Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2641/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə,İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7436/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil X7) tərəfindən verilmiş kassasiya şikayətinə 22 avqust 2023-cü il tarixdə Ali Məhkə mənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə cavabdeh 16 dekabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından 07 yanvar 2011-ci il təvəllüdlü X5 və 28 iyul 2012-ci il təvəllüdlü X3 anadan olmuşdur. 2021-ci ildə iddiaçı ilə cavabdehin ailə münasibətləri pozulmağa başlanmış və onlar faktiki ayrılmışlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuşdur. 2. 17 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində Cavabdeh tərəfindən İddiaçı 17 sentyabr 2021-ci il tarixə kimi qaytarmaq şərti ilə 20.000 manat borc verilməsi barədə, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 30 aprel 2022-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydinə əsasən 17 sentyabr 2021-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 20.000 manat iddiaçıdan tutularaq Cavabdeh verilməlidir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən verilmiş 01 may 2022-ci il tarixli icraata başlamaq haqqında qərarla Bakı şəhəri 14 saylı Notariat kontorunun 6860 nömrəli, 01 may 2022-ci il tarixli icra sənədi üzrə 20.000 manat pul vəsaitinin və dövlət rüsumunun iddiaçıdan alınaraq Cavabdeh verilməsi qeyd edilmişdir. Bakı şəhəri Xətai rayonu icra şöbəsindən iddiaçıya 04 may 2022-ci il tarixli bildiriş təqdim edilmişdir. Bildirişdə göstərilmişdir ki, 04 may 2022-ci il tarixli qərarla Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən iddiaçıya 04 may 2022-ci il tari xli qərarla icraata başlanılmış, Bakı şəhəri 14 saylı Notariat kontorunun 6860 nömrəli, 01 may 2022-ci il tarixli icra sənədində göstərilən tələbin müddətində könüllü icra etməsi xahiş olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, onunla cav abdeh arasında bağlanmış 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi etibarsız əqddir. Cavabdeh ata mülkündən ona pay verilməsi üçün Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda qalmışdır. Cavabdehin atası X1 bir qızı və Nəriman adlı oğlu vardır. 2008-ci ildən 2016-cı ilədək Nərminənin ata mülkünün bölünməsi barədə narazılıqları olmuş və 2016-cı ildə atalarının Xruşovka binada olan mənzili vərəsəliklə qardaşı Nərimana vermələri və “Tarqovu”da ayaqqabı təmiri yerini isə Nərminəyə vermələri qərarlaşdırılmışdır. 2016-cı ildə Nərminəni ata mənzilindən qeydiyyatdan çıxarmışlar və o, ünvan 2 ünvanında olan beş otaqlı mənzilə qeydiyyata düşmüşdür. 2018-ci ildə onlar ipoteka ilə satışa hazır təmirli mənzili almaq qərarına gəlmişlər. Nərminə “Tarqovu”dakı yerini satmaq qərarına gəlmişdir. Qardaşı Nəriman “Tarqovu”dakı yeri almaq istədiyini bacısına bildirmiş və onlar obyektin qiymətini 20.000 manata razılaşdırmışlar, bu şərtlə ki, qardaşı Nəriman 20.000 manat tam ödənilənədək ayda 250 manat pul ödəyəcəkdir. Belə olan halda onlar borc müqaviləsi bağlamaq qərarına gəlmişlər. Eyni zamanda qardaşı Nəriman məsələ qaldırmışdır ki, əri də ona kömək məqsədi ilə 20.000 (iyirmi min) manata borc müqaviləsi bağlasın. Nərminə əri kimi ona da 20.000 manat borc müqaviləsi bağlamasını bildirmiş, o, buna razı olmuşdur. O, atasından 20.000 manat borc pul istəmiş, atası onların evində Nərminənin iştirakı ilə ona 15 sentyabr 2018-ci il tarixdə 20.000 manat pul vermişdir. Nərminə minnətdarlıq edərək pulu şəxsən özü götürmüşdür. 17 sentyabr 2018-ci il tarixdə onlar, yəni o, Nərminə v ə Nəriman 14 saylı Notariat Kontoruna getmişlər və o, 20.000 manatı Nərminəyə vermişdir. Nərminə notariat kontorunun kamerası qarşısında 20.000 manatı sayıb vermiş və notarius kredit müqaviləsi bağlamışdır. Daha sonra Nərminə 20.000 manatı notariat kontorunun kamerası qarşısında sayıb qardaşı Nərimana vermişdir. Yəni burdan da görünür ki, onunla Nərminə arasında xx.xx.2018-ci il tarixli bağlanmış kredit müqaviləsi uydurma, yalan və etibarsız əqddir. Onlar xx.xx.2018-ci il tarixdə, Xudu Məmmədov küçəsi ev 1 D, mənzil 62 ünvanında yerləşən mənzili ipoteka yolu ilə, Nərminənin iş yerindən aldığı maaş 1.200 (min iki yüz) manat olduğuna görə onun adına qeydiyyata saldıraraq almışlar. O, həmin 20.000 (iyirmi min) manatdan 15.000 (on beş min) manat ipotekaya ilkin ödəniş etmiş və 3.000 (üç min) manat cari təmirinə xərci çıxmışdır. 2018-ci ildən mənzil ayda 500 (beş yüz) manata kirayədədir və kirayə pulunu da arvadı Nərminə alır. Aradan bir müddət keçdikdən sonra, arvadı Nərminə evdə ona 2 (iki) nüsxə kredit müqaviləsi göstərmiş və cıraraq tullamışdır. xx.xx.2018-ci ildə bu müqavilə məsələsindən sonra o, ailəsinin yaxşı yaşaması üçün və uşaqlarının mənafeyi üçün aşağıda qeyd olunanları almış və yaratmışdır. Qeyd olunmalıdır ki, xx.xx.2019-cu il tarixdə Suraxanı rayonu, Hovsan Bağlar massivində 1501 saylı 5 sot torpaq sahəsi almışdır. Bu torpaq sahəsini həyat yoldaşı Cavabdeh adına qeyd etdirmşdir. O, xx.xx.2019-cu il tarixdə Suraxanı rayonu, Hövsan Bağlar massivində 1502 saylı 5 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli bağ evi almışdır. Bu bağ evini 96.000 (doxsan altı min) mana ta almışdır. Bu məbləğdən 46.000 manatı nağd pulla vermiş və 50.000 (əlli min) manatı “Bank Respublika”nın Nəsimi filialından 2 (iki) illik kredit götürməklə vermişdir. Həyat yoldaşı Cavabdeh iş yerindən, “Paşa Sığorta”dan aldığı maaş 12.000 manat olduğuna görə “Bank Respublika”nın Nəsimi filialından krediti onun adına vermişlər və zamin də onu qeyd etmişlər. Belə ki, “Bank Respublika”nın Nəsimi filialının Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli 19006-Sİ00578/764796 saylı kredit limiti müqaviləsinə əsasən ödəniş cədvəli ilə hər ay 2.522 manat ödəməklə 2 il müddətinə 60.506 manat banka pul ödəmişdir. Bu bağ evinin təmirinə 54.000 (əlli dörd min) manat pul xərdəmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun B/Y bağ sahəsindən atasına məxsus 12 (on iki) sot torpaq sahəsindən ona pay kimi verilmiş 4,5 sot torpaq sahəsini qeyd edə bilər. Qeyd olunmalıdır ki, bu torpaq sahəsini xx.xx.2021-ci il tarixində Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi AN-1 № ******* əsasən 24.500 (iyirmi dörd min beş yüz) manata satmışdır. Həyat yoldaşı Cavabdeh pulun yarısını 12.000 manatını elə orda ondan almışdır ki, “mənə lazımdır”. Öz adına “Kia Picanto” markalı maşını almışdır və həmin avtomobili arvadı etibarnamə əsasında idarə edir. Öz adına “Lexsus-350” sedan maşını almış və özü idarə edir. Ailəsini Dubay, İstanbul, Alanya, Antalya, Bodrum, Tbilisi, Batumi, Port, Moskva və Sankt-Peterburq kimi şəhərlərə və ölkələrə istirahətə aparmışdır. Qeyd olunmalıdır ki, 2021-ci ildə bağ evinin təmirindən sonra Nərminə ilə onun ailəsində münasibətləri pisləşmişdir. Məsələ o yerə çatmışdır ki, val ideynləri onu öz evindən çıxmağa məcbur etmişlər ki, birdən ölüm hadisəsi ola bilər. 2021-ci ilin iyul ayından o, kirayədə qalır. 2021-ci ilin sentyabr ayında boşanma barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə Xətai Rayon Məhkəməsinin 5973 saylı qətnaməsinə əsasən onları boşanmış hesab ediblər. Belə ki, onunla Cavabdeh arasında bağlanmış 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi hüquqi nəticə yaratmaq məqsədi ilə bağlanmamışdır. Kredit müqaviləsinin tarixindən də görünür ki, həmin müqavilə nikah dövründə bağlanmışdır. İşin bu halı ilə bağlı qeyd olunmalıdır ki, ər-arvadın nikah dövründə əldə etdikləri onların ümumi birgə mülkiyyətidir. Ər-arvad ayrılmayanadək əldə etdikləri əmlaklar onların hər ikisinin mülkiyyəti hesab ol unur. Borc müqaviləsi üzrə guya ona verilmiş pul vəsaiti hər ikisinin mülkiyyəti olmuşdur. Ona görə də aralarında bağlanmış müqavilə onların həqiqi niyyətini əks etdirə bilməzdi. Qeyd edilən müqavilə notarial qaydada təsdiq edilsə də, formal xarakterli olmuşdur. Yəni Nərminənin əks tərəfi (öz qardaşını) öz ailəsinin marağı naminə cəlb olunması xatirinə onunla formal müqavilə bağlanmışdır. Ər-arvad münasibətlərində olaraq, birgə təsərrüfat aparan şəxslərin bir-birinə borc pul verməsi heç bir məntiqə sığmır.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X4 izahat verərkən, Notariat kontorunun rəisi X6 tərəfindən verilmiş məktuba istinad edərək bildirmişdir ki, məktubun mətnində vəsaitin müqavilənin təsdiq edilməsindən sonra ödəniləcəyi göstərilsə də, işin həqiqi halla rından görünür ki, vəsait müqavilənin təsdiqindən əvvəl ödənilmişdir. Bu halı sübut etmək üçün iddiaçının nümayəndəsi kredit müqabiləsi bağlanarkən tərəflərin çəkdirdiyi şəkilə və onun vaxtına istinad etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi qeyd etmişdir ki, müqavilə bağlanarkən tərəflər nikah münasibətlərində olmuş və müqavilə formal xarakter daşımışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4304/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin rədd edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
7. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin borc müqaviləsi olmasına istinadən qeyd etmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsi predm etinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər aralarında borc müqaviləsi bağlamış və notariusda təsdiq etmişlər. Müqavilənin etibarsızlığı ilə bağlı məsələnin araşdırılmasında məhkəmə qeyd etmişdir ki, iddiaçının ərizəsində istinad etdiyi formal əsaslar müqavilənin etibarsız hesab edilməsi üçün kifayət qədər əsaslı sayıla bilməz. Hər hansı müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllədə müəyyən edilmiş tələblərə uyğun olmamalıdır. Məcəllənin müəyyən etdiyi tələbləri hazırkı mübahisəyə tətbiq edən məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hüquqi əsas müəyyən edilməmişdir.
8. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlə bağladığı 17 sentyabr 2018-ci il tarix li kredit müqaviləsinin uydurma əqd olmasını, onunla cavabdeh arasında bağlanmış müqavilənin formal xarakter daşımasını, əsas məqsədin borc pul verilməsi olmadığını iddia ərizəsində qeyd etsə də, bu halları təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə, yəni öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi hissəsini araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə də əsassızdır.
9. Tərəflər arasında yaranmış münasibətin borc müqaviləsi əsasında yaranması heç bir zaman mübahisələndirilməmiş, notariat orqanında heç bir zaman həmin müqavilənin mübahisəli olması ilə bağlı şübhə yaranmamışdır. Odur ki, Bakı şəhəri 17 saylı Notariat Kontorunun apardığı notariat hərək ətləri qanunauyğun olmuş, heç bir qanun pozuntusuna yol verilmədən aparılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, Bakı şəhəri 14 saylı Notariat Kontoru qanuvericiliyin tələblərinə uyğun olaraq tələbkarın təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, borclu 30 gün ərzində öhdəliyini icra etməmişdir. Bundan sonra, yəni 30 aprel 2022-ci il tarixdə 14 saylı Notariat Kontoru tərəfindən icra qeydi aparılmışdır.
10. Məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlmişdir ki, 14 saylı Notariat Kontoru qanunauyğun şəkildə notariat hərəkətləri aparmış, icra qeydi ilə bağlı vaxtında müqavilənin tərəfi olan borcluya bildiriş göndərilmiş, daha sonra icra qeydi apar ılmışdır.
11. Məhkəmə gəldiyi nəticəni “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 162-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, bu barədə vəsatətinə əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən bir sıra maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. İşin faktiki hallarından belə məlum olur ki, onunla Cavabdeh arasında 17 sentyabr 2018-ci il tarixli Kredit müqaviləsi bağlanmışdır. Aşağıda göstərilən əsaslara görə həmin əqd etibarsız hesab edilməlidir. Belə ki, həmin Kredit Müqaviləsi, formal, uydurma, ərlə-arvad arasında onların ailəsinin mənafeyi xatirinə, qarşı tərəflə bağlanmalı olan əqdi pərdələmək üçün, yalandan bağlanmış bir əqddir. Kredit müqaviləsinin tarixindən də görünür ki, həmin müqavilə nikah dövründə bağlanmışdır. İşin bu halı ilə bağlı qeyd olunmalıdır ki, ər-arvadın nikah dövründə əldə etdikləri onların ümumi birgə mülkiyyətidir. Ər-arvad ayrılmayanadək əldə etdiyi əmlaklar onların hər ikisinin mülkiyyəti hesab olunur. Bağlanmış müqavilə onların həqiqi niyyətlərini əks etdirməmişdir. Qeyd edilən müqavilə notarial qaydada təsdiq edilsə də formal xarakterli olmuşdur. Ər-arvad münasibətlərində olaraq birgə təsərrüfat aparan şəxslərin bir-birinə borc pul verməsi heç bir məntiqə sığmır. Digər tərəfdən Cavabdeh onunla kredit müqaviləsi bağlandıqdan bir neçə dəqiqə sonra Bakı şəhər 14 saylı notariat ofisində qardaşı ilə kredit müqaviləsi bağlamışdır. Cavabdeh Notariat ofisinin qarşısında 20.000 manat pul vəsaitini ondan alaraq notariat ofisində qardaşı ilə kredit müqaviləsi bağlamış və həmin pulu məhz qardaşına vermişdir. Bu bir daha kredit müqaviləsinin uydurma əqd olduğunu təsdiqləyir. Ona görə də onunla bağlanan kredit müqaviləsi uydurma və y alan əqd kimi etibarsız hesab olunmalıdır. İş materialları ilə o da təsdiq edilir ki, 14 saylı notariusda, kredit müqaviləsinin sənədləşdirilməsi tam ardıcıllıqla aparılmayıb. X8 "xxxx" ASC-nin 5 saylı şöbəsinə ünvanladığı məktubuna riayət olunmamışdır. Kamera qarşısında çəkilən şəkilin saatı, dəqiqəsi Bankın mədaxil orderi ilə uyğun gəlmir. Buradanda görünür ki, Bank və Notarius tərəfindən qanun pozuntularına yol verilmişdir. İşin həqiqi hallarından o da məlum olur ki, ünvan 3 ünvanda yerləşən mənzili “Uni Bank”dan ipotekaya girib almaq üçün arvadının atası Yaşar tərəfindən qızına bağışladığı 3 (üç) kvadrat metrlik ayaqqabı təmiri yerini, öz qardaşı Nərimana 20.000 (iyirmi min) manata satmışdır. Həmin müqaviləni qarantiyaya almaq üçün cavabdehin qardaşı Nəriman şərt kəsmişdir ki, 20.000 ( iyirmi min) manata Kredit Müqaviləsi bağlasınlar və o, ayda Nərminəyə 250 (iki yüz əlli) manat pul ödəyəcəyinə söz vermişdir. O, atası Vaqifdən 20.000 (iyirmi min) manat borc pul götürmüş və onlar 3-cü mikrorayonda yerləşən 14 saylı notariusa getmişlər. Notariusda cavabdehin qardaşı Nərminəyə demişdir ki, “əgər mən onların ipoteka yolu ilə aldığı mənzilə zamin duracağamsa, onda ərin Elnurla da kredit müqaviləsi bağla yoxsa o heç nəyə razılaşmayacaq”. Arvadı ilə təklikdə söhbət etdikdən sonra belə qərara gəlmişdir ki, ailəsinin mənafeyi xatirinə və eyni zamanda 3 (üç) kvadrat metrlik ayaqqabı təmiri yerinin satılması xatirinə qarşı tərəflər bağlanmalı olan əqdi pərdələmək üçün formal bir müqavilə bağlasın. Belə olduqda ikinci 20.000 (iyirmi min) manatı hardan tapaq söhbəti ortaya çıxmışdır. Çünki rəisin yanında kredit müqaviləsinə möhür vurulmamışdan öncə pulu sayıb borc alana vermək lazım idi və eyni zamanda Banka Mədaxil və Məxaric olunmalı idi. Cavabdehin qardaşı Nəriman demişdir ki, “notariusun zərzəmisində "xxxx" ASC-nin 5 saylı şöbəsinin böyüyü yaxın adamdı, indi danışıb həll edəcək”. Bank tərəfindən, notarisdan razılıq alındıqdan sonra, notariusun rəisi X2, "xxxx" ASC-nin 5 saylı şöbəsinə, kredit müqaviləsi təsdiq olunduqdan sonra, göndərilməli olduğu məktubu gözləmədən, Bank onun adına mədaxil orderi yazmışdır. Mədaxil orderi ilə, təsdiq olunmuş kredit müqaviləsinin saatına, dəqiqəsinə nəzər sadıqda görünür ki, bank pulu 38 dəqiqə tez qəbul edib. Bu da Elmar müəllimin məktubuna zidd əməliyyatdı. İşin qeyd edilən halı bir daha təsdiq edir ki, bağlanmış bu kredit müqav iləsi, hüquqi nəticə yaratmaq məqsədi ilə bağlanmamışdır. Yalan əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.
14. Apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, kredit müqaviləsi üzrə cavabdeh iddiaçıya 20.000 manat pul vermiş, lakin bu formal olaraq edilmişdir. Belə ki, Elnur imza çəkib pulu götürdükdən sonra yenidən Nərminəyə qaytarmışdır.
15. Apellyasiya instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, ona atasından əmlak qalmış, o, əmlakı 53.000 manata satmışdır. Bu vəsaitdən o, 13.000 manatına hazırda öz istifadəsində olan avtomobili almış, yerdən qalan 40.000 manatın 20.000 manatını qardaşına, 20.000 manatını isə ərinə borc ol araq vermişdir. Buna səbəb o olmuşdur ki, əri Elnur ondan əvvəlcə 6.500 dollar borc alsa da, bu günə qədər 3.500 dollarını qaytarmamışdır. Buna görə də həm qardaşına, həm keçmiş ərinə məhz notarial qaydada bağlanmış müqavilə əsasında borc vermişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7436/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər aralarında borc müqaviləsi bağlamış və notariusda təsdiq etmişlər. Müqavilənin etibarsızlığı ilə bağlı məsələnin araşdırılması ilə bağlı hissəsində məhkəmə kol legiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi formal əsaslar (texniki səhv olsa belə) müqavilənin etibarsız hesab edilməsi üçün kifayət qədər əsaslı sayıla bilməz.
18. Məhkəmə iddia tələbinin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi hissəsi ilə bağlı isə qeyd etmişdir ki, iddia həmin hissədə də əsassızdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 739-cu maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 162-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən iddiaçı (vəkil X7) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni qaydada əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, bağlanmış müqavilə onların həqiqi niyyətlərini əks etdirməmiş, formal və yalan xarakterli olmuşdur. Belə ki, ər-Elnur, arvadı-Nərminəyə 2018-ci ilin sentyabrında ipoteka yolu ilə Xətai rayonunda iki otaqlı mənzil almaq istəyirlər. Nərminə “Tarqovu”da olan üç kvadrat metrlik obyekti, 20.000 manata qardaşı Nərimana satmaq qərarına gəlir. Nəriman ayda 250 manat ödəmək şərti ilə və alınan mənzilə zamin durmaqla, öz tanışının işlədiyi Bakı şəhəri 14 saylı notariusda 20.000 manata formal (yəni pul verilmədən) kredit müqaviləsi bağlamağa razılıq verir. ƏrElnur, atası Vaqifdən, xx.xx.2018-ci ildə, 20.000 manat pul alır ki, alınan mənzilə ilkin ödəniş etsin və eyni zamanda qayını Nərimanla 20.000 manata kredit müqaviləsi bağlasınlar ki, sənədsiz obyekti Nərimana satsınlar. 14 saylı notariusda qardaşı Nəriman, bacısına irad tutur və şərt qoyur ki, “siz mənzilin kredit pulunu verə bilməyəndə “Uni Bank”dan məni incitməsinlər deyə, ərin Elnurla da 20.000 manata kredit müqaviləsi bağlamalısan. Əks təqdirdə mən, heç nə ilə razılaşmıram”. Elnur əsəbiləşib notariusdan çıxsada arva dının yalvarışı, xahişi ilə və ailəsinin mənafeyi xatirinə, öz hərəkətlərini belə unudaraq, məcburiyyət qarşısında qalıb razılıq verir. (kredit müqaviləsində, həm qardaşı ilə, həm də əri ilə çəkilən şəkillərin saatına nəzər yetirdikdə ordan da görünür) Eyni zamanda arvadı bildirir ki, “bu formal bir müqavilədi, təki qardaşım obyekti alsın, elə burdan çıxanda cırıb tullayarıq”.
24. Kredit müqaviləsinin tarixindəndə görünür ki, iddiaçı ilə xx.xx.2018-ci ildə bağlanmış kredit müqaviləsi onların nikah dövründə bağlanmışdır. İşin bu halı ilə bağlı qeyd olunmalıdır ki, ər-arvadın nikah dövründə əldə etdikləri onların ümumi birgə mülkiyyətidir. Ər-arvad ayrılmayanadək əldə etdikləri əmlaklar onların hər ikisinin ümumi mülkiyyəti hesab olunur. Borc müqaviləsi üzrə guya yalandan, iddiaçıya verilmiş pul vəsaiti, bir ailə kimi hər ikisinin büdcəsinə aid olmuşdur. Ona görə də aralarında bağlanmış müqavilə onların həqiqi niyyətlərini əks etdirə bilməzdi. Bu əqd, sadəcə başqa əqdi pərdələmək məqsədi ilə bağlanan bir əqd olmuşdur. Ər-arvad münasibətlərində olaraq, birgə təsərrüfat aparan şəxslərin bir-birinə borc pul verməsi heç bir məntiqə sığmır. 25. 2019-cu ilin yanvar ayında, yeni il ərəfəsində iddiaçının keçmiş arvadı Cavabdeh xx.xx.2018-ci ildə bağlamış kredit müqaviləsinə aid olan sənədləri cırıb tullamışdır. İddiaçı xx.xx.2018-ci ildə bağlamış kredit müqaviləsindən sonra, xx.xx.2018-ci il tarixdə, yəni müqavilədən 9 (doqquz) gün sonra, ipoteka yolu ilə 20.000 manat ilkin ödəniş eləyib arvadı Nərminənin adına 2 otaqlı mənzil almışdır. İddiaçı 2018-ci ilin noyabr ayında “Lexsus-350” Sedan avtomaşınını 40.000 manata almışdır. 2019-cu ildə Hövsan qəsəbəsində 2 mərtəbəli bağ evini 96.000 manata almış və təmirinə 54.000 manat xərcləyib cəmi 150.000 manata almışdır. İddiaçı arvadına “Kia Piçanto” maşınını 12.000 manata almışdır. İddiaçı ailəsini dünyanın bir neçə ölkəsində gəzdirməyə aparmışdır. Atasına məxsus olan Hövsan qəsəbəsində Baş Prokurorluğun bağ sahəsindən ona pay verilmiş 4,5 sot torpaq sahəsini 24.500 manata sataraq, şəxsən 12.000 manatını, arvadına lazım olduğu üçün, ona vermişdir. (Subutedici sənədlər təqdim olunubdur.) Hər halda bu qədər mülk alan şəxs, 20.000 manatı da ləğv elətdirə bilərdi, əgər keçmiş arvadı planlı şəkildə onu aldatmasaydı. Yəqin ki, keçmiş arvadının öz xüsusi planları var imiş. Bəzi yalan danışmalardan sonra, yəni 05 iyun 2021-ci il tar ixdən, ərlə-arvad arasında qısqanclıq zəminində münaqişələr başlamış, mübahisələr yaranmış və iddiaçı Xətai Rayon Məhkəməsinə nigahın pozulması barədə xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur.
26. İddiaçı hal-hazırda hər uşağa görə 300 manat olmaqla hər ay 600 manat arvadına aliment ödəyir. Müqavilənin bağlanmasından 5 il keçir, cavabdeh 14 saylı notariusa, pulun verilməməsi barədə şikayət edərək, 20.000 manat pula icra qeydi hazırlatmışdır. Hal-hazırda ərlə-arvadın birgə nigah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi barədə iddiaya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq 2(102)-774/2023 saylı iş üzrə 27 mart 2023-cü il t arixli qərarı ilə əmlaklar bərabər paylarla bölünmüşdür. Belə ki, arvad Cavabdeh məhkəmənin qərarı ilə bölünmüş əmlaklardan öz payını götürəcək və əlavə olaraq bu adı çəkilən 20.000 manatı alacaqdır. 27. 14 saylı notariusun zirzəmisində yerləşən, "xxxx" ASC-nin 5 saylı şöbəsində 3 (üç) nəfərin imzası ilə xx.xx.2018-ci il saat 16:17:46-da mədaxil orderi yazılmışdır. Notariusun onlara təqdim etdiyi Arxiv sənədlərində isə Elmar müəllimin Banka ünvanladığı məktubun nömrəsi 1577-dir. Amma Bankda, mədaxil orderində, məktubun qeydiyyat nömrəsi 1578-dir. Hər halda 1577-ilə 1578 arasında fərq var. Apellyasiya məhkəməsi bunu texniki səhv adlandırır. Qeyd olunmalıdır ki, mədaxil orderində 3 (üç) nəfərin imzası olan yerdə, texniki səhfə yol verilmir. Apellyasiya instansiya məhkəməsinin “sadəcə texniki səhvə yol verilmişdir” sözləri, heç bir məntiqə uyğun gəlmir. İddiaçının kredit müqaviləsinin çap saatı ilə, Bankın mədaxil orderinin pulu qəbul etdiyi vaxtı müqayisə etdikdə görünür ki, Bank notariusun məktubunu gözləmədən, vaxtından 38-dəqiqə tez mədaxil orderi yazıbdır.
28. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı atasından aldığı 20.000 manat pul ilə, arvadı Nərminə qardaşı Nərimanla 20.000 manata kredit müqaviləsi bağlamış, amma pul verilməmiş, əvəzinə sənədsiz obyekt verilmiş və hər ay qardaşı tərəfindən Nərminəyə 250 manat pul verilir. İddiaçı atasından aldığı 20.000 manat pulu Nərminəyə notariusda işlərini belə düz-qoş etdikdən sonra xx.xx.2018-ci il tarixdə 2 otaqlı mənzilə ilkin ödəniş 15.000 manat, cari təmirinə 3.000 manat və mənzilin mebellərinə 2.000 manat verərək ayda 50 0 manata 2018-ci ilin oktyabr ayından kirayə veribdir. Kirayə pulunu da özu alır. Bütün bunlar iş materiallarında qeyd olunmuşdur. Apellyasiya instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparılmadan bütün bunlara nəzər yetirməmişdir.
29. Məhkəmə baxışı zamanı, məhkəmə cavabdehin mövqeyindən çıxış etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilib ki, Cavabdeh, atasından əmlak qalmışdır. O, bu əmlakı 53.000 manata satmışdır. Bu vəsaitdən, 13.000 manata özünə maşın almış, 20.000 manatı əri Elnura borc vermiş, 20.000 manatını isə qardaşı Nərimana borc vermişdir. Lakin apellyasiya instansiya məhkəməsi cavabdehin izahatında qeyd etdikləri ilə bağlı sübutedici sənədləri cavabdeh tərəfdən tələb etməmişdir.
30. Apellyasiya instansiyası məhkə məsinin qətnaməsi, qanuni və əsaslı hesab edilməməli və gəlinən nəticə ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi dəyərləndirilməlidir. Belə ki, qəbul edilmiş qətnamə üzrə işin faktiki halları üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə prosessual hüquq normaları səhv təsfir edilərək tətbiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
31. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
35. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
36. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
37. Maddə 390.1. Fiziki və hü quqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
38. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
39. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
40. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
41. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
42. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən norm ada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
43. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
46. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
47. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu.
48. Maddə
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”.
49. Bənd
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əm lakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.
50. Bənd
162. İcra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərba ycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktını tam mübahisələndirmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Belə ki, məhkəmə kolleg iyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
64. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi, cavabdeh olan keçmiş arvadı Cavabdeh ilə arasında notariat qaydasında bağlanmış 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə sasən cavabdeh tərəfindən iddiaçıya 17 sentyabr 2021-ci il tarixə kimi qaytarmaq şərti ilə 20.000 manat məbləğində borc verilmişdir.
65. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hər hansı müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllədə müəyyən edilmiş tələbblərə uyğun olmamalıdır. Məcəllənin müəyyən etdi yi tələbləri hazırkı mübahisəyə tətbiq edərkən müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.
66. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. İddiaçı cavabdehlə bağladığı 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin uydurma əqd olmasını, onunla cavabdeh arasında bağlanmış müqavilənin formal xarakter daşımasını, əsas məqsədin borc pul verilməsi olmadığını iddia ərizəsində və apellyasiya şikayətində qeyd etsə də, bu halları təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə, yəni öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericilin tələbi baxımından hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
67. Apellyasiya instansiya məhkə məsi iddia tələbinin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi hissəsi ilə bağlı isə qeyd etmişdir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a uyğundur.
68. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallar ına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
69. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olubolmadığı müəyyən edilə bilər.
70. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
71. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
72. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
73. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və pr osessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
76. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7436/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.