Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2650/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş № 2(011)-xx/18) İddiaçı cavabdeh X1-yə qarşı “birt ərəfli qaydada qəbul edilmiş 01.02.2013-cü il tarixli yığıncağın qərarının, mənzilə aid müqavilələrin tələb olunaraq ləğv edilməsi, mənzilin və qarajın məcburi qaydada boşaldılması, üzərində hüquqlarının bərpa olunması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.İmanov, iş № 2(103)xx/18) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş et mişdir. İşin halları: İddiaçı cavabdeh X1-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 tərəfindən birtərəfli qaydada qəbul edilmiş 01.02.2013-cü il tarixli yığıncağın qərarının, mənzilə aid müqavilələrin tələb olunaraq ləğv edilməsi, mənzilinin və qarajının məcburi qaydada boşaldılması, üzərində hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, nəticə etibarilə işin faktiki hallarına uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında k assasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, İddiaçı və vəkili Vəkil izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi qismən – qarajin boşaldılması və qaraj üzərində hüquqların bərpa olunması tələbinin rədd edilməsi hissəsində ləğv olunmalı, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamənin qalan hissəsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Etalon-İnşaat MTK ilə İddiaçı arasında mənzil və qaraj tikintisi ilə bağlı iki müqavilə bağlanmışdır. 11.01.2007-ci il tarixdə bağlanmış birinci müqaviləyə görə kooperativ Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi 2347/48 saylı məhəllədə yerləşən binanın 3-cü girişinin 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,81 m2 olan 3 otaqlı 290 saylı mənz ili payçıya verməyi, payçı isə mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş ümumi dəyəri 59140 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Etalon-İnşaat MTK ilə İddiaçı arasında bağlanmış 27.11.2007-ci il tarixli ikinci müqaviləyə görə isə kooperativ eyni ünvanda yerləşən binada olan qarajı payçıya verməyi, payçı isə qarajı qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş ümumi dəyəri 10000 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Etalon-İnşaat MTK-nın sədri tərəfindən verilmiş 27.11.2007-ci il tarixli arayışda 10000 manatın MTK-nın xəzinəsinə ödənildiyi təsdiq olunmuşdur. Kooperativin idarəçiliyinin sonradan X1-yə keçməsi ilə əlaqədar olaraq 15.10.2010-cu il tarixdə X1 ilə İddiaçı arasında eyni məzmunlu yeni müqavilə bağlanmışdır. İşdən həmçinin görünür ki, X1-nin 12.02.2013-cü il tarixli növbədənkənar yığıncağının 02 saylı protokol qərarına əsasən 290 saylı mənzilə dair Etalon-İnşaat MTK ilə İddiaçı arasında bağlanmış 11.01.2007-ci il tarixli müqaviləyə xitam verilməsi, payçının pay üzvlüyündən azad edilməsi, 290 saylı mənzilin satışa çıxarılması və mənzil satıldıqdan sonra müqavilə üzrə ödənilmiş 53791 manat pul vəsaitinin İddiaçı qaytarılması qərara alınmışdır. İşdən o da görünür ki, əvvəllər mübahisəli mənzilə dair Etalon-İnşaat MTK ilə İddiaçı arasında bağlanmış 11.01.2007-ci il tarixli müqavilə və həmin müqaviləyə dəyişdirilmiş 15.10.2010cu il tarixli müqavilə X1 tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 19.12.2016-cı il tarixli qərarı ilə həmin müqavilələr ləğv edilmişdir. İddiaçı 25.04.2018-ci ildə məhkəmədə ha zırkı iş üzrə iddianı qaldırmışdır. Onun tələbi 2 hissədən ibarətdir: - X1-nin 12.02.2013-cü il tarixli növbədənkənar yığıncağının 02 saylı protokol qərarının, mənzilə aid müqavilələrin ləğv edilməsi, mənzilin boşaldılması və mənzil üzərində hüquqların bərpa olunması; - eyni ünvanda yerləşən qarajın məcburi qaydada boşaldılması və qaraj üzərində hüquqların bərpa olunması. Birinci instansiya məhkəməsi Etalon-İnşaat MTK ilə İddiaçı arasında bağlanmış 11.01.2007-ci il tarixli müqavilənin və həmin müqaviləyə dəyişdirilmiş 15.10.2010-cu il tarixli müqavilənin Ali Məhkəmənin Mülki Kollegiyasının 19.12.2016-cı il tarixli qərarı ilə ləğv edilmiş olmasını nəzərə alaraq və bu əsasla Azərbaycan Respublikası MPM-nin 82.3, 233.3-cü maddələrini rəhbər tutaraq mənzilə dair iddianı rədd etmişdir. Azərba ycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə tələbin əsasına dair sübutların təqdim olunmamasına istinad edərək qaraja dair iddianı da rədd etmiş və qeyd etmişdir ki, iddiaçı aldığı qarajın ona təhvil veril məsinə dair məhkəmə aktının qəbul olunmasını xahiş etsə də, bağladığı müqavilədə qeyd olunan qarajın cavabdehə məxsus binada mövcud olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisəlli mənzillə bağlı qənaəti ilə razılaşaraq məhkəmənin həmin hissədə gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə işin həqiqi hallarını düzgün müəyyən etmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, hər hansı pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya ş ikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması üçün əsas vermir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qaraja aid hissədə gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş və MPM-nin 77.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı müqavilədə qeyd olunan qarajın cavabdehə məxsus binada mövcud olmasına dair hər hansı sübut təqdim etmədiyindən onun tələbi təmin oluna bilməz. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı qarajla bağlı tələbini əsaslandırarkən faktiki əsas kimi Etalon-İnşaat MTK ilə bağladığı 27.11.2007-ci il tarixli müqaviləyə və qarajın dəyəri kimi müqaviləd ə nəzərdə tutulan 10000 manatın MTK-nın xəzinəsinə ödənilməsi barədə 27.11.2007-ci il tarixli arayışa istinad etmişdir. Cavabdeh X1-nin nümayəndəsi nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etməmiş və iddiaçının qarajla bağlı tələbinə münasibət bildirməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi X1-nin 12.02.2013-cü il tarixli növbədənkənar yığıncağında qarajla bağlı məsələnin müzakirə olunmadığına istinad edərək iddianı əsassız saymışdır. Halbuki, belə olan vəziyyətdə qarajın mövcud olmaması ilə bağlı sübutetmə yükü iddiaçının deyil, buna etiraz etdiyi təqdirdə cavabdehin üzərinə düşür və cavabdehi dinləmədən, onun iddia tələbinə münasibətini öyrənmədən məhkəmənin belə qənaətə gəlməsi əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azə rbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi kimi 27.11.2007-ci il tarixli müqaviləyə və maliyyə arayışına istinad etsə də, cavabdeh bu iddiaya istər təsdiq, istərsə də təkzib formasında hər hansı münasibət bildi rməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətinin qarajla bağlı dəlillərini əsaslı sayır və hesab edir ki, qətnamə həmin hissədə ləğv olunub yeni apellyasiya baxışına qaytarılmalı, qətnamənin qalan hissəsi isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qarajla bağlı hissədə işə yenidən baxarkən cavabdehin məhkəmə iclasında iştirakının təmin olunması üçün tədbirlər görməklə onun qarajla bağlı iddia tələbinə münasibətini öyrənməli, 27.11.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının əslini nəzərdən keçirməli, qarajla bağlı müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilməməsinin səbəbini aydınlaşdırmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etmək lə mübahisəli hüquq münasibətinə qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi qismən – İddiaçı X1-yə qarşı qarajin boşaldılması və qaraj üzərində hüquqların bərpa olunması tələbinin rədd edilməsi hissəsində ləğv olunsun və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamənin qalan hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2650/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2650/2019
02.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver