Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2628/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsin 7̇ saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X12 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı oğunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsin 7̇ saylı Bərdə Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-474/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Atası Paşayev Balabəy Abdulla oğlu, anası X7r.
2. Paşayev Balabəy Abdulla oğlu ilə X10 xx.xx.1966-cı il taixdə Bərdə rayonu Şatırlı kənd icra nümayəndəliyində nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Paşayev, arvada Paşayeva soya dı verilmişdir.
3. Paşayev Balabəy Abdulla oğlu xx.xx.1990-cı il tarixdə, X11 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.
4. X9 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Atası Paşayev Balabəy Abdulla oğlu, anası X7r. X9 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.
5. X2 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 19 dekabr 1980-cı ildən 23 aprel 2019-cu ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq Vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 nikahı haqqında akt qeydi aşkar edilməmişdir.
6. Cavabdeh2 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Atası Paşayev Balabəy Abdulla oğlu, anası X7r.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qey diyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, 1815**6458 qeydiyyat nömrəli, Seriya RX № ******* nömrəli Çıxarışa əsasən, Bərdə rayon Yeni Daşkənd kəndində 1.03 ha torpaq sahəsi X4, Cavabdeh2, Cavabdeh1, X2 ümumi birgə mülkiyyətindədir.
8. Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli, 205 nömrəli qərarı ilə 0.31 ha torpaq sahəsi Bərdə rayon Yeni Daşkənd kənd sakinləri X4, Cavabdeh2, Cavabdeh1 və X2 mülkiyyətinə verilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, 182**13673 qeydiyyat nömrəli Çıxarışdan əsasən, Bərdə rayon Yeni Daşkənd kəndində 0.31 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 182.20 kv.m olan fərdi yaşayış evi X4 adına rəsmiləşdirilmişdir. (X4 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh2 torpaq sahəsi ümumi birgə, Cavabdeh1 torpaq sahəsi ümumi birgə, X2 torpaq sahəsi ümumi birgə)
10. Bərdə rayonu, Yeni Daşkənd kəndində 0.31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hüquq subyekti X7r.
11. Cavabdeh1 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsində qeyd etmişir ki, xx.xx.2010-cu il tarixdə onun Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayan anası X11 vəfat etmişdir. Miras əmlak Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsələri var: qardaşı – Cavabdeh2. Bərdə rayonu Yeni Daşkənd kəndində göstərilən əmlaka qanu n üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
12. Cavabdeh2 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2010-cu il tarixdə onun Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayan anası X11 vəfat etmişdir. Miras əmlak Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsələri var: qardaşı – Cavabdeh1. Bərdə rayonu Yeni Daşkənd kəndində göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. (Həmin ərizəni Cavabdeh2 əvəzinə Bərdə Regional “ASAN Xİdmət” Mərkəzinin notariat ofisində xx.xx.2019-cu il tarixdə verilmiş 7E-30833 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır).
13. Qanun üzrə Vərəsəlik hüquq u haqqında xx.xx.2020-ci il tarixli Şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X5 verilmiş 61**13048524 reyestr nömrəli, 1815**6458 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 1.03 ha olan torpaq sahəsinin X5 məxsus olan hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
14. Qanun üzrə Vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli Şəhadətnaməyə əsasən xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXni n 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X8 verilmiş 61**13048524 reyestr nömrəli, 1815**6458 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 1.03 ha olan torpaq sahəsinin X8 məxsus olan hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A № 472414 nömrəli xx.xx.2020-ci il tarxli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 1.03 ha torpaq sahəsinin hüquq subyekti Cavabdeh1dur.
16. Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 1.03 ha tor paq sahəsi Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir.
17. Cavabdeh2 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsində qeyd etmişdir ki, 20 oktyabr 2016-cı il tarixdə onun Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayan bacısı X9 vəfat etmişdir. Miras əmlak Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsələri var: qardaşı – Cavabdeh1. Bərdə rayonu Yeni Daşkənd kəndində göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. (Həmin ərizə Cavabdeh2 əvəzinə Bərdə Regional “ASAN Xİdmət” Mərkəzində notariat ofisində xx.xx.2019-cu il tarixdə verilmiş 7E-30833 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmışdır.
18. Cavabdeh1 notarial qaydada təsdiq olunmuş xx.xx. 2020-ci il tarixli ərizəsində qeyd etmişdir ki, 20 oktyabr 2016-cı il tarixdə onun Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayan bacısı X9 vəfat etmişdir. Miras əmlak Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsələri var: qardaşı – Cavabdeh2. Bərdə rayonu Yeni Daşkənd kəndində göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
19. Qanun üzrə Vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli Şəhadətnaməyə əsasən xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X8 verilmiş 61**13086291-10301 reyestr nömrəli, 182**13673 qeydiyyat nömrəli dövlət reyestrindən çıxar ışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 182.2 kv.m, yaşayış sahəsi 76.1 kv.m, köməkçi sahəsi 106.1 kv.m otaqlı fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X8 verilmiş 61**13086291-10301 reyestr nömrəli, 182**13673 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 0.31 ha olan torpaq sahəsinin X8 məxsus olan hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
20. Qanun üzrə Vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli Şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında D ƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X5 verilmiş 61**13086291-10301 reyestr nömrəli, 182**13673 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 0.31 ha olan torpaq sahəsinin X5 məxsus olan hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
21. Azəriqaz İB tərəfindən tərtib edilmiş abonentin saldosuna əsasən ünvan 1 ünvanına quraşdırılmış qaz sayğacı İddiaçı adına rəsmiləşdirilmişdir.
22. Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.20222-ci il tarixli 656 nömrəli məktubuna əsasən İddiaçı ərizə ilə müraciətinə əsasən “03 may 2010cu ildə vəfat etmiş anası X6 və 20 oktyabr 2016-cı ildə vəfat etmiş bacısı X17 qizinin vəfatından sonra irs qalmış miras əmlakın bir hissəsinə dair Bərdə regional ASAN-Xidmət Mərkəzinin notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və onun adının vərəsələr siyahısına daxil edilməməsi bildirilmiş, ona Bərdə rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
23. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X13 və Cavabdeh2 Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən X4 miras əmlaklarına görə xx.xx.2020-ci il tarixdə V-5 və V-6 nömrəli vərəsəlik işi üzrə 2V-794 və 2V-795 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və Tərbiyə Paşayevanın xx.xx.2020 2020-ci il tarixdə V-6 nömrəli vərəsəlik işi üzrə 2V-8 reyestr nömrəli qanun ü zrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onun X3 və X1 miras qalan həmin əmlaklara vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum ataları Paşayev Balabəy Abdulla oğlu ilə mərhum anaları X4 birgə nikahından Cavabdeh2, Cavabdeh1, X14, X15, mərhum X9 və iddiaçı – İddiaçı doğulmuşdur. Valideynlərinin başqa övladları olmamışdır.
25. İddiaçı mərhum valideynləri və X21 ilə Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən evlərində yaşamış və valideynləri digər övladları ilə bərabər ona da həmişə diqqət və qayğı göstərmiş, heç birini fərqləndirməmişlər. İddiaçı da həmişə valideynlərinə və mərhum bacısı Tərbiyəyə hörmət etmiş, onlara qulluq göstərmiş, cavabehlərlə də həmişə mehriban olm uşdur. İddiaçı ailə həyatı qurandan sonra da ata evlərində yaşamış və evin tikintisi yarımçıq olduğu üçün, evin tikintisini özü başa çatdırmış, təmir etdirmişdir.
26. Cavabdeh2 1991-ci ildən, qardaşı Elçin Paşayev 1992-ci ildən, bacısı Afət Paşayeva isə 1996-cı ildən Rusiya Federasiyasında yaşayırlar və Rusiya vətəndaşıdırlar. Anası və bacısı ilə birgə yaşamaqla, iddiaçı onlara qulluq etmiş, 03 may 2010-cu il tarixdə anası Pakizə Paşayeva öləndən sonra onun yasını iddiaçı özü vermişdir. Cavabdeh2 həmin vaxt Rusiyada yaşamış, hətta yas mərasiminə gəlməmişdir. Anasından sonra isə X21 və iddiaçı həmin evdə və həyətdə yaşamış, pay torpaq sahəsini əkib becərmişlər. X21 ailə həyatı qurmamış və 20 oktyabr 2016-cı il tarixdə ölmüşdür. Anası və bacısı öləndən sonra onların miras əmlakları olan pay torpaqlarını, yaşayış evini, həyətyanı sahəni, yaşayış evinin içərisində əşyaları-mebeli, servantı, çarpayıları, xalçaları və digər əşyaları faktiki iddiaçı qəbul etmişdir. Hətta işıq və qaz sayğacları da iddiaçının adınadır, qazın, işığın, torpağın rüsumunu da iddiaçı özü ödəmişdir.
27. Cavabdeh1 evdə onlarla mütəmadi yaşamamışdır. Yalnız xx.xx.2017-ci ildə evləndikdən sonra həmin evdə yaşamağa başlamış və evdə yaşamağa başlayan kimi də onlarla münaqişələr yaratmışdır. İddiaçı da münaqişədən yayınmaq üçün başqa yerdə dahal tikib, ora köçərək, xx.xx.2018-ci il tarixdən ata evlərini tərk etmişdir.
28. İddiaçı miras əmlakları faktiki qəbul edəndən sonra notariat ofisinə müraciət etməyi lazım olduğunu bilmədiyi üçün daha heç bir yerə müraciət etməmişdir. Ancaq yaxın vaxtlarda məlum olmuşdur ki, qardaşları Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan xəbərsiz Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisinə müraciət etmiş, onlara Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən Pakizə Paşayevanın miras əmlaklarına görə xx.xx.2020-ci il tarixdə V-5 və V-6 nömrəli vərəsəlik işi üzrə 2V-794 VƏ 2V-795 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və Tərbiyə Paşayevanın miras əmlakına görə xx.xx.2020-ci il tarixdə V-6 nömrəli vərəsəlik işi üzrə 2V-8 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehlər qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamələri Bərdə rayon İHB Yenidaşkənd İcra nümayəndəliyi tərəfindən vərəsələrin gizlədilməsi barədə verilmiş saxta arayış əsasında almışlar.
29. Həmçinin Torpağın mülkiyyətə verilməsinə dair J N-206A nömrəli 61****38 kodlu şəhadətnamənin əsli iddiaçıda olduğu halda, cavabdehlərin hansı şəhadətnamə əsasında Çıxarış almaları məlum deyildir. Cavabdeh1 isə həmin şəhadətnamə əsasında DƏDRXnin Bərdə Ərazi idarəsi tərəfindən Çıxarışlar alaraq, evi və torpağı öz adına keçirdiyini bildirmişdir.
30. Yuxarıda göstərilənlərdən və iddia ərizəsinə əlavə edilən sübutlardan da məlum olur ki, iddiaçı miras açılandan əvvəl və sonra anası Pakizənin və bacısı Tərbiyənin pay torpaqlarını, yaşayış evini, həyətyanı sahəni, yaşayış evinin içərisində əşyaları – mebeli, servantı, çarpayıları, xalçaları və digər əşyaları – miras əmlak kimi faktiki qəbul edib, ona sahib durduğundan, idarə etdiyindən, əvvəllər də istifadə etdiyindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş qanunvericiliklə tələb edilə n müddəti ötürməmişdir. İddiaçı həmin miras əmlaklara öz mülkiyyəti kimi münasibət bəsləmiş, lazımi vəziyyətdə saxlamış, xərc çəkmiş, vergiləri ödəmişdir. Lakin cavabdehlər Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinə iddiamçıdan xəbərsiz bütün sənədləri toplayaraq, həmin notariusa qanun üzrə vərəsəlik şəhadətnaməsinin onlara verilməsi ilə bağlı müraciət edərək Pakizə Paşayevanın və Tərbiyə Paşayevanın yeganə vərəsələrinin olduğunu bildirməklə iddiaçıya məxsus olan əmlakı saxta yolla ələ keçirmişlər. Çünki cavabdehlər iddiaçının vərəsə olduğunu, anasının və bacısının miras əmlaklarını faktiki qəbul etdiyini bilirdilər. Cavabdehlər qəsdən iddiaçıdan da vərəsə olduğunu gizlədərək, mirasları öz adlarına qəbul ediblər. Hətta cavabdehlər Yenidaşkənd kənd icra nümayəndəliyindən yalnız Eynur və Cavabdeh2lərin vərəsə olmaları barədə saxta vərəsəlik arayışı almış və onun vərəsəliyini gizlətmişlər. Bununla da iddiaçını mirasdan məhrum etməyə çalışmışlar.
31. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1159.1.1, 1159.2, 1243.2, 1248.1, 1248.2, 1321.1, 1322-ci, “Notariat haqqında” Qanunun 51 və 55-ci maddələrinə istinad etmişdir.
32. Cavabdeh1 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək, heç bir qanunsuzluğa yol vermədiyini bildirmişdir.
33. Bərdə Rayon Məhkəməsinin 2(021)-1842/2022 saylı iş üzrə 30 sentyabr 2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamələr etibarsız hesab olunmuş, X3 və X1 miras qalan əmlaklara İddiaçı vərəsəlik hüq uqu tanınmışdır. (hakim Qamət Əbilov)
34. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, Bərdə rayonu, Yeni Daşkənd kəndində 1,03 ha torpaq sahəsi X11, Cavabdeh2, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətində olmuşdur. Bərdə rayonu, Yeni Daşkənd kəndində 0,31 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 182,29 kv.metr olan fərdi yaşayış evi tam olaraq X4 adına, torpaq sahəsi isə ümumi birgə mülkiyyət kimi X11, Cavabdeh2, Cavabdeh1 və X2 adına rəsmiləşdirilmişdir. X11 və X9 vəfat etdikdən sonra cavabdehlər Cavabdeh2, Cavabdeh1 torpaq sahəsinə və fərdi yaşayış evinə pay hüququna dair vərəsəlik şəhadətnamələri almışlar.
35. Birinci instansiya məhkəməsi iddia tələbinin vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, vərəsəlik işinə dair iş notariat orqanından tələb edilmiş və müəyyən olunmuşdur ki, İddiaçı vərəsə kimi qeyd olunmamış, notariat orqanına çağrılmamışdır. Bununla da vərəsəliyə çağırılmalı olan şəxslərin dairəsi gizlədilmişdir.
36. Birinci instansiya məhkəməsi qeyd edilənlər baxımından hesab etmişdir ki, Cavabdeh2 və Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il vərəsəlik hüququ haqqında Şəhadətnamələr etibarsız hesab olunmalıdır.
37. Birinci instansiya məhkəməsinin həmçinin iddiaçının X3 və X1 miras qalan həmin əmlaklara vərəsəlik hüququnun tanınması tələbinə dair münasibətdə mövqeyi belə olmuşdur ki, X3 və X1 miras qalmış əmlaklara iddiaçının vərəsəlik hüququ tanınmalıdır.
38. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1134.1, 1159.1.1, 1193, 122 5.1 və 1225.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
39. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mərhumlar X11 və X1 miras qalan əmlaklara onun, eyni zamanda digər bacı və qardaşlarının vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
40. Apellyasiya şikayətinin dəlilləri: - işə onun iştirakı olmadan baxılmış, məhkəmə iclası barədə ona məlumat verilməmiş, məhkəmə qətnaməsi ona göndərilməmişdir; - məhkəmə iclasında iştirak edə bilmədiyindən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə isə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mərhum anası və bacısı rəhmətə gedəndən sonra faktiki olaraq miras əmlakı o qəbul etmiş, təsərrüfata o başçılıq etmişdir. Mərhumların yas mərasimlərini və qəbirüstü abidənlərini o özü götürmüşdür. Bu barədə Bərdə rayon İHB-nın Yeni Daşkənd ərazi üzrə nümayəndəliyinin müvafiq arayışları var. Lakin, məhkəmə işə baxan zaman bu xüsusatları nəzərə almamışdır. Əgər işə onun iştirakı ilə baxılsa idi həmin faktları sübut edərdi.
41. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-474/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunaraq, Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-7 və 2V-8 nömrəli, xx.xx.2020-ci il tarixli 2V-794 nömrəli, 2V-795 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələ r və həmin Şəhadətnamələr əsasında Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilmiş, Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət reyestrində 61**13048524 reyestr nömrəsi ilə qeydə alınmış 1,03 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 2/8 hissəsi üzərində Cavabdeh2, 2/8 ha hissəsi üzərində İddiaçı, 4/8 hissəsi üzərində isə Cavabdeh1, Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət reyestrində 61**13086291 reyestr nömrəsi ilə qeydə alınmış 0,31 ha yaşayış məntəqələri torpaq sahəsinin 2/8 hissəsi üzərində Cavabdeh2, 2/8 ha hissəsi üzərində İddiaçı, 4/8 hissəsi üzərində isə Cavabdeh1, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 182,20 kv.metr olan fərdi yaşayış evinin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində isə Cavabdeh1 payları müəyyən edilmişdir.(hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev, İslam Həsənov)
42. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün nəticəyə gəlsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə yanaşı, iddiaçının tələbinin mahiyyətinə düzgün hüquqi qiymət verməyərək, vərəsələrin miras əmlakdan onlara çatası paylarını da müəyyən etməmişdir. Belə ki, iddiaçı anası X3 və bacısı X1 miras qalan əmlaklara vərəsəlik hüququnun tanınmasını tələb etmişdir ki, həmin tələb mahiyyət etibarı ilə miras əmlakda payın müəyyən edilməsi olmuşdur. Birinci instansiya məhkəməsi isə iddia tələbinə formal yanaşaraq, onun mahiyyətinə düzgün hüqu qi qiymət vermədən, X3 və X1 miras qalan əmlaklara İddiaçı vərəsəlik hüququnun tanınmasını qət etməklə, düzgün olmayan qətnamə çıxarmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Paşayev Balabəy Abdulla oğlu ilə X4 birgə nikahından Cavabdeh2, Cavabdeh1, X14, X15, X9 və İddiaçı doğulmuşlar. Balabəy Paşayev xx.xx.1990-cı ildə, Pakizə Paşayeva xx.xx.2010-cu ildə Tərbiyə Paşayeva isə xx.xx.2016-cı ildə vəfat etmişdir. Pakizə Paşayeva ilə Tərbiyə Paşayevanın ölümü ilə onların Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 1,03 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin və bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 031 ha olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin onlara məxsus hissəsinə, o cümlədən həmin torpaq sahəsində yerləşən X8 m əxsus ümumi sahəsi 182.2 kv.metr olan fərdi yaşayış evinə miras açılmışdır. Tərbiyə Paşayeva evlənmədiyindən və övladı olmadığından onun birinci növbədə vərəsəsi olmamışdır. Buna görə də iddiaçı və cavabdehlər ikinci növbədə vərəsə qismində mirasa iddia etmişlər.
44. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, işin müəyyən edilmiş hallarına əsasən açılmış miras vərəsələrdən İddiaçı və Cavabdeh1 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, İddiaçı və Cavabdeh1 anaları və bacıları Tərbiyə Paşayeva ilə birlikdə yaşamış, onlar vəfat etdikdən sonra da həmin miras evdə yaşamaqla, əmlakı idarə etməklə mirası faktiki olaraq qəbul etmişlər. Həmçinin miras qalmış kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi də onlar tərəfindən əkilib-becərilmişdir. İddiaçı 2018-ci il tarixdən etibarən mira s evdən çıxıb başqa ünvanda yaşasa da, 2018-ci il tarixinədək həmin ünvanda yaşayıb, mirası idarə etdiyindən mirası faktiki qəbul etmişdir ki, bununla da Mülki Məcəllənin 1255-ci maddəsinin tələbi baxımından miras açıldığı gündən onun mülkiyyəti hesab olunmuşdir.
45. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərib ki, İddiaçı mirası qəbul etməsi dolayısı ilə cavadbeh Cavabdeh1 tərəfindən də etiraf edilmişdir. Belə ki, cavadbeh Cavabdeh1 birinci instansiya məhkəməsində iddiaya qarşı hər hansı bir əsaslı dəlil irəli sürməməklə yanaşı, apellyasiya şikayəti üzrə tələbi də mirasın bütün vərəsələr üzrə bölünməsi barədə olmuşdur. Bu hallar da İddiaçı münasibətdə onun mirası qəbul etməsinin mübahisəsiz olmasını təsdiq etmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi cavabdehin birinci instans iya məhkəməsində keçirilən məhkəmə iclaslarından məlumatsız olması barədə dəlillərinə münasibətdə vurğulayıb ki, bu isə iş materialları ilə inkar olunmaqla, əsassızdır.
47. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, digər vərəsələrin isə mirası nə faktiki, nə də ki, rəsmi qaydada qəbul etməsi müəyyən edilməmişdir. Cavabdeh2 isə qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməməklə yanaşı, mirası faktiki olaraq qəbul etməsi də iş materialları ilə sübut olunmamışdır. Buna baxmayaraq mirası faktiki qəbul etmiş İddiaçı vərəsəliyə çağırılmalı olan şəxs olsa da, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07 yanvar 2020 və 14 sentyabr 2021-ci il tarixlərdə notariat orqanına müraciət edərək, miras əmlakın yalnız onlar tərəfindən qəbul edildiyini bildirməklə, iddiaçı vərəsəliyə çağırı lmamış və cavabdehlər tərəfindən gizlədilmiş, beləliklə, xx.xx.2020-ci il tarixli və 14 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə X1 və X3 qalmış miras əmlaklar üzərində 1/2 hissələrlə əsassız olaraq cavabdehlərin payı müəyyən edilmişdir. Buna görə də həmin şəhadətnamələr ləğv edilməklə, həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilməli və miras qalmış əmlaklar üzərində mirası faktiki qəbul etmiş vərəsələr Cavabdeh1 və İddiaçı payı müəyyən edilməlidir.
48. Payın həcminə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu, yuxarıda göstərilən qaydada olmalıdır. (bax: 41-ci bənd)
49. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 214.1, 1159.1, 1159.1. 1, 1159.2, 1160, 1243.1, 1243.2, 1243.3, 1246 və 1255-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir. Mərhum anası və bacısı rəhmətə gedəndən sonra faktiki olaraq miras əmlakı cavabdeh qəbul etmişdir. Təsərrüfata cavabdeh başçılıq etmişdir. Mərhumların yas mərasimlərini və qəbirüstu abidələrini cavabdeh götürmüşdür. Bu barədə Bərdə rayon İHB-nın Yeni Daşkənd ərazi üzrə nümayəndəliyinin müvafiq arayışları var. Lakin məhkəmə işə baxan zaman bu xüsusatları nə zərə almamışdır. Bundan başqa iddiaçı ev və traktor alanda maddi köməklik edərək birlikdə almışlar. İddiaçı isə öz növbəsində atadan qalan maşını, ana və bacıdan qalan qızılları özü ilə aparmışdır. İddiaçı miras əmlakı qəbul etmədiyindən və bunun üçün müddəti də ötürdüyündən onun iddia tələbi təmin edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacı sı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndə rə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya bax ışının hədləri
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
54. Cavabdeh1 kassasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, qətnamə iddiaçının payının müəyyən edilməsi hissəsində mübahisələndirilir. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.
55. Məhkəmə kollegiyası hüququn inki şafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla forma l əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
58. Kassasiya şikayətinin dəlili mirası iddiaçının qəbul etməməsi ilə bağlıdır.
59. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
60. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mirası faktiki olaraq qəbul etmişdir. Göründüyü kimi, işə mahiyyəti üzrə, sübutları qiymətləndirməklə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının mirası qəbul etməsini müəyyən edib. Üstəlik, işin bu halını apellyasiya instansiyası məhkəməsi cavabdehin özünün apellyasiya şikayətinin dəlilləri ilə bağlı müəyyən etdiyini də göstərib.
61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-4 74/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir