Məhkəmə qərarları › İş №2(102)-265/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-265/2025

04.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-265/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı (Qanuni nümayəndə) cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama və alqı-satqı müqavilələrinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı (Qanuni nümayəndə) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(103)4366/2024 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiy a şikayətinə 04 mart 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X16 20 dekabr 2018-ci il tarixdə vəfat etmişdir.

2. X16 vəfat edərkən onun mirası qanun üzrə vərəsələri-anası Cavabdeh3 və qızları Cavabdeh2, X17 tərəfindən qəbul edilərək onlar arasında 1/3 hissədə bölünmüşdür.

3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X6 iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 (hazırda Vahabova) atası olması faktı müəyyən edilmişdir. Zəhranın anası Qanuni nümayəndə ilə X16 arasında rəsmi nikah bağlanmamışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4544/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı (Qanuni nümayəndə) cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddiası üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-71/2022 saylı iş üzrə 16 dekabr 2022-cü il tarixli qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv olunmuş, həmin hissədə iddia tələbləri təmin edilərək, ünvan 7, ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən, ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzilə və ünvan 3, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzilə dair verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər etibarsız hesab edilmiş, qətnamə qalan hissədə, yəni “vərəsəlik şəhadətnamələri əsasında aparılmış qeydiyyatların ləğv olunması” tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılm ışdır.

5. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, X11 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və ünvan 3, mənzil 2 (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) mənzillərdə olan payını X17 ilə bağladığı xx.xx.2020-ci il tarixli bağışlama müqavilələrinə əsasən X8 bağışlamışdır. ünvan 7 88 saylı mənzilin 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə, ünvan 7 89 saylı mənzilin 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə Vahabzadə (Vahabova) Fatimə Fariz qızının adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. ünvan 7 88 saylı mənz ilin 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə, ünvan 7 89 saylı mənzilin 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. ünvan 7 88 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X2 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-139 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 30 000 manata; ünvan 7 89 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X2 razılıq ə rizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-140 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60 000 manata; ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi Cavabdeh4 anası X2 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-141 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60 000 manata; ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi Cavabdeh2 anası X2 razılıq ərizəsi əsasında onunla Cavabdeh 1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-142 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20 000 manata Cavabdeh1 satılmışdır.

6. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçının hazırda mübahisələndirdiyi ünvan 4 ünvanında yerləşən mənzil, ünvan 5şən 89 saylı mənzil və ünvan 5şən 88 saylı mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və ünvan 3, mənzil 2 (yeni q aydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) mənzillərə dair X17 arasında bağlanmış xx.xx.2020ci il tarixli bağışlama müqavilələrinin, ünvan 7 88 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-139 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, ünvan 7 89 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-140 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilə sinin, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi Cavabdeh4 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-141 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi Cavabdeh2 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-142 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xah iş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, Qanuni nümayəndə X12 ilə faktiki nikaha daxil olmuş, nikahlarını rəsmiləşdirməsələr də, birlikdə yaşamış, xx xxxxxxx 2009-cu il tarixdə Zəhra adlı qızları dünyaya gəlmişdir. X16 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdehlərdən Cavabdeh2 və X17 da X4 övladlarıdır, lakin həmin uşaqların anaları X13 ilə də X16 arasında rəsmi nikah bağlanmamışdır. Cavabdehlərdən Cavabdeh3 X6 anasıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx xxxxxxx 2009-cu il təvəllüdlü X5 atasının X12 olması faktı müəyyən edilmiş, doğum haqqında akt qeydlərində dəyişiklik edilərək ata qrafasında X12, ana qrafasında Qanuni nümayəndə kimi məlumatların göstərilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı iddi a digər üç miras əmlakla bağlıdır. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də göstərilmişdir ki, xx.xx.2018 tarixdə vəfat etmiş X6 vərəsələri - anası Cavabdeh3dır və miras əmlakdan 1/3 hissədə, xx.xx.2007-ci il təvəllüdlü qızı Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə, X9r və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016 tarixdə X10 verilmiş **********26-05101-093055 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzildən ibarətdir. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də göstərilmişdir ki, xx.xx.2018 tarixdə vəfat etmiş X6 vərəsələri - anası Cavabdeh3dır və o, miras əmlakdan 1/3 hissədə, qızı Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə, qızı X9r və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Əraziİdarəsi tərəfindən xx.xx.2016 tarixdə X10 verilmiş **********26-05101-093049 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzildən ibarətdir. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqındaşəhadətnamə”də göstərilmişdir ki, xx.xx.2018 tarixdə vəfat etmiş X6 vərəsələri – anası Cavabdeh3dır və o, miras əmlakdan 1/3 hissədə, qızı Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə, qızı X9r və o miras əmlakdan 1/3 hissədə pay almalıdır.Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Əraziİdarəsi tərəfindən xx/xx/2016 tarixdə X10 verilmiş **********6805101-093014 reyestr, U16083811 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzildən ibarətdir. X11 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və Bakı şəhəri,Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 6, mənzil 2 (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) mənzillərdə olan payını X17 ilə bağladığı xx.xx.2020-ci il tarixli bağışlama müqavilələrinə əsasən X8 bağışlamışdır. ünvan 7 88 saylı mənzilin 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixd ə, ünvan 7 89 saylı mənzilin 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə Vahabzadə (Vahabova) Fatimə Fariz qızının adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. ünvan 7 88 saylı mənzilin 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə, ünvan 7 89 saylı mənzilin 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. ünvan 7 88 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anala rı X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-139 nömrə ilə qeydə alınmış xx.xx.2021-ciil tarixli alqı-satqı müqaviləsinə əsasən 30 000 manata; ünvan 6 ünvanında yerləşən 89 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-140 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60 000 manata; ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi Cavabdeh4 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabde h1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-141 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60 000 manata; ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi Cavabdeh2 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-142 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20 000 manata Cavabdeh1 satılmışdır. ünvan 7 88 saylı, ünvan 7 89 saylı mənzil və ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) xx.xx.2021-ci il tarixdə Cavabd eh1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Cavabdeh1 mərhum Fariz Vahabovun ailəsinə ailəvi yaxınlığı olan şəxs olmuş, hətta Fariz Vahabov qətlə yetirilən gündən bir gün əvvəl onlar bir yerdə olmuş, bu səbəblə də cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmişdir. Cavabdeh1 mərhum Fariz Vahabovun ailəsinə yaxınlığı fotoşəkillər və toy mərasimlərində çəkilmiş videogörüntülərlə də təsdiq olunur. Bütün bunlar onu deməyə əsas ver ki, Cavabdeh1 vicdanlı alıcı hesab oluna bilməz, miras əmlakdan Zəhraya pay düşməsin deyə mübahisəsi gedən əmlaklar formal alqı-satqılar əsasında Cavabdeh1 adına keçirilmişdir. Cavabdeh1 ailənin yaxın adamıdır və Farizin Zəhra adlı nikahdankənar övladının olması və ona mirasdan pay düşməsin deyə bu əməliyyatların formal aparılmasından əvvəldən xəbərdar idi.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(011)3441/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Sahibə Hacıyeva).

10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəf məhkəməyə alqı-satqı müqavilələrinin bağlanması zamanı onun iddiası üzrə əqdin etibarsızlığına əsas ola biləcək hallar barədə Cavabdeh1 məlumatlı olmasına dair sübutları nə hazırkı məhkəmə araşdırması zamanı, nə də əvvəlki məhkəmə araşdırması zamanı təqdim etməmiş, eyni zamanda müəyyən olunmuşdur ki, alıcı Cavabdeh1 mülkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən əmlakı əldə etmişdir.

11. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş disk və fotoşəkillərə münasibət olaraq bildirmişdir ki, mərhum Fariz Vahabovun sağlığında Cavabdeh1 tanıma sı, habelə birlikdə toy məclisində iştirak etməsi, cavabdehin vicdanlı alıcı olmasını istisna edən hal deyildir. Məhkəmə həmçinin iddiaçı tərəfindən mənzillərin aşağı qiymətə satılmasına dair tələbinə münasibət olaraq bildirmişdir ki, müqavilələrin azadlığı prinsipinə əsasən alqısatqı müqaviləsi predmetinin dəyəri tərəflər arasında razılaşdırıldığından mənzilin aşağı qiymətə satılması həmin əqdin etibarsızlığı üçün əsas deyildir. Cavabdeh1 iddiaçı tərəfindən mübahisələndirilən ünvan 4 ünvanında yerləşən mənzil, ünvan 5şən 89 saylı mənzil və ünvan 5şən 88 saylı mənzilin vicdanlı alıcısı olduğundan onunla bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilə bilməz.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı bundan əvvəl məhkəməyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onların əsasında aparılmış qeydiyyatların ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə məhkəməyə xx.xx.2021-ci ildə müraciət etmiş, həmin məhkəmə prosesinin gedişatında xx.xx.2020-ci il tarixli bağışlama və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən məlumatlı olmuş, bağışlama müqavilələrin etibarsızlığı və alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı isə Cavabdeh1 cavabdeh qismində cəlb etməklə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı 1 illik kəsici müddəti ötürmüşdür.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.1.5, 324.4, 337.1, 337.4, 339.1, 339.2, 354.1, 567, 666.1, 668.1.1, 354, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b ) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil edir.

16. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4366/2024 nömrəli, 11 sentyabr 2024cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3441/2024 nömrəli iş üzrə 07 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməsi, iddia tələbi təmin edilməsi, Cavabdeh3 ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və ünvan 3, mənzil 2 (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) ünvanında yerləşən mənzillərə dair X17 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqavilələri etibarsız hesab edilməsi, ünvan 7 88 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-139 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, ünvan 7 89 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-140 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilə si etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsinə dair Cavabdeh4 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-141 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsinə dair Cavabdeh2 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-142 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etiba rsız hesab edilməsi, ünvan 7 88 saylı mənzilə görə ödənilmiş 30000 manat Vahabzadə (Vahabova) Fatimə Fariz qızı və Cavabdeh2 alınaraq Cavabdeh1 qaytarılması, ünvan 7 89 saylı mənzilə görə ödənilmiş 60000 manat Vahabzadə (Vahabova) Fatimə Fariz qızı və Cavabdeh2 alınaraq Cavabdeh1 qaytarılması, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsinə dair ödənilmiş 60000 manat Cavabdeh4 alınaraq Cavabdeh1 qaytarılması, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsinə dair ödənilmiş 20000 manat Cavabdeh2 alınaraq Cavabdeh1 qaytarılmasını qət etmişdir (hakimlər Sadıqov Vahid (sədrlik edən və məruzəçi), İsgəndərov Akif, Rüstəmli Məhəmməd).

17. Apellyasiya instansiyası məhkəməs i qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Plenum Qərarı).

18. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş CD-dəki görüntülərə, həmçinin fotoşəkillərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh1 mərhum Fariz Vahabovun təxminən 2000-ci illər in sonlarında təşkil etdiyi bacısının toy məclisində iştirak edir və onların yaxın münasibətdə olduqları, Cavabdeh1 onlara, ailəsinə yaxın biri olduğu aşkar görünür.

19. Belə olan halda alıcı Cavabdeh1 yalnız mülkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən əmlakı əldə etməsinə əsaslanaraq, onun vicdanlı alıcı olması qənaətinə gəlmək yolverilməzdir. Mübahisəli mənzillərə dair Cavabdeh1 alqı-satqı müqaviləsi bağlayarkən həmin mənzillərə iddiaçı iddialı olmuş və bu iddiadan Cavabdeh1 məlumatı olmuşdur.

20. Beləliklə, 88, 89 və 2 saylı mənzilərə dair bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqavilələri etibarsız (əhəmiyyətsiz) əqdlərdir, çünki hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri üzrə satıcılar qismində çıxış edən cavabdeh Vahabzadə (Vahabova) Fatimə Fariz qızı və Cavabdeh2 səlahiyyətli subyekt olmamış, Cavabdeh1 isə əmlakı vicdanlı əldə etməmişdir. Alqı-satqı müqavilələri etibarsız olduğundan, həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeyd də ləğv edilməlidir.

21. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 7 88 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Ba kı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-139 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, ünvan 7 89 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-140 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi Cavabdeh4 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-141 nömrə i lə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi Cavabdeh2 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-142 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.

22. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələblərinə uyğun olaraq, etibarsızlığın nəticələri tətbiq olunmaqla etibarsız hesab edilən alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, 88 saylı mənzilə görə ödənilmiş 30000 manat; 89 saylı mənzilə görə ödənilmiş 60000 manat; 2 saylı mənzilin 2/3 hissəsinə görə ödənilmiş 60000 manat və 1/3 hissəsinə görə ödənilmiş 20000 manat Cavabdeh1 geri qaytarılmalıdır.

23. Bundan əlavə, kollegiya qeyd etmişdir ki, istər bağışlama, istəsə alğısatqı müqavilələri əhəmiyyətsiz əqd olmuşdur və bütün hallarda əqdin predmeti daşınmaz əmlak olduğundan, iddiaçının tələblərinə iddia müddəti tətbiq olunmur.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 324, 324.1, 337, 354.2, 567, 666.1, 668.1.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair birinci instan siya məhkəməsinin qətnaməsini qüvvədə saxlamasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia bir il ərzində irəli sürülə bilər. əqdin etibarsız hesab edilməsi məsələləri ilə əlaqədar kəsici müddət əqdin etibarsız sayılmasına əsas verən halları tərəfin bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il müddətində məhkəməyə müraciət etməli idilər. Halbuki, iddiaçı bundan əvvəl qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onların əsasında aparılmış qeydiyyatların ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə xx.xx.2021-ci ildə müraciət etmiş, həmin məhkəmə prosesinin gedişatında xx.xx.2020-ci il tarixli bağışlama və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən məlumatlı olmuş, bağışlama müqavilələrin etibarsızlığı və alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı isə Cavabdeh1 cavabdeh qismində cəlb etməklə 3 il sonra xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə mötəbər və təkzibedilməz sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş disk və fotoşəkillərə gəldikdə isə, mərhum Fariz Vahabovun sağlığında Cavabdeh1 tanıması, habelə 20 il öncə 2000-ci ildə hansısa toy məclisində iştirak etməsi, cavabdehin vicdanlı alıcı olmasını istisna edən hal deyildir və ola bilməz. Yəni iddiaçının cavabdehin ölən şə xslə bir neçə il əvvəl tanışlıq münasibətlərinin olması barədə mülahizələri sonuncunun vicdansız alıcı olmasını və tədqiq edilən müqavilənin etibarsızlığına heç bir şəkildə dəlalət etmir. Məhkəmə o halı da nəzərə almamışdır ki, işdə sübut kimi təqdim olunan disk və fotoşəkilləin aid olduğu dövrdə mərhum Vahabov Farizin nikahdan kənar münasibətinin olması və uşağının olması barədə cavabdehin məlumatı ola bilməzdi, çünki həmin hadisələr 2009-cu ilə aiddir.

27. Kassator öz mövqeyini Mülki Məcəllənin 140, 354.1-ci, 377.1, 381.1, 668.1.1 və MPM-nin 77.1-ci, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə iddiaçı tərəfindən verilmiş etirazda İddiaçı da digər vərəsələr kimi miras əmlakdan pay almaq hüququ olduğu qeyd edilərək qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

30. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməs i haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

31. Maddə 324.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

36. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

37. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 4

3. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.

46. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv ed ilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

47. Kassasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, iddiaçı MM-nin 354.1-ci maddəsində nəzərdə tutulmuş əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında bir illik iddia müddətini ötürdüyündən iddia məhkəmə tərəfindən rədd edilməli idi.

48. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdiyi sübutlar əsasında tam və hərtərəfli araşdırma aparılmış, sübutlar qiymətləndirilərək iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqavilələri əhəmiyyətsiz əqdlər hesab edilmiş, alqı-satqı müqavilələrinin digər tərəfi Cavabdeh1 cavabdehlərin ailəsi ilə yaxın münasibətdə olduğundan, onun tərəflər arasındakı mübahisə barədə məlumatlı olduğu nəzərə alınaraq vicdanlı ə ldə edən hesab edilməmişdir.

49. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin görünüş üçün bağlanmış uydurma əqd olduqları müəyyən edildiyi halda əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi ilə bağlı MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin deyil, MM-nin 354.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətinin keçib-keçmədiyi məhkəmə tərəfindən nəzərdən keçirilməli və bu zaman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe nəzərə alınmalı idi.

50. Həmin qərarda qeyd edilmişdir ki, fər di-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mü lkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

51. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən və məhkəmə tərəfindən əhəmiyyətisiz əqdlər hesab edilmiş alqı-satqı müqavilələrinin predmeti daşınmaz əmlaklar olduğundan əldə edənin əmlakına qarışmadığı və mülkiyyətinə keçmədiyi üçün bu əqdlərin nəticələrinin tətbiqi ilə bağlı iddia mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan MM-nin 384.0.4-cü maddəsinə əsasən mübahisə üzrə iddia müddətinin tətbiqi istisna olunur.

52. Apellyasiya instansiyası məhkəməsi mübahisəni qərarda qeyd edilən maddi hüquq normalarının tələb lərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə uyğun həll etdiyindən kassasiya şikayəti əsassız hesab edilir.

53. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı olduğundan MPM-nin 407.2-ci maddəsinə əsasən həmin dəlillər üzrə araşdırma aparılmır.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(103)4366/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(103)4366/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar