Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2625/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2625/2020 xx xxxx 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-11967/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.İ.Ədilova, iş № 2(005)-2 968/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Quba Rayon İcra və Probasiya şöbəsinə və “X4” MMC-yə qarşı hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Quba Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2 və qeyrilərindən müştərək qaydada Cavabdeh2-nin xeyrinə 31.841,89 ABŞ dollarının ödəniş gününə olan məzən nəyə uyğun olaraq manatla tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı2 məxsus Quba şəhərində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, artıq qalan pul vəsaitinin İddiaçı2 verilməsi, evin ilkin satış qiymətinin 28.238,40 manat məbləğində müəyyən edilməsi, ev satıldıqdan ən geci bir ay ərzində İddiaçı2 evdən çıxarılması və evin boşaldılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilərək həmin əmlakın ilkin satış qiyməti 83.000 manat məbləğində müəyyən olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin icrası ilə əlaqədar Cavabdeh1 tərəfindən ipoteka predmeti olan əmlak açıq hərraca çıxarılmış, xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş birinci hərracda və xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş təkrar hərracda əmlak satılmamış və bununla əlaqədar əmlak ilkin satış qiymətindən aşağı qiymətə - 52.912,5 manata banka təklif olunmuş və xx xxxx 2019-cu il tarixdə bankla alqı-satqı müqaviləsi bağlanmaqla bankın mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 2019-cu ilin iyun ayında N və Xlar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərracın onlardan xəbərsiz keçirilməsini, torpaq sahəsinin hərracın predmetinə daxil olmamasını, dəyəri ən azı 150.000 manat təşkil edən evin ilkin satış qiymətinin cəmi 83.000 manat məbləğində qiymətləndirilməsini və s. əsas göstərməklə evin qiymətləndirilməsinə dair “X4”-nin xx xxxxxx 2017-ci il tarixli rəyinin və hərracın yekunlarına dair xx xxxx 2019-cu il tarixli protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar kasasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilmə sini xahiş etmişlər. Kasasiya kollegiyasının iclasında iddiaçılar və onların vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçılar hərracın qanun pozuntusu ilə keçirilməsini iddia edərkən hərracın vaxtı və yeri barədə məlumatlandırılmamalarını əsas göstərmiş və bu zaman tələbin qanuni əsası kimi Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələrinə istinad etmişlər. Mülki Məcəllənin 416-cı maddəsinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. (416.1) Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (416.2) İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ipoteka predmeti olan əmlakın hərracda satılması Mülki Məcəllənin 415.2 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edilməklə həyata keçirilmişdir. Hərracın keçirilməsi barədə onlara məlumatın verilməməsinə dair kasasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan, kollegiya şikayətin bu barədə olan dəlillərini əsassız sayır. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi həm torpaq sahəsi və həm də onun üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, məhkəmənin qətnaməsi ilə tutmanın həm torpaq sahəsinə və həm də fərdi yaşayış evinə yönəldilməsi və hərracdan satılması qət edilmişdir. Belə olduqda, torpaq sahəsinin hərracdan satılmasının qanunsuz olmasına dair şikayətin dəlili də əsassız olmuşdur. İşdən həmçinin görünür ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılaşmasına əsasən 28.238,40 manat məbləğində müəyyən olunmuşdur. X4 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli rəylə isə ipoteka predmeti 83.000 manat məbləğində qiymətləndirilmiş və həmin qiymətlə də hərraca çıxarılmışdır. Kasasiya şikayətində ipoteka predmetinin dəyərinin ən azı 150.000 manat təşkil etməsi iddia olunsa da, işdə bunu təsdiq edən sübutlar olmadığından şikayətin həmin dəlili də əsaslı sayıla bilməz. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə prosessual hüquq normalarına əməl edilməklə və maddi hüquq normasının qüvvəsi düzgün tətbiq edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayə ti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2625/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2625/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver