Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2628/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X5 Cavabdeh1, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Xanəliyev Elsevər Xanalı oğlunun, Cavabdeh1 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5721/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsində n ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Tərəflər 06.03.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 16.07.2018-ci il tarixdə Cavabdeh1 nikahın pozulması barədə iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 08.02.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin 08.05.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. “Kia Sorento” markalı **-UP-*** nömrə nişanlı avtomobil 28.04.2014-cü il tarixdə Cavabdeh1 adına qeydə alınmış, 21.08.2018-ci il tarixdə onun tərəfindən alqı-satqı müqaviləsi əsasında 35 000 manata Cavabdeh2 satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı cavabdeh X8 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 21.09.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında Azərbaycan Respublikası DİN BDYPİ-də bağlanmış 19.04.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş “TOYOTA LAND CRUİSER PRADO” markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissədə payın müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası DİN BDYPİ-də bağlanmış 21.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş “KİA SORENTO” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissədə payın müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Fatmayı kəndində 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 112,5 kv.m, yaşayış sahəsi 30.0, yardımçı sahəsi 82,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin ½ hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinə əlavə ilə məhkəməyə müraciət etmiş və sonuncu ərizəsində Cavabdeh1la nikahları dövründə əldə etdikləri aşağıdakı əmlaklara ½ hissədə payının müəyyən edilərək: Cavabdeh1la Cavabdeh3 arasında 19 aprel 2017-ci il tarixdə bağlanmış “TOYOTA LAND CRUİSER PRADO” minik markalı ** RO *** dövlət nömrə nişanlı avtomobilin alqısatqı müqaviləsində göstərilmiş dəyərinin – 25 000 manatın yarısının, yəni 12 500 manatın alınaraq ona ödənilməsi; Cavabde h1la Cavabdeh2 arasında 21 avqust 2018-ci il tarixdə bağlanmış “KİA SORENTO" minik markalı ** UP *** dövlət nömrə nişanlı avtomobilin alqı-satqı müqaviləsində göstərilmiş dəyərinin – 35 000 manatın yarısının, yəni 17 500 manatın alınaraq ona ödənilməsi, Abşeron rayonunun Fatmayı kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və ümumi sahəsi 112,5 kv.m, yaşayış sahəsi 30.0, yardımçı sahəsi 82,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə və Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatı 0,04 ha torpaq sahəsinə ½ hissədə payının müəyyən edilməsi, 28 saylı DNK-da 17.05.2001-ci il tarixdə 4Ə-1-232 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cəlilova X3 Bakı şəhəri, S.Məmmədova küçəsi ev 201, 40 saylı mənzilin alqı-satqı mü qaviləsində nəzərdə tutulmuş məbləğin (42 000) hazırkı dövrə müvafıq indeksasiyasının hesablanmaqla ½ hissəsinin Cavabdeh1 tərəfindən ona ödənilməsi, 11 saylı DNK-da 18.02.2003-cü il tarixdə 4Ə-79 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Rəhimə Məmmədovaya satılmış Bakı şəhəri, 7-ci mkr, məhəllə 3123, ev 2a, 54 saylı mənzilin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğin (73 500) hazırki dövrə müvafiq indeksasiyasının hesablanmaqla ½ hissəsinin Cavabdeh1 tərəfindən ona ödənilməsi, 43 saylı DNK-da 13.10.1999cu il tarixdə 3kma/4-667 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X1 Bakı şəhəri, 20 yanvar küçəsi ev 39, 104 saylı mənzilin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğinin (9000) ha zırki dövrə müvafiq indeksasiyasının hesablanmaqla ½ hissəsinin Cavabdeh1 tərəfindən ona ödənilməsi, 28 saylı DNK-da 17.02.2004cü il tarixdə 4Ə-1/59 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X2 Bakı şəhəri, Cavadxan küçəsi ev 54, 13 saylı mənzilin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğinin (72 000) hazırki dövrə müvafiq indeksasiyasının hesablanmaqla ½ hissəsinin Cavabdeh1 tərəfindən ona ödənilməsi, “xxxx” ASC-nin Binəqədi filialında depozit hesabına Cavabdeh1 tərəfindən mədaxil edilmiş 30 000 ABŞ dollarının yarısının, yəni 15 000 ABŞ dollarının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və pul” tələbinə dair qarşılıqlı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 35, 13 saylı mənzilə ½ hissədə payın müəyyən edilməsi, Cavabdeh2 borclu olduğu 25000 manatın ½ hissəsinin və “xxxx” KB ASC-yə borclu olduğu 2100,75 manat məbləğində borcun ½ hissədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 06 mart 1982-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından 3 övladları olmuş və hal-hazırda hər biri yetkinlik yaşına çatmış və öz ailələri ilə birlikdə yaşayırlar. Birgə nikahda olduqları müddətdə cavabdeh ilə bir sıra istər daşınar əmlak, istərsə də daşınmaz əmlaklar almışlar. Cavabdeh başqa qadın ilə yaşamağa başladığından bilərəkdən qərəzli şəkildə əml akdan pay tələb etməsin deyə birgə nikah dövründə əldə etdikləri əmlakları başqalarının adına keçirtmişdir. Həmin əmlakların satılmasından onun nə xəbəri olmuş, nədə ki razılığı olmamışdır. Belə ki, alqı-satqı müqavilələri formal xarakter daşımış, cavabdehin buradakı yeganə niyyəti onun əmlaklardan pay almağına maneə olmaqdan ibarət olmuşdur. Birgə nikah dövründə əldə etdiyi əmlaklardan biri "KİA SORENTO” minik markalı, ** UP *** dövlət nömrə nişanlı avtomobil olmuşdur ki, həmin avtomobil 28 aprel 2014-cü il tarixdə alınmışdır. Cavabdeh nikahın pozulması bağlı iddia qaldırdıqdan sonra, onun məlumatı olmadan (hansı ki həmin vaxt bir yerdə yaşamırdılar və nikahları formal xarakter daşıyırdı, cavabdeh başqa yerdə ayırdı və onunla hər hansı bir hesablaşma aparmırdı.) formal olaraq 21 avqust 20 18-ci il tarixdə avtomobili bacısının əri Cavabdeh2 adına keçirtmiş, aralarında real alqı-satqı müqaviləsi olmamış, avtomobilin qeydiyyat nömrə nişanı dəyişdirilmədən olduğu kimi saxlanılmaqla yenidən Cavabdeh1 adına eyni tarixdə yəni, 21.08.2018-ci il tarixdə etibarnamə verilmişdir ki, bu da Cavabdeh1 əsl niyyətini ortaya çıxardır. Hal-hazırda, avtomobil Cavabdeh1 tərəfindən idarə edilir, bir gün belə olsun avtomobilin sahibi dəyişməmişdir. Cavabdeh1 adında olan əmlakları çıxartmaq üçün belə bir işə girişmiş, əslində o, Cavabdeh2 hər hansı bir avtomobil satmamışdır. Onun nikahın pozulması ilə bağlı iddia qaldırdıqdan təxminən 1 ay sonra avtomobili adından çıxartması, həmin gün yenidən özünə etibarnamə alması onu göstərir ki, tərəflərin əsl iradəsi müqavilə bağlamaqla adına olan əmlak barə də sərəncam vermək, öhdəliklər, hüquq və vəzifələr daşımaq, qazanc əldə etmək olmamış, maşın bir saat belə olsun başqa şəxsin sahibliyində və istifadəsində olmamış, uydurma əqd bağlamışlar. Alqı-satqı müqaviləsi imzalamaq niyyətləri olmamışdır. Bundan əlavə 05 yanvar 2013-cü il tarixdə ‘TOYOTA LAND CRUİSER PRADO" markalı, ** RO *** dövlət nömrə nişanlı avtomobil alınmışdır. Əmlak bölgüsü ilə bağlı DYP-yə sorğu verildiyi zaman müəyyən olunmuşdur ki, Cavabdeh1 sözü gedən avtomobili 19 aprel 2017-ci il tarixdə ailə münasibətlərinin formal xarakter daşıdığı, bir yerdə yaşamadığı, ailə olmadığı bir vaxtda xəbəri və razılığı olmadan Cavabdeh3 satmışdır. Bundan əlavə birgə nikah dövründə Cavabdeh1 adına Abşeron rayonu, Fatmayı kəndində 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 112,5 kv.m. yaşayış sah əsi 30.0. yardımçı sahəsi 82.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evi alınmışdır. İddiaçı Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda cavabdehin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 35, 13 saylı mənzil birgə nikah dövründə və onun qazancı hesabına alınmışdır. Ona görə də, hesab edir ki, həmin mənzildə ½ hissədə onun payı müəyyən olunmalıdır. Eyni zamanda, "Mərkəzi Klinikada ürək əməliyyatı olunmuşdur, ümumilikdə 47 000 manat xərclənmişdir. Həmin pullar yeznəsi Cavabdeh2 tərəfindən ona maddi yardım olaraq borc verilmişdir. Həmin borcun əvəzi olaraq o, "Kia Sorento” minik markalı, ** UP *** dövlət nömrə nişanlı avtomobili yeznəsinə vermişdir. Həmin avtomobil 22000 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim A. Rzayev) 31.05.2019-cu il tarixli, 2(001)776/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair ilk iddiasının qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Fatmayı kəndində 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 112,5 kv.m, yaşayış sahəsi 30.0, yardımçı sahəsi 82,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin və Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatı 0,04 ha torpaq sahəsinə ½ hissəsinə İddiaçı, qalan ½ hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi, ilk iddia qismən təmin edildiyindən ilk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%-nin, yəni 15 manatının ilk iddia üzrə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olu nmuş əmlakın bölünməsi və pul” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilərək, birgə nikah dövründə alınmış Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 35, 13 saylı mənzilin ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə isə İddiaçı paylarının müəyyən edilməsi, qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%-nin, yəni 15 manatının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, tərəflər 06 mart 1982-ci il tarixdə nikaha daxil olmuşlar, iş materiallarında olan çıxarışlara əsasən Abşeron rayonu, Fatmayı kəndində 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 112.5 kv.m. yaşayış sahəsi 30.0, y ardımçı sahəsi 82.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Cavabdeh1 adına rəsmiləşdirilmiş, həmin əmlaklar tərəflərin birgə nikah dövründə alınmışdır. Buna görə də həmin əmlaklar birgə nikah dövründə alınmış əmlak hesab edilməli, Abşeron rayonu, Fatmayı kəndində 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 112.5 kv.m. yaşayış sahəsi 30.0. yardımçı sahəsi 82.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı 0.04 ha torpaq sahəsi tərəflər arasında bölünməlidir. Həmçinin, iş materiallarında olan AR DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən verilmiş çıxarışa əsasən məlum olur ki, Bakı şəhəri. Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 35, 13 saylı mənzil İddiaçı məxsusdur, birgə nikah dövründə alınmışdır. Bu əmlak da birgə nikah dövründə andığı üçün 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh1 payı müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab etmişdir ki, “TOYOTA LAND CRUİSER PRADO" minik markalı, ** RO *** dövlət nömrə nişanlı avtomobilin, "KİA SORENTO” minik markalı, ** UP *** dövlət nömrə nişanlı avtomobilin, Bakı şəhəri. S. Məmmədova küçəsi ev 201, 40 saylı mənzilin, Bakı şəhəri. 7-ci mkr. məhəllə 3123, ev 2 A, 54 saylı mənzilin, Bakı şəhəri, 20 Yanvar küçəsi, ev 39, 104 saylı mənzilin, Bakı şəhəri, Cavadxan küçəsi, ev 54, 13 saylı mənzilin alqı-satqısı nəticəsində əldə olunmuş pul vəsaitinin yarısının və «xxxx» ASC-nin Binəqədi filialında depozit hesabına Cavabd eh1 tərəfindən mədaxil edilmiş 30 000 ABŞ dolları pul məbləğinin yarısının, yəni 15 000 ABŞ dollarının tutulması hissəsində iddia rədd edilməlidir. Belə ki. iş materialları ilə müəyyən edilmişdir ki, bir əmlak satılaraq eyni vəsaitlə digər əmlak alınmışdır. Həmçinin, iddiaçının özünün də iddia ərizəsindən aydın olur ki, həmin müddətdə iddiaçı ilə cavabdeh rəsmi nikahda olsalar da, faktiki olaraq birgə yaşamamış və təsərrüfatı birgə idarə etməmişdirlər. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bundan əlavə, iş materiallarında olan sənədlərlə əsasən məlum olur ki, satılmış və həmin vəsaitlə alınmış avtomobillərin dəyəri bir-biri nə çox yaxındır. Bu fakt özözlüyündə həmin əmlakların digərinin satılmasından əldə olunmuş vəsait hesabına alındığını bir daha təsdiq edir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı vaxtında həmin əmlakların satılmasına hər hansı bir formada şifahi və yazılı etirazını bildirməmiş, bununla bağlı hər hansı dövlət orqanına müraciət etməmiş və ya məhkəmədə iddia qaldırmamış, bununla faktiki olaraq susmuşdur. Bundan başqa, məhkəmə tərəfindən verilmiş sorğuya əsasən alınmış cavaba əsasən məlum olur ki, cavabdehin «xxxx» ASC-nin Binəqədi filialında depozit hesabında hal-hazırda hər hansı vəsait yoxdur. Eyni zamanda, iddiaçının ona çatası vəsaitin indeksasiya edilərək ödənilməsi hissəsində də iddia rədd edilməlidir. Belə ki, MPM-nin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə iş ə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin maddənin məzmunundan aydın olur ki, pul məbləğinin indeksasiyasına qətnamə çıxdıqdan sonra, qətnamənin icrası zamanı tərəfin ərizəsi əsasında baxıla və qətnamə deyil, qərardad çıxarıla bilər. Buna görə də. məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd olunmalıdır. Bundan başqa, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia Cavabdeh1 Cavabdeh2 borclu olduğu 25 000 manatı ½ hissəsinin və "xxxx” KB ASC-yə borclu olduğu 2 100.75 manat məbləğində borcun ½ hissədə İddiaçı payının müəyyən edilməsi hissəsində hüquqi əsaslar olmadığına görə həmin hissədə qarşılıqlı iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 29.1, 29.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36.1, 36.5, 37.1, 37.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 218.3, 232-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın baxılmamış saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Əliyev, F.Talışinski, R.Eyvazov) 25.09.2019-cu il tarixli, 2(103)-11328/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiy a şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 31.05.2019-cu il tarixli, 2(001)-776/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, adı çəkilən mənzillərin və avtomobillərin tərəflərin birgə nikahı dövründə alındığı və satıldığı, depozit hesabındakı məbləğin isə həmin dövrdə mədaxil və məxaric edildiyi işin mübahisəsiz hallarıdır. Bu baxımdan həmin daşınar və daşınmaz əşyalar əldə edildiyi anda tərəflərin ümumi birgə mülkiyyətində olmuşdur. Bununla belə sözügedən əmlak tərəflərin birgə nikahı dövründə özəlləşdirilməklə onların ümumi mülkiyyətindən çıxmışdır. Hazırda ilkin iddiaçı, avtomobilin və mənzillərin satışından əldə olunmuş pul vəsaitinin və depozit məbl əğinin özünə aid hissəsini cavabdehdən tələb edir. Başqa sözlə, bu iddia əsassız varlanmaya dayanan tələbdir. Mülki Məcəllənin 1091.1-ci və 1091.2-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Baxılan işdə isə ilkin İddiaçı, mübahisələndirilən əşyaların satışından əldə olunmuş, depozit hesabından götürülmüş vəsaitin Cav abdeh1 tərəfindən ailənin deyil, şəxsi məqsədlərə xərcləməklə, onun hesabına əmlak əldə edilməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, sübutetmə yükü baxımından həmin halları sübuta yetirmək vəzifəsi ilkin iddiaçının üzərinə düşür. Əksinə, iş materiallarından görünür ki, tərəflərin nikahı Binəqədi Rayon Məhkəməsinin 08.02.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Bu hal ona dəlalət edir ki, mübahisəli əşyaların özgəninkiləşdirildiyi və depozitdəki pul vəsaitinin götürüldüyü dövrlərdə tərəflər nikahda olduqları üçün mübahisəli əmlakın satılması nəticəsində əldə olunmuş vəsait (habelə götürülmüş depozit) ailənin ehtiyac və xərclərinə sərf edilmiş sayılır. Mülki Məcəllənin 222.1-ci və 222.2-ci maddələrinə görə, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Belə olan halda, əşyaların satışından əldə olunmuş vəsaitin hamısının ilkin iddia üzrə cavabdeh tərəfindən şəxsi məqsədlərə xərclənməsi və bununla da ilkin iddiaçının hesabına vəsait əldə etməsi sübuta yetirilmir. Bu hal isə ilkin iddiaçının həmin vəsaitin bir hissəsinə tələb hüququnu istisna edir. Qətnamədən narazı qalan ilk i ddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əhmədova, İ.Dəmirov, Ə.Nurməmmədov) 02.03.2020-ci il tarixli, 2(102)-1228/2020 nömrəli qərarı kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2019-cu il tarixli, 2(103)-11328/2019 nömrəli qətnaməsinin “KİA SORENTO” markalı, **-UP*** dövlət nömrə nişanlı avtomobilə dair hissədə ləğv edilməsi və mülki işin yenidən həmin hissədə apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış, dır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə mahiyyəti üzrə baxan apellyasiya kollegiyası İddiaçı “KİA SORENTO” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin Cavabdeh1 tərəfindən ailənin deyil, şəxsi məqsədlərə xərcləməklə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsinə istinad etsə də, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin vəkil sorğuusuna cavabdan görünür (səh 11, İ cild) ki, “KİA SORENTO” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobil alqı-satqı müqaviləsi ilə 21.08.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan çıxmışdır. Həmçinin iş materiallarında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “nikahın poz ulması” tələbinə dair iddia ərizəsinin surətindən görünür (səh 116, İİ cild) ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə o, uzun müddətdir ki, ayır yaşayır. O, yeni ailə qurmuş və uşaqları vardır. Nikahları formal xarakter daşıyır. Həmin iddia ərizəsi də Binəqədi Rayon Məhkəməsinin icraatına 16.07.2018-ci ildə daxil olmuşdur. Buradan da aydın olur ki, tərəflər “KİA SORENTO” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh1 tərəfindən satıldığı zaman faktiki olaraq uzun müddət ayrı yaşamaqla ayrı təsərrüfat aparmışlar. Hətta Cavabdeh1 həmin zamanlarda faktiki nikahda olmuşdur. Apellyasiya kollegiyası isə ilk iddia tələbinin “KİA SORENTO” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş pulun bölgüsü ilə bağlı hissəsində məhkəmə araşdırması nı tam həyata keçirməmiş, qeyd edilən sübutlar mövcud olduğu halda, iddiaçı tərəfindən məhkəməyə “KİA SORENTO” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin Cavabdeh1 tərəfindən ailənin deyil, şəxsi məqsədlərə xərcləməklə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsinə istinad etməklə məhkəmə araşdırmasının tam həyata keçirilməsi, obyektiv həqiqətin müəyyən edilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) 13.08.2020-ci il tarixli, 2(103)-57 21/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin hazırki apelyasiya baxışının predmeti olan hissədə təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 31.05.2019-cu il tarixli, 2(001)776/2019 saylı qətnaməsinin hazırki apelyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı “Cavabdeh1la Cavabdeh2 arasında 21.08.2018-ci il tarixdə bağlanmış “KİA SORENTO” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobilin alqı-satqı müqaviləsində göstərilmiş dəyərinin -35000 manatın-yarısının alınaraq ona ödənilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunması, İddiaçı həmin iddia tələbinin təmin edilməsi, Cavabdeh1 “KİA SORENTO” markalı, **UP-*** dövlət nömrə nişanlı avtomobilin satılmasından əldə etdiyi pul vəsaitindən İddiaçı payına düşən hissə qismində 17500 manatın, həmçinin dövlət rüsumunun əvəzi qismində 16 manat olmaqla, 17516 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsini yalnız ilkin iddia tələbinin “KİA SORENTO” markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobillə bağlı hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Qeyd olunmalıdır ki, tərəflər “Kia Sorento” markalı **-UP-*** nömrə nişanlı avtomobilin birgə nikah dövründə əldə olunduğunu və nikah rəsmi qaydada pozulmamışdan əvvəl Cavabdeh1 tərəfindən özgəninkiləşdirildiyini mübahisələndirmirlər; İddiaçı avtomobilin satış dəyərinin yarısının ona verilməsini tələb etmiş, Cavabdeh1 isə avtomobilin nikah dövründə satıldığını və onun satışından əldə olunmuş vəsaitin ailənin ehtiyaclarına xərcləndiyini irəli sürməklə iddiaya etiraz etmişdir. Kollegiya, avtomobilin satışından əldə olunmuş vəsaitin ailənin ehtiyaclarına xərcləndiyi barədə Cavabdeh1 irəli sürdüyü arqumenti əsassız hesab edir. Belə ki, birincisi, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir; Cavabdeh1 isə irəli sürdüyü arqumenti təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi isə, işin hallarından tərəflərin münasibətlərinin 2018-ci ilin əvvəllərindən faktiki olaraq pozulduğu, 16.07.2018-ci il tarixdə Cavabdeh1 nikahın ləğvi barədə məhkəmədə iddia qaldırdığı, avtomobilin isə 21.08.2018-ci il tarixdə satıldığı, elə həmin tarixdə də avtomobili satın almış Cavabdeh2 Cavabdeh1 avtomobilə dair etibarnamə verdiyi məlum olur və belə olan halda satışdan əldə olunan vəsaitin ailə ehtiyaclarına xərcləndiyini qəbul etmək ədalətli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərab ər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini təmin edərkən, mübahisəli "Kia Sorento" minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqı müqaviləsində göstərilmiş dəyərinin yarısının ona ödənilməsi nəticəsinə gələ rkən səhvə yol vermişdir. Həmin avtomaşının real bazar qiyməti və işlənmə dərəcəsi nəzərə alınmamışdır. Eyni zamanda məhkəmə iclasında hüquqlarını təmsil edən vəkil tərəfindən mübahisəli avtomaşının real bazar qiymətinə və işlənmə dərəcəsinə uyğun olaraq qiymətləndirilməsi barədə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair vermiş olduğu vəsatət təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qəbul etmiş olduğu qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir və iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xa hiş etmişdirlər. İddiaçının vəkili Xanəliyev Elsevər Xanalı oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1 və 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli ka ğızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
377. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyind ən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti yalnız avtomobilin alqı-satqı müqaviləsində göstərilmiş dəyərinin avtomobilin real bazar qiymətinə uyğun olmaması, bu dəyə rin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının keçiriməsi barədə vəsatətin təmin edilməməsi ilə əsaslandırmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qanunsuz və əsassız olmasını qeyd etsə də, əsassızlığın nədə ifadə olmasını göstərə bilməmiş, apelyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və ya prosessual hüquq pozuntusuna yol verilməsinə istinad edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan avtomobilin alqı-satqısı barədə DİN BDYPİ-dən sorğu ilə alınmış 21.08.2018-ci il tarixli müqavilədən görünür ki, avtomobil 35.000 manata satılmışdır. Həmin müqavilə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 89.1-ci maddəsinə əsas ən yazılı sübut hesab olunur və həmin sübutun qeyri-mötəbər hesab olunması üçün işdə hər hansı başqa sübut yoxdur. Kassator bu məbləğin avtomobilin real bazar dəyərindən artıq olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin müqavilədə avtomobilin dəyərinin hansı səbəbdən real dəyərindən artıq məbləğdə göstərilməsinə də ağlabatan izah verməmişdir. Həmçinin cavabdehin məhkəmə iclasında iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatəti Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 377-ci maddəsinin tələblərinə uyğun olaraq müzakirə edilərək, həll edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilm əz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5721/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.