Məhkəmə qərarları › İş №2(102)-2654/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2654/2021

31.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2654/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı Şəhəri 12 saylı Notariat Kontoruna, X5, X11 və X6 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili X15, cavabdeh X3 vəkili X16 və cavabdeh X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6829/2020 nömrəli iş üzr ə 04 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Bakı Şəhəri 12 saylı Notariat Kontoruna, X5, X11 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı yaşayış evinin mərhum atası X2 mülkiyyətində olan 1/6 hissəsinin 1/36 hissəsinə X7 adına verilmiş 18 noyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması, atasının mülkiyyətində olan 1/6 hissədə miras payın 3 vərəsə - İddiaçı, X13 və X17 arasında bərabər bölüşd ürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. X12, öz növbəsində, İddiaçı, X5, X11 və Bakı Şəhəri 12 saylı Notariat Kontoruna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən mirasın faktiki qəbul edilmiş hesab edilməsi və miras əmlakın 4 vərəsə arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2566/2019 nömrəli iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov) ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Cavabdeh X12 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkə məsi) 2(103)-11966/2019 nömrəli iş üzrə 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X12 qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1788/2020 nömrəli iş üzrə 23 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və Z.Əliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2019cu il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılm ışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-6829/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) cavabdeh X3 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X12 qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X19) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya baxışı zamanı məhkəməyə tərəflər arasında bağlanmış, Bakı Şəhəri 12 saylı Notariat Kontorunda təsdiq olunmuş barışıq sazişi təqdim edilərək, iddiaçı ilə cavabdehlər X12, X13, habelə X18 arasında razılıq əldə edildiyindən barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən: “İlkin İddiaçı ilə birinci növbəli vərəsə X13 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı evin ataları X2 mülkiyyətində olmuş 1/12 hissəsi üzrə vərəsəlik paylarından qarşılıqlı iddiaçı X3 xeyrinə imtina edirlər və həmin miras əmlak üzrə birinci növbəli vərəsə kimi X6 vərəsə payı ayrılmasına etiraz etmirlər. X13 2 (iki) azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Qədirli küçəsi 8 saylı evdən 10 (on) gün müddətində qeydiyyatdan çıxmalarını öhdələrinə götürür. Qarşılıqlı iddiaçı X12, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)7637/2017 saylı, 02 avqust 2017-ci il tarixli icra sənədi üzrə özünün, həyat yoldaşı X8, 14.02.2006-cı il təvəllüdlü X9 və 29.07.2007-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzilindən istifadə hüquqlarından (mənzildə yaşamaq hüquqlarından) imtina edirlər və həmin mənzildən 10 gün müddətində ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və uşaqları ilə birlikdə) qeydiyyatdan çıxmaları barədə öhdəlik götürürlər. Tərəflərin gələcəkdə bir-birinə qarşı yuxarıda göstərilən tələblər üzrə heç bir tələbi və şikayəti olmayacaqdır. Tərəflər bu Sazişin bəndləri ilə üzərlərinə düşən öhdəlikləri i cra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, əqdin etibarsızlığının nəticələri ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş qaydalar (ikitərəfli restitusiya) tətbiq edilir.” Məhkəmə iclasında iştirak edən tərəflər barışıq sazişi ilə yanaşı iddiaçı və cavabdehlər X12, X13, habelə X18 tərəfindən imzalanmış və Bakı Şəhəri 12 saylı Notariat Kontorunda təsdiq edilmiş ərizə təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını bildirdilər və barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hakim iddiaçının iddiadan imtina et məsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 52.3, 191.2, 261.0.5, 417.1.5). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdehlər X12, X13, habelə X18 tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdehlər X12, X13, habelə X18 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “İlkin İddiaçı ilə birinci növbəli vərəsə X13 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı evin ataları X2 mülkiyyətində olmuş 1/12 hissəsi üzrə vərəsəlik p aylarından qarşılıqlı iddiaçı X3 xeyrinə imtina edirlər və həmin miras əmlak üzrə birinci növbəli vərəsə kimi X6 vərəsə payı ayrılmasına etiraz etmirlər. X13 2 (iki) azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Qədirli küçəsi 8 saylı evdən 10 (on) gün müddətində qeydiyyatdan çıxmalarını öhdələrinə götürür. Qarşılıqlı iddiaçı X12, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)7637/2017 saylı, 02 avqust 2017-ci il tarixli icra sənədi üzrə özünün, həyat yoldaşı X8, 14.02.2006-cı il təvəllüdlü X9 və 29.07.2007-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzilindən istifadə hüquqlarından (mənzildə yaşamaq hüquqlarından) imtina edirlər və həmin mənzildən 10 gün müddətində ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və uşaqları ilə birlikdə) qeydiyyatdan çıxmaları barədə öhdəlik götürürlər. Tərəflərin gələcəkdə bir-birinə qarşı yuxarıda göstərilən tələblər üzrə heç bir tələbi və şikayəti olmayacaqdır. Tərəflər bu Sazişin bəndləri ilə üzərlərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, əqdin etibarsızlığının nəticələri ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş qaydalar (ikitərəfli restitusiya) tətbiq edilir.” Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6829/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Bakı Şəhəri 12 saylı Notariat Kontoruna, X5, X11 və X6 qarşı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı yaşayış evinin mərhum atası X2 mülkiyyətində olan 1/6 hissəsinin 1/36 hissəsinə X7 adına verilmiş 18 noyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması, atasının mülkiyyətində olan 1/6 hissədə miras payın 3 vərəsə - İddiaçı, X13 və X17 arasında bərabər bölüşdürülməsi tələbinə dair iddiası, X3 İddiaçı, X5, X11 və Bakı Şəhəri 12 saylı Notariat Kontoruna qarşı onun tərəfindən mirasın faktiki qəbul edilmiş hesab edilməsi və miras əmlakın 4 vərəsə arasında bölünməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar