Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2639/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra və Probasiya şöbəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh2 ASC-nin vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7621/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində istifadədə olan 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv. metr yaşayış, 207,79 kv. metr köməkçi sahədən ibarət 15/15 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx xxxxx 2008-ci i l tarixdə notariat qaydada təsdiqlənmiş ərizə verərək bildirmişdir ki, X3 məxsus həmin fərdi yaşayış evinin satılmasına və ya ipoteka qoyulmasına, ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürmüşdür, bunu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd şərtsiz tərk edəcəkdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 140408-8xx-xx/1089/İ nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 140408-8xxxx/1089 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı X5 tərəfindən Bank qarşısında ünvan 1 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sa hədən ibarət yaşayış binasının ipotekaya qoyulması barədə tərəflər arasında bağlanmış müvafiq müqavilədə yaşayış sahəsinin dəyəri 930000 manat göstərilmişdir. “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2016-cı il tarixli mütəxəssis rəyinin surətinə əsasən, ünvan 1 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasının bazar dəyəri 820.000 manat təşkil etdiyi qeyd olunmuşdur. Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 264530 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X5 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 22(103)- 81 /2018 nömrəli qətnaməsinə əsasən, apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-21/2011 nömrəli, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi cavabdeh X1 iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas və cərimə borcunun tutulması tələbinin təmin edilməsi hissəsində, tələbin cavabdeh X2 mülkiyyətində olan - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kv.metr olan qeyri-yaşayış binasının (Məişət evi) 2/10 hissəsinə, “VAZ2106” markalı **-LE-*** dövlət nömrə nişanlı minik avtomobili, “VAZ 21074” markalı 10FX909 i/o dövlət nömrə nişanlı minik avtomobili, “Hyundai Accent” markalı **-RF-*** dövlət nömrə nişanlı minik avtomobili, “Mersedes 200” markalı **-DT-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi hissəsində, əmlak lar üzərində cavabdeh X2 mülkiyyət hüququna xitamın verilməsi hissəsində, ünvan 3 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv. metr yaşayış, 207,79 kv. metr köməkçi sahədən ibarət yaşayış binasının və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kv. metr olan qeyri-yaşayış binasının (Məişət evi) 2/10 hissəsinin boşaldılması hissəsində ləğv edilməsi, əsas və cərimə borcunun tutulması hissəsində tələbin qismən təmin edilməsi, cavabdeh X1 iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas kredit borcu üzrə 378317,26 (üç yüz yetmiş səkkiz min üç yüz on yeddi manat iyirmi altı qəpik) manat, cərimə borcu üzrə 40000 (qırx min) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması, əsas və cərimə borcunun tutulması tələbinin qalan hissədə rədd edilməsi, borcun ipoteka predmeti olmayan cavabdeh X2 mülkiyyətində olan digər əmlaklarına - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2.001,3 kv.metr olan qeyriyaşayış binasının (Məişət evi) 2/10 hissəsinə, “VAZ-2106” markalı **-LE-*** dövlət nömrə nişanlı minik avtomobili, “VAZ 21074” markalı **-FX-*** i/o dövlət nömrə nişanlı minik avtomobili, “Hyundai Accent” markalı **-RF-*** dövlət nömrə nişanlı minik avtomobili, “Mercedes 200” markalı **-DT-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, əmlaklar üzərində cavabdeh X2 mülkiyyət hüququna xilamın verilməsi və ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 2.001,3 kv.metr olan qeyri-yaşayış binasının (Məişət evi) 2/10 hissəsinin boşaldılması tələblərinin rədd edilməsi, ipoteka predmeti olan cavabdeh X3 məxsus ünvan 5 ünv anında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasının ilkin satış qiymətinin 450000 (dörd yüz əlli min)manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 6 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv metr yaşayış, 207,79 kv metr köməkçi sahədən ibarət yaşayış binası açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdeh X5 əmlakı tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin əmlakdan məcburi qaydada çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli sifariş məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 22(103)-81/2018 nömrəli icra vərəqəsinə əsasən müvafiq əmlakın hərraca çıxarılaraq satılması sifariş verilmişdir. Cavabdeh1 xx xxxx 2019-cu il tarixli 33 nömrəli Hərracın yekunları barədə protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)81/2018 nömrəli icra vərəqəsinin və Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli sifariş məktubunun icrasına əsasən X3 məxsus olan ünvan 1 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı 427,91 kv metr ümumi sahəsi olan yaşayış binasının ilkin hərrac qiyməti 450000 manat müəyyən edilmiş, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 15 faiz aşağı olan qiyməti 382500 manat müəyyən edilmiş, lakin t əkrar hərrac da baş tutmadığından əmlak təkrar hərrac qiymətindən 25 faiz aşağı, yəni 286875 manat qiymətə tələbkar Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə təklif edilmiş və qəbul edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, X3 məxsus olan ünvan 1 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı 427,91 kv metr ümumi sahəsi olan yaşayış binası 286875 manat qiymətə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)2303/2019 nömrəli qətnaməsinə əsasən, iddiaçı X2 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra və Probasiya şöbəsi) “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10615/2019 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)-2303/2019 nömrəli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-297/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220, 12 kv metr yaşayış, 207,79 kv metr köməkçi sahədən ibarət yaşayış sahəsinə dair xx xxxx 2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 3 3 nömrəli protokolun, qeyd olunan yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış x xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qeyd olunan alqı-satqı müqaviləsinin və hərracın yekunları barədə protokolun mövcudluğundan icra məmuru vasitəsi ilə xx xxxxxx 2019-cu il tarixdə evdən çıxarılmalarının tələbi zamanı məlumat əldə etmişdir. Qeyd edilməlidir ki, o, X5 ilə xx xxxxx 1982-ci il tarixdən xx xxxxx 2017-ci il tarixədək rəsmi nikahda olmuşdur. Nikahda olduqları müddətdə mübahisəli yaşayış binasını əldə etmişlər və qeyd olunan əmlak xx xxxx 2006-cı il tarixdə əri X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. Göründüyü kimi, sözügedən yaşayış sahəsi ilə bağlı aparılmış alqı-satqı müqaviləsi tərtib olunmuş hərracın yekunları barədə protokol və verilmiş çıxarış hüquq və vəzifələrinə toxunmuşdur. Hesab edir ki, X5 ilə nikahları dövründə əldə etdikləri evə dair hərraclar keçirilərkən qanunla müəyyən olunmuş qaydada hərracın keçirilməsi qaydalarına riayət olunmadığından və hərrac düzgün keçirilmədiyindən hərracın yekunları üzrə alqı-satqı müqaviləsi və hərracın yekunları barədə protokol etibarsız h esab olunmalı, həmçinin yaşayış sahəsinə dair Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Bundan başqa iddiaçı hesab edir ki, “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabat tərtib olunarkən qiymətləndirici tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmamış, mübahisəli obyektin qiyməti həmin tələblərə müvafiq əsaslandırılma aparılmadan təyin edilmişdir. Qiymətləndirici daşınmaz əmlaka dair zəruri olan bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər müəyyən edilməmiş, əmlakın real dəyərinin müəyyən edilməsi üçiin analoji əmlakların bazar dəyəri təhlil edilməmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmamış və əmlakın bazar dəyəri qeyri-obyektiv təyin edilmişdir. Ca vabdeh1 MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 02/04 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişi ilə xx xxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmiş, qeyd edilən əmlakla bağlı hərracın keçirilməsi barədə məlumat xx xxxxxx 2019-cu il tarixdə qeyd edilən ünvanda Elman Məmmədov adlı şəxs tərəfindən qəbul edilmişdir. “Kaspi” qəzetinin xx xxxxxx 2019-cu il tarixli, 231 (3604) nömrəli buraxılışında ünvan 6 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasının 450.000 manat qiymətinə hərraca çıxarılması və müvafiq hərracın keçirilməsinin xx xxxxxx 2018-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə məlumat dərc edilmişdir. Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli 02/04-1 nömrəli b ildirişi ilə xx xxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmiş qeyd edilən əmlakla bağlı təkrar hərracın keçirilməsi barədə məlumat xx xxxxxx 2019-cu il tarixdə qeyd edilən ünvanda Məmmədova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. “Kaspi” qəzetinin xx xxxxxx 2019-cu il tarixli 024 (3622) nömrəli buraxılışında ünvan 6 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasının 382.500 manat qiymətinə (450.000/15%=67.500; 450.000-67.500=382.500) təkrar hərraca çıxarılması və müvafiq hərracın keçirilməsinin xx xxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə məlumat dərc edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti olmuş əmlaka tutmanın yönəldilməsi məqsədilə Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “Cavabdeh1 MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddi anın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. İddiaçı hazırkı iddia ərizəsində və apellyasiya şikayətində hərracın nəticələrini mübahisələndirməsinə dair qeyd etdiyi dəlillər ilə əvvəllər onun əri X5 tərəfindən həmin hərracın nəticələrini mübahisələndi rməsinə dair qaldırdığı və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə qiymət verilmiş iddia tələbində gətirdiyi dəlillər eynilik təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən işə baxan məhkəmə kollegiyası iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsi, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələblkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin bildirişlər hazırkı iddia üzrə iddiaçının ünvanına rəsmi q aydada təqdim olunmuş, onun əmlakın hərraca çıxarılmasından tam olaraq xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəməyə tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillərə münasibətdə nəzərə alınmalıdır ki, mübahisə predmeti olan evin ilkin qiyməti qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir və ona görə də həmin qiymət hazırkı işdə mübahisələndirilə bilməz. Qeyd edilən hərrac isə qanunvericiliyi n tələblərinə uyğun həyata keçirilmiş və bununla bağlı xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli bildirişlərlə iddiaçıya məlumat verilmişdir. MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən hərrac bu məsələni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Tələbin əsaslı olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının əri digər məhkəmə mübahisəsi zamanı eyni hərracı mübahisələndirmiş və iddiası təmin e dilməmişdir. Bu barədə birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verilmiş və qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsasızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkiln məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh2 ASC-nin vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabedhlər və üçüncü şəxslər gəlmədikləri üçü n və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabedhlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 415.1-ci və 415.2-ci maddələrinə görə, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədə n hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əs asən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 9.22-ci bəndinə əsasən, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Qaydaların 9.25ci bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Məhkəmə bildirişi. Sifarişli xəbərnamə ilə” və “İcra qeydi bildirişi. Sifarişli xəbərnamə ilə” qeydli sifarişli məktublarünvançıya şəxsən verilir. Ünvançı olmadıqda, poçt göndərişi onunla bir ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvançının yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Bu halda ünvançının əvəzinə məktubu alan şəxs sifarişli xəbərnamədə öz soyadını, adını, atasının adını, ünvançıya münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Qaydaların 9.28-ci bəndinə əsasən xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7621/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.