari Sığortalar haqqında” Qanunun 6, 7, 15, 20, 35, 36-cı, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv ediləsi, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandır ılmışdır ki, birinci instansiya məhkəməsi hadisəni iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən sığorta hadisəsi kimi tanınmışdır. Məhkəmə prosesində cavabdehin nümayəndəsi tərəfindən bildirilmişdi ki, ümumiyyətlə, dekabr ayı ərzində həmin ərazidə yağan yağış təbii fəlakət hesab edilmir. Tərəflər arasında bağlanan daşınmaz əmlakın icbari sığortası müqaviləsində sığorta risklərində təbii fəlakətə daxil olan hallar sadalanıb. Təbii fəlakət dedikdə, yağıntı olaraq leysan qeyd edilmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 36.1.8-ci maddəsinə görə, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi hesab olunur. Baxılan halda yağış təbii fəlakət deyil, normal atmosfer hadisəsidir. Baş vermə tezliyinə görə təsadüfi hadisə deyil. Yağışın tezliyi çox, yağması nəticəsində ciddiliyi az olur, yəni yağış tez-tez baş verə biləcək hadisədir və onun nəticəsində əmlaka ziyan dəyməsi qeyri-mümkündür. “Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.18-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta riski dedikdə elə bir hadisə başa düşülür ki, onun baş verməsi nəticəsində sığorta obyekti zərər görsün. Mülki Məcəllənin 922.3-cü maddəsindən isə görünür ki, sığorta hadisəsi baş vermə ehtimalına görə təsadüfi olmalıdır. Məsələn yanğın, daşqın, leysan, və s. bu kimi təbii fəlakətlər baş vermə ehtimalına görə təsadüfiliyə malikdir və tezliyi az olsa da, ciddiliyi daha çoxdur. Yəni bu hadisələrin baş verməsi nəticəsində yaranan itki daha çox və daha ciddi olur. “İcbari sığortalar haqqında” Qanunun 36.1-ci maddəsindən aydın olur ki, yalnız sadalanan risklərin baş verməsi səbəbindən yaranan hal sığorta hadisəsi hesab edilir. Təbii fəlakətlərdən yalnız göstərilən risklər sığorta təminatına daxildir. Yağış sığorta riskinə aid olmadığı üçün, onun nəticəsində baş verən zərər sığorta hadisəsi kimi tanıına bilməz. Milli Hidrometerelogiya Xidməti tərəfindən verilən arayış iş üçün mühüm əhəmiyyət kəsb edən, hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən edən əsas sənəd olmasına baxmayaraq birinci instansiya məhkəməsi bunu nəzərə almamış, obyektiv qiymətləndirməmişdir. Halbuki bu arayış Tikintidə X1 Agentliyinin 2023-cü il 15 sentyabr tarixli mütəxəssis rəyinin və bu rəyə istinadən verilmiş tikinti-texniki ekspertizasının rəyinin əsassız olduğunu sübut etmişdir.
17. Ekologiya və T əbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Masallı rayonu ərazisində hidrometeoroloji stansiya fəaliyyət göstərmədiyi üçün göstərilən tarixlərdə (xx.xx.2022-xx.xx.2022-ci il) Masallı rayonuna yaxın olan Yardımlı hidrometeoroloji və Göytəpə avtomat meteoroloji stansiyasında müşahidə edilmiş yağıntı haqqında məlumat təqdim edilmişdir. Yardımlı hidrometeoroloji stansiyasının verdiyi məlumatlara əsasən qeyd edilən tarixlərdə Yardımlı rayonu ərazisində leysan xarakterli yağıntılar müşahidə edilməmişdir. Leysan yağış, qəflətən başlayan və qısa müddət ərzində başa çatan, intensiv şəkildə yağan çoxsulu maye yağıntı növüdür. Leysan yağışının damcıları, davamlı yağışların damcılarından daha iri ölçülərə malikdir və bəzən minimal miqdarda yağıntı da verə bilər. Bu yağışlar yay aylarında güclü səth axınları yarada bilər. Qışda isə leysan yağışı, qısa müddət ərzində iri dənələri olan qar şəklində özünü göstərir. Həmçinin ümumiyyətlə atmosfer suları dedikdə, atmosfer havasında su buxarı və ya asılı halda (damla, kristal) olan su nəzərdə tutulur. Hər hansı bir ərazidə su toplanması müxəlif səbəblərdən baş verə bilər. Bu hallar əsasən yağan intensiv yağışlar və ya qrunt sularının qalxması nəticəsində olur. Qeyd: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının 20 may 2024-cü il tarixli, 3/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələrin təsnifatı və meyarları haqqında” Təlimata əsasən q eyd edilən tarixlərdə müşahidə olunan meteoroloji hadisələr təhlükəli hesab edilmir.
18. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Masallı rayonu ərazisində hidrometeoroloji stansiya fəaliyyət göstərmədiyi üçün göstərilən tarixlərdə (2022-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına kimi) Masallı rayonuna yaxın olan Yardımlı hidrometeoroloji stansiyasında müşahidə edilmiş leysan yağıntılar haqqında məlumatı təqdim etmişlər.
19. Azərbaycapn Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-c il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliy Tikintidə X1 Agentliyi “Azkommunlayihə” KLU-nun 15 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Masallı rayonu, Qəriblər kəndində yerləşən 3 saylı evin 2 mərtəbəli binanın 1-ci girişində, 1-2 ci mərtəbələrində yerləşən ümumi sahəsi 120.8 kv.m. olan 4 otaqlı 1 saylı mənzilinin bünövrəsi ətrafında yığılmış atmosfer sularının təsiri nəticəsində mənzilin bünövrəsində çökmə əmələ gəldiyi və bunun nəticəsində mənzilin xarici və daxili divarlarında şaquli keçici çatların əmələ gəldiyi müəyyən edilir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2025-ci il tarixli, 2(103)289/2025 saylı qətnaməsi ilə (hakimlər Elşən Kazımov sədrlik edən, məruzəçi, Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-2(009)-39/2024 saylı qətn aməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsi qeyd etmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş Masallı rayonu, Qəriblər kəndi ərazisində 2022-ci ilin yanvar ayından həmin ilin oktyabr ayı ərzində yağan yağışların leysan xarakterli olmaqla, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş cədvəldən müəyyən edilir ki, sığorta müqaviləsinin qüvvəyə mindiyi vaxtdan başlayaraq, sonuncusu xx.xx.2022-ci il tarixdə olmaqla 6 dəfə qeyd olunan ərazidə leysan xarakterl yağıntılar olmuşdur. Demək ki, zərərin məhz leysan yağışlar nəticəsində yaranmış olduğu təsdiq olunur.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 883, 884, 898, 922, 923, 925, 926, 935-ci, “İcbari Sığortalar haqqında” Qanunun 15, 16, 35, 36, 39-cu, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-289/2025 saylı qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və apell yasiya instansiyası məhkəməsinin qətnaməsində ekspertiza mərkəzinin 28 dekabr 2024-cü il tarixli rəyinə istinad edilərək qeyd edilir ki, sığorta müqaviləsinin qüvvəyə mindiyi vaxtdan başlayaraq, sonuncusu xx.xx.2022-ci il tarixdə olmaqla 6 dəfə qeyd olunan ərazidə leysan xarakterli yağıntılar olmuşdur. Halbu ki, müqavilə müddəti 2022-ci ilin əvvəlindən deyil, 06 oktyabr tarixdən başlamışdır. Həmçinin qeyd edilən tarixlərdə yağan yağıntının leysan (təbii fəalkət) olması təsdiq edilməmişdir. Məhkəmə ekspert rəyini təkzib edən işdə olan sübutları qiymətləndirməmiş, rəylə razılaşmamaq üçün əsaslar olduğu halda qətnamədə belə əsasın olmamasını göstərmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırıla n pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
29. Maddə 884.6-1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən sayılır.
30. Maddə 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər.
31. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.
32. Maddə 898.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir.
33. Maddə 898.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.
34. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
35. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
36. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
37. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
38. Maddə 926.2. Sığortaçı sığort a ödənişini sığorta məbləği həddində həyata keçirir.
39. Maddə 935.1 və 935.1.8. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsinə görə imtina edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
40. Maddə 15.3. Zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir.
41. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
42. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
43. Maddə 35.4. Yaşayış binalarının, yaşayış evlərini n və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
44. Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi (36.1.1); məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı (36.1.2); elektrik naqillərində baş verən qısa qapanma (36.1.3); buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatla rın və digər oxşar qurğuların və ya cihazların partlayışı (36.1.4); su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma (36.1.5); hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri (36.1.6); yerüstü nəqliyyat vasitəsinin dəyməsi (36.1.7); təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (36.1.8); üçüncü şəxslərin hərəkətləri (36.1.9).
45. Maddə 39.3. Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edil ir: 39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat; 39.3.2. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; 39.3.3. digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat.
46. Maddə 39.4. Bu Qanunun 39.3-cü maddəsində müəyyən edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Cavabdehin kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətb iq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
57. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.
58. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş Masallı rayonu, Qəriblər kəndi ərazisinə 2022-ci ilin yanvar ayından həmin ilin oktya br ayınadək yağan yağışlar leysan xarakterli olmuşdur. Yəni işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş cədvəllə müəyyən edilimişdir ki, sığorta müqaviləsinin qüvvəyə mindiyi vaxtdan başlayaraq, sonuncusu xx.xx.2022-ci il tarixdə olmaqla 6 dəfə qeyd olunan ərazidə leysan xarakterl yağıntılar olmuşdur.
59. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya dəymiş zərərin məhz leysan yağışlar nəticəsində yaranmış olduğu öz təsdiqini tapır. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şik ayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2025-ci il tarixli, 2(103)-289/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.