Məhkəmə qərarları › İş №2(102)-264/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-264/2023

01.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-264/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (“X1” və Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ iş № 2(102)-264/2023 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsindən çıxarılma) Bakı şəhəri 01 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (“X1” və Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5832/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 m2 torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətinə ayrılması barədə Binəqədi qəsəbə Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli, 1121 saylı sərəncamı verilmişdir. İddiaçı tərəfindən xx.xx.2007-ci i l tarixli kassa mədaxil orderi ilə bələdiyyəyə 528 manat ödəniş edilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin eskizi tərtib olunaraq, bələdiyyə sədri tərəfindən təsdiq edilmişdir.

2. Binəqədi qəsəbə Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli, 161911 saylı sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 300 m2 boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə Cavabdeh (bundan sonra – cavabdeh) mülkiyyətinə ayrılmışdır. Bələdiyyə ilə cavabdeh arasında torpaqların alqı-satqısına dair akt tərtib olunmuş və bələdiyyənin mütəxəssisi tərəfindən torpaq sahəsinin planı tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsində özbaşına və qanunsuz tikililərin sökülməsi, orada təmir və tamamlama işlərinin dayandırılması və özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılma barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə bələdiyyəsi sədrinin 13 iyul 2007-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə 300 m2 torpaq sahəsi verilmiş və bu zaman bütün hüquqi prosedur qaydalarına əməl edilmiş, Binəqədi Rayon İcra Hakimiyyətinin razılığına, Binəqədi qəsəbə Bələdiyyəsinin Nizamnaməsinə uyğun olaraq sənədləşdirilmişdir. Sərəncamda göstərilmişdir ki, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə binanın eskizi rayon memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra fərdi yaşayış evi tikmək olar. 2019-cu ilin sentyabr ayının əvvəlində cavabdeh tərəfindən onun mülkiyyətində olan həmin torpaq sahəsi, əlavə olaraq bələdiyyə torpağından da təxminən 100 m2 torpaq sahəsi özbaşına zəbt edilərək yüksək gərginlikli elektrik xətti altında eyni vaxtda 3 evin tikintisinə başlanmışdır. Qonşular torpaq sahəsinin iddiaçıya məxsus olmasını bildirsələr də, cavabdeh buna məhəl qoymamışdır. Qonşular bu barədə ona telefonla məlumat verdikdən sonra, oraya gedib torpağa aid sənədləri göstərməklə həmin torpaq sahəsinin qanuni sənədlərlə ona məxsus olduğunu demiş, lakin cavabdeh tikintini davam etdirmiş, onun mülkiyyətində olan torpaq sahəsində özbaşına qanunsuz fərdi yaşayış evləri tikdirməklə heç bir inşaat norma və qaydalarına əməl etməmiş, qa nunları kobud şəkildə pozmuşdur.

5. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, rədd olunmasını xahiş etmişdir.

6. Üçüncü şəxs “X1“nin nümayəndəsi də izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi koordinatlarına görə Şirkətə məxsusdur.

7. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, tərəflərə ayrılmış torpaq sahələrinin sxemlərində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, iddiaçıya ayrılmış torpaq sahəsi ilə cavabdehə ayrılmış torpaq sahəsinin hal-hazırda üstüstə düşüb-düşməməsini, Binəqədi qəsəbə Bələdiyyəsinin 13 iyul 2007-ci il tarixli, 1121 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 m2 torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Ölçülən mübahisəli ərazi dövlət mülkiyyəti olub, sənaye təyinatlı torpaq kateqoriyasına aiddir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman iş materiallarında olan Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən tərtib edilmiş iddiaçıya ayrılmış torpaq sahəsinin eskizi və cavabdehə təklif olunan torpaq sahəsinin planı (səh.38; səh.66) sənədlərində göstərilən yollar, yaşayış evlərinin yerləşd iyi ərazilər, elektrik xətləri, Elektrostansiya, Beton zavodu, avtopark və s. müabahisəli torpaq sahəsi ilə naturada müqayisə olunarkən müəyyən olunmuşdur ki, iş materiallarında olan (səh.38) sxemdə göstərilən iddiaçıya ayrılmış torpaq sahəsi mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi ilə uyğun gəlir. Mübahisəli torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir, lakin həmin torpaq sahəsi mülki iş materiallarında olan cavabdehə təklif olunan torpaq sahəsinin planı sənədində göstərilən ərazi ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin "xxxx" MMC-nin Bakı LayihəTədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən ölçülən mübahisəli ərazi Dövlət mülkiyyətində olub, sənaye təyinatlı torpaq kateqoriyasın a aiddir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-121/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia rədd olunmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 139.1, 157.2, 158.1, 158.2, 158.4, 164.1, 164.2, 166.3-cü və Azərbaycan Respublikası Mülki Pros sesual Məcəllsiənin 4.1, 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə konkret olaraq torpaq sahəsinin kimə məxsus olması sualını qoyub cavab almaq əvəzinə heç bir əhəmiyyəti olmayan mütəxəssis rəyi almışdır. Torpaq sahəsinin üst-üstə düşməməsi onun iddiaçıya məxsus olmasını inkar etmir. Amma ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsi cavabdehin təqdim etdiyi sxemdə göstərilən torpaq sahəsi deyil, yəni o, iddiaçının mülkiyyətində olan torpaq sahəsini özbaşına tutmuşdur. Məhkəmə mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə məxsus olması qərarına gəlmiş, qanunsuz verilmiş sərəncamların ləğvi, özbaşına tutulmuş torpaq sahəsindən cavabdehin çıxarılması, özbaşına tikilinin sökülməsi barədə qətnaməsində heç bir əsaslandırma aparmadan özbaşına tutulmuş torpaq sahəsinin, özbaşına tikilinin cavabdehdə qalmasını təmin etmişdir. İki il sürən məhkəmə başa çatana qədər cavabdeh onun mülkiyyətinə verilmiş torpaq sahəsindən əlavə 60 m2 torpaq sahəsini də özbaşına tutaraq, eyni zamanda mübahisəli torpaq sahəsində üç ev tikərək satmışdır. Bundan başqa, məhkəmə qətnaməsində göstərilmişdir ki, onun iddia vermək üçün subyektiv hüququ yoxdur. “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən bələdiyyə qərarı daşınmaz əmlakın qeydə alınması üçün əsasdır. Məhkəmə bələdi yyənin sərəncamları ləğv edilmədən onun iddiasını təmin etməmişdir. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən iddia müddəti on ildir. Torpaq sahəsi isə 14 ildir ki, onun mülkiyyətinə verilib. Odur ki, həmin torpaq sahəsi ondan geri tələb edilə bilməz. Məhkəmə mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən kimə verilməsinə qiymət verməmiş, həmçinin qanuni şəkildə verdiyi vəsatətlərin heç biri araşdırılmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-710/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuşdur.

15. Apellyasiya i nstansiyası məhkəməsi iş üzrə alınmış ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıya Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 m2 torpaq sahəsindən istifadə etməklə tikili inşa etmiş, bununla da iddiaçının ona ayrılmış torpaq sahəsindən istifadə etməsinə maneəçilik yaratmışdır.

16. Mübahisəli torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmasa da, həmin torpaq sahəsi məhz Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmışdır ki, həmin akt Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən“daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsini n dövlət qeydiyyatı üçün əsasdır.

17. Kollegiya, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyində mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olub, sənaye təyinatlı torpaq kateqoriyasına aid olması göstərilsə də, hazırkı vəziyyətdə həmin hal mübahisə edilmir, belə ki, iddiaçı ona qüvvədə olan sərəncamla ayrılmış torpaq sahəsinə dair mübahisə qaldırmışdır və həmin mübahisə fiziki şəxslər arasında olmuşdur ki, bu halın mövcudluğu hazırkı vəziyyətdə iddia tələbinin təmin edilməməsi üçün əsas olmamışdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1391.1.1, 158.1, 158.2, 158.4-cü, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla ə saslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3371/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər – İ.Şəfiyev (məruzəçi), Ə.Əhmədov və V.Həsənov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır.

20. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına qaytararkən qeyd etmişdir ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində bəhs olunan bələdiyyə aktı, “Bələdiyyələrin statusu haqqında” qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarıdır. Bələdiy yənin bu qərarı ümumi yığıncağın qərarıdır. Çünki Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyə sədrinin sərəncamı isə, “Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsində nəzərdə tutulan, bələdiyyənin sədrinin səlahiyyətlərinə aid aktlardır.

21. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçının iddia etdiyi torpaq sahəsinin yerinin müəyyən edilməsi zamanı iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad etmişdır. Həmin rəydə mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman iş materiallarında olan Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən tərtib edilmiş “Vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin eskizi” və “Vətəndaş Cavabdeh təklif olunan torpaq sahəsinin planı”na istinad olunmuşdur. Lakin məhkəmənin ekspert rəyinə əsasən gəldiyi bu nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPMin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

22. Bu baxımdan nəzərə alınmalıdır ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı v ə ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Göründüyü kimi, iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd yoxdur və ekspert yalnız bələdiyyə sədri tərəfindən təsdiq edilmiş torpaq sahəsinin eskizi əsasında araşdırma aparmışdır.

23. Digər tərəfdən, apellyasiya məhkəməsi ekspert rəyi əsasında birmənalı olaraq iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olub, sənaye təyinatlı torpaq kateqoriyasına aid olduğunu müəyyən etməsinə baxmayaraq, iddianı təmin etmişdir. Halbuki, ki, bələdiyyə mülkiyyətind ə olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin qərarının, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5832/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmama sı barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmişdir. Onun mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil.

26. İddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon (şəhər) icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd yoxdur. Eyni zamanda, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin qərarı, habelə tərəflər arası nda müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərar verməsi və bələdiyyə ilə iddiaçı arasında alğı-satqı müqaviləsinin bağlanması müəyyən olunmur (bu sənədlər iddiaçı tərəfindən təqdim olunmamışdır).

27. Nəhayət, aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli ərazi dövlət mülkiyyətində olmaqla, sənaye təyinatlı torpaqlara aiddir və bələdiyyənin həmin torpaq sahəsi barədə sərəncam vermək səlahiyyəti olmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qə tnaməsinin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

29. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq, onun mübahisəli torpaq sahəsinə dair iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığını bildirsə də, həmin torpaq sahəsini bələdiyyədən xx.xx.2007-ci il tarixdə alqı-satqı yolu ilə almış və artıq 15 ildir ki, torpaq sahəsi onun mülkiyyətindədir. Torpaqla bağlı hər hansı təşkilatın və ya şəxsin iddia vermək müddəti keçmişdir. Bu müddətdə heç kim ondan torpaq tələb etməmiş, hətta “X1” şirkətinin nümayəndələri də torpaqla bağlı heç bir müstəqil tələb irəli sürməmişlər. Odur ki, hazırkı vəziyyətdə onun torpaqla bağlı iddia qaldırmaq hüququ olmuşdur, əks halda məhkəmə tərəfindən iddiası mümkünsüz s ayılmalı idi, halbuki məhkəmə iki ildən artıq müddətdir ki, işə baxır.

30. Digər tərəfdən, məhkəmə buna dair sübut olmadığını qeyd etsə də, işdə mübahisəli torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən kifayət qədər təkzib edilməz sübutlar (bələdiyyə sərəncamı, torpaq sahəsinin plan-eskizi, torpağın alınmasına dair pul məbləğinin ödənilməsi barədə qəbz, torpaq vergisinin ödənilməsinə dair qəbz, arxiv arayışı, bələdiyyənin verdiyi arayışlar, tikinti-texniki ekspertin rəyi və s.) mövcud olmuş, lakin işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. b)

31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

32. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfind ən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

33. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun

36. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

37. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

38. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının“rəyi“alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada). "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə

39. Bənd

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət“və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasınd a bağlanmış müqavilə əsasında həyata keçirilir.

40. Bənd 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.

41. Bənd

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

42. Bənd

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələri nə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin“ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.“

43. Bənd

22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.

44. Bənd

23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələnd irildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

54. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5832/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar