Məhkəmə qərarları › İş №2(102)-2655/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2655/2025

18.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2655/2025 18.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 10 saylı Notariat ofisi, X9 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 10 sayl ı Notariat ofisi, X9 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1462/2025 nömrəli, 2025-ci il 8 aprel tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 sentaybr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2. X2 xx.xx.1983-cü ildə ölmüşdür.

3. Bakı şəhəri, Əmircan qəsəbəsi, Axundlu küçəsindəki 1 №-li yaşayış evi X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyat dan keçirilmişdir.

4. Dövlət Notariat Arxivinin xx.xx.2020-ci il tarixli ünvan 1 ünvanladığı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı rayonunda fəaliyyət göstərən 10, 24, 35 saylı dövlət notariat ofisləri tərəfindən arxivə təhvil verilmiş 1992-2009-cu illərə dair vərəsəlik işlərinə və Bakı şəhər 34 və 37 saylı dövlət notariat ofisləri tərəfindən arxivə verilmiş 1992-2008-ci illərə dair vərəsəlik işlərinə baxış keçirilərkən X8 hər hansı miras əmlakına dair açılmış vərəsəlik işi aşkar edilməmişdir.

5. X9 və İddiaçı ərizə verərək, xx.xx.1991-ci ildə vəfat etmiş mərhum X5 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundlu küçəsi, ev 1-də yerləşən fərdi yaşayış evinə veriləcək hüququ haqqında şəhadətnaməyə Cavabdeh da adının yazılmasına heç bir etirazlarınin olmamas ını göstərmişlər.

6. X2 xx.xx.1983-cü ildə, X13 xx.xx.1991-ci ildə, X12 xx.xx.2009-cu ildə, X3 xx.xx.2018-ci ildə, X6 isə xx.xx.2020-ci ildə ölmüşdür. 7. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.1991-ci il tarixdə vəfat etmiş X8 əmlakının 1/2 hissəsinə vərəsə Bakı şəhər B. Səfəroğlu küç., ev 136, mən. 14-də qeydiyyatda olan qızı – Cavabdehdır. 1/2 hissəsinə isə vərəsəsi oğlu- X12 idi, lakin onun xx.xx.2009-cu il tarixdə vəfat etməsi ilə əlaqədar qanuni mirasın 1/4 hissəsi - Bakı şəhər Suraxanı rayon, Əmircan qəsəbəsi, Həmid Axundlu küç., ev 1-də qeydiyyatda olan qızı- X7, 1/4 hissəsi - Bakı şəh, Suraxanı ray, Əmircan qəs. Həmid Axundlu küç, ev 1-də qeydiyyatda olan oğlu- İddiaçı keçir. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş 39oz/y saylı reyestr kitabının 6016-cı səhifəsində 30/6016 sayı ilə qeydə alınmış seriya MH 105231 saylı Qeydiyyat Vəsiqəsinə və AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tər. xx.xx.2020-ci il tar. ver. 06A4/894 saylı Arayışa əsasən mərhum X11 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundlu küçəsində yerləşən ümumi sahəsi 60.2 kv.m, o cümlədən yaşayış sahəsi 36.9 kv.m, yardımçı sahəsi 23.3 kv.m. olan 3 (üç) otaqlı 1 saylı fərdi yaşayış evindən və ümumi sahəsi 55.8 kv.m. olan həyətyanı tikililərdən ibarətdir.

8. Suraxanı rayon İHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışında qeyd edilmişdir ki, mərhum X13 həqiqətən xx.xx.1947-ci il tarixdən vəfatına kimi (xx.xx.1991-ci il) Əmircan qəsəbəsi, Həmid Axundlu (keçmiş Şaumyan) küçəsi ev 1 ünvanında qeydiyyatda olub. Onunla birgə bu ünvanda həyat yoldaşı X2 xx.xx.1950-ci il tarixdən vəfatına kimi (xx.xx.1983-cü il) qeydiyyatda olub. Onların birgə nikahdan bu övladları olub: oğlu - X15 o. - xx.xx.1997-ci il tarixdə vəfat edib, qeydiyyatdan çıxarılıb. qızı - X3 - xx.xx.1968-ci il tarixdə qeydiyyatdan çıxıb, xx.xx.2018- ci il tarixdə vəfat edib. qızı - Cavabdeh q. - xx.xx.1987-ci il tarixdə qeydiyyatdan çıxıb. oğlu - X16 o. - xx.xx.2009-cu il tarixdə vəfat edib, qeydiyyatdan çıxarılıb. 9. xx.xx.2020-ci il tarixli miras payın bağışlama müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixd ə 2V-125 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən vərəsəlik yolu ilə ona çatası payı Cavabdeh bağışlamışdır. 10. 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin «Əmək və Məşğulluq altsisteminə əsasən xx.xx.2024-cü il tarixinədək qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ ilə mərhum babası X11 məxsus olmuş və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsində yerləşən 1 saylı fərdi yaşayış evinin paylı mülkiy yət əsasında ona məxsus olan 1/4 pay hissəsi ilə bağlı cavabdeh ilə onun arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 10 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 3M-110 nömrə altında qeydə alınmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, onun xx.xx.1991-ci il tarixdə vəfat etmiş babası X5 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi miras əmlakı olaraq qalmışdır. xx.xx.2020-ci il tarixdə həmin fərdi yaşayış evinə 10 saylı notariat kontorunda reyestrdə 2V-125 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik haqda Şəhadətnamə verilmişdir. Şəhad ətnamə verilən miras əmlak Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş 39oz/y saylı reyestr kitabının 6016-cı səhifəsində 30/6016 sayı ilə qeydə alınmış MH 105231 saylı Qeydiyyat vəsiqəsinə və AR ƏMDK DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 06A4/894 saylı arayışa əsasən mərhum X11 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsində yerləşən ümumi sahəsi 60,2 kv.m., o cümlədən yaşayış sahəsi 36.9 kv.m., yardımçı sahəsi 23.3 kv.m olan 3 (üç) otaqlı 1 saylı fərdi yaşayış evindən və ümumi sahəsi 55.8 kv.m olan həyətyanı tikililərdən ibarət olmuşdur. Həmin Şəhadətnamə üzrə qeyd olunan miras əmlakında cavabdeh bibisi Cavabdeh payı 1/2 hissədə, atası X12 vəfat etdiyi üçün ona çatası 1/2 payın 1/4 hissəsində iddiaçının, 1/4 hissəsində isə bacısı X4 payı müəyyən olunmuşdur. Notariat ofisində vərəsəlik işi rəsmiləşdirilən gün bibisi iddiaçını razılığa gətirdi ki, evə bir Çıxarış alaq satanda da rahat olsun ki, hər kəs öz payını deyil, bir əldən satsınlar. Təbii ki, paylı mülkiyyətdə olan əmlakı almaqda hər kəs maraqlı olmadığı üçün belə bir qərar vermişlər. Elə həmin gün notariat ofisində bibisi ilə iddiaçıya məxsus payın bibisinə bağışlamaq müqabilində gələcəkdə ev satıldıqdan sonra iddiaçının payına düşən hissədəki məbləğdə iddiaçıya ev alınması, bu olmadıqda həmin paya müvafiq satış məbləğinin iddiaçıya ödənilməsi, yaxın müddətdə ev satılmadıqda isə payının iddiaçıya geri qaytarması barədə razılığa gəlmişdir. Evi te zliklə satdıqdan sonra isə payının dəyərində ya iddiaçıya ayrıca ev alınsın, ya da payına uyğun pul verilsin. Lakin artıq 3 ildən çox vaxt keçməyinə baxmayaraq bibisi tərəfindən nə evin satılması, nə də payının iddiaçıya geri qaytarılması baş verməmişdir. İddiaçı dəfələrlə bibi ilə əlaqə saxlamağa çalışsa da təəssüf ki, onunla görüşməsi mümkün olmamışdır. Bu günlərdə isə iddiaçı məlum olmuşdur ki, bibisi bacı ilə razılığa gəlmək, evin onların ikisinin arasında natura bölgüsünə nail olmaq niyyətindədir. İddiaçı olduqca ağır maddi vəziyyətdə yaşayan bir insandır. İddiaçı bu evdə illərdir yaşayır, bu ev iddiaçının baba, ata evidir. İddiaçının bu evdən başqa heç bir evi, başqa əmlakı olmamışdır.

13. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, o, həmin zaman bağışlanma olmasını bilməmişdir. Ona çıxarış adına olacağı deyilmişdi. Elə bilirdi ki, etibarnamə verir və bibisi böyük kimi ona kömək edəcək.

14. Məhkəmə iclasında izahat verən İddiaçı nümayəndəsi (vəkili) Vəkil bildirmişdir ki, notariat işindən müəyyən olunmuşdur ki, Cavabdeh məhz qardaşı uşaqları Ruslan və Yelenanın razılığından sonra vərəsəlik şəhadətnaməsinə yazılmışdır. Əksi düşünülsə əgər Ruslan və Yelenanın razılığı olmasaydı Cavabdeh ümumiyyətlə miras əmlakda payı olmayacaqdı və yaxud mirasın qəbulu ilə bağlı məhkəmə mübahisələrindən sonra ola bilərdi. İddiaçının izahatından da göründüyü kimi iddiaçı nəinki hüquqi savadı, ümumiyyətlə heç bir savadı olmayan və olduqca ağır maddi çətinlik içərisində yaşayan bir şəxsdir. Yəni heç bir savadı olmayan iddiaçı üçün bağladığı müqavilənin, sənədin adının hans ı formada ifadə olunması deyil, əsas niyyətidir ki, öz əmlakını hansı məqsədlə, niyyətlə cavabdehə verir və cavabdeh bunun müqabilində ona (iddiaçıya) hansı əvəzi verəcəkdir. Cavabdeh özü isə bunu dəfələrlə etiraf edir ki, bu müqaviləni bağlamaqda məqsəd Ruslanın ona öz payını bağışlamaq olmamışdır. Belə ki, iclasların birində hakim cavabdehə sual verir: “Niyə bu şəxs əmlakını sizə bağışladı və ya bağışlamalı idi?” Cavabdeh cavab verir ki: “mən orda dedim ki, əgər biz bir yerdə yaşaya bilməyəcəyiksə gəlin o zaman əmlakı sataq” (esli mı ne smojem jit vmeste davayte prodadim”). Ruslan da buna görə də payını (evi) mənə verdi.” Həmçinin məhkəməyə təqdim olunmuş cavabdehin səs yazısında cavabdeh həmin əmlakda digər payçı olan Yelena Hüseynovaya (iddiaçının bacısıdır) bildirir: “Mən 3 variant tə klif edirəm 1-ci biz evi birlikdə satırıq, mən Ruslanın payını verirəm (qaytarıram) hansı ki, o mənə vermişdi, bu (pay nəzərdə tutulur) mənə lazım deyil. 2-ci mən öz payımı ayırıram. 3-cü məhkəməyə müraciət edirəm və bu zaman sizin razılığınız və qərarınız lazım olmayacaq, qərar verin, sonra deməyin ki, mən sizi xəbərdar etmədim”. Bu səs yazısından da o fikir aydın olur ki, cavabdeh hələ də Ruslanı həmin payın sahibi hesab edir“ siz bu evlə nə etmək qərarındasız? Nə etmək istəyirsiz? siz bilərsiz, bu sizin işinizdir, necə istəyirsiz elə də həll edin, özünüz qərar verin kimi ifadələr bunun bariz nümunəsidir. Cavabdehin izahatlarından, iş materiallarındakı səs yazısından da aydın olur ki, Ruslan öz payını cavabdehə paylarını birləşdirib satmaq və iddiaçıya ev alınması, bu mümkün olmadıqda is ə payının geri qaytarılması məqsədilə vermişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh suala cavab olaraq bildirir: “mən bu payı ona görə qaytarmayacam ki, onu Ruslanın əlindən alacaqlar, o avaradır, əmlak ona qalmayacaq, satacaq, satıb içkiyə verəcək”. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh deyir: “mənim oğlum da nəvədir (moy sın toje vnuk) mən orada (mübahisəli pay nəzərdə tutulur) ev tikmək istəyirəm.”. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Nəsimi Rayon Məhkəməsində iclas protokolunda qeyd olunanlar səsləndirilmişdir. Orada da cavabdehin izahatından məlum olur ki, cavabdeh özünün və mübahisəli pay sahəsində ev tikmək istəyir. Yəni göründüyü kimi cavabdeh iddiaçının payına dair müqavilə bağlananda aralarında olan razılaşmadan, niyyətdən fərqli olaraq pa yların birlikdə satılıb iddiaçıya ayrıca ev alınmasından açıqdan-açığa imtina edir. Cavabdeh artıq həmin sahədə ev tikdirmək niyyətini həm Nəsimi rayon məhkəməsində, həm bu işin gedişində açıq bildirmişdir. Bundan başqa məhkəmə iclaslarında dəfələrlə cavabdehə təklif olunmuşdur ki, özünün də dəfələrlə dediyi kimi Ruslanın payını satıb Ruslana ev almaq və ya səs yazısında bildirdiyi kimi Ruslanın payını qaytarmaq niyyətindədirsə o zaman elə məhkəmədə cavabdeh, iddiaçı və digər payın sahibi Yelena (Ruslanın bacısı) arasında bütöv əmlakın satılması və Ruslanın da payına düşən hissədə pul verilməsi, ev alınması və s. barədə Saziş bağlansın. Lakin cavabdeh buna qəti etiraz etmişdir. Cavabdeh məhkəmə iclaslarında dəfələrlə bildirib ki, “mən ona dedim mən ona ev alacam”. Göründüyü kimi iddiaçın ın məqsədi yeganə əmlakı olan miras payını bağışlamaq və bununla da həmin payla bütün bağlılığını itirmək deyil, əksinə məhz bu payın müqabilində gələcəkdə əmlak sahibi olmaq olmuşdur. Cavabdehin özü dəfələrlə bildirdirmişdir ki, Ruslan olduqca ağır maddi vəziyyətdədir (“Ruslan adamlardan 20 qəpik dilənir, acından ölür və s. ifadələr”) Bağışlama adı ilə bağlanan müqavilə əslində istər görünüş üçün bağlanan əqd, istərsə yalan əqd, uydurma əqd və s. adlandırılmasından asılı olmayaraq hər bir halda əhəmiyyətsiz əqddir. Hesab edir ki, əqdin etibarsızlığının növü yalnız müqavilə tərəflərin niyyətinə və işin həqiqi hallarına uyğun müəyyən edilməlidir. Bağışlama müqaviləsi əvəzsiz bağlanan müqavilə olmaqla, mənəvi dəyərlərə malik müqavilədir. Ona görə ki, müqavilə tərəfi kimi hədiyyə verən öz əml akını digər şəxsə - hədiyyə alana verməklə onu zənginləşdirir, bunun müqabilində isə özü üçün heç bir əvəz almır. Hazırkı işə münasibətdə isə cavabdehin özünün də bildirdiyi kimi “Ruslan adamların qarşında əl açıb 20 qəpik dilənirsə” o zaman hansı səbəbdən dünyaya gəldiyi gündən bu günədək heç bir əmlakı olmayan şəxs (iddiaçı) babasından qalma ¼ hissədə yeganə miras əmlakını cavabdehə niyə bağışlasın? Niyə başqasını zənginləşdirsin? Əslində bu suala yuxarıda da qeyd olduğu kimi cavabdehin özü tərəfindən çox aydın surətdə cavab verilmişdir və həmin cavabdan da aydın görünür ki, məqsəd birləşib əmlakı bir əldən satmaq, hər kəsin payını (ev almaq və ya pul şəklində) onun miras payına mütənasib özünə qaytarmaq olmuşdur. Göründüyü kimi hazırkı işdə müqavilənin motivi iddiaçının məqsədi cavabdeh i zənginləşdirmək olmayıb, əksinə hər ikisinin niyyəti payın bir əldən - yəni bir nəfərin adına Çıxarış almaqla satılması, iddiaçının payına müvafiq məbləğdə ona ev alınması olmuşdur. Hazırkı mübahisəyə münasibətdə əmlakı verənin məqsədi əmlakını bağışlamaq olmadığı kimi əmlak alanın da məqsədi iddiaçının payını alıb zənginləşmək olmamışdır. Əks halda səs yazısında da cavabdehin dediyi kimi “satıb Ruslanın payını qaytaracam, o mənə lazım deyil” bildirilməzdi. Halbuki bağışlama müqaviləsi heç bir cavab xidməti ilə şərtləndirilmir. Yəni hər iki tərəfin niyyətinin bağışlama olmadığı cavabdehin özünün də izahatları və digər sübutlarla aydın olur. Cavabdehin izahatları bir yerdə yaşaya bilməyəcəklərinə görə əmlakın satılmasını təklif etməsi, bundan sonra Ruslanın gələcəkdə ona ev alınacağı, bu mümkün olmadıqda payına uyğun məbləğ veriləcəyi müqabilində öz payını ona verməsi elə cavabdehin özünün səs yazısı ilə təsdiq olunur. Cavabdeh məhkəmə iclaslarında da dəfələrlə demişdir ki, mən onu (Ruslanı) evsiz qoymaram. Əgər pay həqiqətən bağışlanmış olsaydı cavabdeh özünü iddiaçının evsiz, paysız qalmağında borclu kimi hiss etməzdi. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı mün asibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etməmiş və bildirmişdir ki, iddia ərizəsi düz yazılmayıb, guya Ruslan onu axtarırdı və tapa bilmirdi. Bu elə deyil. Özü miras bölgüsünə daxil olanda, onların hamısı orada idi – özü və onun bacısı. O, heç kimdən bunu xahiş etməmiş, lakin Ruslan ondan notariusa birlikdə getməyi xahiş etmişdir. Çünki qorxurdu ki, bacısı onu aldadacaq. Onlar birlikdə notariusa getmiş və bu sənədi imzalamışlar. Sonra o, Ruslanı müalicə etmişdir. Sonra Ruslan həbsxanaya düşdü. Ruslan çox pis həyat tərzi yaşayır. 2 il türmədə olub. Mart ayında onun həbsxanadan çıxmasının 2 ili tamam olacaq. Ruslan həbsxanada olanda, ona pul və yemək aparırdı. Ruslan tutulmamışdan qabaq evi ona bağışlayıb. Onlar notariusa gedəndə notarius Ruslandan dəfələrlə soruşdu və o, bağışlanma müqaviləsi imzaladığını başa düşdüyünü bildirdi. Həmin evi pis günə qoyublar. Özünün həmin evi saxlamağa maddi imkanı çatmır. O, dəfələrlə Ruslan və Yelenaya demişdir ki, gəlsinlər, birlikdə söhbət edilsin. Əgər onlar bir evdə yaşaya bilmirlərsə, evi satsınlar, hər kəs öz payını götürsün. Türmədən çıxandan sonra Ruslan bacısının təsiri altına düşüb, onunla əlaqə saxlaya bilmir. Ruslan bacısından qorxur. Özü Yelenaya zəng edir, cavab vermirlər, sms yazır, yenə də cavab vermirlər. Ata evini satmaq üçun onlarla danışığa girə bilmir. Məcbur olub payı naturada ayırmağa. O, Ruslana demişdir ki, gələcəkdə həmin yerdə ev tiksə də, satıb başqa ev alsa da, Ruslan onunla qalacaq, ya da evi satdığı halda ona düşən payı verər. İstənilən halda o, çöldə qalmayacaq. Keçən dəfə Ruslan və Yelena onu evə buraxmamaq üçun dəmir darvazanı qaynaqla bərkitmişdilər. Evə daxil olmaq üçun o, qıfılları sındırmalı olur. Hər ay Yelena 1-2 gün evə gəlir, dostlarını başına yığır və onlar içirlər, çəkirlər. Bütün qonşular şikayət edirlər. O, məcbur qalıb Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət etdi, buna səbəb isə o idi ki, orada onun miras payı haqqında qərar verilməsi zəruri idi. O, istəyir ki, ona aid olan əraziyə girmək üçün ayrıca giriş təmin etsinlər. Hər dəfə qıfılı sındırmağa məcbur olur. Notarius onlara başa salanda, Ruslan dedi ki, özü payını bibisinə vermək istəyir. “Mən onunla bir yerdə qalacam” demişdir. O, Ruslanı məcbur eləmədi. Rusl an sadəcə qorxurdu ki, Yelena onun payını götürəcək, o isə küçədə qalacaq.

16. Məhkəmə iclasında izahat verən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirmişdir ki, o, həmin vaxtı notariusa bibisi ilə gedəndə razılıq vermək istəməmişdir. Belə ki, o, torpağın satılmasını istəmirdi. Ruslandan heç xəbəri yoxdur. Bağışlama olan zaman onunla Ruslanın münasibətləri yaxşı deyildi.

17. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-3505/2024 nömrəli, 21 oktyabr 2024-cü il qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia tələbi təmin edilməmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilən “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Əksinə işin mübahisəsiz hallarından görünür ki, mübahisəli əmlaka dair müqavilə bağlanarkən iddiaçı özü həmin əmlakın notarial qaydada cavabdehə bağışlamışdır. İddiaçı, cavabdeh tərəfindən aldadılması nəticəsində həmin müqaviləni bağladığını bildirsə də, məhkəmə baxışı iclasında bu hal müəyyən edilmədi, cavabdeh bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddia əsaslı hesab edilə bilməz.

19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 340, 354, 1292-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1462/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin bildirdiklərindən, iş üzrə tərəflərin miras əmlakı “bir əldən” satıb, satışdan gələn vəsaiti bölmək üçün bu əqdi bağlamağa razılaşdıqlarını, yəni iddiaçının belə bir niyyətinin olduğunu müəyyən etmək mümkün deyil. Eyni zamanda, iddiaçının nümayəndəsi cavabdehin “tərəflərin əsl niyyətinə” çatması üçün evi satmaqdan yayındığını, bununla da əsassız varlandığını əsas gətirsə də, əksinə məhkəmə prosesi gedişatında cavabdehin çıxış yolu tapmaq üçün (əmlakı naturada bölmək və sataraq payları bölmək və s.) iddiaçı və digər payçı olan iddiaçının bacısı Yelena Hüseynova ilə əlaqəyə girmək istədiyi, lakin qarşı tərəfin bundan boyun qaçırdığı müşahidə edilmişdir.

24. İddiaçının ümumiyyətlə miras payı bağışlama müqaviləsini imzalamasından xəbərdar olmamasına, onun sənədləşmə işləri ilə bağlı etibarnamə verməsini düşünməsinə münasibətdə isə məhkəmə vurğulamışdır ki, əgər müqavilə notariat orqanında bağlanmışdır sa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Lakin bu kimi sübutlar iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının 339 və 666-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini x ahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmış ki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh özü həm birinci instansiya məhkəməsində həm apellyasiya mərhələsində izahatında, hakimin suallarına verdiyi cavabda deyir: “mən orda dedim ki, əgər biz bir yerdə yaşaya bilməyəcəyiksə gəlin o zaman əmlakı sataq” (esli mı nesmojem jitvmeste davayte prodadim”). Ruslan da buna görə payını (evi) mənə verdi.” Cavabdehin bu qədər aydın etirafından sonra məhkəmə MM 404.1-ci maddənin tələblərindən çıxış edib tərəflərin həqiqi iradə ifadəsini üzə çıxarmaq əvəzinə birinci instansiya məhkəməsinin mövqeyini olduğu kimi təkrarlamışdır.

28. Bundan başqa, apellyasiya şikayətinin əsas dəlillərindən biri də birinci instansiya məhkəməsinin işdə mühüm sübut olan cavabdehin səs yazısına (fleşkartda), həmin səs yazısındakı əmlakın iddiaçıya geri qaytarmaq istəyi, şərtləri və s. barədə ümumiyyətlə bəhs edilmədiyi, sübuta qiymət verilmədiyi olmuşdur. Həmçinin hansı səbəbdənsə, həmin səs yazısı olan fleşkart birinci instansiya məhkəməsi tərəfindən Bakı Apellyasiya məhkəməsinə iş materiallarında göndərilməmiş, yalnız səlahiyyətli orqanlara və şəxslərə rəsmi müraciət olunduqdan sonra (məktublar əlavə olunur) Apellyasiya mərhələsinin 2-ci baxışında Suraxanı rayon məhkəməsindən məktubla göndərilmişdir. İşə baxan apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu dəlilini araşdırmamış, 2-ci baxış iclasında səs yazısı dinlənilsə də hakim sübuta qiymət verməmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırmalı, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi.

29. Həmçinin qətnamədə əks olunan müqavilənin aldatma ilə bağlanması fikri də baş düşülən deyil. Çünki iddiaçı tərəfindən dəfələrlə bildirilmişdir ki, aldatma deyil, tərəflərin hər ikisinin də bildirdiyi kimi gələcəkdə evi satıb, iddiaçının pulu vermək, bu olmadıqda isə iddiaçının payını qaytarmaq niyyəti olub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.2. Ə qd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

36. Maddə 340.2.Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan ə qd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir

37. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

38. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

39. Maddə 666.1. Bağışlama müqaviləsi sağ i kən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

40. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə idd iaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

50. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında miras payın bağışlama müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2V-125 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri Suraxanı rayon X14 küçəsi 1 ünvanında yerləşən fərdi yaşayış evindən vərəsələik yolu ilə ona çatası payı cavabdehə bağışlamışdır.

51. Bir inci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının izahatı əsasında tərəflərin miras əmlakı vahid əldən satıb, satışdan gələn vəsaiti bölmək üçün bu əqdi bağlamağa razılaşdıqlarını, yəni iddiaçının belə bir niyyətinin olduğunu müəyyən etmək mümkün deyil. Eyni zamanda iddiaçının nümayəndəsi cavabdehin “tərəflərin əsl niyyətinə” çatması üçün evi satmaqdan yayındığını, bununla da əsassız varlandığını əsas gətirsə də əksinə məhkəmə prosesi gedişatında cavabdehin çıxış yolu tapmaq üçün (əmlakı naturada bölmək və sataraq payları bölmək və s) iddiaçı və digər payçı olan iddiaçının bacısı ilə əlaqəyə girmək istədiyi, lakin qarşı tərəfin bundan boyun qaçırdığı müşahidə edilmişdir.

52. Birinci insatansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, notariat qaydasında bağlanmış əqdin aldatma nəticəsi ndə bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Eyni zamanda iddia üzrə iddiaçını müqaviləni imzalamağa məcburetmə, yəni zorakılıq və ya hədələmə halları da məhkəmə tərəfindən müəyyən edilməmişdir.

53. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticədən aydın olur ki, miras payın bağışlanması müqaviləsinin başqa əqdi pərdələmək üçün bağlanan yalan əqd olması, eləcə də həmin müqavilənin aldatma yolu ilə bağlanması məhkəmə iclasında təsdiqini tapmamış, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsi zədələnməmişdir.

54. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

55. İddiaçı iddia tələbində, apellyasiya və kassasiya şikayətlərində göstərmişd ir ki, bağışlama adı ilə bağlanan müqavilə əslində istər görünüş üçün bağlanan əqd, istərsə yalan əqd, uydurma əqd və s. adlandırılmasından asılı olmayaraq hər bir halda əhəmiyyətsiz əqddir. Əqdin etibarsızlığının növü yalnız müqavilə tərəflərin niyyətinə və işin həqiqi hallarına uyğun müəyyən edilməlidir. Bağışlama müqaviləsi əvəzsiz bağlanan müqavilə olmaqla, mənəvi dəyərlərə malik müqavilədir. Ona görə ki, müqavilə tərəfi kimi hədiyyə verən öz əmlakını digər şəxsə - hədiyyə alana verməklə onu zənginləşdirir, bunun müqabilində isə özü üçün heç bir əvəz almır. Hazırkı işə münasibətdə isə cavabdehin özünün də bildirdiyi kimi “Ruslan adamların qarşısında əl açıb 20 qəpik dilənirsə” o zaman hansı səbəbdən dünyaya gəldiyi gündən bu günədək heç bir əmlakı olmayan şəxs (iddiaçı) babasından qa lma ¼ hissədə yeganə miras əmlakını cavabdehə niyə bağışlasın? Niyə başqasını zənginləşdirsin? Əslində bu suala yuxarıda da qeyd olduğu kimi cavabdehin özü tərəfindən çox aydın surətdə cavab verilmişdir və həmin cavabdan da aydın görünür ki, məqsəd birləşib əmlakı bir əldən satmaq, hər kəsin payını (ev almaq və ya pul şəklində) onun miras payına mütənasib özünə qaytarmaq olmuşdur. Göründüyü kimi hazırkı işdə müqavilənin motivi iddiaçının məqsədi cavabdehi zənginləşdirmək olmayıb, əksinə hər ikisinin niyyəti payın bir əldən - yəni bir nəfərin adına çıxarış almaqla satılması, iddiaçının payına müvafiq məbləğdə ona ev alınması olmuşdur.

56. Beləliklə, həm iddiaçının, həm də cavabdehin möveyindən aydın olur ki, mübahisəli ev iddiaçının yeganə yaşayış yeridir, bağışlama əslində ümumi əmlakda id diaçının pay hissəsinin qorunmasının təmin edilməsi ilə bağlı olmuş, çünki mirasın qəbulu zamanı iddiaçının bacısının həmin əmlak hissəsini öz payına daxil etmək niyyəti olmuşdur.

57. İşin digər halları ilə müəyyən olunur ki, cavabdeh paylı mülkiyyətin ¾ hissəsinin mülkiyyətçisidir, o, həmin payın ayrılması üçün ayrıca icraatda tələb irəli sürmüşdür. Belə tələbin irəli sürülməsini isə mövcud olan tikilinin sökülərək, payına uyğun ayrılacaq hissədə yeni ev tikilməsi ilə əlaqələndirmişdir. İddiaçının mövqeyindən isə aydın olur ki, cavabdehin bu iddiasından sonra baxılan iş üzrə iddia tələbi irəli sürmək məcburiyyətində qalmışdır.

58. İddiaçı bağlanmış müqaviləni etibarsız müqavilə hesab edir, tələbinin qanuni əsası kimi, Mülki Məcəllənin 340-cı maddəsinə əsaslanır. Kassasiya şikayətində məhk əmələrin həmin maddədə nəzərdə tutulan dispozisiya şərtlərinin yoxlanmadığını göstərir. Daha sonra qeyd etmişdir ki, məhkəmələr, onun tələbində əsaslanmadığı hüquqi əsaslara (aldatma, məcburetmə, zorakılıq və ya hədələmə) istinad etmişdir.

59. Beləliklə, iddiaçının mövqeyindən aydın olur ki, o, paylı mülkiyyətdə mövcud olan payını qorunmaq məqsədi ilə cavabdehə bağışlamış, lakin mülkiyyət hüququndan imtina etməmişdir. Bağışlama əmlakının qorunması məqsədi ilə edilmiş, gələcəkdə əmlakın satılması zamanı mülkiyyətində olan əmlakın dəyərinin ona ödənilməsi ilə bağlı cavabdehin öhdəliyi olmuşdur. İddiaçı göstərdiklərinin cavabdehin məhkəmə iclaslarında verdiyi izahatları, təqdim olunmuş səs yazıları ilə təsdiq olunduğunu bildirir. Kassasiya şikayətinin dəlilləri, istinad olunan bu halların məh kəmələr tərəfindən nəzərə alınmaması ilə bağlıdır.

60. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir.

61. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə isə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir

62. Mülki Məcəllənin 340.1-ci maddəsinin məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.

63. İddiaçı ona istinad edir ki, əqdin rəsmiləşdirilməsində məqsəd ümumi paylı mülkiyyətdə olan pay hisəssini qorumaq olmuş, müqavilənin bağlanması bacısının həmin hissəni əldə etməsinin qarşısını almaq məqsədi daşımışdır. Göstərildiyi kimi işin bu halı cavabdeh tərəfindən də qəbul olunur.

64. Məhkəmə kollegiyası qeyd edir ki, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmə də iddia qaldırmaq hüququna malikdir.

65. Göstərilənlərə əsasən kassasiya məhkəməsi bu qənaətə gəlir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr, Mülki Məcəllənin 340.2-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtlərinin baxılan işə tətbiqinin mümkünlüyünü yoxlasa da, həmin maddənin 1-ci hissəsinin dispozisiya şərtləri əsasında həll yoxlanmamışdır.

66. Qeyd edilməlidir ki, mübahisəni həll edən məhkəmə məsələyə formal yanaşmamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdin rəsmiləşdirilməsi ilə nəzərdə tutulan nəticənin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilənin sadəcə üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədilə bağlanmasını, bu vəziyyətdə müqavilənin bağlanma anı, onun tərəflərinin münasibətlərinin, üçüncü şəxsin mövqeyinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını və digər xüsusatları aydınlaşdırılmaqla MM-in 340.1-ci şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olubolmamasına hüquqi qiymət verilməlidir.

67. Qeyd edilməlidir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyə tsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

68. Konsitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında foralşdərdığı hüquqi məvqedən görünür ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Be lə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər

69. İşə ye nidən baxan apellyasiya məhkəməsi nəzərə almalıdır ki, etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələ blərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4).

70. Baxılan işdə apellyasiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarına uyğun bir araşdırma aparmamış, iddiaçının irəli sürdüyü dəlillərə lazımi şəkildə qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır.

71. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimi yyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

72. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməy ə imkan vermir.

73. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

74. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

75. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

76. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1462/2025 nömrəli mülki iş üzrə 08 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar