Məhkəmə qərarları › İş №2(102)-2636/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2636/2020

23.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2636/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndələri X7, X5, vəkili Nurəliyev Rəcəb Rza oğlunun, Cavabdeh vəkili V1 oğlunun və 3-cü şəxs “Üfüq” İstehsalat Birliyi “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-1159/2020 nöm rəli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim İ.Abbasova) xx.xx.2019-cu il tarixli, 2(011)5769/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh və qeyrilərinə qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, M.Məmmədov, E.Şamayev) xx.xx.2020-ciiltarixli 2(103)-1159/2020 nömrəli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri X ətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5769/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti “Üfüq” İstehsalat Birliyi “xxxx” MMC-ni və Bakı şəhəri Maraqlı şəxs2 üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 85 saylı mənzilinə dair Cavabdeh qanunsuz olaraq əldə etdiyi xx.xx.2004-cü il tarixli, 38 sayl ı orderin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin vəkili Nurəliyev Rəcəb Rza oğlu kasasiya şikayətini onunla əsasaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (hazırda qüvvədə olan) təsdiq edilmiş “Yataqxanalar haqqında Nümunəvi Əsasnamə”nin 2-ci bəndinin 3-cü hissəsinə əsasən “Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatd a işlədiyi (oxuduğu) müddətdə orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir”. Apelyasiya kollegiyası işə baxarkən “Yataqxanalar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinin pozulmasını nəzərə almamış və bu hala hüquqi qiymət verməmişdir. Apelyasiya kollegiyası işə baxarkən “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın tələblərinin pozulmasını da nəzərə almamış və bu hala da hüquqi qiymət verməmişdir. Həmin Qaydaların 32-ci bəndinə görə, “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı ilə verilir”. Cavabdeh tərəfindən order əldə edilərkən göstərilən tələblərə əməl edilməmiş və məhkəmə tərəfindən bu məsələ araşdırılmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində iddia müddəti məsələsinə toxunulmadığı halda, apelyasiya məhkəməsində qəbul edilmiş qətnamələrdə iddia müddəti məsələsinə toxunulmuşdur. Bu isə vahid məsələyə ikili münasibətdir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrin ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzi l fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Müddətsiz verilən orderin hüquqi qüvvəsi yoxdur. Məhkəmə tərkibi bu fakta da düzgün hüquqi qiymət verməmişdir. Cavabdehin əldə etdiyi qeyd edilmiş orderin də hüquqi əsası yoxdur və bununla bağlı “Üfüq” İstehsalat Birliyi “xxxx” MMC-nin arxivində heç bir sənəd aşkarlanmamışdır. Odur ki, cavabdehin adına faktiki olaraq məcburi köçkün ailəsinin istifadəsində və sahibliyindəki boş olmayan mənzillərə yazılmış order mənzil qanunvericiliyinin tələblərinə zidd olmaqla, yaşayış sahəsinin verilməsi qaydasının və şərtlərinin pozulması ilə əldə edildiyindən həmin order etibarsız hesab edilməlidir. Həmçinin cavabdeh heç xxxxnda işləməmişdir. Birmənalı olaraq müə ssisə ilə əmək münasibətlərində olmayan şəxsə iş yeri üzrə order verilə bilməz. Beləliklə, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla sübutlara düzgün hüquqi qiymət verməmiş, qanunu səhv təfsir etmişdir. Göstərilənlərə əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-1159/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh, 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sosial Xidmətlər İdarəsinin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişd ir. 3-cü şəxs Bakı şəhəri Maraqlı şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndələri X10, X9 və vəkili Nurəliyev Rəcəb Rza oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili V1 oğlu kasasiya şikaəytinə etiraz edərək. Məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-1159/2020 nömrəli qətnamə sinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 3-cü şəxs “Üfüq” İstehsalat Birliyi “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi X8 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Cavabdeh xx.xx.1985-ci il tarixdə “Radioquraşdırma” Zavodunda işə qəbul olunmuşdur və halhazır adək həmin zavodda kadrlar şöbəsində 10-cu dərəcəli kadr işləri üzrə mühəndis işləyir. Bakı “Radioquraşdırma”İB-nin HİK-nin X4 Şurasının və MMK-nin birgə növbəti iclasının qərarı ilə Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunmuş və hazırki iş üzrə cavabdeh mənzil növbəsində olduğundan, qeyd edilən təkliflə razılaşmışdır. Buna görə də, mübahisəli mənzil işlədiyi dövrdə xx.xx.2004-cü il tarixli, 38 saylı order əsasında cavabdehə verilmişdir. Göstərilən mənzildə məskunlaşmış məcburi köçkün ailəsi aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzilə köçürüldükdən sonra cavabdeh order əsasında ona məxsus olan mənzillə bağlı kirayə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. İddianı rədd edən birinci instans iya məhkəməsi müəyyən etmişdir ki, Bakı “Radioquraşdırma” İB-nin HİK-nin X1 Şurasının və MMK-nin birgə növbəti iclasının qərarı ilə Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunmuş və hazırki iş üzrə cavabdeh mənzil növbəsində olduğundan, qeyd edilən təkliflə razılaşmışdır. Buna görə də, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4-də yerləşən yataqxanada, 1-ci giriş 5-ci mərtəbədə 18 kv.m sahəsi olan 85 nömrəli mənzili işlədiyi dövrdə xx.xx.2004-cü il tarixli, 38 saylı order əsasında cavabdehə verilmişdir. Göstərilən mənzildə məskunlaşmış məcburi köçkün ailəsi aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzilə köçürüldükdən sonra cavabdeh order əsasında ona məxsus olan mənzilə köçərək, sahiblik və istifadə e tməyə başlamışdır. Göründüyü kimi, qeyd edilən orderin verildiyi zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda, iddiaçının cavabdehin adına verilmiş orderin etibarsız hesab edilməsini tələb etməsi əsassızdır. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində “orderin yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilməsi” dedikdə yaşayış sahəsinin “qanuni” olaraq, yəni “hüquqi cəhətdən” boş olması nəzərdə tutulur. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən “boş olmaması” anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin “boş olması” deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəy yən edir. Məhkəmə, eyni zamanda iddianın “cavabdehin yaşayış sahəsinə hüququnun itirilməsi”nə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddiaçı tərəfindən belə tələb qoyulmuş olsa da, iddiaçı mahiyyət etibarı ilə “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi”ni xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı isə cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün qanunla müəyyən edilmiş əsasların iş üzrə mövcud olmadığı müəyyən edilmişdir. Apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xi dməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Mübahisəli hüq uq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 107-ci maddəsinin 2-ci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Apelyasiya kollegiyası hesab etmişdir ki, cavabdehə sözügedən orderin verilməsi xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda sadalanan müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Mübahisəli mənzil cavabdehə mənzilə şəraitinin yaxşılaşdırılması üçün verilmişdir və müəssisə tərəfindən o, mənzil növbəsinə daxil edilmiş və növbəlilik qaydasında mənzillə təmin olunmuşdur. Cavabdehə mənzil müvafiq həmkarlar ittifaqının qərarı əsasında verilmiş və həmin qərar mübahisələndirilməmişdir. Bundan başqa, məhkəmə orderin etibarsız hesab edilməsi üçün iddiaçının irəli sürdüyü dəlilini də (məcburi köçkünlər məskunlaşdığında n boş olmayan sahəyə orderin verilə bilməməsi) əsassız hesab etmişdir. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, qeyd edilən müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla ist ifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmamasına dəlalət etmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilətəsdiq edilmiş “Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında” Qərarının 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərənc amına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evl ərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Nəhayət apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderin vermiş hüquqi şəxs isə baxılan iş üzrə yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Halbuki birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisələndirilən order xxxx tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar cavabde h mübahisəli otaqlara köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz xxxxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquql a bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri, o cümlədən cavabdehin ailə üzvlərinin başqa yaşayış sahəsi ilə təmin olunması qətnamənin ləğvi üçün əsas deyildir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti əsasən iddia ərizəsinin və apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası mübahisəyə münasibətdə düzgün olaraq iddia tələbinin müvafiq orderi verən idarəyə qarşı yönəlməli olduğunu göstərmişdir. Beləliklə, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Od ur ki, kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası QƏRARA ALDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)1159/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar