Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2621/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2031/2024 nömrəli iş üzrə 7 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkə mələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evi cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00590 nömrəli abonent kodu verilmişdir;
3. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə keçirilmiş baxış zamanı bu ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi və bununla bağlı itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində müvafiq olaraq 23.760 m3, 4.968 m3, 3.960 m3, 3.960 m3, 4.104 m3 və 3.096 m3 həcmində ziyanın vurulması əsası ilə həmin tarixlərdə aktlar tərtib edilmiş və göstərilən həcmdə qazın dəyərini təşkil edən 2.851,20 manat, 596,16 manat, 475,20 manat, 475,20 manat, 492,48 manat və 371,52 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərarlar qəbul edilmişdir. Qeyd edilən aktlar cavabdehin nümayəndələri tərəfindən imzalanmış, lakin iddiaçının adı, soyadı, ata adı qeyd edilsə də, onun akta münasibəti göstərilməmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya itirilmiş qazın bərpası məqsədilə 2022-ci ildə 3.447,36 manat, 2023-cü ildə 1.814,40 manat olmaqla, ümumilikdə 5.261,76 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birin ci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən 11 noyabr 2023-cü il tarixdə iddiaçı barəsində qanunsuz və əsassız olaraq artıq hesablanmış 5.273,64(beş min iki yüz yetmiş üç manat altmış dörd qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi yeni məhəllədə yerləşən və hal-hazırda iddiaçının sahibliyində olmaqla iddiaçıya məxsus fərdi yaşayış evində təbii qazla təmin edilmək üçün iddiaçı ilə cavabdeh arasında 28 aprel 2020-ci il tarixli 07/628 “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Həmin tarixdən bu günədək iddiaçı abonent olaraq üzərinə düşən öhdəliy i yerinə yetirmişdir və hər ay istifadə etdiyi qaza görə cavabdeh tərəfindən iddiaçıya təqdim edilən borc qəbzini vaxtı vaxtında ödəmişdir. İddiaçı və yoldaşı yaşlı olduqlarından həmin evdə daimi yaşamırlar. Tez-tez gedib övladlarının yanında qalırlar. 11 noyabr 2023-cu il tarixdə yenə də cavabdeh tərəfindən iddiaçıya ödənməli olan borc qəbzi gəlmişdir. Həmin qəbzdə iddiaçıya 5.273,64 (beş min iki yüz yetmiş üç manat altmış dörd qəpik) manat yekun borc göstərilmişdir. İddiaçı bu borcun haradan yarandığını öyrənmək üçün Cavabdehnə müraciət etsə də heç bir məlumat ala bilməmişdir. İddiaçı qazdan istifadəyə görə borcunu hər ay ödəmiş və heç bir qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmamışdır. Lakin buna baxmayaraq iddiaçıya əsassız olaraq artıq borc yazılmışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1162/2024 nömrəli iş üzrə 7 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim X2) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının abonent hesabına 2022-ci ildə hesablanmış 3.447,36 (üç min dörd yüz qırx yeddi manat otuz altı qəpik) manat, 2023-cü ildə hesablanmış 1.814,40 (min səkkiz yüz on dörd manat qırx qəpik) manat olmaqla, ümumilikdə 5.261,76 (beş min iki yüz yetmiş üç manat altmış dörd qəpik) manat məbləğində cərimə qanunsuzdur.
9. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilsə və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurması halı sübuta yetirilmədiyindən, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azə rbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 8-1-ci və 9-cu hissələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.1, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən cavabdehin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində cavabdehin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 5.273,64 (beş min iki yüz yetmiş üç manat altmış dörd qəpik) manat məbləğində cavabdehə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonent in özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, i şin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X3 - sədrlik edən və məruzəçi, X5 və X1) 2(103)-2031/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1162/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxı mdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə (xətt) vasitəsi ilə istifadə etməsi əsası ilə iddiaçı barəsində ümumilikdə 6 dəfə akt tərtib edilmişdir. İddiaçı da bu aktlarla razılaşmayaraq, onları mübahisələndirmiş və hesablanmış ümumi cərimə məbləğinin silinməsini tələb etmişdir. Bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilmə si, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə ba ğlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Eyni zamanda, nəzərə alınmalıdır ki, sayğaca müdaxilə halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və nəticədə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsin i istisna edir. Lakin cavabdeh tərəfindən həmin aktlar tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən aktların tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmişdir. Həmçinin, həmin aktın bir nüsxəsinin aidiyyəti orqana təqdim edilməmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir. Digər tərəfdən vurulmuş zərərin hesablanması zamanı da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 81-ci hissəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli akt üzrə hesablama 180 gün (xx.xx.2022 – xx.xx.2022) və 24 saat üzrə aparılmışdır. Halbuki, b u akta və qərara əsasən ilin isti ayı olan iyun, iyul, avqust, nisbətən isti ayı hesab olunan sentyabr ayı üzrə 2 ədəd dəmir sobasının (radiatorun), habelə su qızdırıcının günlük iş rejiminin 24 saat üzrə hesabatının aparılması ümumiyyətlə anlaşılmazdır. Belə ki, bu cihazların, hətta 1 ədəd 4 gözlü qaz sobasının özünün də həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması istehlakçının iradəsindən asılı olmayaraq mümkün deyil. Göstərilən 6 aylıq dövrün 3 ayının konkret olaraq ilin isti, 1 ayının isə nisbətən isti dövrünə təsadüf etməsi səbəbindən isə dəmir sobanın (radiatorun) ödənişsiz əsaslarla belə istifadə edilməsinə hər hansı ehtiyac qalmır. 2023-cü ilin mart ayı üçün isə həmin ilin yanvar və fevral aylarına münasibətdə daha yüksək cərimə məbləğinin hesablanmasının, habelə yanvar-fevral aylarının aprel ayı ilə eyniləşdirilməsinin hər hansı əsası yoxdur. Bütün digər aylardan fərqli olaraq dekabr ayı üzrə hesablamanın 3 dəmir soba üzrə aparılması da hesablamanın qeyri-dəqiq və səthi aparılmasını təsdiq edir. Bununla belə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələbləri vurulmuş maddi zərərin hesablanması zamanı da pozulmuşdur.
17. Məhkəmə kollegiyası qanunsuz qoşulma halının özünün mövcu d olması baxımından qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən də iddiaçı tərəfindən abonent olduğu ünvan üzrə təbii qazdan sayğacından kənar, yəni qaz xəttinə qeyri-qanuni birləşmə ilə istifadə edildiyi açıq və aşkar şəkildə müəyyən edilmir. İş materiallarının 44-cü səhifəsində olan fotoşəkillə 49-cu səhifəsində olan fotoşəkildə isə ümumiyyətlə fərqli evlərin qabaq (ön) hissəsi əks olunmuşdur. 54-cü səhifədə olan fotoşəkildə isə hansısa evin arxa divarı əks olunmuşdur. Bununla da sayğacdan kənar xəttin evin qabaq (ön) və ya arxa hissəsindən keçməsinin özü qeyrimüəyyən qalır. 65-ci səhifədə olan fotoşəkilə əsasən isə (axşam saatlarında çəkilmişdir) hər hansı qənaətə gəlmək mümkün deyil. Başqa sözlə, bu şəkillərin ümumiyyətlə birinin digərinə ai diyyətinin olmasını (vahid mənzərə yaratmır) müəyyən etmək olmur. Bu səbəbdən həmin fotoşəkillər qanunsuz qoşulmanı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Fotoşəkillərlə müqayisədə mötəbərliyi baxımından bu halı daha dəqiq və etibarlı şəkildə təsdiq edən videogörüntü isə cavabdeh tərəfindən təqdim edilmir. Həmin ərəfədə iddiaçının təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi iddiaçıya aid abonent saldosundan da birmənalı şəkildə müəyyən edilmir. Belə ki, 2022-ci ilin dekabr – 2023-cü ilin yanvar-fevral ayları ərzində bu ünvan üzrə müvafiq olaraq 45,60 manat (qırx beş manat altmış qəpik), 38,76 (otuz səkkiz manat yetmiş altı qəpik) manat və 39,60 (otuz doqquz manat altmış qəpik) manat dəyərində təbii qazdan istifadə edilmişdir. Həmin aylarda iddiaçının bu m əbləğdən daha yüksək məbləğdə təbii qazdan istifadə etməsi də müəyyən edilmir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 6-cı, 13-cü maddəsinin 8-1-ci hissələrinə, 20-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.6, 6.5, 6.7-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.1, 217.2, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd yanaşaraq düzgün hüquqi nəticəyə gəlməmişlər. Məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmiş halbuki diqqət etməli olsa idi iddiaçının təbii qazdan istifadə etmədiyini və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödəmədiyini görərdi.
21. Həmçinin göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən iddiaçı da digər abonentlər kimi sayğacla təhciz olunmuşdur. Ancaq iddiaçı qeyd edilən müqavilənin tələblərini pozaraq cavabdehin vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanaraq cavabdehə ziyan vurmuşdur. İddiaçının əslində əldə etdiyi cavabdehin mülkiyyətindəki qazdır, bu qazı isə müqavilədə nəzərdə tutlmuş şəkildə yox qeyri qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Məhkəmələr bu halı araş dırmayaraq əsassız qətnamələr qəbul etmişlər.
22. İşin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hərtərəfli araşdırılmayıb. MM-nin 21-ci maddəsini əsas götürməklə, təqdim olunmuş sübutların obyektiv və hərtərəfli araşdırılmaması nəticəsində abonent tərəfindən heç bir ödənişin olunmadığı müəyyən olunmamışdır. İddiaçı həmin ünvanda yaşamadığını qonşuların ancaq su quyusundan istifadə etməsini qeyd etsə də bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
23. Bununla yanaşı məhkəmə qətnaməsində aktlara olan münasibətini öz mülahizəsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində yalnız keçirilmiş ekspertizanın rəyini nəzərə almışdır. Halbuki ekspertizanın nəticəsi ilə çəkilmiş fotoşəkillər heç biri uyğunluq təşkil etməmişdir. Bu da onu ifadə etməyə əsas verir ki, məhkəmə qətnaməsi formal mülahizələr əsasında tərtib edilmişdir. Belə ki, ekspertin həqiqətən tədqiqat obyektini tədqiq etməsi şübhəyə səbəb olur. Bundan əlavə təqdim edilmiş saldoya diqqət yetirsək açıq aydın olur ki, aktlar tərtib edilən dövrdə heç bir qaz sərfiyyatı qeydə alınmamışdır.
24. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusiyyətlərə diqqət yetirməyərək qətnamə qəbul etmişlər. Həmçinin qeyd olunmuşdur ki, qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş nə də ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnamə si heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş ödəniş cədvəlində hər şey aşkar surətdə görünsə də, məhkəmə qətnamə qəbul edərkən ödəniş cədvəlində göstərilənləri nəzərə almamışdır. Məhkəmə təqdim olunmuş şəkillərə hüquqi münasibət bildirməyərək, iddia tələbini təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozu lmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərə findən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 11 (hissə 6) Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
31. Maddə 13 (hissə 8-1) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən a yırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qa nunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
32. Maddə
20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiy a instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçıya hesabladığı borc “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş, qaz paylay ıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü ilə bağlı prosedura uyğun olmamışdır. Ona görə də iddia qanuni və əsaslıdır.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilmə yən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2031/2024 nömrəli iş üzrə 7 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.