Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2627/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-70/2024 nömrəli, 06 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları
1. Şirzadov Ziyad Məmməd oğlu ilə X8 arasında 20 oktyabr 1977-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Şirzadova" soyadı verilmişdir. Şirzadov Ziyad Məmməd oğlu 11 yanvar 2022-ci il tarixdə, X8 isə 28 aprel 2023-cü il tarixdə vəfat etmişlər.
2. Şirzadov Ziyad Məmməd oğlunun aşağıdakı vərəsələri vardır: 1. həyat yoldaşı X8 1959-cu il təvəllüdlü, vəfat edib; 2. oğlu Cavabdeh 1978-ci il təvəllüdlü; 3. oğlu İddiaçı1 1980-ci il təvəllüdlü; 4. qızı İddiaçı2 1982-ci il təvəllüdlü; 5. qızı İddiaçı3 1984-cü il təvəllüdlü. 3. 04 noyabr 2010-cu il tarixli Çıxarışa görə, Naxçıvan şəhəri, Əlincə məhəlləsində, 0.072 ha torpaq sahəsində 2A nömrəli, 5 mərtəbəli binanın 2- ci girişində, 4-cü mərtəbəsində yerləşən, 70.69 kv.m ümumi, 47.12 kv.m yaşayış sah əsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Şirzadov Ziyad Məmməd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
4. Notariat orqanı tərəfindən 06 iyul 2023-cü il tarixdə İddiaçı1, İddiaçı2 və İddiaçı3; 04 avqust 2023-cü il tarixdə isə Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra iddiaçılar) Cavabdeh (bundan sonra cavabdehə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha toıpaq sahəsin də yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq X8 tərəfindən faktiki qəbul edilməsi, mərhum X3nın ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və X6 tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Cavabdeh isə İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı mirasın faktiki qəbulu tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiasının təmin edilməsi, mərhum atası Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci giri şində, 4-cü mərtəbəsində 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçılar ilk iddia ərizəsində valideynlərinə qulluq etdiklərini, onların müalicələri ilə məşğul olduqlarını, ataları öləndən sonra analarının qardaşının oğlu ilə qaldığını, İlqarın atasının ölümündən səkkiz ay sonra evə gəlib girdiyini, anasının isə evləri hazır olanda çıxacaqları şərti ilə evə buraxdığını, Zülfiyyə ilə anasının yasının 40-cı günündə evə getdikdə İlqarın, arvadının və oğlunun onlara hücum etdiklərini, evə girə bilməzsiniz ev bizimdir dediklərini, anasının 40 mərasimini məsciddə etdiklərini, atasının anasının sağlığında həmin evdə yaşamadıqlarını, la kin gedib-gəldiklərini, 2000-ci ildə ailə qurub evdən köçdüyünü, digər qardaş bacılarının da ailə quraraq başqa yerdə yaşadıqlarını, ataanasının təxminən 3 il tək qaldıqlarını, atası vəfat etdikdən sonra anasının qardaşının oğlu ilə yaşadığını, anasının evi idarə etdiyini, evin kommunal xidmət pullarını Azərin ödədiyini, anası evdə yaşadığından və qanunları bilmədiklərindən atası öləndən sonra mirasın qəbulu ilə əlaqədar notariusa müraciət etmədiklərini, atasının yas mərasiminin evdə olduğunu, atasının yas xərcini İddiaçı1 çəkdiyini, atasının vəfatından sonra İlqarın evə gəlib girdiyini, anasının onun yanında İlqarla şərt kəsərək evləri hazır olanda çıxacaqlarına razılışdıqlarını, İlqarın anası ilə mübahisə etdiyini, anasına ev mənimdir deyib çıxmasını dediyini, anası öləndən sonra miras ı qəbul etmək üçün notariusa müraciət etdiklərini, atasının İlqarı evdən çıxardığını, kirayə qaldıqları evdə də qonşuların onlardan narazı olduqlarını, anasının ölümündən sonra onları evə buraxmadıqlarını, əşyalarının o evdə qaldığını, adamlar öyrədib onların üstünə göndərərək pul verməsini, evdən imtina etmələrini dediyini, hüquqlarının pozulduğunu, ata evinə getmək istədiyini, hüquqlarının bərpa olunmasını istədiyini, atasının ölümündən sonra miras əmlakı almaq üçün məhkəməyə gəldiklərini, şahidin kirayə müqaviləsində cavabdeh iddiaçının ailə olaraq mənzili kirayə tutduğunu bildirdiyini, şahidin kirayəçi tərəfindən komunal xidmətlərin haqqının ödənilməsi, hətta şüşənin sınmasının bildirildiyini, yataq otağında cavabdeh iddiaçının atasının şəklinin qaldığını, aparmadıqlarından Arzu Səfərl inin şəkili götürüb verməsinin, şahid Dinarın cavabdeh iddiaçının 5 il onların evində kirayə qaldığını bildirdiklərini göstərərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdirlər.
8. Cavabdeh isə qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atasının vəfatından sonra onun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4cü mərtəbəsində 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə miras qaldığını, mərhum atasının öldüyü günə kimi orada özünün ailəsi birlikdə yaşadığını, atasının vəfatından sonra isə atasından qalan mirası qəbul edərək idarə etdiyini, anasının səhhəti ndə daimi problemlər olduğundan ona da qulluq edib baxdığını, 2018-ci il və 2022-ci il tarixlərində atasının adına olan əmlak üzərində (hamam tualetdə) tikinti-təmir işləri apardığını, atasının sağlığında, vəfatından sonra və bu gün də evin bütün kommunal (su, qaz, işıq, telefon) xərclərini ödədiyini, atası da, anası da vəfat edərkən onların yaslarını tutduğunu, keçən dövr ərzində hazırda mübahisəli əmlakı yaxınlarının, yəni bacılarının və qardaşının heç bir etirazı olmadan idarə etdiyini, yalnız mərhumə anasının vəfatından sonra qardaş və bacılarının evə gələrək əmlak tələb etməyə başladıqlarını, onların hər birinin özlərinə məxsus başqa yerlərdə əmlaklarının olduğunu, illərdir ki, orada öz ailələri ilə yaşadıqlarını, yaşadığı, hazırda mübahisələndirdikləri miras mənzillə heç bir mütəmadi əlaqələrinin olmadığını, yalnız qonaq kimi gəlib-getdiklərini, şəxsən özünün və həyat yoldaşının mərhum anasının müalicəsini, dərmanlarını vaxtlı-vaxtında verdiklərini, həmişə qulluğunda durduqlarını, anası bütün bu xəstəliklərdən əziyyət çəkən zaman bacı-qardaşlarının yox, özünün və ailəsinin anasının yanında olduğunu, anası ilə Azərin iki il küsülü olduğunu, Azərin anasına baxmadığını, doğulandan və 2006-cı ildən davamlı olaraq həmin evdə qaldığını, səs olmasın deyə arada bir il hazırlıq kursu keçmək üçün kirayə ev tutub məşğələni orada keçdiyini, axşamları ata anasının yanında qaldığını, anasının ölümündən sonra miras əmlakdan pay istədiklərini, Zülfiyyənin gəlib onlara bu evdə yaşamağa ixtiyarınız yoxdur dediyini, evi satıb bölmək istədiyini, kirayə tutduğu evin ünvanını xatırlamadığı nı, Qulu adlı şəxsə məxsus olduğunu, aylıq 150 manat ödədiyini, evin sahibini görmədiyini, pulu kartla ödədiyini, həmin evə əşya aparmadığını, axşama kimin həmin evdə hazırlıq keçdiyini, həmin evdə soyuducu və başqa əşyalar olduğunu, özünün aparmadığını, saat 15:00-dan 20:00-dək hazırlıq keçdiyini, bəzən 21:00-dan və 22:00-dək davam etdiyini, hazırlıq keçdiyi üçün kirayə tutduğu mənzili hansı tarixdə götürdüyünü xatırlamadığını, yay tətilində hazırlıq keçmədiyini, evdən özünə aid əşyaları avtomobili yığıb kirayə olan mənzilə aparmadığını, oğlunun gecə saat 01 radələrində əmisi Azərə zəng vurub atam evi köçürdür demədiyini göstərərək, qarşılıqlı iddiasının təmin edilməsi, mərhum atası Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini, ilkin iddianın rədd olunmasını xahiş etdi bildirmişdir.
9. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, mərhum Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mən zilin miras əmlak olaraq Seyidova (Şirzadova) Aybəniz Cəlal qızı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən olunması, mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və X6 tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasının rədd olunması, qarşılıqlı iddia tələbinin təmin edilməsi, mərhum Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq Şirzadov Ziyad Məmməd oğlunun ölümündən sonra həmin əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktı m üəyyən olunması qət edilmişdir (hakim Qabil Məmmədov).
10. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyr i-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh miras əmlakda yaşaması, miras əmlakı idarə etməsi, təmir etməsi və mərhumların yas mərasimlərini təşkil etməsi iş üzrə tərəflərin izahatı və şahidlərin ifadəsi ilə öz təsdiqini tapmışdır. İddiaçılar İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı, İddiaçı3 mərhum analarından sonra mirasın qəbulu faktı ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişlər.
12. Belə ki, iş üzrə izahatlardan, şahid ifadələrindən həmçinin tərəflərin izahatlarından görünür ki, İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı, İddiaçı3 ailə quraraq başqa ünvanlarda yaşamış, miras əmlakın faktiki qəbulu üçün real hərəkətlər etməmişlər. Miras əmlakda mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızı və Cavabdeh yaşayaraq əmlakı idarə etmələri və Cavabdeh təmir işləri görmələri isə t am olaraq sübut olunmuşdur
13. Məhkəmə Cavabdeh kirayə mənzillərdə yaşamasına dair təqdim olunmuş sübutlara münasibət bildirərək həmçinin qeyd etmişdir ki, vərəsənin kirayə mənzildə yaşaması və ya hazırlıq keçməsi miras əmlakın qəbul edilməməsinə əsas ola bilməz. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s.
14. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 1133.1, 1133.1, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 1257.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 2.1, 14.2, 77.1, 80, 88, 89, 106.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddiaya münasibətdə tamamilə rədd edərək, ilkin iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin çıxardığı qətnamə işdə olan sübutlar əsasında deyil, işə baxan hakimin illüzyası əsasında çıxarılmışdır. Buna görə qətnamə ilə razılaşmırlar. Məhkəmə qətnamə çıxararkən işdə olan sübutlara əhəmiyyət verməyib. Onların dediklərinə, işdə olan sübutlara qiymət verməyərək cavabdeh-iddiaçı Cavabdeh və onun gətirdiyi şahidlərin yalan və öyrədilmiş, uydurma, ziddiyətli ifadələri əsasında qanunsuz qətnamə qəbul edib. Məhkəmənin çıxardığı qətnamə heç bir qanuna əsaslanmayıb. Bildirirlər ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 2A, mənzil 22-də olan 3 otaqlı ev ataları Şirzadov Ziyad Məmməd oğlunun adına olmuş, onun vəfat etməsindən sonra həmin evdə X3 yaşamış və mirası faktiki qəbul etmişdir. X3 28 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Onlar məhkəmədə verdikləri izahatlarında ataları sağ olarkən cavabdeh-iddiaçı Cavabdeh ailəsi ilə birlikdə evdən qovduğunu, onun kirayədə yaşadığını, atalarının İlqargili evdən çıxarmasına səbəb isə İlqar və həyat yoldaşının ata-analarına qarşı təhqiramiz sözlər işlətdikləri və kobud hərəkət lər etmələri olmuşdur. Şahid M.Salmanova onlarla söhbət zamanı qonşu olduğundan qızının hazırlığı üçün Cavabdeh pul vermədiyini, ona hörmət etdiyini demişdir. M.Salmaova ifadəsində göstərir ki, onlar analarının ilində iştirak etməyiblər. Anaları 28 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Yəni analarının il mərasimi keçirilməyib. Bu da M.Salmanovanın ifadəsinin yalan olmasını təsdiq edir. Üçüncü şahid Dinar Aslanov ifadəsində analarını Zülfiyyənin xəstəxanaya bir dəfə apardığını göstərmişdir. X14 məhkəmədəki ifadəsində onlarla ədavətinin olmadığını, həmçinin qardaşı uşaqlarına görə qardaşı Ziyaddan küsdüyünü göstərmişdir. Məhkəmə Pakizə İsayevanın ziddiyətli ifadəsinə sübut kimi qiymət vermişdir. Ziddiyətli ifadə sübut kimi qiymətlədirlə bilməz.
17. Naxçıvan Muxtar Respublikası Ali Məhkəm əsi Mülki kollegiyasının 06 aprel 2024cü il tarixli, 2(108)-70/2024 nömrəli qətnaməsi ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X9 və X2) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 saylı qətnaməsi qismən “mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra miras əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbi rədd olunsun” sözləri göstərilən hissəsində ləğv edilərək, yeni qətnamənin qəbul edilməsi, mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra miras əmlak olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilinin İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, istər iddiaçılar, istərsə də cavabdeh qanunun yuxarıda sadalanan normasında müəyyən olunmuş qaydada mirasın qəbulundan imtina etməmişlər.
19. Belə ki, iddiaçıların atası Şirzadov Ziyad Məmməd oğlu və anası Seyidova (Şirzadova) Aybəniz Cəlal qızından irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın bizə çatan hissəsini qəbul edirik məzmunlu ərizələri xx.xx.2023-cü il tarixdə notariat ofisində aparılmış reyestrdə 8İ-193 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Yəni işin yuxarıda sadalanan hallarından da göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işin əhəmiyyət kəsb edən bu halını nəzərə almayaraq sonunculara münasibətdə əsassız olaraq iddianın rədd olunması nəticəsinə gəlmişdir.
20. Məhkəmə kollegiyası cavabdehin miras əmlakı qəbul etmədiyindən ona münasibətdə tələbinin rədd olunmasına dair iddiaçıların apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
21. Belə ki, işin araşdırılmış halları, habelə iddiaçıların apellyasiya şikayəti, həmçinin izahatları ilə müəyyən edilmişdir ki, mərhum Aybəniz Seyidovanın sağlığından Cavabdeh ailə üzvləri ilə birlikdə hazırda miras əmlak kimi mübah isələndirdikləri həmin mənzildə yaşayırlar.
22. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İşə baxan birinci instansiya məhkəməsinin cavabdeh-iddiaçı Cavabdeh miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinin təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur və sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyəti nə aiddir. İddiaçılar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları qismən sübut etmişlər.
24. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 1133.1, 1133.1, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1256, 1268.2, 1271, 1301-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 2.1, 14.2, 77.1, 80, 88, 382, 384.0.2, 392, 393, 402, 403, 404 və 405.0.1-ci maddələrinə, habelə “Mülki Məcəllənin 1246-cı maddəsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarına, “Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinad la əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məşkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassator şikayətdə qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozularaq əsassız qətnamə çıxarılmışdır. Cavabdeh hələ mərhumə anası X1 əmlaka sahiblik etməyə və onu faktiki olaraq idarə etməyə başlamış və “bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır” apellyasiya instansiyası məhkəməsi qanunvericilik normasına ziddiyətli qətnam ə qəbul edilmişdir. Cavabdeh miras əmlaka faktiki sahiblik etməyə və onu idarə etməyə başlayıb miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirsə də, apellyasiya instansiya məhkəməsi həmin miras əmlakın əsassız olaraq digər vərəsələrin də həmin miras əmlakı faktiki olaraq qəbul etməsini müəyyən etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadığı kimi, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər apellyasiya instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırsa idi, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu müəyyən etmiş olardı.
27. Kassasiya şikayəti Azərbaycan Respublikası M ülki Məcəlləsinin 1243.2, 1243.3, 1255-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 77.1, 88-ci maddələrinə, “Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinad edərək əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə
29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
31. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
32. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
33. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
34. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir
35. Maddə 1243.3. Vərəsə mirasın bir hiss əsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
36. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
37. Maddə 1257. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Cavabdeh kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə ra zılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın iddiaçılara münasibətdə təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mirasın qəbul edilməsi dedikdə- vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyriformal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü-özlüyündə iki növü vardır. Bunlar miras əmlaka fak tiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s.
48. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunu olan etiraz əriz əsinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, istər iddiaçılar, istərsə də cavabdeh qanunun yuxarıda sadalanan normalarında müəyyən olunmuş qaydada miras əmlakın qəbulundan imtina etməmişlər.
49. Əksinə işin araşdırılmış halları və apellyasiya şikayətinə əlavə olunmuş İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizələrindən görünür ki, onlar ataları Şirzadov Ziyad Məmməd oğlu və anaları Seyidova (Şirzadova) Aybəniz Cəlal qızından miras qalmış əmlaklardan onlara çatan hissəni qəbul etmələrinə dair notariat orqanına yazılı ərizələr vermişlər və həmin ərizələr xx.xx.2023-cü il tarixdə notariat orqanının reyestrində 8İ-193 nömrə ilə qeyd edilmiş informasiya sisteminə daxil edilmişdir. Yəni işin yuxarıda sadalanan hallarından görünür ki, birinci instansiya məhkəməsi işin əhəmiyyət kəsb edən bu halını nəzərə almayaraq iddiaçılara münasibətdə əsassız olaraq ilk iddianın bu hissədə rədd olunması nəticəsinə gəlmişdir.
50. Kassasiya instansiyası məhkəməsi Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
51. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə ə laqədar iradə ifadəsi olduğundan qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.
52. Oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan fak tiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.
53. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən olunmuş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyətindən irəli gəlir.
54. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya insiansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 aprel 2024-cü il tarixli, 2(108)-70/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.