Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2638/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Əliyev Ələsgər Əliabbas oğlu, X2 ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndələri X5, X3 və vəkili V1oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cuiltarixli 2(103)13957/2019 nömrəli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) xx.xx.2019-cu il tarixli, 2(011)-5777/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin “Üfüq” İstehsalat Birliyi “xxxx” MMC-ni və Bakı şəhəri Maraqlı şəxs3 üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, *saylı otağına dair Cavabdeh verilmiş xx.xx.2006-cı il tarixli, 0245 saylı orderin etibarsız hesab edilməsi, iddianın verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, İ.Xəlilov, X.Cəmilov a) xx.xx.2019-cuiltarixli 2(103)-13957/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5777/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cuil tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti “Üfüq” İstehsalat Birliyi “xxxx” MMC-ni və Bakı şəhəri Maraqlı şəxs3 üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, *saylı mənzilinə dair Cavabdeh qanunsuz olaraq əldə etdiyi xx.xx.2006-cı il tarixli, 0245 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin vəkili V1oğlu kasasiya şikayətini onunla əsasaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (hazırda qüvvədə olan) təsdiq edilmiş “Yataqxanalar haqqında Nümunəvi Əsasnamə”nin 2-ci bəndinin 3-cü hissəsinə əsasən “Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ay rı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu) müddətdə orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir”. Apelyasiya kollegiyası işə baxarkən “Yataqxanalar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinin pozulmasını, yəni müəssisə ilə əmək münasibətlərində olmamış şəxsə yaşayış sahəsinin verilməsinin qeyri-mümkün olduğunu nəzərə almamış və bu hala hüquqi qiymət verməmişdir. Apelyasiya kollegiyası işə baxarkən “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın tələblərinin pozulmasını da nəzərə almamış və bu hala da hüquqi qiymət verməmişdir. Həmin Qaydaların 32-ci bəndinə görə, “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı ilə verilir”. Cavabdeh tərəfindən order əldə edilərkən göstərilən tələblərə əməl edilməmiş və məhkəmə tərəfindən bu məsələ araşdırılmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində iddia müddəti məsələsinə toxunulmadığı halda, apelyasiya məhkəməsində qəbul edilmiş qətnamələrdə iddia müddəti məsələsinə toxunulmuşdur. Bu isə vahid məsələyə ikili münasibətdir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrin ehtiyacı olan qismin də uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Müddətsiz verilən orderin hüquqi qüvvəsi yoxdur. Məhkəmə tərkibi bu fakta da düzgün hüquqi qiymət verməmişdir. Cavabdehin əldə etdiyi qeyd edilmiş orderin də hüquqi əsası yoxdur və bununla bağlı “Üfüq” İstehsalat Birliyi “xxxx” MMC-nin arxivində heç bir sənəd aşkarlanmamışdır. Odur ki, cavabdehin adına faktiki olaraq məcburi köçkün ailəsinin istifadəsində və sahibliyindəki boş olmayan mənzillərə yazılmış order mənzil qanunvericiliyinin tələblərinə zidd olmaqla, yaşayış sahəsinin verilməsi qaydasının və şərtlərinin pozulması ilə əldə edildiyindən həmin order etibarsız hesab edilməlidir. Həmçinin cavabdeh heç xxxxnda işləməmişdir. Zavod tərəfindən bu barədə məhkəməyə təqdim edilmiş məlumat da məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamış, hətta bunun əksinə olaraq cavabdehin xx.xx.1989-cu ildən xx.xx.2007-ci il tarixədək xxxxnda işlədiyi göstərilmişdir. Birmənalı olaraq müəssisə ilə əmək münasibətlərində olmayan şəxsə iş yeri üzrə order verilə bilməz. Məhkəmə qətnaməsinin 5-ci səhifəsinin 3-cü abzasında göstərilmişdir ki, cavabdeh zavodda mənzil növbəsinə durmuşdur. Lakin iş materiallarında onun mənzil növbəsində olduğuna dair hər hansı hüquqi sənəd olmamışdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla sübutlara düzgün hüquqi qiymət verməmiş, qanunu səhv təfsir etmişdir. Göstərilənlərə əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-13957/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh, 3-cü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sosial Xidmətlər İdarəsinin və “Üfüq” İstehsalat Birliyi “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. 3-cü şəxs Bakı şəhəri Maraqlı şəxs3 məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndələri X9, X8 və vəkili V1oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın təmin edilməməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materia llarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondu (yataqxanaları) əmlakı ilə birlikdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına xx.xx.2014-cü il tarixli təhvilqəbul aktına əsasən qəbul edilmişdir. Cavabdeh xx.xx.1989-cu ildən xx.xx.2007-ci il tarixədək “Radioquraşdırma” zavodunda işləmişdir. ünvan 2 ünvanında yerləşən yataqxananın 78 saylı otağında 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X6 və ailəsi məskunlaşmışdır. Bakı “Radioquraşdırma” İB-nin HİK-nin X1 Şurasının və MMK-nin birgə növbəti İclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokol una əsasən Birlikdə uzun illər işləyən və yataqxana növbəsində olan fəhlə və qulluqçulara, növbə əsasında mənzil verilə bilinməməsi nəzərə alınaraq birliyə məxsus yataqxanalarda, o cümlədən, ünvan 2 ünvanında yerləşən yataqxanada məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi qərara alınmışdır. Bakı “Radioquraşdırma” İB-nin HİK-nin X1 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli 68 saylı protokolundan çıxarışın surətindən görünür ki, zavodun işçisi Cavabdeh ərizə ilə müraciət edərək ailəsinə yataqxanalardan birində otaq verilməsini xahiş etmişdir. Bu ərizə Birliyin təşkil etdiyi komissiyada müzakirə olunaraq 78 nömrəli 18 m2-lik sahəsi olan otağın orada yaşayan məcburi köçkün ailələri onlara verilən mənzilə köçərkən Cavabdeh adına sənədləşdirilməsi və qeydiyyata salınması qərara alınmışdır. xx.xx.2006-cı il tarixli 0245 nömrəli orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsində yaşayış sahəsi 18 m2 olan 1 otaqlı 78 saylı mənzilə dair Cavabdeh order verilmişdir. Həmin otaqda məskunlaşmış məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Mübahisəli mənzilin dövlət mənzil fondunda olması nəzərə alınaraq və maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq hazırkı mübahisə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. Hə min Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.1989-cu ildən xx.xx.2007-ci il tarixədək “Radioquraşdırma” zavodunda işləmiş, işlədiyi zavodda mənzil növbəsinə durmuş, Bakı “Radioquraşdırma” İB-nin HİK-nin X1 Şurasının və MMK-nin birgə növbəti İclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokoluna əsasən Birlikdə uzun illər işləyən və yataqxana növbəsində olan fəhlə və qulluqçulara, növbə əsasında mənzil verilə bilinməməsi nəzərə alınaraq birliyə məxsus yataqxanalarda, o cümlədən, ünvan 2 ünvanında yerləşən yataqxanada məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi qərara alınmışdır. Cavabdeh mənzil qanunvericiliyinin tələblərinə riayət edilməklə o rder verilmişdir. Order verilərkən həmin mənzildə məcburi köçkün ailəsinin məskunlaşması mənzilə order verilməsinə maneə olmamışdır. Belə ki, qanunvericiliyin mənasına görə orderin yalnız boş olan ayrıca yaşayış sahəsinə verilməsi hüquqi cəhətdən boş olan mənzilə orderin verilməsini ehtiva edir. İddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi yataqxana xx.xx.2013-cü ildə balansa qəbul edilmiş, bundan 6 il sonra iddiaçı orderin etibarsız hesab olunması haqqında məhkəmədə iddia qaldırmışdır. Halbuki, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin tələblərinə əsasən orderi etibarsız hesab etmək haqqında iddia orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilərdi. Bundan başqa sadalanan hüquq normalarının tələblərinə ə sasən yataqxanada mənzil sahəsinə dair order müvafiq müəssisənin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı əsasında müdiriyyət tərəfindən verilir. Həmin orderin etibarsız hesab edilməsi barədə iddia tələbi müvafiq orderi verən idarəyə qarşı yönəlməli olduğu halda tələb düzgün olmayaraq Cavabdeh qarşı yönəlmişdir. Beləliklə, apelyasiya kollegiyası iddianın təmin edilməməsi qənatəniə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti əsasən iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası mübahisəyə münasibətdə iddia müddətinin tətbiüi məsələsi ilə yanaşı, düzgün olaraq iddia tələbinin müvafiq orderi verən idarəyə qarşı yönəlməli olduğunu göstərmişdir. Beləliklə, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasi ya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-13957/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2638/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2638/2020
23.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver