Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2656/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12276/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev, iş № 2(006)-4431/2017) İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhər 54 saylı Notariat Kontoruna qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək Bakı Şəhər 54 saylı N otariat Kontorunda xx xxxxxx 2016-cı il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 92.000 ABŞ dolları məbləğində borcun etirafı haqqında müqavilə etibarsız hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və R.Ə.Eyvazov, iş № 2(103)8428/2017) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov, iş № 2(102)2047/2018) iddiaçının kasasiya şikayəti qismən təmin ed ilərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir. İşə təkrar apelyasiya qaydasında baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, M.N.Tağızadə və S.F.Hacıyev, iş № 2(102)-5523/2018) Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.G.Nurməmmədov, M.T.Əhmədova və Ə.M.Rüstəmov, iş № 2(102)-7663/2018) İddiaçı kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsi Mül ki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə üçüncü dəfə apelyasiya qaydasında baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov, iş № 2(103)-94/2019) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.K.Kalbalıyev, V.Ə.İbayev və G.A.Quliyev, iş № 2(102)5004/2019) İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşə dördüncü dəfə apelyasiya qaydasında baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2016-cı il tarixdə tərəflər arasında borcun etirafı haqqında müqavilə bağlanmış və müqavilə Cavabdeh2 təsdiq olunmuşdur. Həmin müqavilə ilə Cavabdeh1 2016-cı ilin mart ayında İddiaçı 92.000 ABŞ dolları məbləğində borc verməsini və sonuncu da göstərilən vaxtda və məbləğdə Cavabdeh1 borc almasını etiraf etmişdir. Həmin müqavilə ilə İddiaçı 2017-ci ilin yanvar ayından başlayaraq b orcu hissə-hissə qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. 2017-ci ilin aprel ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə etdiyi şikayəti əsasında onu idarəyə dəvət edən həmin İdarənin müstəntiqi Nn hədəsi, təzyiqi və qanunsuz olaraq onu saxlaması ilə əlaqədar məcburiyyət qarşısında qalıb Nun bacısı oğlu Cavabdeh1la notariat kontoruna getməklə borcun etirafı barədə müqavilə bağlamasını, əslində isə Cavabdeh1 hər hansı məbləğdə borc almamasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkə mə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kasasiya şikayəti verərək müqavilədə göstərilmiş 92.000 ABŞ dollarından 20.000 ABŞ dollarının onun tərəfindən, qalan məbləğin isə dayısı N tərəfindən iddiaçıya borc verilməsini və iddiaçının etiraz etmədiyi üçün bütün borc məbləğinə dair onunla müqavilə bağlanmasını, müqavilənin hədə qorxu və təzyiq altında bağlanması barədə məhkəmənin nəticəsinin heç bir mötəbər sübuta söykənməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdehin vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələl ər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, borcun etirafı haqqında müqavilə bağlanmazdan əvvəl tərəflər arasında hər hansı borc münasibəti və əqddən irəli gələn öhdəlik olmamış, cavabdeh tərəfindən iddiaçıya müqavilədə göstərilən məbləğdə borc pul və ya digər əvəz edilən əşya verilməmiş, belə bir müqavilə (şifahi və ya yazılı) bağlanmamış dır. Eyni zamanda iddiaçının cavabdehə hər hansı əqd üzrə pul və ya digər əvəz edilən əşyanın verilməsi ilə bağlı öhdəliyi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Apelyasiya instansiyası məhkəməsi qanunun həmin normasına əsaslanmaqla hesab etmişdir ki, borc münasibətinin olmaması öhdəliyin yaranmasına səbəb olmadığı üçün mövcud borcun olmaması da borcun etirafı haqqında müqavilə üzrə hər hansı öhdəliyin yaranmasına səbəb ola bilməz. Müqavilənin bağlanması iddiaçının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasından və orada saxlanılmasından sonra baş verdiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilə təzyiq altında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymə tləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İşin müəyyən olunmuş yuxarıda göstərilən halları və tətbiq olunan maddi hüquq normaları borcun etirafı haqqında müqavilənin etibarsız sayılması üçün əsas verdiyindən, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kasasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bi lməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2656/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2656/2020
02.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver