Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2648/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)227/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 03 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ətnaməni qəbul etdi: İşin halları Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin Rəisinin 195 saylı, 26 noyabr 2021-ci il tarixli əmrinə əsasən, 1 nömrəli Mənzil-İstismar sahəsinin vəzifəli şəxslərinə ünvan 1 evin 11 saylı ünvanında aparılan qeyri-qanuni tikinti işlərinin aparılmasının dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılmasının təmin edilməsi əmr edilmişdir. XXi, Bakı Qarnizonu Mənzil-İstismar Sahəsinin 315 saylı, 02 noyabr 2021-ci il tarixli arayışına əsasən, Cavabdeh Bakı şəhəri, ünvan 1 evin 11 saylı mənzilində qeydiyyatdadır və ailə tərkibi oğlu X5 və X4 ibarətdir. Xi, Bakı Qarnizonu Mənzil-İstismar Sahəsi 1 saylı Mənzil-İstismar Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış 05 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, ona yaşadığı evdə aparılan qan unsuz tikinti işlərinin (eyvanın artırılması) təcili olaraq dayandırılması və sökülərək əvvəli vəziyyətə qaytarılması barədə xəbərdarlıq edilmişdir. X tərəfindən 14 sentyabr 2021-ci il tarixində təsdiq edilmiş akta əsasən, 1 saylı MİSnin mühəndisi R.Sarıyev, texnik M.Muradov, dalandar A.Teymurov həmin aktı tərtib etmişlər ondan ötrü ki, A.Abbaszadə küçəsi, 23 saylı binanın 7-ci mənzilində yaşayan F.Əlizadənin müraciətinə əsasən onun mənzilinə baxış keçirilmişdir. Baxış nəticəsində məlum olmuşdur ki, həmin binanın 11-ci mənzilinin sahibi Cavabdeh mənzilində su borusunda baş vermiş nasazlıq nəticəsində 7-ci mənzilin dəhlizinin, hamam və s\q, tavan və divarlarının təmiri sıradan çıxmışdır və F.Əlizadəyə maddi ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsi ndə icraat İddiaçı X (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 evin, 11 saylı mənzilində yaşayan cavabdeh tərəfindən aparılan qeyri-qanuni tikinti işlərinin dayandırılması və binanın fasad görüntüsünün əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 23 saylı bina 1987-ci il tarixində inşa edilərək Azərbaycan Respublikası X mənzil fonduna aid olmaqla iddiaçının təminatındadır. Bina 23 mərtəbəli 1 bloku olmaqla 36 xüsusi təyinatlı mənzildən ibarətdir. Bakı şəhəri, ünvan 1 evin 11 saylı mənzilində yaşayan Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz olaraq yaşadığı mənzilin eyvanında artırma işləri apararaq binanın konstruksiya quruluşunda dəyişiklik etmişdir. Qeyri-qanuni tikinti işlərinin dayandırılması ilə əlaqədar edilmiş rəsmi və şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh apardığı tikinti işlərini davam etdirmişdir. Araşdırma zamanı izahatı alınmış cavabdeh tikinti işlərini aparmaq üçün heç kimdən icazə almadığını və yaşadığı mənzilin eyvanının artırılmasını ailə üzvlərinin sayının çox olması səbəbindən mənzilin otaq sayını artırmaq istəməsi ilə əlaqələndirmişdir. O, qanunsuz tikinti işlərini dayandırmaq barədə mənzil-istismar sahəsi tərəfindən verilmiş xəbərdarlıqlarla tanış olduğunu, həmçinin xəbərdarlıqlara baxmayaraq tikinti işlərini dayandırmadığını da etiraf etmişdir. İddiaçı X nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı2 əsl iddiaçı X ilə əvəz edilməsi xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərardadı ilə x əsl iddiaçı x ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, ailə üzvləri ilə birgə 1997-ci ildən etibarən Bakı şəhəri, Səbail rayonu, 1128ci keçid, 23 saylı evin 11 saylı mənzilində yaşayır. Ailə üzvləri övladları X6 və X7r. Böyük övladı X1 psixi problemlər olduğundan psixo-nevroloji dispanserdə qeydiyyatdadır. Yaşadığı mənzildə övladları ilə birgə 2019-cu ildən etibarən qeyri-rəsmi münasibətdə olduğu 2-ci Qarabağ müharibəsi qazisi X9 da yaşayır. Mənzilin sıxlığını nəzərə alaraq eyvanın enini və uzunluğunu artırmaq yolu ilə mənzildə olan mətbəxi həmin eyvana köçürmək niyyətinə düşmüşdür. Lakin onunla qon şuluqda yaşayan O.Əlizadə onun bu fikrinə narazılıq etmişdir və tikintini dayandırmağı tələb etmişdir. Halbuki, ona əvvəlcədən icazə vermişdir. O, ailə üzvlərinin sayının çoxluğunu, mənzilin kiçikliyini nəzərə alaraq, eyvanın böyüdülməsini davam etmişdir. Tikintinin aparılmasında məqsədi övladlarının yataq otaqlarını ayırmaq olmuşdur. Çünki böyük övladı psixi problemlərinə görə əsəbidir və digər övladına xəsarət yetirə bilər. Buna görə də eyvanı böyüdərək, mətbəxi eyvana köçürmək, onun yerində isə əlavə yataq otağı etmək istəmişdir. Mənzilin eyvanında əlavə və dəyişikliklərin edilməsi ilə bağlı hər hansı quruma müraciət etməmişdir. O, təmirə başlamaq üçün xeyli miqdarda kreditə pul götürmüş və həmin pulları təmirə sərf etmişdir. Bundan başqa nə tikinti işlərini görməyə, nə də ki övladların a başqa mənzil almağa imkanı yoxdur. Həmçinin bildirmişdir ki, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(009)-257/2022 saylı qətnaməsi ilə (hakim R.Qafarova) iddia rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əsaslı təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və qanunda nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aiddir və Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X3 Agentliyi və Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə h əyata keçirir. İddiaçının cavabdehə qarşı “qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli, 533 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydaları”nın 1.1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinin tələblərinə və digər maddi, prosessual hüquq normalarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 23 saylı bina 1987-ci il tarixdə inşa edilərək iddiaçının mənzil fonduna aid olmaqla MX təminatındadır. Bina 36 xüsusi təyinatlı mənzildən ibarətdir. Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi 23 saylı evin 11 saylı mənzilində yaşayan cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz olaraq yaşadığı mənzilin eyvanında artırma işləri apararaq binanın konstruksiya quruluşunda dəyişiklik etmişdir. Qeyri-qanuni tikinti işlərinin dayandırılması ilə əlaqədar edilmiş rəsmi və şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh apardığı tikinti işlərini davam etdirmişdir. İlkin araşdırma zamanı izahatı alınmış cavabdeh tikinti işlərini aparmaq üçün heç kimdən icazə almadığını və yaşadığı mənzili n eyvanının artırılmasını ailə üzvlərinin sayının çox olması səbəbindən mənzilin otaq sayını artırmaq istəməsi ilə əlaqələndirmişdir. O, qanunsuz tikinti işlərini dayandırmaq barədə mənzil-istismar sahəsi tərəfindən verilmiş xəbərdarlıqlarla tanış olunduğunu, həmçinin xəbərdarlıqlara baxmayaraq tikinti işlərini dayandırmadığını da etiraf etmişdir. Cavabdeh tərəfindən aparılan qeyri-qanuni tikinti işləri barədə onunla qonşuluqda, Bakı şəhəri, Səbail rayonu A.Abbaszadə küçəsi 23 saylı evin 7 saylı mənzilində yaşayan Əli-zadə Ofeliya Əmrulla qızı tərəfindən edilmiş çoxsaylı şikayətlər əsasında cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması məqsədi ilə balans saxlayıcı təşkilat olan iddiaçı tərəfindən məhkəmədə mülki qa ydada iddia tələbi ilə müraciət olunmuşdur. Məhkəmə iclasının gedişatında Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində prosesə cəlb edilmişdir. Cavabdeh sözügedən mənzilində tikinti işləri aparmaq üçün nə Bakı şəhər İcra Hakimiyyətinə, nə də Səbail Rayon İcra Hakimiyyətinə müraciət etməmiş və adı çəkilən orqanların tikintinin aparılması barədə heç bir qərarı olmamışdır.Birinci instansiyası məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli, 533 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydaları”nın 1.1-ci bəndinə istinad edərək iddiaçının məhkəməyə müraciət etmək hüququnun olmadığını göstərmişdir. Bu Qaydalar Azərbaycan Respublikası ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri zama nı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və qanunda nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini müəyyən edir. Bu Qaydaya uyğun olaraq Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətlərini müvafiq qurumları vasitəsi ilə həyata keçirir. Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 23 saylı bina Müdafi Nazirliyinin mənzil fonduna aid olduğu üçün Mənzil Məcəlləsinin 6.0.12-ci maddəsinə əsasən balans saxlayıcı təşkilat tərəfindən yaşayış fondundan istifadə və onun saxlanılmasına, yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarə t edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Mənzil Məcəlləsinin tələbləri pozulmuşdur. Qeyd olunanlardan əlavə iddia tələbi ilə məhkəməyə müraciət eilməsinə əsas səbəblərdən biri cavabdehin qanunsuz hərəkətlərindən onunla qonşuluqda, yəni Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi 23 saylı 7 saylı mənzilində yaşayan Əlizadə Ofeliya Əmrulla qızı tərəfindən çoxsaylı şikayətlər olmuşdur. Lakin, məhkəmə qətnamə qəbul etməzdən əvvəl işin hərtərəfli, obyektiv araşdırılması üçün Əli-zadə Ofeliya Əmrulla qızını maraqlı şəxs qismində işə cəlb etməyərək, onun fikirlərini öyrənməmişdir. Birinci instansiyası məhkəməsi işin gedişatında cavabdeh tərəfindən aparılan tikinti işlərinin qanuni olub-olmaması barədə müvafiq qurumlardan rəy lər almamış, müvafiq ekspertizaların keçirilməsini təmin etməmiş, bununla da işin obyektiv araşdırmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli rəyinə əsasən müəyyən edilib ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 23 saylı evin 11 saylı mənzilndə yenidənqurma işləri aparılaraq (5,5x1.9) metr, (3.0x1.9) metr və 5.0x1.9) metr ölçüdə əlavə tikililərin inşa edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilmə sinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)227/2023 saylı qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev sədrlik edən, məruzəçi, İ.S.Şirinov və N.V.Sadıqov ) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, Bakı şəhəri, ünvan 1 evin 11 saylı mənzilində yaşayan cavabdeh tərəfindən aparılan qeyri-qanuni tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi ekspert rəyini sübut kimi qəbul edilməsini Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olduğunu qeyd edərək hesab etmişdir ki, mübahisəli tikili qanunvericiliyin tələblərinə uyğun inşa edilmədiyindən və onun mövcudluğu tikintidə təhlükəsizlik qaydalarını pozmaqla ictimai təhlükə törətditindən, binanın balansında olduğu X həmin tikilinin sökülməsi ilə bağlı iddia qaldırmaqda haqlı olmuşdur. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd edilən 87-ci maddəsinə istinad edərək vurğulamışdır ki, ekspertizanın məqsədi tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarət olsa da, cavabdeh tikinti işləri apararkən onun etibarlılıq və təhlükəsizlik b axımından normativ tələblərə uyğunluğunu təsdiq edən hər hansı ekspert rəyi almamışdır. Bundan başqa, cavabdehin inşa etdiyi tikili qeyd edilən Məcəllənin 89-cu maddəsinin tələblərinə əsasən ekspertizadan keçirilməsi tələb olunmayan tikililərin dairəsinə daxil deyildir. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1, 11.1.2, 11.3, 11.3.1, 87, 89.1, 89.1.1,89.1.2, 89.1.3, 89.1.4, 89.1.5, 89.1.7 maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilib, iddianın rədd e dilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bi maddi normaya əsaslanmayan apellyasiya instansiya məhkəməsi, formal olaraq “hazırda X tikilinin sökülməsinə dair iddia qaldırmaqla FövqəladəHallar Nazirliyinin Tikintidə X3 Agentliyi və Tikintidə X3Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin səlahiyyətlərinə müdaxilə etmiş olmur” əsaslandırması ilə apellyasiya şikayətinin təmin olunması qənaətinə gəlmişdir. Faktiki olaraq isə birinci instansiya məhkəməsinin mövqeyini əsassız olaraq qeyd etməmişdir. Ümumiyyətlə bütün birinci instansiya məhkəməsinin qətnaməsini məhz yuxarıda qeyd olunan iki cümlə ilə ləğvinə əsas gətirmişdir. Digər bir əsası isə “X tikilinin sökülməsi iləbağlı iddia qaldırmaqla, həmin tikilinin özü tərəfində n dayandırılması, təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının alınması, aradan qaldırılması iddiasında olmur. Xbalansında olan tikilinin sökülməsinə dair iddia qaldırmaqla, həmin tikilidə təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmiş olur.” Formasında qeyd olunmuşdur ki, bu isə digər mülkiyyətçilərin hüquqlarının kobud şəkildə pozulmasıdır. Yuxarıda qətnamədə qeyd edilən kimi mənzil xüsusi mülkiyyətdədir və cavabdehin hazırda bu qətnamə ilə xüsusi mülkiyyət hüquqları pozulmaqdadır. Binanın X balansında olması mülkiyyət hüququnun pozulması üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli, 533 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri (bundan sonra – tikinti işləri) zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və qanunda nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini müəyyən edir. Eyni zamanda qeyd edilir ki, bu Qaydalar Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından və təyinatından asılı olmayaraq bütün tikinti obyektlərinə şamil olunur. Bu Qayda sözügedən Məcəllənin 79- cu maddəsinə əsasən tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə, habelə reklam qurğularına şamil olunmur. Bu Qaydalara uyğun olaraq, qeyd olunan Nazirlik öz səlahiyyətlərini NazirliyinTikintidə X3 Agentliyi və Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 6.0. Mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: Maddə 6.0.1. dövl ət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; Maddə 6.0.2. xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi; Maddə 6.0.6. yaşayış sahələrinin yararlı vəziyyətdə saxlanması və təmiri; Maddə 6.0.7. yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması; Maddə 6.0.8. çoxmənzilli binaların idarə edilməsi; Maddə 6.0.12. yaşayış fondundan istifadə və onun saxlanmasına, yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarət edilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin Maddə 11.1. Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: Maddə 11.1.1. Layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; Maddə 11.1.2. Tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda. Maddə 11.3.Bu Məcəllənin 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulanlar istisna olmaqla, digər tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yo l verilmir: 11.3.1. tikilməsi nəzərdə tutulan obyekt baş plana zidd olarsa; Maddə
87. Ekspertizanın məqsədi tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Maddə 89.1. Aşağıdakı tikinti layihələri ekspertizadan keçirilmir: 89.1.1. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri; Maddə 89.1.2. Sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektlərinin layihələri; Maddə 89.1.3. Mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihələri; Maddə 89.1.4. Ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0 (sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən dəyişikliklərin edilməsi barədə layihələr; Maddə 89.1.5. Bu Məcəll ənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektlərinin layihələri; 89.1.6. yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələri; Maddə 89.1.7. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Madd ə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və i şdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddiaçının mübahisəli tikilinin sökülməsinə dair iddia qaldırmağa subyektiv hüququnun olmadığını bildirmiş və mövqeyini onunla əsaslandırmışdır ki, əsaslı təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aiddir və Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X3 Agentliyi və Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, hazırki iş üzrə mübahisələndirilən tikili X balansında olan binada yerləşir. Qeyd edilən binada təhülkəsizlik qaydalarına riayət edilməsinə görə cavabdehliyi X daşıyır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agen tliyi və Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi isə əsaslı təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması səlahiyyətinə malikdir. Belə olan halda, hazırda X tikilinin sökülməsinə dair iddia qaldırmaqla Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi və Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin səlahiyyətlərinə müdaxilə etmiş olmur. Başqa sözlə, X tikilinin sökülməsi ilə bağlı iddia qaldırmaqla, həmin tikilinin özü tərəfindən dayandırılması, təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının alınması, aradan qaldırılması iddiasında olmur. X balansında olan tikilinin sökülməsinə dair iddia qaldırmaqla, hə min tikilidə təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmiş olur. Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2023-cü il tarixli ekspert rəyinə görə, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 23 saylı evin 11 saylı mənzilində yenidənqurma işləri apararaq (5,5x1.9) metr, (3.0x1.9) metr və 5.0x1.9) metr ölçüdə əlavə tikililərin inşa edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olan iddiaya etirazının dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal mülki iş materiallarında aşkar edilmədiyindən, həmin rəyin sübut kimi qəbul edilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur və mülki iş materialları, apellyasiya şikayətinin dəlilləri və ekspertin rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli tikili qanunvericiliyin tələblərinə uyğun inşa edilmədiyindən və onun mövcudluğu tikintidə təhlükəsizlik qaydalarını pozmaqla ictimai təhlükə törətditindən, binanın balansında olduğuX həmin tikilinin sök ülməsi ilə bağlı iddia qaldırmaqda haqlı olmuşdur. Kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma Mənzil Məcəlləsinin 6-cı maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələblərinə görə xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi; yaşayış sahələrinin yararlı vəziyyətdə saxlanması və təmiri; yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması; çoxmənzilli binaların idarə edilməsi; yaşayış fondundan istifadə və onun saxlanmasına, yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarət edilməsi və sair iddiaçının səlahiyyət lərinə aid edilmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)-227/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.