Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2639/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh və vəkili Əliyeva Nərmin Novruz qızının iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehə qarşı “maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsi üzrə yaranmış əsas borcun və lizinq predmetinə dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12963/2019 saylı, 20 noyabr 20 19-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1993/2018 saylı, 18 sentyabr 2018ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.X.Mirzəyev) İddiaçı MMC-nin Cavabdeh qarşı “maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsi üzrə yaranmış əsas borcun və lizinq predmetinə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı ASC arasında 15 iyul 2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinqi müqaviləsinin ləğv olunması, Cavabdeh ödənilməmiş lizinq haqqına görə 1440,24 manat, 20 manat cərimə, lizinq predmetinə vurulmuş zərərə görə 7105,00 manat, cəmi 8565,24 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun İd diaçı MMC-nin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12963/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1993/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsi üzrə yaranmış əsas borcun və lizinq predmetinə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən və ümumi dəyəri 16.200 manat olan, **-AN-*** dövlət qeydiyyat nişanlı «xxxx» minik markalı 1 ədəd avtomobilin dəyərini alqı-satqı müqaviləsinə əsasən tam ödəməklə satıcıdan alıb öz mülkiyyətinə çevirərək, onu Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermişdir.Cavabdeh 15 iyul 2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən öz növbəsində 14.577 manat məbləğində əsas borcu və 4.394 manat məbləğində lizinq verənin mükafatını 36 ay müddətində İddiaçı MMC-yə ödəməyi öz ö hdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə lizinq ödənişini 05 oktyabr 2016-cı il tarixinə qədər yerinə yetirmiş, daha sonra isə yəni, 30 noyabr 2016-cı il tarixdə avtomobili lizinq verənə təhvil vermiş, tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh tərəfindən müqavilə bağlandığı tarixdən etibarən avtomobilin təhvil verilməsi tarixinədək mütəmadi olaraq lizinq ödənişlərinin edilməsinə baxmayaraq, ödəniş qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə ödəniş edilməmişdir ki, nəticədə cavabdehin 15 iyul 2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı MMC qarşısında 30 noyabr 2016-cı il tarixinə 1440,24 manat lizinq borcu, 224,31 manat cərimə borcu, cəmi 1664,55 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən lizinq predmeti ol an 2014-cü il buraxılışlı, **-AN-*** dövlət qeydiyyat nişanlı «xxxx» minik markalı avtomobil MMC-yə təhvil verilərkən, avtomobilə vizual baxış keçirilmiş və aşkar olunmuş qüsurlar təhvil-təslim aktında əks olunmuşdur. Belə ki, «xxxx” MMC tərəfindən tərtib edilmiş 13 dekabr 2016-cı il tarixli qüsur aktına əsasən Cavabdeh tərəfindən lizinq predmetinə 8.414 manat məbləğində zərər vurulması müəyyən olunmuşdur. Maliyyə lizinq müqaviləsi üzrə yaranmış borcla bağlı cavabdehə həm şifahi, həm də yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək borc tələbinin ödənişi ilə bağlı hər hansı addım atılmamışdır. Qeyd olunanlara əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən ö dənilməli olan cəmi 1664,55 manat məbləğində ödənilməmiş borcun, lizinq predmetinə vurulmuş 8.414 manat zərər məbləğinin və ödənilmiş 30,40 manat məhkəmə xərclərinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda ə saslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdehin iştirakını təmin etməmiş, çəkişmə prinsipini pozmuş, təkrar əmtəəşünaslıq ekspertizası təyin edilməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və təqdim olunan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh və vəkili Əliyeva Nərmin Novruz qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri v ə vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh və vəkili Əliyeva Nərmin Novruz qızının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan 15 iyul 2015-ci il tarixli maliyyə lizinq müqaviləsindən görünür ki, İdd iaçı Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) Cavabdeh «xxxx» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili lizinqə vermişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 30 noyabr 2016-cı il tarixə 1440,24 manat əsas, 224,31 manat cərimə, cəmi 1664,55 manat borcu var. İş materiallarında olan AC seriyalı 490081 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, «xxxx» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15907 saylı, 26 iyul 2018-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «xxxx» servis mərkəzinin 26 dekabr 2017-ci il tarixli aktının məlumatlarına əsasən, 2014-cü il buraxılışlı «Nisan Sunny» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7105,00 manat müəyyən edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 424.5, 467, 748-1.12 və 7481.12.4-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddia qismən təmin edilməli, lizinq məbləği üzrə yaranmış borc, azaldılmış 20 manat cərimə, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilən qiyməti 7105,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir k i, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Lizinq alanın məsuliyyəti” adlanan 750-ci maddəsinə görə “Lizinq alanın təqsiri üzündən müqaviləy ə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır”. İş materiallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi həmin maddənin 2-ci cümləsinin tələbləri baxımından müqavilə üzrə tərəflərin münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunan müqavilənin 10-cu bəndinə əsasən lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin xeyrinə sığorta edilmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi lizinq obyektinə vurulmuş ziyanla bağlı sığorta ödənişinin lizinq verənə ödənilib-ödənilməməsini araşdırmamışdır. Bundan əlavə iş materiallarından göründüyü kimi a vtomobilə vurulmuş ziyan məbləğinin müəyyən edilməsi üzrə ekspert rəyi yalnız “xxxx” servis mərkəzi tərəfindən tərtib edilmiş 13.12.2016-cı il tarixli qüsur aktına əsasən verilmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi ziyanın düzgün müəyyən edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd olunan MM-in 750-ci maddəsinin tələbləri baxımından avtomobilə görə cavabdeh tərəfindən hansı məbləğdə cəmi ödənişlər edilməsini, avtomobilə ziyan vurulduqdan sonra onun qalıq dəyərini müəyyən etməmiş və bununla əlaqədar düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən q ətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutl ara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12963/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2639/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2639/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver