Məhkəmə qərarları › İş №2(102)-2643/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2643/2022

16.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2643/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə iddiaçı X11 cavabdehlərXXXuna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (XXX2 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildikləri) ilkin; Müstəqil tələb irəli sürən üçüncü şəxs XXXnın cavabdehlər X21,XXXu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və XXX2nə qarşı tələblərinə dair iş üzrə QƏRARİ İş № 2(102)-2643/2022 (Açar sözlər: əqdlərin etibarsız sayılması) Bakı şəhəri, 16 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərki bdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8297/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən Səkinə Əsgərova və Orxan Ağayev tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə X15 arasında xx.xx.2006-cı il tarixdə abunə müqaviləsi bağlanmış və 050 ***-**-** nömrə abunəçinin istifadəsinə verilmişdir.

2. X2 vəfat etdiyi üçün abunəçinin həyat yoldaşı X21 nömrənin vəfat etmiş abunəçinin adından digər şəxsin adına keçirilməsi üçün tələb edilən sənədləri- ölüm haqqında şəhadətnamə, müraciət etmiş şəxsin şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə təqdim etməklə və m üvafiq forma imzalanmaqla xx.xx.2015-ci il tarixində ********** nömrəsinə dair ilkin abunəçi ilə bağlanmış abunə müqaviləsinə xitam verilmiş və X21 ilə yeni abunə müqaviləsi bağlanmışdır. 3. xx.xx.2015-ci il tarixli etibarnaməyə əsasən iddiaçı X22 cavabdehXXXuna notariat qaydasında 20 il müddətinə etibarnamə verərək "xxxx" MMCdə onun adına olan 050 *****-** nömrəyə dair bütün sənədləşmə əməliyyatlarını aparmağı, dublikat, gizləttel və s. əməliyyatları aparmağı, nömrəyə gələn və nömrədən çıxan zənglərin çıxarışını almağı, o cümlədən nömrə üzərində sərəncam verməyi, addan ada keçirtməyi və s. səlahiyyətləri vermişdir. Etibarnamə XXX2ndə təsdiqlənmiş və reyestrdə 7E-11335 nömrə ilə qeyd edilmişdir.

4. Ağayev Orxan Rauf oğlu xx.xx.2017-ci il tarixində abunəçinin səlahiyyətli nümayəndəsi qismin də çıxış edərək müvafiq forma imzalanmaqla nömrə istifadədən çıxarılmış, ilkin abunəçi ilə bağlanmış abunə müqaviləsinə xitam verilmiş, ********** nömrədə addan-ada əməliyyatı həyata keçirmiş vəXXXu ilə yeni abunə müqaviləsi bağlanmışdır. X51 Rauf oğlunun istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X21 cavabdehlərXXXuna və "xxxx" MMC-yə, üçüncü şəxslər XXX2nə və X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehXXXuna onun adından xx.xx.2015ci il tarixdə, reyestrdə 7 E11335 nömrə ilə qeyd edilərək rəsmiləşdirilmiş təmsilçilik barədə etibarnamənin verildiyi andan və həmin etibarnamə əsasında ***-***-**-** nömrəsi ilə uzlaşdırılmış SİM-kartla bağlı addan-ada keçir mə əməliyyatının (əqdin) etibarsız hesab edilməsi, göstərilən SİMkart üzərində qanun üzrə vərəsəlik hüququnun tanınaraq ona müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi, 050211-60-06 nömrəsinin onun istifadəsinə, SİM-kartın isə mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həyat yoldaşı X15 uzun illər ərzində X4 qardaşı X9 şəxsi sürücüsü olmuşdur. Ona sonradan məlum olduğuna görə X18 2006-cı ildə istifadə üçün ona hədiyyə olaraq ayrılmış, cavabdeh "xxxx" MMC-nin istifadəsində olan ***-***-**-** mobil nömrəsini sürücüsünün adına rəsmiləşdirmiş, odur ki, göstərilən nömrə ilə uzlaşdırılmış SİM-kart həyat yoldaşının mülkiyyətinə keçmişdir. Habelə sonradan ona məlum ol duğuna görə X12 etibarnamə əsasında həmin nömrədən istifadə etmişdir. Həyat yoldaşı xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. 2015-ci ildə heç vaxt üzünü görmədiyi, adını bildiyi cavabdehXXXu (X1), ona zəng edərək qaynatası Araz Hüseynovun razılığı əsasında yuxarıda göstərilən nömrədən özünün istifadəsi üçün yaxın dostunu yanına göndərəcəyini, odur ki, dostunun dediyi hərəkətləri yerinə yetirməli olduğunu xahiş etmişdir. X47 adında kürəkəni olduğunu bildiyinə görə ona inanmış, odur ki, öz adından göndərdiyi şəxslə birlikdə həmin şəxsin göstəriş və dəvəti ilə notariusa və digər tanımadığı ofisə gedərək təqdim olunmuş və mahiyyətini qətiyyən bilmədiyi sənədlərə yalnız imza etmişdir. 2018-ci ildə isə ona məlum olmuşdur ki, Orxan Ağayevin öz həyat yoldaşı Həcər Hüseynovaya qarşı zorakılıq hər əkətləri səbəbindən hələ 2015-ci ildən hər iki ailə arasında inciklik yaranmış, 2016-cı ilin yayından etibarən X48 Ağayevdən faktiki olaraq ayrılmış, onların arasında bağlanmış nikah isə 2017-ci ildə Rusiya Federasiyasında məhkəmə qaydasında pozulmuşdur. Habelə məlum olmuşdur ki, mərhum həyat yoldaşının adına olan nömrə ilə bağlı cavabdeh Orxan Ağayev ona müraciət edən zaman hər iki ailə arasında faktiki qohumluq münasibətləri artıq mövcud olmamış və Araz Hüseynov göstərilən nömrənin Orxan Ağayevin istifadəsinə verilməsi fikrini qətiyyən irəli sürməmişdir. Odur ki, bütün bunları bilən kimi, yəni 2018-ci ildə "xxxx" MMC-yə xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edib nömrənin geri qaytarılmasını xahiş etmiş, lakin həmin ərizəsinə cavab verilməmişdir. Bu səbəbdən dəfələrlə "xxxx" MMC-nin aidiyyəti qurumuna gedib nömrə ilə bağlı vəziyyətlə maraqlanaraq cavab istəmiş və hər dəfə cavab göndəriləcəyi deyilsə də, heç bir cavab göndərilməmiş, nəhayətdə isə qurumun əməkdaşları tərəfindən ona, ən azındanXXXuna nömrə ilə bağlı adından verilmiş razılığı (sonradan bildiyinə görə etibarnaməni) ləğv etdirmək və yalnız bundan sonra müraciət etmək tövsiyə olunmuşdur. Odur ki, xx.xx.2020ci il tarixdə Bakı şəhəri 53 saylı notariat kontoruna gedərək ***-***-**-** nömrəsi ilə bağlı xx.xx.2015-ci il tarixdə, reyestrdə 7 E-11335 nömrə iləXXXunun adına rəsmiləşdirilmiş təmsilçilik barədə etibarnaməni ləğv etdirmişdir. Etibarnamənin məzmunu ilə tanış olduqdan sonra məlum olmuşdur ki, həmin etibarnamədə göstərilən nömrə ilə bağlı bütün səlahiyyətlər əks olunmuş, lakin onun mahiyyəti imzalanmazda n əvvəl ona izah edilməmişdir. Hansı ki, Orxan Ağayev ona zəng edən zaman yalnız nömrədən istifadə edəcəyini bildirmiş, öz adına və ya başqa ada keçirmək söhbətini etməmişdir (onun həmin nömrədən 2 il dörd ay ərzində istifadə etməsi və bu müddət ərzində addan-ada keçirməməsi faktı da bu halları təsdiq edir). Odur ki, “COVİD-19” pandemiyası ilə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xüsusi karantin rejiminin tətbiq edilməsi, sonradan isə həmin rejimin uzadılması səbəbindən evdən çıxa bilmədiyinə görə "xxxx" MMC-yə yalnız xx.xx.2020-ci il tarixli məktubla müraciət edib ***-***-**-** nömrəsi ilə bağlı etibarnaməni ləğv etdirdiyi barədə məlumat verərək həmin nömrə ilə bağlı ətraflı arayış verilməsini xahiş etmiş və bir neçə şifahi müraciətindən sonra nəhayət, "xxxx" MMC tər əfindən göndərilmiş xx.xx.2020-ci il tarixli 8308 saylı cavab məktubunda bildirilmişdir ki, “şirkətimizdə mövcud qaydalara əsasən elekton məlumat bazalarında abunəçiyə dair məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə, məxfi hesab olunduğuna görə 3-cü şəxslərə təqdim edilmir.... Eyni zamanda bildiririk ki, xx.xx.2015-ci il tarixli, X23 tərəfindənXXXuna verilmiş Reyestrdə 7E-11335 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasənXXXu, xx.xx.2017-ci il tarixində abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxış edərək 050 *** ** ** nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. Həmin əməliyyat həyata keçirilənədək, müvafiq etibarnamənin ləğv edildiyinə dair hər hansı rəsmi məlumat "xxxx" MMC-yə daxil olmayıb. Beləliklə də 050 *** ** ** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda “Azercell Telekom ’’ MMC tərəfindən hər hansı bir səhvə və ya qüsura yol verilməmişdir...” Həmin məktubla ona həmçinin bildirilmişdir ki, eyni məzmunlu müraciəti xx.xx.2018-ci il tarixli 34286 saylı məktubla (surəti əlavə olunur) cavablandırılmışdır. Məktubda göstərilən “eyni məzmunlu” müraciəti ilə bağlı ünvanına xx.xx.2018-ci il tarixli 34286 saylı məktub daxil olmamışdır. xx.xx.2018-ci il tarixdə şəxsən təqdim etdiyi məktubdaXXXuna etibarnamə verməyi və ya onun ləğvi ilə bağlı heç bir cümlə işlətməmiş və belə bir fikri yalnız xx.xx.2020-ci il tarixli yazılı müraciətində işlətmişdir. Hesab edir ki, "xxxx" MMC tərəfindən mərhum həyat yoldaşı X31 ğlunun mülkiyyətinə ***-***-**-** nömrəsi ilə uzlaşdırılaraq verilmiş SİM-kartla bağlı əməliyyat cavabdeh Orxan Ağayev tərəfindən aldatma və hüquqdan sui-istifadə etməklə həyata keçirilmişdir ki, nəticə etibarilə həmin SİM-kart üzərində onun vərəsəlik hüququ pozulmuşdur. Belə ki, X6 vərəsəsi olduğuna görə yalnız yuxarıda göstərilən nömrə ilə uzlaşdırılmış SİM-kart üzərində vərəsəlik hüququ rəsmiləşdirildikdən sonra müstəqil olaraq öz iradə ifadəsi və həqiqi niyyəti əsasında həmin daşnar əşya barəsində sərəncan vermək hüququna malik ola bilərdi. "xxxx" MMC-nin birtipli “Abunə müqaviləsi”nin 7.1-ci bəndinə görə SİM-kart paketinin satışı nəticəsində SİM-kart fiziki obyekt olaraq “Abunəçi”nin mülkiyyətinə, nömrə isə onun istifadəsinə keçir.

7. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X24 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçının–tələbinin əsasını təşkil edən hallar barədə dəlilləri əs assızdır. Azərbaycan Respublikasının qanunvericiliyinə və abunə müqavilələrinin şərtlərinə əsasən nömrə istifadəyə verilərkən həmin nömrə ilə bağlı bütün hüquqlar və vəzifələr ancaq abunəçiyə (nömrə adına rəsmiləşdirilmiş şəxs) tətbiq edilir. Abunəçinin istifadəsində olan nömrə ilə bağlı hər hansı əməliyyatın həyata keçirilməsi, həmçinin yazışmaların aparılması yalnız abunəçinin şəxsən özünün və yaxud abunəçinin verdiyi etibarnamə (müvafiq qaydada tərtib və təsdiq olunmuş) əsasında səlahiyyətli şəxsin iştirakı ilə həyata keçirilə bilər. xx.xx.2015-ci il tarixli, X23 tərəfindənXXXuna verilmiş Reyestrdə 7E-11335 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasənXXXu, xx.xx.2017-ci il tarixində abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxış edərək 050 *** ** ** nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. Həmin əməliyyat həyata keçirilənədək, müvafiq etibarnamənin ləğv edildiyinə dair hər hansı rəsmi məlumat MMC-yə daxil olmayıb. 3 ildən sonra etibarnamə xx.xx.2020-ci il tarixində ləğv edilib. Beləliklə də 050 *** ** ** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. İddia ərizəsində qeyd edilir ki, müraciətlərinə cavab verilməyib. Bu tamamilə yanlışdır. Belə ki, xx.xx.2018-ci il tarixində 34286 saylı və xx.xx.2020-ci il tarixində isə 8308 saylı məktublarla cavab verilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən mobil rabitə xidmətləri çərçivəsində abunəçilərə istifadə etdikləri nömrənin hansı seriya və nömrə ilə başlaması ilə bağlı isə heç bir fərq qoyulmur. Azərbaycan Respublikasının qanunvericiliyinə və abunə müqavil ələrinin şərtlərinə əsasən nömrə abunəçinin mülkiyyətinə deyil, icarəsinə verilir. İstifadəyə verilərkən həmin nömrə ilə bağlı bütün hüquqlar və vəzifələr ancaq abunəçiyə (nömrə adına əşdirilmiş şəxs) tətbiq edilir. Abunə müqaviləsinin 10.3-cü maddəsinə əsasən abunəçi Müştəri Xidmətlərinə yazılı müraciət etməklə istənilən vaxt müqaviləyə xitam verə bilər. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən ölkənin nömrə resursu, ölkə kodu, həmçinin ölkə kodu yüksək səviyyəli domen dövlətə məxsusdur. Beləliklə də nömrə resursu üzrə mülkiyyət hüququ hər hansı abunəçiyə, operatora deyil, yalnız dövlətə məxsusdur. Belə olan halda nömrə resursundan istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən "xxxx" MMC-yə ödənişli əsaslar ilə verilib. Qeyd edilə nləri nəzərə alaraq dövlətin mülkiyyəti olan nömrə resursları heç bir vaxt operatorlar tərəfindən satılmır. Burada yalnız operatora ayrılan nömrə resursundan istifadə hüququ ödənişli əsaslar ilə istifadəçilərə, abunəçilərə verilir, Qüvvədə olan qanunvericilikdə yalnız nömrə resursunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən operatora ayrılması üzrə dövlət tərəfindən qiymətlər müəyyən edilib (X45) nömrə resurslarından istifadə hüququnun abunəçilərə, istifadəçilərə verilməsi ilə bağlı qiymətlər dövlət tərəfindən tənzimlənir və müvafiq qiymətlər operatorlar tərəfindən sərbəst müəyyən edilir. Abunə müqaviləsinin 9.1-ci maddəsinə əsasən müqavilə abunəçi tərəfindən üçüncü şəxs(lər)ə güzəşt edilə bilməz Nömrənin və cihazın üçüncü şəxs tərəfindən istismarı, müqavilə şərtlərinin yerinə yetirilmə məsuliyyəti abunəçinin üzərinə düşür. Bu şərt cihazın və ya SİMkartın oğurlanması və ya itirilməsi halında da, abunəçinin rəsmi müraciəti əsasında xidmət göstərilməsi dayandırılanadək qüvvədə olur. Abunə müqaviləsinin 9.2-ci maddəsinə əsasən "xxxx"in razılığı ilə, istifadəsində olan nömrəni üçüncü şəxsin daimi rəsmi istifadəsinə vermək (nömrəni güzəşt etmək) istəyində olarsa, həm abunəçi, həm də nömrəni adına keçirmək istəyən şəxs mütləq ərizə ilə Müştəri Xidmətlərinə müraciət etməlidirlər və abunəçi bütün borclarını ödəməlidir. Bundan sonra abunəçi ilə müqaviləyə xitam verilə və yeni abunəçi (xeyrinə güzəşt edilən fiziki və ya hüquqi şəxs) ilə bu şərtlərə əsasən yeni müqavilə bağlanıla bilər. Abunə müqaviləsinin 9.3-cü maddəsinə əsasən abunəçi tərəfindən nömrə yuxarıdakı qaydanın pozulma sı ilə güzəşt edilərsə, "xxxx" müqavilə üzrə öhdəliklərin icrasını, heç bir güzəştin baş vermədiyi kimi, abunəçidən tələb etməkdə haqlı olur. Abunəçi tərəfindən nömrənin güzəştinə aid öhdəliklərin icra edilməməsi nömrənin bu müqavilədə nəzərdə tutulmuş qaydada bağlanmasına və müqaviləyə xitam verilməsinə səbəb ola bilər. Abunə müqaviləsinə əsasən abunəçinin istifadəsində olan nömrədən maddi və ya qeyri-maddi nemətlər müqabilində 3-cü şəxslərin xeyrinə imtina etməsi halı isə nəzərdə tutulmayıb, belə halların araşdırılması və hər hansı tədbir görülməsi də MMC-nin səlahiyyətləri çərçivəsində deyildir. Əksinə abunəçinin stifadəsinə verilmiş nömrə, müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə aounəçinin istifadəsindən çıxarılır. Abunəçilərin istifadəsinə verilən n ömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 8.5-ci maddəsinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilmiş nömrə "xxxx" tərəfindən başqa abunəçinin istifadəsinə verilə bilər, bu zaman ilkin abunəçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulmur. Ləğv edilmiş nömrənin ilkin abunəçinin təkrar istifadəsinə verilməsi Azercell”in öz mülahizəsinə əsasən, əgər nömrə digər abunəçiyə verilməmişsə, həyata keçirilə bilər. Abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə abunəçinin istifadəsindən çıxarılır. Abunə Müqaviləsinin müddəalarına uyğun olaraq abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilə ləğv edildikdə başqa abunəçinin istifadəsinə verilə bilər. İstifadədən çıxarılmış nömrənin başqa abunəçinin istifadəsinə verilməsi MMC-nin səlahiyyətlərindədir, hadisələrin belə inkişafında ilkin abunəçiyə məlumat verilməsi nəzərdə tutulmur. İddiaçının heç bir hüquqi və faktiki əsası olmayan tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən və qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarına istinadən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. CavabdehXXXunun nümayəndəsi və vəkili X38 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddiaçı X22 xx.xx.2015-ci il tarixdə cavabdehXXXuna notariat qaydasında 20 il müddətinə telefon nömrəsinə dair etibarnamə vermiş və həmin etibarnamədə sonuncuya "xxxx" MMC-də onun adında olan nömrəyə dair bütün sənədləşmə əməliyyatlarını aparmağı, dublikat, gizləttel və s. əməliyyatları aparmağı, nömrəyə gələn və nömrədən çıxan zənglərin çıxarışını almağı, o cümlədən nömrə üzərində sərəncam verməyi, addan ada keçirtməyi və s. səlahiyyətləri vermişdir. İddiaçının 1958-ci il təvəllüdlü, tam yetkin bir şəxs olaraq notariat orqanında aldadıldığını bəyan etmək ciddi şübhələr doğurur. Belə ki, iddia ərizəsində, iddiaçı notariusa və digər tanımadığı ofisə getdiyini, ona təqdim olunmuş və mahiyyətini qətiyyən bilmədiyi sənədlərə yalnız imza etdiyini yazmışdır. Lakin, iddiaçı tərəfindən imzalanmış xx.xx.2018ci il tarixli ərizədə, sonuncu göstərmişdir ki, "Bir gün,XXXu bizim evimizi taparaq, özünü Hüseynov Arazın kürəkəni kimi təqdim edərək, telefon nömrəsini onun adına keçirməyi üçün razılıq ərizəsinin tələb olunduğunu bildirdi.” Beləliklə, aşkar görünür ki, iddi a ərizəsində ona təqdim olunmuş və mahiyyətini qətiyyən bilmədiyi sənədlərə yalnız imza etdiyini göstərən iddiaçı, daha əvvəl, yəni xx.xx.2018-ci il tarixdə cavabdehə ünvanladığı ərizəsində imza etdiyi sənədin, yəni etibarnamənin mahiyyətini bildiyini və bu barədə Orxan Ağayevin ona dediyini açıq şəkildə etiraf etmişdir. Bu isə, iddiaçının xx.xx.2015-ci il tarixdə cavabdehXXXuna notariat qaydasında 20 il müddətinə telefon nömrəsinə dair etibarnamə verərkən, bu sənədin mahiyyətini tam anladığını və bildiyini təsdiq edir. Belə vəziyyətdə, hazırkı iş iizrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2 və 375.2-ci maddələrinin tətbiq olunmasını zəruri hesab edir. Belə ki, AR MM-nin 354.2-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna otmaqla, ma raqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyıdduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bitməli olduğu giindən bir il ərzində əqdi mübahisə edə bilər. AR MM-nin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinə iddia müddəti tətbiq edilməklə, eyni zamanda, iddia tələbləri tamamilə əsassız və qanunsuz olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Daha sonra iddiaçı X21 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi nə uyğun olaraq, iddia tələbinin predmetinə dəyişiklik edilməsi barədə ərizə verərək göstərmişdir ki, mübahisəli nömrənin məhz Orxan Ağayevin adına xx.xx.2017-ci il tarixli abunə müqaviləsi əsasında keçirildiyi ona, "xxxx" MMC tərəfindən məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli 6661 saylı cavab məktubundan məlum olmuşdur. Habelə məhkəmənin xx.xx.2021-ci il tarixli sorğusu əsasında "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə tanış olduqdan sonra məlum olmuşdur ki, onunla bağlanmış abunə müqaviləsinə ona xəbər verilmədən, razılığı və iştirakı olmadan xitam verilmiş və cavabdehXXXuna verdiyi xx.xx.2015-ci il tarixli etibarnamə əsasında onunla xx.xx.2017-ci il tarixli abunə müqaviləsi bağlanaraq nömrə onun adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, ha zırki iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək nömrənin kimin adına rəsmiləşdirildiyi ona məlum olmamış, çoxsaylı şifahi və yazılı müraciətləri "xxxx" MMC-nin yalnız xx.xx.2020-ci il tarixli 8308 saylı cavab məktubu ilə cavablandırılmışdır. Ona görə də hesab edir ki, cavabdeh Orxan Ağayevin nümayəndəsi Elmar Kərimovun “mübahisəyə iddia müddətinin tətbiqi barədə” ərizəsi qanuni deyil və təmin edilməməlidir. Digər tərəfdən, Mülki Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Qeyd edilənlərə əsasən, ***-***-**-** nömrəsi ilə uzlaşdırılmış SİM-kartla bağlı cavadehlər "xxxx" MMC iləXXXu arasında bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki vəziyyətin bərpa edilərək həmin nömrə ilə uz laşdırılmış SİM-kartın onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs XXX cavabdehlər X16,XXXuna, "xxxx" MMC-yə və XXX2nə qarşı “etibarnamənin və ondan irəli gələn əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Telekom MMC-də mərhum X3nun adına qeydiyyatda olan ***-***-**-** nömrənin anası cavabdeh X13 adına keçirilən hüquq verən sənədin, hərəkətin, daha sonra xx.xx.2015-ci il tarixdə 53 saylı Notariat kontorunda təsdiqlənən X13 ***-***-**-** nömrəyə dair səlahiyyətlərinin cavabdehXXXuna verdiyi etibarnamənin və etibarnamədən irəli gələn hüquqverən sənədlərin etibarsız hesab edilməsi bar ədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, ***-***-**-** nömrənin mülkiyyətçisi olan mərhum X10 və iş üzrə iddiaçı X11 övladıdır. X3 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. 2021-ci ilin fevral ayında anasıgildə olarkən Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli iddianın təmin tədbiri barədə qərardadını görüb, anasından maraqlananda o, bildirmişdir ki, mərhum atasına məxsus olan ***-***-**-** nömrə ilə bağlı 53 saylı notariat kontorunda X39 etibarnamə vermişdir. Hazırda ***-***-**-** nömrə cavabdehXXXunun adınadır. Hesab edir ki, mərhum atasının övladı olaraq anası Zərifə Bahadurova atasının adına qeydiyyatda olan ***-***-**-** nömrə barədə ona xəbər verməli idi. Belə çıxır ki, onun razılığı olmadan həmin nömrəni anası adın a keçirmişdir Bununla da atasının vərəsəsi olaraq hüquqlarını pozmuşdur. Atasının ölən günə mülkiyyətində daşınmaz əmlakı olmasa da, daşınar əmlkaları vardır. Atasına məxsus olan qızıl kişi saatını, xalçanı miras əmlak kimi qəbul etmişdir. Azersell Telekomda mərhum X3nun adına qeydiyyatda olan ***-***-**-** nömrənin hansı əsasla anasının adına keçməsi ona aydın deyildir. Hesab edir ki, bu qanunsuz olmuşdur. Vərəsə olaraq həmin nömrəyə olan hüququndan imtina etməmişdir. Notariat kontoru nömrənin anasına məxsus olmasını yoxlamadan onun adındanXXXunun adına etibarnaməni təsdiq etmişdir. Nəticədə mərhum atasına məxsus olan 050 ***-**-** nömrə qanunsuz olaraq cavabdehXXXunun adma qeydiyyata alınmış və qanunsuz olaraq özgəninkiləşdirilmişdir.

12. XXX daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən 6661 saylı xx.xx.2021-ci il tarixli arayışdan və əlavə edilən sənədlərdən görünür ki, mərhum atası vəfat etdiyi üçün anası ölüm haqında şəhadətnaməni, nikah haqqında şəhadətnaməni, şəxsiyyət vəsiqəsini təqdim edib xx.xx.2015-ci il tarixdə 050-211- 60-06 nömrəsinə dair abunə müqaviləsi bağlamışdır. Daha sonra anası tərəfindənXXXuna verilmiş xx.xx.2015-ci il tarixli reyestrdə 7E-11335 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasənXXXu göstərilən nömrəni addan- ada əməliyyatı keçirmiş və yeni abunə müqaviləsi bağlamışdır və hazırda ***-***-**-** nömrə onun istifadəsindədir. Məhkəməyə təqdim edilən 24.082015-ci il tarixli fakturalı xətt sisteminə aid nömrənin vəfat etmiş abunəçinin adından başqa şəxsin a dına keçirilməsi formasına əsasən ***-***-**-** nömrə M.Bahadurovun adından Z.Bahadurovanın adına keçmişdir. xx.xx.2015-ci il tarixdə həmin nömrəyə dair "xxxx" MMC ilə Z.Bahadurova arasında abunə müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixdə həmçinin Z.Bahadurova ***-***-**-** nömrəyə dair A.Ağayevə etibarnamə vermişdir. O.Ağayev həmin etibarnamə ilə ***-***-**-** nömrəni fakturalı xətt sisteminə aid nömrənin abunəçinin adından başqa şəxsin adına keçirilməsi formasına əsasən xx.xx.2017-ci il tarixdə Z.Bahadurovanın nümaqyəndəsi qismində çıxış edərək nömrəni öz adına keçirmiş və xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə abunə müqaviləsi bağlamışdır. Bundan əlavə "xxxx" MMC-nin ona göndərdiyi arayışdan görünür ki, vəfat etmiş şəxsin adına rəsmiləşmiş nömrə ilə bağlı şirkətdə mövcud olan qa ydalara əsasən yalnız aşağıdakı şəxslərdən ilkin müraciət edənlərə üstünlük verilir: a) Vəfat etmiş abunəçinin atası və ya anası (zəruri sənədlər- ölüm haqqında şəhadətnamə, vəfat etmiş şəxsin doğum haqqında şəhadətnaməsi, müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd-şəxsiyyət vəsiqəsi); b) Vəfar etmiş abunəçinn yetkinlik yaşma çatmış övladları (zəruri sənədlər- ölüm haqqında şəhadətnamə, müracət etmiş şəxsin doğum haqqında şəhadətnaməsi, müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd-şəxsiyyət vəsiqəsi) c) Vəfat etmiş abunəçinin həyat yoldaşı(zəruri sənədələr- ölüm haqında şəhadətnamə, müraciət edən şəxslə vəfat etmiş şəxsin nikah haqqında şəhadətnaməsi, müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd- şəxsiyyət vəsiqəsi); d) Vəfat etmiş şəxsin vərəsəsi(zəruri sənədlər- öl üm haqqında şəhadətnamə, vərəsəlik haqqında şəhadətnamə, müraciət edəm şəxsin şəxsiyyətini təsdiq ed\ən sənədşəxsiyyə vəsiqəsi).

13. Göründüyü kimi qanunsuz əməliyyatlar nəticəsində atasına məxsus nömrə özgəninkiləşdirilmişdir.

14. Əvvəla cavab məktutundan aydın deyil hansı qaydalara əsasən bu əməliyyatlar aparılıb, hətta belə Qaydalar mövcud olmuş olsa belə mülki qanunvericiliyin tələblərinə ziddir. Normativ hüquqi aktlar haqqında Qanuna əsasən Məcəllənin Qaydalardan daha yüksək hüquqi qüvvəsi vardır. Nəzərə alaraq ki, ***-***-**-** nömrənin sahibi olan mərhum X10 və X11 övladıdır, hesab edir ki, nömrəyə hüququ olan şəxsdir və həmin nömrə ilə bağlı yuxarıda göstərilən əqdlər bağlanılarkən vərəsə kimi hüquqları pozulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci ma ddəsinə əsasən şəxsi, qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələəblərə iddia müddəti şamil edilmir. Göstərilənlərə əsasən "xxxx" MMC-də mərhum X3nun adına qeydiyyatda olan ***-***-**-** nömrə ilə bağlı xx.xx.2015-ci il tarixli, reviziya nömrəsi 5.13 olan fakrturalı xətt sisteminə aid nömrənin X2nun adından X13 adına keçirilməsi formasının, xx.xx.2015-ci il tarixli "xxxx" MMC ilə X22 arasında bağlanmış abunə müqaviləsinin, X17XXXuna verrdiyi xx.xx.2015- ci il tarixli reyestrdə 7E-11335 nömrə ilə qeyd edilmiş etibarnamənin, xx.xx.2017-ci il tarixli reviziya nömrəsi 6.34 olan fakturalı xətt sisteminə aid olan nömrənin X13 adındanXXXunun adına keçirilməsi formasının və "xxxx" MMC iləXXXu arasında bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsinin etiba rsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) (bundan sonra – birinci instansiya məhkəməsi) 8 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı vacib əhəmiyyətli yanıltmanın təsiri altında imzaladığını iddia etdiyi etibarnaməninin etibarsızlığı barədə xx.xx.2015-ci il tarixdən məlumatı olmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddəti ötürməklə, yalnız xx.xx.2026-ci il tarixdə məhkəməyə iddia ərizəsi verməklə mübahisələndirmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş 1 i l iddia müddəti buraxılmışdır. Həmçinin, iddiaçı imzaladığı sənədin etibarnamə olmasından məlumatının olmaması barədə mülahizələrini heç bir mötəbər sübutla təsdiq edə bilməmiş, ümumi mülahizələrlə kifayətlənmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi həm iddia müddəti ötürülnəklə verildiyinə görə, həm də əsassız və qanunsuz olduğundan rədd edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2, 385.1, 386.1, 424, 337.1, 347.1, 347.2-ci maddələrə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. X19 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. XXX apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8297/2021 saylı mülki iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs XXX tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X11 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Z.X.Bahadurovaya aid hissədə ləğv edilmiş, iddiaçı X11 iddiası təmin edilmiş, "xxxx" MMC iləXXX u arasında ***-***-**-** nömrə ilə bağlı bağlanmış 02 noyabr 2017-ci il tarixli abunə müqaviləsi və onun tərkib hissəsi olan 02 noyabr 2017-ci il tarixli “fakturalı xətt sisteminə aid nömrənin abunəçinin adından başqa şəxsin adına keçirilməsi forması etibarsız hesab edilmiş və əvvəlki vəziyyətin bərpa edilərək həmin nömrə ilə uzlaşdırılmış SİM-kartın X11 adına rəsmiləşdirilməsi vəzifəsi "xxxx" MMM-nin üzərinə qoyulmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Birinci instansiya məhkəməsi üçüncü şəxs XXXnın iddia tələbini rədd etsə də, gəldiyi nəticəni qətnamədə əsaslandırmamış, S.M.Əsgərovanın iddia tələbini əsassızlığı ilə bağlı heç bir mövqe nümayiş etdirməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçı X11 xx.xx.2026-cı ildə məhkəməyə müraciət etməsinin qey d olunmasını məhkəmə kollegiyası texniki səhv kimi dəyərləndirir.

23. Mülki işin materialları ilə təsdiq olunur ki, X21 “050-211- 60-06 nömrəsi ilə uzlaşdırılmış SİM-kartla bağlı cavabdehlər "xxxx" MMM iləXXXu arasında bağlanmış 02. 11. 2017-ci il tarixli abunə müqaviləsinin mövcudluğundan Z.X.Bahadurovanın "xxxx" MMM tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 05 aprel 2021-ci il tarixli 6661 saylı cavab məktubundan məlumat alması təsdiq olunur.

24. Mülki işə əlavə edilmiş "xxxx" MMM-nin X11 xx.xx.2020-ci il tarixli ərizəsinə 21 may 2020-ci il tarixdə verdiyi cavabında qeyd etmişdir ki, “şirkətimizdə mövcud qaydalara əsasən elektron məlumat bazalarında abunəçiyə dair məlumatlar, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə, məxfi hesab olu nduğuna görə 3-cü şəxslərə təqdim edilmir. Göstərilənləri nəzərə alaraq qeyd etdiyiniz nömrəyə dair hazırda hər hansı məlumat təqdim edilməsi mümkün deyil... 24 avqust 2015-ci il tarixli, X28 tərəfindənXXXuna verilmiş Reyestrdə 7E-11335 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasənXXXu, xx.xx.2017-ci il tarixində abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxış edərək 050 211 60 06 nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. Həmin əməliyyat həyata keçirilənədək müvafiq etibarnamənin ləğv edildiyinə dair hər hansı rəsmi məlumat "xxxx" MMC-yə daxil olmayıb”.

25. Beləliklə, qeyd olunan məktubda (1-ci cild, səh.18), həmçinin"xxxx" MMC-nin Yasamal rayon məhkəməsinə ünvanladığı 05 aprel 2021-ci il tarixli (1-ci cild, səh.142), Səkinə Əsgərovaya ünvanlanmış 6724 saylı (1-ci cild, səh.157) mək tublardaXXXunun məhz Z.X. Bahadurovanın etibarnamə əsasında səlahiyyətli nümayəndəsi kimi çıxış edərək 050 211 60 06 nömrədə addan-ada əməliyyatı həyata keçirməsi öz təsdiqini tapmışdır. 050 211 60 06 nömrədə addan-ada əməliyyatı həyata keçirməsi nəticəsindəXXXu ilə abunə müqaviləsinin bağlanması isə yalnız Yasamal Rayon Məhkəməsinə ünvanlanmış cavab məktubunda öz ifadəsini tapmışdır. 26. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş 02 noyabr 2017-ci il tarixli “fakturalı xətt sisteminə aid nömrənin abunəçinin adından başqa şəxsin adına keçirilməsi formasında abunəçi kimi X20 ( sənədin seriyası AZE № ********), nömrəni adına keçirən şəxsXXXu (sənədin seriyası AZE № ********) arasında nömrənin addan ada keçirilməsi müqaviləsi rəsmiləşdirilmiş, müqaviləyə abunəçi və nömrəni adına keçirən şəxs kimiXXXu imza etmişdir (1-ci cild, səh.153).

27. Mülki işə əlavə olunmuş Rusiya Federasiyası Moskva vilayəti Krasnoqorsk şəhər məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, X29 iddiası əsasında onunlaXXXu arasında nikah pozulmuşdur. Qətnamədə tərəflər arasında ailə münasibətlərinin 2016-cı ilin avqustunda ailə münasibətlərinin pozulması öz təsdiqini tapmışdır (1-ci cild, səh.19).

28. Ağayev Orxan Rauf oğlu 050 211 60 06 nömrə ilə bağlı X7 24 avqust 2015-ci il tarixdə etibarnamə alsa da, həmin nömrənin addan-ada əməliyyatını X43 ilə nikahı pozulandan sonra 02 noyabr 2017-ci ildə həyata keçirmişdir. Bu da etibarnamənin ona nömrəni öz adına keçirməsi üçün verilmədiyinə dəlalət edir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

30. İstinad olunan maddi hüquq normaları ona dəlalət edir ki, X14 24 avqust 2015-ci il tarixli etibarnamə əsasında təmsil edənXXXu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələbini pozaraq təmsilçi kimi təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamışdır.

31. Həmin Məcəlləini 337.1-ci maddəsi isə müəyyən edir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola biər.

32. Məhkəmə kollegiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs XXXnın cavabdehlər X16,XXXuna "xxxx" MMM və Bakı şəhəri 53 saylı Natoriat ofisinə qarşı “etibarnamənin və ondan irəli gələn əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi ilə razılaşmışdır. Belə ki, S.M.Əsgərova iddia tələbini atasının vərəsi olması ilə əsaslandırmış, vərəsə kimi hüquqlarının pozulmasına istinad edərəkXXXuna verilmiş etibarnamə və həmin etibarnamə əsasında əldə edilən hüquqverici sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, "xxxx" MMC tərəfindən verilmiş nömrələrdən abunəçilər yalnız istifadə hüququna malikdir. Nömrələr abunəçinin mülkiyyətində deyil, dövlətin mülkiyyətində olduğuna görə S.M.Əsgərovanın apellyasiya şikayətinin dəlilləri əsass ız hesab edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. XXX kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin təmin edilməyən hissədə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qəldiyi nəticə ilə razı deyil. Məhkəmə işin həqiqi hallarına düzgün hüquqi qiymət verməmişdir nəticədə səhv nəticəyə gəlib qanunsuz qətnamə qəbul etmişdir. ***-***-**-** nömrənin sahibi olan mərhum X10 və iş üzrə iddiaçı X11 övladıyam, hesab edirəm ki, nömrəyə hüququ olan şəxsəm və həmin nömrə ilə bağlı yuxarıda göstərilən əqd lər bağlanılarkən mənim vərəsə kimi hüquqlarım pozulmuşdur. Həmçinin qeyd etmək istəyirəm ki, "xxxx" MMC tərəfindən yol verilən növbəti qanunsuzluq ondan ibarətdir ki, Ağayev X25 Zərifənin etibarnamə əsasında səlahiyyəli nümayəndəsi olduğu halda, qanunsuz olaraq nömrə ilə bağlı “Azercell Telekom “ MMC ilə müqavilə bağlayaraq həmin nömrəni öz adına rəsmiləşdirmişdir. Hesab edirəm ki, mənə münasibətdə baş verən qanunsuzluqları bildiyim andan qanunda nəzərdə tutulmuş müddət ərzində pozulmuş hüquqlarımın bərpa edilməsi üçün hazırki tələblə məhkəməyə müraciət etmişəm və əqdlərin etibarsızlığı üçün nəzərdə tutulan iddia müddətini ötürməmişəm. Nömrələr abunəçinin mülkiyyətində deyil, dövlətin mülkiyyətində olduğuna görə S.M.Əsgərovanın apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, mənim şikayətim təmin edilməməli, iddiaçı X13 apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmənin bu nəticəsi ilə də razı deyiləm, çünki mənim iddia tələbim ilə X13 iddia tələbinin ən azı etibarnamənin etibarsızlığı ilə bağlı hissəsi eynidir. Amma mənim bu hissədə tələbimi məhkəmə təmin etmir. Odur ki, apellyasiya instansiyası mənim tələbimin də bir hissəsini təmin etməli idi. Məhkəmənin gəldiyi nəticə ilə razı deyiləm. Azersell telekom MMC tərəfindən əvvəla nömrələr verilmir, məhz satılır. Hər bir nömrənin satış qiyməti mövcud olur.Bizim halda nömrə qiymətli nömrədir,pulu ödəmədən Azersell Telekom həmin nömrəni vermir. Nömrəni aldıqdan sonra istifadə etmək üçün haqq ödənilir. Ona görə məhkəmənin əldə edilən nömrə ilə bağlı istifadə hüququnun olması nəticəsi ilə razı deyiləm.Əgər istifadədirsə, nə səbəbə görə elə Azersell telekomun cavabına əsasən abonentin vəfatından sonra nömrə “ilk müraciət edən vərəsənin adına” rəsmiləşdirilir. 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edənin adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

28. Ağayev Orxan Rauf oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddiaçının iddiasının təmin edildiyi hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, hazırkı mübahisədə iddiaçının subyektiv hüququ olduğu halda belə, iş materialları kəsici müddətin tətbiqini şərtləndirir. Belə ki, iddiaçı P.Bahadurov a iddia ərizəsində, notariusa və digər tanımadığı ofisə getdiyini, ona təqdim olunmuş və mahiyyətini qətiyyən bilmədiyi sənədlərə yalnız imza etdiyini yazmışdır. Lakin, iddiaçı tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli ərizədə, sonuncu göstərmişdir ki, “Bir gün,XXXu bizim evimizi taparaq, özünü Hüseynov Arazın kürəkəni kimi təqdim edərək, telefon nömrəsini onun adına keçirməyi üçün razılıq ərizəsinin tələb olunduğunu bildirdi”. Beləliklə, aşkar görünür ki, iddia ərizəsində ona təqdim olunmuş və mahiyyətini qətiyyən bilmədiyi sənədlərə yalnız imza etdiyini göstərən iddiaçı, daha əvvəl, yəni xx.xx.2018-ci il tarixdə cavabdeh Azercell Telekom MMC-yə ünvanladığı ərizəsində imza etdiyi sənədin, yəni etibarnamənin mahiyyətini bildiyini və bu barədə Orxan Ağayevin ona dediyini açıq şəkildə e tiraf etmişdir. Bu isə, iddiaçının xx.xx.2015-ci il tarixdə cavabdehXXXuna notariat qaydasında 20 il müddətinə telefon nömrəsinə dair etibarnamə verərkən, bu sənədin mahiyyətini tam anladığını və bildiyini təsdiq edir. Hətta iddiaçı müddəti ötürdüyünü etiraf etməsinə və iddia müddətinin bərpa olunmasına dair imzaladığı ərizəsini də xx.xx.2021-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi mülki hüququn mənbəyi və hazırkı münasibətlərin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən müqavilə şərtlərinə diqqət yetirməmiş və həmin müqavilə şərtlərini ümumiyyətlə nəzərə almamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində göstərir ki, "xxxx" MMC tərəfindən verilmiş nömrələrdən abunəçilər yalnız istifadə hüququna malikdir. Nömr ələr abunəçinin mülkiyyətində deyil, dövlətin mülkiyyətində olduğuna görə S.M.Əsgərovanın apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir.” Belə vəziyyətdə, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, X21 da cavabdeh "xxxx" MMC ilə abunə müqaviləsi bağlamamış və mübahisəli nömrəyə heç bir hüququ olma-mışdır. Belə halda, hazırkı iddia tələbini irəli sürmək üçün heç bir subyektiv hüquqa malik olmayan iddiaçı X16 münasibətdə "xxxx" MMC-yə qarşı iddianı təmin etməklə məhkəmə səhvə yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər m übahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 33. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 34. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyu lduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

36. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

37. Maddə 359.3. Təmsilçi təmsil edilən a dından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Məhkəmə kollegiyası, qətnaməni işdə iştirak edən şəxslərin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağ ıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kollegiya iddiaya Mülki Məcəllənin 354.2-ci maddəsindəki kəsici müddətlərin tətbiq edilməli olması barədə O.Ağayevin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir, ona görə ki, həmin müddətlər əqdin etibarsızlığına dair iddia qaldırmaq üçün deyil, mübahisələndirilən (iradənin zədələnməsi nəticəsində bağlanmış) əqdlər üzrə əqdin mübahisə edilməsi üçün müəyyən edilmiş müddətlərdir. Bu növ əqdlərin etibarsızlığına dair əsaslar MM-in 339, 347-ci maddələrində nəzərdə tutulmu şdur.

39. Hazırkı işdə irəli sürülən etibarsızlıq əsası isə mübahisə edilən əqdlərə aid olmayan, təmsilçinin öz xeyrinə əqd bağlamasına dair qadağanın pozulmasıdır. Belə ki, MM-in 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Nəzərə alınmalıdır ki, bu cür əqd məcburi hüquq qaydasının pozulması ilə müşayət oldunduğu üçün bağlandığı andan etibarsızdır və mübahisə halında bu cür etibarsızlıq halının məhkəmə qətnaməsi ilə təsbit edilməsi mümkündür.

31. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş faktiki halları baxmından O.Ağayevin MM-in 359.3-cü maddəsinin tələblərini pozmaqla əqd bağladığı qənaətinə gəlinmiş, bu səbəbdən onun bağladığı abuna müqaviləsi və nömrənin abunəçinin adından başqa şəxsin adına keçirilməsi forması etibarsız hesab ed ilərək əvvəlki vəziyyət bərpa olunmuşdur.

32. Bundan əlavə, məhkəmə mübahisə predmeti üzərində S.Əsgərovanın vərəsəlik hüququnun olmamasına dair nəticəyə gəlmişdir.

33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8297/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar