Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2653/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Departamentinin Cavabdeh (3-cü şəxslər: “xxxx” İstehsalat Birliyi “xxxx” MMC, Maraqlı şəxs3, A.A.A., B.B.B.) qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14039/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı De partamenti tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5768/2019 saylı, 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ş.İ.Əliyev) İddiaçı Departamentinin Cavabdeh (3-cü şəxslər: “xxxx” İstehsalat Birliyi “xxxx” MMC, Maraqlı şəxs3, A.A.A., B.B.B.) qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, X. ünvanında yerləşən otağına dair Cavabdeh verilmiş 10.12.2006-cı il tarixli, 0226 saylı orderin etibarsız hesab edilməsi və iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Departamentinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14039/2019 saylı, 04 dekabr 2019-cu il t arixli qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5768/2019 saylı 27 avqust 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh (3-cü şəxslər: “xxxx” İstehsalat Birliyi “xxxx” MMC və Maraqlı şəxs3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X. ünvanında yerləşən mənzilinə dair Cavabdeh qanunsuz olaraq əldə etdiyi 10.12.2006-cı il tarixli, 0226 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərənc amına əsasən B.B.B.nin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə A.A.A.nin “xxxx” MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 1 ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxsərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. ünvan 1 ünvanda yerləşən yataqxana binası 1968-ci ilda inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qrumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçk ünlərin mənzil-məişət şəraitinin yaxşılaşdınlmasına dair əlavə tədbirlər haqqında” 21.02.2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X5 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh Departamentə müraciət edərək yataqxana binasının 52/53 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, 1993-cü ildən binanın 52/53 saylı otaqlarında Ağdam rayonundan məcburi köçkün kimi X7 və ailəsi məskunlaşmış, onlar Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Bundan istifadə edən cavabdeh 52/53 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda “xxxx” İB X1 10.12.2006-cı il tarixli, 0226 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə həmin otaq onun istfadəsinə verilmişdir. Hal-hazırda Cavabdeh Əli-Bayramlı (indiki Şirvan) şəhəri, Xəqani küçəsi, 19 saylı evin 30 saylı mənzilində qeydiyyatda olmaqla 52/53 saylı otağı zəbt etmişdir. Qeyd edilən order isə “Radioquraşdırma” İB-nin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan prot okolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Odur ki, Departament tərəfindən 11.02.2019-cu il tarixli, 48 saylı məktubla “xxxx” İB xxxx MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması xahiş edilmişdir. “xxxx” MMC tərəfindən 04.03.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, 4 saylı yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcb uri köçkün ailəsinin məskunlaşdığı boş olmayan 52/53 saylı otağa dair Cavabdeh verilmiş 10.12.2006-cı il tarixli, 0226 saylı orderin hüquqi əsası olmamışdır. Order həmçinin ona görə etibarsızdır ki, onun verildiyi 2006-cı il tarixdə cavabdeh ümumiyyətlə həmin müəssisədə fəaliyyət göstərməmişdir.Belə olan halda ona order verilə bilməzdi. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı Departamenti həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş et mişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı B.B.B. Mənzil-Kommunal Təsərrüfatı Departamenti və vəkili Nurəliyev Rəcəb Rza oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə birtərəfli yanaşmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və təqdim olunan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Bakı şəhəri Maraqlı şəxs3 məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclası nda Cavabdeh nümayəndəsi X8 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı Departamentinin nümayəndəsi və üçüncü şəxslər “xxxx” İstehsalat Birliyi “xxxx” MMC-nin, A.A.A.nin və B.B.B.nin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı Departamentinin kas sasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasın a əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı “Radioquraşdırma” İB-nin HİK-nin X3 Şurasının və MMK-nın birgə növbəti iclasının 09.11.2004- cü il tarixli qərarı ilə Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunmuş və Cavabdeh da Bakı şəhəri “Radioquraşdırma” İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A və S.Ə.ünvan 2 ünvanındakı yataqxanalarda yerləşən 52, 53 saylı mənzilə 0226 saylı order əsasında növbəyə durduğundan qeyd edilən təkliflə razılaşmışdır. Buna görə də, “Bakı “Radioquraşdırma” İB tərəfindən verilmiş 10.12.2006-cı il tarixli, 0226 saylı order əsasında mübahisəli Bakı şəhəri, ünvan 1 yataqxana binasının 52, 53 saylı mənzili Cavabdeh verilmişdir. Cavabdeh məcburi köçkünlərlə birlikdə bir müddət həmin mənzildə yaşamış, daha sonra göstərilən mənzildə məskunlaşmış məcburi köçkün ailəsi aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzilə köçürüldükdən sonra cavabdeh order əsasında ona məxsus olan mənzildən tam şəkildə sahiblik və istifadə etməyə başlamışdır. B.B.B. Başçısının 294 saylı, 26.07.2013-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli 131s nömrəli sərəncamı ilə A.A.A.nin “xxxx” MMC-nin balansında olan məişət kommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə sər əncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə B.B.B.nin balansına verilməsi qərara alınmışdır. Qeyd olunan sərəncamın icrası ilə bağlı təhvil-təslim işlərinin aparılması istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə A.A.A.nin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın əlavəsində göstərilən siyahı üzrə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 18.12.2013-cü il tarixli, 122 saylı sərəncamına 2 saylı əlavədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balans ından 1 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyində olan mənzil kommunal istismar sahələrinin xidmət dairəsinə verilən əmlakın siyahısında ünvan 3 ünvanında yerləşən 394 yerlik yataqxana binası da vardır. Cavabdeh hazırda da həmin mənzildə yaşayır. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: -33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. -49-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin veril diyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. -107-ci maddəsinin ikinci bəndində isə təsbit olunmuşdur ki, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Həmin qərar əs asında verilən order isə qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir və özü-özlüyündə (ayrılıqda) hər hansı hüquq müəyyənedici sənəd sayıla bilməz. Qüvvədən düşmüş mənzil qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutsa da, onun verilməsinə əsas olan hüquq müəyyənedici sənədin və ya müvafiq qərarın qanuniliyi yoxlanılmadan ayrıca olaraq orderin etibarsızlığı barədə iddia tələbi təmin oluna bilməz. Baxılan iş üzrə iddiaçı orderin verilməsinə əsas olmuş qərarın qanuniliyini mübahisələndirməmişdir. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddə ti deyil, kəsici müddətdir və müvafiq ərizənin verilib-verilməməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir. İş materiallarından görünür ki, iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 13 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 5 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderin verilməsinə əsas olan hüquqi şəxs baxılan iş üzrə yalnız maraqlı (üçüncü) şəxs kimi cəlb edilmişdir. İş materiallarında olan sənədlərdən də görünür ki, mübahisələndirilən order xxxx tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq ed ilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar cavabdehə mübahisəli otaqlara köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olubolmadığına) cavab verməli olan əsas şəxs məhz xxxxdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququndan məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apelyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi orderin etibarsız hesab edilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının iddia tələbinin əsl olmayan cavabdehə qarşı verilməsi ilə əlaqədar iddianın təmin edilməli olmamasına dair gəlmiş olduğu nəticəni qanuni hesab edir. Məhkəmə Kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qüvvədən düşmüş Mənzil Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş orderin etibarsız hesab edilməsinə dair 3 illik müddətin ötü rülməsinə dair göstərişləri qanunun tələbinə ziddir. Belə ki, orderin etibarsız hesab edilməsinə dair tələb məhz əsl cavabdehə qarşı qaldırıldığı halda qeyd olunan müddətin ötürülübötürülməməsinə hüquqi qiymət verilə bilər. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14039/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2653/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2653/2020
15.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver