Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2630/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və digərlərinin cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2630/21 (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2(103)6696/2020 saylı qətnaməsindən cav abdeh “xxxx” ASC-nin kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, depozit müqavilələrinin şərtlərinin birtərəfli dəyişdirilməsi nəticəsində depozit faizlərində 05 dekabr 2019-cu il tarixinə yaranmış fərqə görə hər birinə 6.165 ABŞ dolları və ümumi 18.495 ABŞ dollarının tam olaraq ödənilməsi və bundan sonra müqavilələrin bitmə tarixinə qədər faiz ödəmələrinin müqavilələrdə qeyd edildiyi kimi 12 faiz olaraq ödənişlərin davam etdirilməsi, hər birinə maddi zərərə görə 20.000 ABŞ dolları, hər birinə mənəvi zərərə görə 30.000 ABŞ dollarının tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2020-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Mustafayeva) iddia qismən təmin edilərək, İddiaçı3 ilə “xxxx” ASC arasında bağlanmış 08 aprel 2015-ci il tarixli multivalyuta əmanət (depozit) hesabı haqqında müqavilənin faiz dərəcəsinə dair şərtinə sonuncu tərəfindən 16 noyabr 2017-ci il tarixdə birtərəfli qaydada edilmiş dəyişiklik, İddiaçı2 ilə “xxxx” ASC arasında bağlanmış 08 aprel 2015-ci il tarixli multivalyuta əmanət (depozit) hesabı haqqında müqavilənin faiz dərəcəsinə dair şərtinə sonuncu tərəfindən 16 noyabr 2017-ci il tarixdə birtərəfli qaydada edilmiş dəyişiklik, İddiaçı1lə “xxxx” ASC arasında bağlanmış 08 aprel 2015-ci il tarixli multivalyuta əmanət ( depozit) hesabı haqqında müqavilənin faiz dərəcəsinə dair şərtinə sonuncu tərəfindən 16 noyabr 2017-ci il tarixdə birtərəfli qaydada edilmiş dəyişiklik etibarsız hesab edilib və 08 aprel 2015-ci il tarixli multivalyuta əmanət (depozit) hesabı haqqında müqavilə üzrə 16 noyabr 2017-ci il tarixdən etibarən ödənilməmiş faiz fərqi qismində hesablanmış məbləğin cavabdehdən alınıb İddiaçı3 ödənilməsi, 08 aprel 2015-ci il tarixli multivalyuta əmanət (depozit) hesabı haqqında müqavilə üzrə 16 noyabr 2017-ci il tarixdən etibarən ödənilməmiş faiz fərqi qismində hesablanmış məbləğin cavabdehdən alınıb İddiaçı2 ödənilməsi, 08 aprel 2015-ci il tarixli multivalyuta əmanət (depozit) hesabı haqqında müqavilə üzrə 16 noyabr 2017-ci il tarixdən etibarən ödənilməmiş faiz fərqi qismində hesablanmış məbləğin ca vabdehdən alınıb İddiaçı1 ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçılarla bağlanmış əmanət müqavilələrinin faizlərlə bağlı şərtləri cavabdeh tərəfindən birtərəfli qaydada dəyişdirilib və bununla bağlı tərəflər arasında razılıq əldə edilməyib. Eyni zamanda müqavilənin faizlərlə bağlı şərtləri cavabdeh tərəfindən 16 noyabr 2017-ci il tarixdən etibarən birtərəfli qaydada dəyişdirilərək müqavilə üzrə depozitin illik faiz dərəcəsi 2 faizə endirilib. Ona görə də iddia bu hissədə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 390.1, 944.1, 948.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və A.V.Tanrıverdiyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 445.7, 944.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Rasim Bəgülov məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cava bdeh “xxxx” ASC vəkili Azər Həsənzadə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 948.3-cü bəndinə əsasən, fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdı rması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məh kəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, İddiaçı3 ilə cavabdeh arasında bağlanmış 08 aprel 2015-ci il tarixli multivalyuta əmanət hesabı haqqında müqaviləyə əsasən, cavabdeh əmanətçi İddiaçı3 daxil olmuş 1.000 manat və 30.000 ABŞ dolları pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanəti əmanətçiyə geri qaytarmağı və ABŞ dolları depoziti üçün illik 12 faiz, manat depoziti üçün illik 13 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürüb və müqavilə 120 ay müddətinə bağlanıb. Eyni za manda İddiaçı2 ilə cavabdeh arasında bağlanmış 08 aprel 2015-ci il tarixli multivalyuta əmanət hesabı haqqında müqaviləyə əsasən, cavabdeh əmanətçi İddiaçı2 daxil olmuş 1.000 manat və 30.000 ABŞ dolları olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanəti əmanətçiyə qaytarmağı və ABŞ dolları depoziti üçün illik 12 faiz, manat depoziti üçün illik 13 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürüb və müqavilə 120 ay müddətinə bağlanıb. Daha sonra İddiaçı1lə cavabdeh arasında bağlanmış 08 aprel 2015-ci il tarixli multivalyuta əmanət hesabı haqqında müqaviləyə əsasən cavabdeh əmanətçi İddiaçı1 daxil olmuş 1.000 manat və 30.000 ABŞ dolları pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qa ytarmağı və ABŞ dolları depoziti üçün illik 12 faiz, manat depoziti üçün illik 13 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürüb və müqavilə 120 ay müddətinə bağlanıb. Bundan başqa, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən cavabdehə ünvanlanmış 20 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı3 ilə cavabdeh arasında bağlanmış 08 aprel 2015-ci il tarixli müqavilə üzrə illik faiz dərəcəsi 12 faiz olmaqla 120 ay müddətinə 30.000 ABŞ dolları əmanət yerləşdirdiyi və həmin müqavilədə qeyd olunan faiz dərəcəsinə 2017-ci ilin noyabr ayından etibarən cavabdeh tərəfindən birtərəfli qaydada dəyişiklik edilərək illik faiz dərəcəsinin 2 faizə endirildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müq aviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 948.3-cü maddəsində göstərilir ki, fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçü n illik beş faiz ödəməyə borcludur. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçılarla bağlanmış əmanət müqavilələrinin faizlərlə bağlı şərtləri cavabdeh tərəfindən dəyişdirilsə də, bununla bağlı tərəflər arasında razılıq əldə edilməyib və əmanət müqavilələrinə dəyişikliklər edilməsi barədə tərəflər arasında ayrıca müqavilə bağlanmayıb. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, işin həqiqi hallarını nəzərə alıb müəyyən etmişdir ki, iddiaçılarla bağlanmış müqaviləl ərin faizlərlə bağlı şərtləri cavabdeh tərəfindən 16 noyabr 2017-ci il tarixdən etibarən birtərəfli qaydada dəyişdirilib və həmin müqavilələr üzrə depozitin illik faiz dərəcəsi 2 faizə endirilib. Bunu nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüq uqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh “xxxx” ASC-nin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2(103)-6696/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2630/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2630/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver