Məhkəmə qərarları › İş №2(102)-2622/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2622/2023

05.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2622/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinə və X7rşı iş üzrə QƏRARİ Açar sözlər: hərəkətlərin qanunsuz hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinə və X7rşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1612/2023 nömrəli mülki iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassa siya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 22 fevral 1986-cı il tarixdə verilmiş İ-ЖГ seriyalı, 394293 nömrəli boşanma haqqında şəhadətnaməyə əsasən X14 X12 arasında olan nikah ləğv edilmiş, 14 mart 1996-cı il tarixdə onlar yenidən rəsmi nikaha daxil olmuşlar.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 1997-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuş və Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 27 mart 1997-ci il tarixdə İİ-ЖГ seriyalı, 326697 nömrəli boşanma haqqında şəhadətnamə verilmişdir.

3. X12 X14 nikahları pozulduqdan sonra İmanov Kamranın (hazırkı iş üzrəİddiaçı) övladlığa götürülməsi barədə ərizə ilə Nəsimi rayon X17 İcraiyyə Komitəs inə müraciət etmiş, komitənin 28 dekabr 1990-cı il tarixli, 173/5 nömrəli qərarı ilə ərizəsi təmin edilərək uşaq evindən 10 dekabr 1989-cu il təvəllüdlü İmanov Kamran X12ya övladlığa verilmiş, sonuncunun göstərişi ilə uşağın adı Vladislav, soyadı Boldin, ata adı Yuryeviç, ana qrafasında X12, doğum tarixi xx xxxxxx 1990-cı il, doğulduğu yer Bakı şəhəri yazılmışdır.

4. X16 28 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Yuriyeviç cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinə və X7rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisinin 20 noyabr 2021-ci il tarixli, 1741 nömrəli məktubu ilə onun vərəsə kimi ərizəs inin qəbul edilməsindən imtinasının qanunsuz hesab edilməsi, cavabdehin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini yoxlamamasının qanunsuz hesab edilməsi, cavabdeh X9 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və qanunvericiliyin tələbinə əsasən ona mirasda məcburi pay hüququ üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X15 doğma övladıdır. Özü xarici ölkədə yaşayır. X2 xəbəri olmadan vəfat etmiş və onun ölümü 06 yanvar 2021ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində qeydə alınmışdır. Bu barədə onun rəsmi müraciəti əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X4 Reyestr Xidməti tərəfindən 22 iyul 2021-ci il tarixli məktubla ona yazılı məlumat verilmişdir. Bundan sonra o, Bakı şəhəri 21 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisi 20 noyabr 2021-ci il tarixli, 1741 nömrəli məktubu ilə ərizəni qəbul etməkdən imtina etmiş, məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi elektron notariat informasiya sistemi X4 Reyestr Xidmətindən 28 dekabr 2020-ci il tarixdə ölmüş X15 övladı olan İddiaçı barədə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən, X15 vəsiyyətnamə üzrə vərəsəsi X11 X15 bütün əmlakına dair vəsiyyətnamə üzrə vər əsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan dərhal sonra, o, cavabdehə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməyə müraciət etmişdir. İnzibati məhkəməyə müraciət etməsinin əsası “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 8-ci bəndində MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunan müddəalar olmuşdur. Həmin müddəalara əsasən notariusun hərəkətlərinə dair tələblərə xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılması tövsiyə olunsa da, 09 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərb aycan Respublikasının Qanunu ilə MPM-in 305.1.7-ci, 305.1.8-ci və 339-341-ci maddələri ləğv edilmişdir. Lakin buna baxmayaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)4795/2022 №-li, 09 fevral 2022-ci il tarixli qərardadı ilə işin inzibati mühakimə icraatında baxılması, habelə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin mümkün olmadığı nəzərə alınaraq iddianın mümkün sayılmaması qərara alınmışdır. Beləliklə, cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisi üçüncü şəxsə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən qanunun tələblərinə əməl etməmiş və onun mərhumun övladı və vərəsəsi kimi hüquqlarını da pozmuşdur.

7. Cavabdeh Boldina İnnesa Sergeyevna iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia edir ki, miras qoyan X3r. Yəni, iddiaçı miras qoyanın bi rinci növbə vərəsəsi olduğunu qeyd edir. Miras qoyan X16 X10 ilə nikahda olmuş və nikahları 22 fevral 1986-cı il tarixdə pozulmuşdur. X10 28 dekabr 1990-cı il tarixdə təkbaşına İddiaçı Yuriyeviçi övladlığa götürmüşdür. X10 28 dekabr 1990-cı il tarixli sərəncamla İddiaçı Yuriyeviçi övladlığa götürmüşdür. Həmin sərəncamda qeyd edilmişdir ki, Boldina Alevtina X1 nikahları pozulmuşdur və həmin sərəncamda 394293 nömrəli, 22 fevral 1986-cı il tarixli nikahın pozulması barədə şəhadətnaməyə istinad olunmuşdur. Beləliklə, X10 28 dekabr 1990-cı il tarixdə təkbaşına İddiaçı Yuriyeviçi övladlığa götürmüş, onun soyadı, adı və atasının adı doğum haqqında qeydiyyat kitabında A.Boldinanın göstərişi ilə yazılmışdır. İddiaçı miras qoyanın nə bioloji, nə də övladlığa götürülən uşağı deyildir. Ona görə də idd iaçı mirasdan məcburi pay almaq hüququna malik deyildir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, məktəbdə iddiaçının müəllimi olub. İddiaçıya 1-ci sinifdən dərs deyib, həm də həmin sinifin sinif rəhbəri olub. Onun valideynləri valideyn komitəsinin işlərində çox aktiv olublar. Həmçinin, suallara cavab olaraq bildirmişdir ki, iddiaçı ilə mərhum arasındakı münasibətlər valideyn övlad münasibəti kimi çox yaxşı olub, ailələri də yaxşı ailə idi. Valideynləri iclaslara tez-tez gəlirdilər, yarışlar zamanı valideyn kimi həmişə fəallıq göstəriblər. Uşaq bizim məktəbdə 90-cı illərdə oxuyanda görmüşəm. Məktəb vaxtı valideynləri daim məktəbə gəlib gedirdilər. Üçüncü sinifdən xaricə çıxıb getdilər.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinc i instansiya məhkəməsi) e-2(005)-1625/2022 nömrəli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ilk növbədə iddiaçının X15 vərəsəsi olub-olmaması müəyyən edilməlidir. Yalnız bundan sonra onun qanun üzrə birinci növbə vərəsə kimi tanınıb, vəsiyyətnamə ilə başqasına vəsiyyət olunan miras əmlaka məcburi pay hüququnun olmasından söhbət gedə bilər. Ona görə də, həmin sualın istinad olunacaq qanuni əsaslarla cavabının tapılması mübahisənin qanuni va ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edir.

11. Həmçinin kollegiya qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya q anunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Hüquqi təbiətinə görə vəsiyyət birtərəfli əqd olmaqla şəxsin (vəsiyyət edənin) iradəsini ifadə edir. Belə ki, vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi, məcburi pay almaq hüququndan məhrum etməsi onun öz mülkiyyəti üzərində sərənca m vermək hüququnu təmin edən amillərdən biridir. Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Beləliklə, vəsiyyətnamə - yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir.

12. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə z amanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır.

13. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 1145, 1146, 1159.1, 1193, 1194-cü, Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra-Ailə Məcəlləsi) 125.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normasını düzgün tətbiq etməməklə yanaşı, tərəfindən təqdim edilmiş sübutlara da lazımi qiymət vermədən tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi 28 dekabr 1990-cı il tarixdə həyata keçirilmiş övladlığa götürmə ilə bağlı münasibətlərə həmin dövrdə qüvvədə olan Ailə qanunvericiliyinin müddəalarını tətbiq etmək əvəzinə, yanlış olaraq xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Ailə Məcəlləsində nəzərdə tutulmuş maddi hüquq normalarını, Məcəllənin 125.1-ci maddəsini tətbiq etmişdir. Övladlığa götürmə zamanı, yəni 28 dekabr 1990-cı il tarixdə qüvvədə olmuş Nikah və Ailə qanunvericiliyinin tələbinə əsasən uşağın atası və ya anası qismində adı qeyd olunmuş şəxs, bu qeydiyyat haqqında məlumat aldığı vaxtdan 1 il müddətində həmin qeydiyyatı mübahisələndirə bilərdi. Halbuki, iş materiallarında olan forma 2 arayışından, iddiaçı ilə mərhum miras qoyan arasında olan yazışmalardan, məhkəmə iclasında dindirilmiş şahid ifadəsindən müəyyən olunur ki, mərhum miras qoyan nəinki uşağın atası kimi onun qeydə alınmasını mübahisələndirməmiş, əksinə o, iddiaçının anası ilə yenidən nikaha daxil olduqdan sonra iddiaçı ilə birlikdə eyni mənzildə uzun müddət yaşamışlar və mərhum iddiaçıya məhz övladı kimi müraciət bəsləmişdir.

17. Birinci instansiya məhkəməsi işdə iddiaçı tərəfindən təqdim edilmiş kifayət qədər sübutların, o cümlədən forma 2 arayışı, iddiaçı ilə mərhum miras qoyan arasında olan yazışmalar, məhkəmə iclasında dindirilmiş şahid ifadəsi olmasına baxmayaraq, həmin sübutlara düzgün qiymət verməmişdir. Bununla da, birinci instansiya məhkəməsi işə birtərəfli yanaşmış, qeyd edilən xüsusatlarla işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1612/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 28 dekabr 1990-cı il tarixdə həyata keçirilmiş övladlığa götürmə ilə bağlı münasibətlərə həmin dövrdə qüvvədə olan Ailə qanunvericiliyinin müddəalarını tətbiq etmək əvəzinə, yanlış olaraq xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Ailə Məcəlləsində nəzərdə tutulmuş maddi hüquq norması olan 125.1-ci maddəsini tətbiq etmişdir.

20. H albuki, həmin norma övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilməsi ilə bağlı münasibətləri tənzimləyir.

21. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mərhum X16 tərəfindən övladlığa götürülməsi faktı mövcud olmamışdır.

22. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, övladlığa götürülmə müvafiq İcra Hakimiyyətinin və ya məhkəmə qərarı əsasında həyata keçirilən prosedurdur və qanunvericilikdə mərhumun sağlığında ikən iddiaçını öz övladı hesab etməsi, ona öz oğlu kimi müraciət etməsi, onunla uzun müddət birlikdə yaşayaraq, təhsilində və tərbiyəsində fəal iştirak etməsi, hətta bu halları təsdiq edən şahid ifadəsi olsa da belə bunlar övladlığa götürmənin hüquqi əsası kimi qəbul edilmir və qiymətləndirilmir.

23. Kollegiyanın qənaətinə görə iddiaçı, X15 vərəsəsi hesab edilmədiyindən, onun mirasda məcburi pay hüququ da olmadığı üçün iddia tələbi cavabdeh X11 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsinin yoxlanmamasının qanunsuz hesab edilməsi, cavabdeh X9 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və qanunvericiliyin tələbinə əsasən iddiaçıya mirasda məcburi pay hüququ üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi hissələrində də rədd edilməlidir.

24. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 1145, 1146, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1193, 1194-cü, xx.xx.2000-ci il tarixə kimi qüvvədə olan Ai lə Məcəlləsi 125.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətininin dəlilləri

25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi övladlığa götürülmənin yalnız müvafiq İcra Hakimiyyətinin və ya məhkəmə qərarının əsasında həyata keçirilən prosedur olduğunu qeyd etsə də, bununla bağlı heç bir maddi hüquq normasına istinad etməmişdir. Halbuki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSRİ Nikah və Ail ə Məcəlləsinin (xx.xx.1969) 113-cü maddəsinin tələbinə əsasən, “Övladlığa götürmə, uşağı övladlığa götürməyi arzu edən şəxsin xahişi üzrə müvafiq icra hakimiyyətinin qərarı ilə olur”. Məhz belə xahişlə X12 iddiaçını 28 dekabr 1990-cı il tarixdə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və iddiaçını övladlığa götürmüşdür. Övladlığa götürmə zamanı uşağın atası kimi onun xahişi ilə əvvəllər nikahda olduğu X16 qeyd edilmişdir. Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin (xx.xx.1969) 61-ci maddəsinin tələbinə əsasən, “Uşağın atası və ya anası kimi yazılmış şəxs aparılmış qeyddən xəbər tutduqdan və ya xəbər tutmalı olduğu vaxtdan sonra bir il ərzində həmin qeydə dair mübahisə edə bilər”. Apellyasiya instansiyası yuxarıda göstərilənləri nəzərə almayaraq, qeyd edilən maddi hüquq normasının d üzgün tətbiq etməmişdir.

27. Həmçinin, apellyasiya instansiyası məhkəməsi işdə iddiaçı tərəfindən təqdim edilmiş kifayət qədər sübutların, o cümlədən forma 2 arayışı iddiaçı ilə mərhum miras qoyan arasında olan yazışmalar, məhkəmə iclasında dindirilmiş şahid ifadəsi olmasına baxmayaraq, həmin sübutlara düzgün qiymət verməmişdir. Bununla da, işə birtərəfli yanaşmış, qeyd edilən xüsusatlarla işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etırazın dəlliləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

30. Maddə 1134.1. Qanun üzrə vərəsə lik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

31. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

34. Maddə 1159.1.1 Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər ( övladlığa götürənlər).

35. Maddə 1159.1.2 Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

36. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

37. Maddə 1159.1.4 Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.

38. Maddə1159.1.5 Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və di gər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

39. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

40. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. xx.xx.2000-ci il tarixə kimi qüvvədə olan Ailə Məcəlləsi

41. Maddə

61. Uşa ğın atası və ya anası kimi yazılmış şəxs aparılmış qeyddən xəbər tutduqdan və ya xəbər tutmalı olduğu vaxtdan sonra bir il ərzində həmin qeydə dair mübahisə edə bilər. Ata və ya ana kimi yazılmış şəxs həmin vaxtadək yetkinlik yaşına çatmayan olduqda 1 illik müddət onun 18 yaşına çatdığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəz ərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1612/2023 nömrəli mülki iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar