Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2656/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı, iddiaçılar İddiaçı16, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, İddiaçı17, İddiaçı13, İddiaçı15 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı, iddiaçılar İddiaçı9, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarş ı, iddiaçılar İddiaçı14, X21, X34, X10, X11 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı birləşdirilmiş mülki işlər üzrə QƏRARİ (Açar sözlər: hüquqi şəxs ləğv edildikdə əmək müqaviləsinə xitam verilməsi, son haqq-hesabın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təm in edilməsi” tələbinə, iddiaçılar İddiaçı16, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, İddiaçı17, İddiaçı13, İddiaçı15 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi” tələbinə, iddiaçılar İddiaçı9, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi” tələbinə, iddiaçılar İddiaçı14, X21, X34, X10, X11 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi” tələblərinə dair iddiaları ilə bağlı birləşdirilmiş mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3591/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı10, İddiaçı17, İddiaçı13, İddiaçı15, İddiaçı12, İddiaçı14 və İddiaçı16 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 1 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Əmlak Məsələləri Dövlət Komitəsinin “X42” ASC haqqında 16 yanvar 2018-ci il tarixli, 12 nömrəli sərəncamı ilə "xxxx" QSC-nin tabeliyində olan “X8” MMC, “X42” ASC-yə çevrilmişdir. Həmin Sərəncamın 6.1.1-ci bəndinə əsasən, 1 ay müddətində qanunvericiliklə müəyyən edilmiş qayda da “X42“ ASC-nin sədrinin təyin edilməsi ilə bağlı təkliflərin hazırlanıb təqdim edilməsi, 7-ci bəndinə əsasən isə, bu sərəncama əlavədə göstərilən obyektlər, onun tərkibindən çıxarılaraq mövcud normativ hüquqi aktlara uyğun olaraq özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Həmin Əlavədə isə, “X8” MMC-nin balansından çıxarılaraq ayrıca özəlləşdirilməsi nəzərdə tutulan obyektlərin siyahısı kimi “Uşaq poliklinikası” və “X44 hissə” göstərilmişdir.
2. Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət müəssislərinin İdarəetmə Mərkəzinin 12 dekabr 2018-ci il tarixli, 272 nömrəli əmri ilə, yuxarıda qeyd edilən sərəncamın 7 və 8-ci bəndləri nəzərə alınaraq, “X44 hissə”nin əmlakının bazasında eyni adlı “X44 hissə” MMC təsis edilməklə, nizamnaməsi təsdiq edilmişdir. 3. “X42” ASC-nin 24 yanvar 2019-cu i l tarixli, 02 nömrəli əmri ilə Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli, 12 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə inzibati təsərrüfat şöbəsinin personal və əmək haqqı üzrə mütəxəssisinə (Z.Budaqova) “X42” Açıq Səhmdar Cəmiyyətinin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibbi müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsinin tapşırılması əmr edilmişdir.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 161s nömrəli Sərəncamının birinci bəndinə əsasən “X42” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir, ikinci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu sərəncamdan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidirlər.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli, 161 nömrəli sərəncamı əsasında “X42” ASC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir. 6. 08 may 2020-ci il tarixdə “X42” ASC-nin X13 şöbəsinin rəisi X1 göstərilən “X42” ASC-yə aid şəxsi işləri (“X42” ASC - 176 ədəd şəxsi iş, 174 ədəd əmək kitabçası, Uşaq poliklinikası – 28 ədəd şəxsi iş, 27 ədəd əmək kitabçası, X44 Hissəsi – 26 ədəd şəxsi, 26 ədəd əmək kitabçası) Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin X9 şöbəsinin rəisi X14 təhvil vermişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli, 24 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan qurumların fəaliyyətinin optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə təqdim edilmiş müraciət və sənədlərə əsasən Komitənin tabeliyində olan “X42” ASC ləğv edilmiş və “X42” ASC-nin ləğv edilmə prosesinin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur.
8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 24 iyul 2020-ci tarixli, 1000/151 nömrəli sərəncamı ilə qanunvericilikdə nəzərdə tutulmuş ləğvetmə prosesinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində ləğvetmə komissiyası yaradılmışdır və “X42” ASC ləğv edildikdən sonra onun mövcud ştat vahidlərinin Mərkəzi Hospitalın ştat vahidlərinə əlavə edilərək, ştat vahidləri üzrə vəzifələrə əmək müqaviləsi əsasında işçilərin qəbul edilməsi tapşırılmışdır.
9. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən Uşaq poliklinikasının baş həkimi və kollektivinin üzvlərinə 25 iyun 2021-ci il tarixdə məktub ünvanlanaraq bildirilmişdir ki, "xxxx" QSC-nin tabeliyində olan “X8” MMC, “X42” ASC-yə çevrilmişdir. Həmin Sərəncamın 7-ci bəndində “X8” MMC-də yaradılmış özəlləşdirmə komissiyasının təklifi nəzərə alınaraq ünvan 2 ünvanında yerləşən Uşaq poliklikasının “X8” MMC-nin tərkibindən çıxardılaraq ayrıca özəlləşdirilməsi qərara alınmışdır, eyni zamanda, Sərəncamın 8-ci bəndi ilə Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət müəssisələrinin X29 poliklinikasının balansa götürülərək, qorunub saxlanmasına dair zəruri tədbirlərinin həyata keçirilməsi tapşırılmışdır. Göstərilənlərə əsasən, tədbirlərin görülməsinin Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin səlahiyyəti xaricində olduğu bildirilmişdir. 10. 23 iyun 2017-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış “X42” ASC (ləğv prosesindədir) 22 iyul 2021-ci il tarixdə ləğv edilmiş və həmin qurum Arzərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.
11. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən bildirilmişdir ki, “Uşaq poliklinikası” və “X44 hissə” də çalışan işçilərin təminatı (əmək müqaviləsinin bağlanması, ləğvi, işdən çıxma müavinətinin verilməsi və s. ) onun hazırkı yeni mülkiyyətçisi olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssislərinin İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilməlidir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bildirmişdir ki, Xidmət sözügedən subyektin işçilərinə münasibətdə işəgötürən olmadığından, onların işəgötürənə qarşı irəli sürə biləcəyi tələbləri Xidmətə qarşı qaldırması hüquqi cəhətdən əsassızdır və həmin tələblərin Xidmət tərəfindən yerinə yetirilməsi praktiki cəhətdən mümkün deyildir. Belə ki, Xidmət əsasən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi funksiyalarını həyata keçirsə də, qeyd edilən subyektin işçiləri ilə əmək müqaviləsi bağlamaqla onları işə götürmək, onlara əmək haqqı ödəmək və əmək müna sibətləri üzrə digər öhdəlikləri yerinə yetirmək onun səlahiyyətlərinə aid deyildir. “Uşaq poliklinikası” tibbi fəaliyyətlə bağlı lisenziya olmadan, müvafiq dövlət ödənişlərini etmədən, istifadə etdikləri dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə icarə müqaviləsi bağlamadan qeyri-qanuni fəaliyyət göstərir.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair 24 dekabr 2021-ci il tarixli arayışa əsasən, İddiaçı4 Hüsynəli qızının iş yeri “X42” ASC, əmək müqaviləsinin bağlandığı tarix 26 sentyabr 2017-ci il, əmək müqaviləsinin qutardığı tarix 26 iyun 2020-ci ildir.
14. Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair 29 dekabr 2021-ci i l tarixli arayışa əsasən, İddiaçı14 iş yeri “X42” ASC, əmək müqaviləsinin bağlandığı tarix 21 avqust 2017-ci il, əmək müqaviləsinin qutardığı tarix 21 may 2020-ci ildir.
15. Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair 29 dekabr 2021-ci il tarixli arayışa əsasən, İddiaçı12 iş yeri “X42” ASC, əmək müqaviləsinin bağlandığı tarix 21 avqust 2017-ci il, əmək müqaviləsinin qutardığı tarix 21 may 2020-ci ildir.
16. Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair 29 dekabr 2021-ci il tarixli arayışa əsasən, İddiaçı10 iş yeri “X42” ASC, əmək müqaviləsinin bağlandığı tarix 21 avqust 2017-ci il, əmək müqaviləsinin qutardığı tarix 21 may 2020-ci ildir.
17. Azərbaycan Respublikas ı ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair 24 dekabr 2021-ci il tarixli arayışa əsasən, İddiaçı15 iş yeri “X42” ASC, əmək müqaviləsinin bağlandığı tarix 20 sentyabr 2017-ci il, əmək müqaviləsinin qutardığı tarix 20 iyun 2020-ci ildir.
18. Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair 24 dekabr 2021-ci il tarixli arayışa əsasən, İddiaçı13 iş yeri “X42” ASC, əmək müqaviləsinin bağlandığı tarix 15 sentyabr 2017-ci il, əmək müqaviləsinin qutardığı tarix 15 iyun 2020-ci ildir.
19. Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair 24 dekabr 2021-ci il tarixli arayışa əsasən, İddiaçı17 iş yeri “X42” ASC, əmək müqaviləsinin bağlandığı ta rix 05 sentyabr 2017-ci il, əmək müqaviləsinin qutardığı tarix 05 iyun 2020-ci ildir.
20. Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair 24 dekabr 2021-ci il tarixli arayışa əsasən, İddiaçı16 iş yeri “X42” ASC, əmək müqaviləsinin bağlandığı tarix 21 avqust 2017-ci il, müqaviləsinin qutardığı tarix 21 may 2020-ci ildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: Birinci iş üzrə mülki icraat:
21. İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların “X8” MMC-də və “X42” ASC-də tutduqları vəzifələrə uyğun işlə təmin olunmaqları, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
22. İddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq hesabın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
23. Məhkəmə iclasında iddiaçılar vəsatətlə məhkəmə müraciət edərək mülki iş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdeh kimi icraata cəlb edilməsini xahiş etmişlər.
24. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçılar “X8” MMC-nin Uşaq poliklinikasında müxtəlif vəzifələr tutmaqla tibbi xidmət göstərmişlər, xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında tabeliyində olan poliklinika va tibbi-sanitar hissə daxil olmaqla Cəmiyyətin təsisçiliyi ilə “X8” MMC yaradılmış, Uşaq Poliklinikası və Əhmədli tibbisanitar hissə də eyni adla yeni yaradılan MMC-nin tərkibində fəaliyyətini davam etdirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 yanvar tarixli, 12 nömrəli sərəncamına əsasən “X8" MMC yenidən təşkil edilmiş və təsisçi Azərbaycan Respublikası adından həmin komitə olmaqla “X42” ASC 2018-ci ilin 22 may tarixində dövlət qeydiyyatından keçmişdir, dövlətə aid olan müvafiq müəssisə üzrə tabeçilik dəyişilmiş və qüvvədə olan qanunvericiliyə əsasən bu proses dövlətin müvafiq icra hakimiyyəti or qanı tərəfindən həyata keçirilmişdir, bununla da, yeni təsis olunan ASC-nin Cəmiyyətə heç bir hüquqi münasibəti qalmamışdır. Cəmiyyət tərəfindən 2018-ci il 12 iyun tarixli, 139 nömrəli əmr verilmiş və aidiyyəti strukturlara “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması tapşırılmış, əmək müqaviləsini Cəmiyyətlə bağlayan müvafiq rəhbər şəxslərin əmək müqaviləsinə xitam verilmişdir. Cəmiyyət strukturuna daxil olan qurumlar üzrə əmək haqqının verilməsi ilə bağlı müvafiq tədbirlər görə və zəruri köməklik göstərə bilər, hazırda Cəmiyyətin işçilərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar olaraq “X42” ASC ilə "xxxx" QSC arasında müvafiq müqavilə bağlanmışdır. “X42” ASC-nin nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, “X42” ASC “X8” MMC-nin “X42” ASC-yə çevrilməsi nəticəsində yaradılır və onun hüquqi varisidir. “X42” ASC 23 iyun 2017-ci il tarixdə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 3 Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli, 12 nömrəli sərəncamı ilə “X8” MMC “X42” ASC-yə çevrilmişdir, özəlləşdirilməsi nəzərdə tutulan obyektlərin siyahısında Uşaq Poliklinikası və Əhmədli Tibbi-sanitar hissə də qeyd edilmişdir. "xxxx" ASC-nin 12 iyun 2018-ci il tarixli, 139 nömrəli əmri ilə “X8” MMC yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X42” ASC-nin təşkil edildiyi və təsisçi Azərbaycan Respublikasının adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X42” ASC-yə çevrildiyi, həmin ASC-nin 2018-ci il 22 may tarixində dövlət qeydiyyatından keçdiyi və bununla da “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzarə alınması, “X8” MMC-nin “X42” ASC-yə çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qüvvədə olan qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi, Cəmiyyətin işçiləri tibbi sığorta ilə təmin olunanadək onlara müvafiq tibbi xidmətlərin göstərilməsi məqsədilə “X42” ASC ilə müqavilə bağlanılması məsələsinə baxılması əmr edilmişdir. “X8” MMC yaradıldıqdan sonra X37 Komitəsinin idarəetməsinə verilmiş və Komitənin müvafiq sərəncamına əsasən “X8” MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından X37 Komitəsi olmaqla “X42” ASC-yə çevrilməmişdən əvvəl X8 - uşaq poliklinikası da olmaqla "xxxx" QSC-nin balansında olmuş, poliklin ikanın işçiləri "xxxx" QSC-nin işçilərinin uşaqlarına tibbi göstərmişdir. “X8” MMC-nin “X42” ASC-yə çevrilməsindən sonra da işçilərin maaşların müəyyən bir dövr ərzində "xxxx"xxxx"xxxx" QSC-nin uşaqlarına tibbi xidmət göstərmələrinə baxmayaraq 2019-cu ilin yanvar ayının 1-dən etibarən əmək haqqı məvacibləri ödənilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kollegiyaya ünvanladığı sorğuya cavab məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli, 12 nömrəli sərəncamı ilə "xxxx" QSC-nin tabeliyində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 78 ünvanında yerləşən “X8” MMC “X42” ASC-yə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 161s nömrəli sərəncamı ilə “X42” ASC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir, bu sərəncama əlavədə göstərilən obyektlərin balansa götürülməsi və qorunub saxlanılması ilə bağlı zəruri tədbirləri həyata keçirmək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə tapşırılmışdır. Bu obyektlərin siyahısında Uşaq poliklinikası birbaşa göstərilmişdir.
25. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 2(011)235/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4 və İddiaçı3 əmək müqavilələrinə 16 iyul 2020-ci il tarixdən xitam verilməsi, Azərbaycan Respublika sının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4 və İddiaçı3 16 iyul 2020-ci il tarixədək son haqq-hesablarının aparılması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 100 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
26. Birinci instansiya məhkəməsi “X8” MMC-nin (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilməsini və Komitənin 2018-ci il 16 yanvar tarixli, 12 nömrəli sərəncamına əsasən “X8” MMC-nin yenidən təşkil edilməsini, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X42” ASC-yə çevrilməklə 22 may 2018- ci il tarixdə dövlət qeydiyyatından keçməsini, “X8” MMC-nin “X42” ASC-yə çevrilməklə dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilməsini, bununla da müvafiq sərəncama əsasən yeni yaradılmış “X42” ASC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ləğv edilməsini və Uşaq poliklinikasının əməkdaşları və ona dair əmək münasibətləri üzrə sənədlərin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təhvil verilməməsini nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaçıların iddiasına cavab verməli olan orqan deyildir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaçıl arın iddiasına cavab verməli olan orqan olmadığından iddia düzgün olmayan cavabdehə qarşı verilmişdir. Belə olan halda, iddia tələbi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı hissədə təmin edilə bilməz.
27. Məhkəmə hesab etmişdir ki, “Bakı Caspian Hospital“ ASC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli, 24 nömrəli Sərəncamı əsasında ləğv edildiyindən “X42“ ASC-nin işçilərinin də əmək müqavilələrinə, Sərəncam verildiyi 16 iyul 2020-ci il tarixdən xitam verilməlidir.
28. Məhkəmə digər cavabdehə münasibətdə hesab etmişdir ki, “Bakı Caspian Hospital“ ASC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli, 24 nömrəli Sərəncamı əsasında l əğv edildiyindən, bundan irəli gələn, o cümlədən əmək münasibətləri üzrə məsələlərə də (əmək müqaviləsinə xitam verilməsi, son-haqq hesab və digər ödənişlərin yerinə yetrilməsi və s.) onun tərəfindən həll edilməlidir. Bundan başqa, “Bakı Caspian Hospital“ ASC-nin 02 nömrəli “Əmri”nin 1 və 2-ci bəndlərinə əsasən də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamını nəzərə alaraq “Bakı Caspian Hospital“ ASC-nin tərkibində fəaliyyət göstərən Əhmədli Sanitar hissə və Uşaq Poliklinikasının ayrılıqda özəlləşdirilməsi məqsədi ilə balansdan çıxarılması, inzibati təsərrüfat şöbəsinin Personal və əmək haqqı üzrə mütəxəssisinə (Z.Budaqova) “X42” Açıq Səhmdar Cəmiyyətinin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibbi müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılması nəzərdə tutulmuşdur ki, bu da əmrdən irəli məsələlər üzrə ASC-nin idarəetməsində olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehliyini bilavasitə şərtləndirir.
29. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 12, 43.3, 68, 83, 86-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.1, 60.2, 60.3, 61.12-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 124.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İkinci iş üzrə mülki icraat:
30. İddiaçılar İddiaçı16, Yüzbaşıyeva Kama lə Rüstəm qızı, İddiaçı17, İddiaçı13, İddiaçı15 və X6 nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların “X8” MMC-də və “X42” ASC-də tutduqları vəzifələrə uyğun işlə təmin olunmaları, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
31. İddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq hesabın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
32. Məhkəmə iclasında iddiaçılar vəsatətlə məhkəmə müraciət edərək mülki iş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdeh kimi icraata cəlb edilməsini xahiş etmişlər.
33. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçılar "xxxx" QSC-nin X3 Uşaq poliklinikasında müxtəlif vəzifələr tutmaqla tibbi xidmət göstərmişlər. Qeyd olunan xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında (tabeliyində olan poliklinika va tibbi - sanitar hissə daxil olmaqla ) Cəmiyyətin təsisçiliyi ilə “X8” MMC yaradılmışdır. Uşaq Poliklinikası və X44 hissə də eyni adla yeni yaradılan MMC-nin tərkibində fəaliyyətini davam etdirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 yanvar tarixli, 12 nömrəli sərəncamı na əsasən “X8” MMC yenidən təşkil edilmiş və təsisçi Azərbaycan Respublikası adından həmin komitə olmaqla “X42” ASC 2018-ci ilin 22 may tarixində dövlət qeydiyyatından keçmişdir. Belə ki, dövlətə aid olan müvafiq müəssisə üzrə tabeçilik dəyişilmiş və qüvvədə olan qanunvericiliyə əsasən bu proses dövlətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmişdir. Bununla da, yeni təsis olunan ASC-nin Cəmiyyətə heç bir hüquqi münasibəti qalmamışdır. Göstərilənlərlə bağlı Cəmiyyət tərəfindən 2018-ci il 12 iyun tarixli 139 nömrəli əmr verilmiş və aidiyyəti strukturlara “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması tapşırılmış, həmçinin əmək müqaviləsini Cəmiyyətlə bağlayan müvafiq rəhbər şəxslərin əmək müqaviləsinə xitam verilmişdir. Cəmiyyət strukturuna daxil olan qur umlar üzrə əmək haqqının verilməsi ilə bağlı müvafiq tədbirlər görə və zəruri köməklik göstərə bilər. Hazırda Cəmiyyətin işçilərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar olaraq “X42” ASC ilə "xxxx" QSC arasında müvafiq müqavilə bağlanmışdır. “X42” ASC-nin nizamnaməsinin 1.1- bəndindən görünür ki, “X8” MMC-nin “X42” ASC-yə çevrilməsi nəticəsində yaradılır və onun hüquqi varisidir. Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli, 12 nömrəli sərəncamına əlavəyə əsasən, “X8” MMC-nin balansından çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan obyektlərin siyahısında Uşaq Poliklinikası və Əhmədli Tibbi - sanitar hissə də qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxması haqqında "xxxx" Q apalı Səhmdar Cəmiyyətinin 12 iyun 2018-ci il tarixli 139 nömrəli əmri ilə “X8” MMC-nin yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X42” ASC-nin təşkil edildiyi və təsisçi Azərbaycan Respublikasının adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X42” ASC-yə çevrildiyi, həmin ASC-nin 2018-ci il 22 may tarixində dövlət qeydiyyatından keçdiyi və bununla da “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması, “X8” MMC-nin “X42” ASC-yə çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qüvvədə olan qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi, Cəmiyyətin işçiləri tibbi sığorta il ə təmin olunanadək onlara müvafiq tibbi xidmətlərin göstərilməsi məqsədilə “X42” ASC ilə müqavilə bağlanılması məsələsinə baxılması əmr edilmişdir. X2, X35, İddiaçı16, X34, İddiaçı3, X30, İddiaçı7, X36, X26, İddiaçı2, İddiaçı9, X7, X23, İddiaçı10, İddiaçı14, İddiaçı17, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı13, İddiaçı8 Şamaddin qızı, İddiaçı5, X15, X16, X27, X10, X18 və İddiaçı15 işəgötürən “X42” ASC ilə əmək müqavilələri bağlamışlar və həmin müqavilələr hazırkı vaxtadək qüvvədədirlər, İddiaçı4 02 mart 2020-ci il tarixdə "xxxx" MMC ilə, İddiaçı11 isə 29 avqust 2017-ci il tarixdə “X8” MMC ilə əmək müqaviləsi bağlamış va həmin müqavilələr də hazırkı vaxtadək qüvvədədirlər. “X8” MMC yaradıldıqdan sonra (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak M əsələləri Dövlət Komitəsinin idarəetməsinə verilmiş və Komitənin müvafiq sərəncamına əsasən “X8” MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X42” Açıq Səhmdar Cəmiyyətinə çevrilməmişdən əvvəl X8 (uşaq poliklinikası da olmaqla) "xxxx" QSC-nin balansında olmuş, poliklinikanın işçiləri "xxxx" QSC-nin işçilərinin uşaqlarına tibbi xidmət göstərmişdir. “X8” MMC-nin “X42” ASC-yə çevrilməsindən sonra da işçilərin maaşların müəyyən bir dövr ərzində "xxxx" QSC tərəfindən ödənilmişdir. Hazırda da məhz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi’’ QSC-nin uşaqlarına tibbi xidmət göstərmələrinə baxmayaraq, 2019-cu ilin yanvar ayının 1-dən etibarən əmək haqqı məvacibləri ödənilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət inin Kollegiyaya ünvanladığı sorğuya cavab məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tabeliyində olan ünvan 4 ünvanında yerləşən “X8” MMC “X42” ASC-yə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli 161s nömrəli sərəncamı ilə “X42” ASC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir. Bu sərəncama əlavədə göstərilən obyektlərin balansa götürülməsi və qorunub saxlanılması ilə bağlı zəruri tədbirləri həyata keçirmək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə tapşırılmışdır. Bu obyektlərin siyahısında Uşaq poliklinikası birbaşa göstərilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2021- ci il tarixli fərmanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzinin əsasında “X5 və Koordinasiya Mərkəzi” yaradılmışdır. Onlar pozulmuş əmək hüquqlarının bərpa olunmasına, yəni “X8” MMC-də və “X42” ASC-də tutduqları vəzifələrə uyğun işlə təmin olunmalarına, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi ilə bağlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etsələr də bu günə qədər tələbləri təmin olunmamış və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
34. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-363/2023 nömrəli, 17 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı16, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı17,İddiaçı13, İddiaçı15 və X6 əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi, Azərbaycan Respubblikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı16, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı17,İddiaçı13, İddiaçı15 və X6 xx.xx.2020-ci il tarixədək son haqq-hesablarının aparılması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 100 manat dövlət rüsumunun alınaraq Dövlət büdc əsinə ödənilməsi qət edilmişdir.
35. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaçıların iddiasına cavab verməli olan orqan olmadığından iddia düzgün olmayan cavabdehə qarşı verilmişdir. İddia tələbi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı hissədə təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddia tələbi məhz iddiaya cavab verməli olan subyektə qarşı irəli sürüldüyü halda, məhkəmə bununla bağlı qərar qəbul edə bilər. “X42” ASC-nin ləğv edilməsi və s. məsələlər ilə bağlı Dövlət Gömrük Komitəsinin 24 iyul 2020-ci il tarixli, 1000/151 nömrəli Sərəncamına əsasən “X42” ASC-nin ləğv edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində ləğvetmə komissiyası yaradılmışdır, həmin Sərənca mın 2.4-cü bəndində cəmiyyətin işçilərinin hüquq və mənafelərinin qorunması üçün onların əmək haqqı üzrə yaranmış borcların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinin təşkil edilməsi, 3-cü bəndində cəmiyyət ləğv edildikdən sonra onun mövcud ştat vahidləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospital ştat vahidlərinə əlavə edilməsi, 4-cü bəndində isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalın ştat cədvəlinə daxil edilmiş ştat vahidləri üzrə vəzifələrə əmək müqaviləsi əsasında işçilərin qəbul edilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, iddiaçıların əmək müqavilələrinə xitam verilməsini, onların son haqq-hesabının aparılmasını istisna edən hallar məhkəmə tərəfindən mü əyyən olunmamışdır. Məhkəmə, iddia tələbinə münasibətdə hesab etmişdir ki, “X42“ ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 nömrəli Sərəncamı əsasında ləğv edildiyindən “X42” ASC-nin işçilərinin də əmək müqavilələrinə, Sərəncam verildiyi 16 iyul 20220-ci il tarixdən xitam verilməlidir.
36. Məhkəmə, cavabdehlərə münasibətdə hesab etmişdir ki, “X42“ ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 nömrəli Sərəncamı əsasında ləğv edildiyindən, bundan irəli gələn, o cümlədən əmək münasibətləri üzrə məsələlərə də (əmək müqaviləsinə xitam verilməsi, son-haqq hesab və digər ödənişlərin yerinə yetrilməsi və s.) onun tərəfindən həll edilməlidir. Bundan başqa, “X42“ ASC-nin 02 saylı “Əmri”in 1 və 2-ci bəndlərinə əsasən də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamını nəzərə alaraq “X42” ASC-nin tərkibində fəaliyyət göstərən Əhmədli Sanitar hissə və Uşaq Poliklinikasının ayrılıqda özəlləşdirilməsi məqsədi ilə balansdan çıxarılması, inzibati təsərrüfat şöbəsinin Personal və əmək haqqı üzrə mütəxəssisinə (Z.Budaqova) “X42” Açıq Səhmdar Cəmiyyətinin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibbi müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılması nəzərdə tutulmuşdur ki, bu da əmrdən irəli məsələlər üzrə ASC-nin idarəetməsində olduğu Azərbaycan Respublikası İqti sadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehliyini bilavasitə şərtləndirir.
37. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 2, 3, 12, 43.3, 68, 83-cü, Mülki Məcəllənin 60.1, 60.2, 60.3, 61.12-ci və Mülki Prosessual Məcəllənin 50.1, 54, 124.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Üçüncü iş üzrə mülki icraat:
38. İddiaçılar İddiaçı11, İddiaçı9, X19, İddiaçı10, İddiaçı8 qzı və İddiaçı12 nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı10 ilə “X42” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı8 Şaməddiz qızı ilə “X 42” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı7 ilə “X42” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı11 ilə “X42” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X7 ilə “X42” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı9 ilə ilə “X42” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə cavabdeh tərəfindən xitam verilməsi və son haqq-hesablarının aparılmasının təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
39. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar "xxxx" QSC-nin X3 Uşaq poliklinikasında müxtəlif vəzifələr tutmaqla tibbi xidmət göstərmişlər. Qeyd olunan xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəll əşdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında (tabeliyində olan poliklinika va tibbi sanitar hissə daxil olmaqla) Cəmiyyətin tesisçiliyi ilə ”X8” MMC yaradılmışdır. Uşaq Poliklinikası və Əhmədli tibbi - sanitar hissə də eyni adla yeni yaradılan MMC-nin tərkibində fəaliyyətini davam etdirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 2010-ci il 16 yanvar tarixli, 12 nömrəli sərəncamına əsasən “X8” MMC yenidən təşkil edilmiş və təsisçi Azərbaycan Respublikası adından həmin komitə olmaqla "xxxx" ASC 2018-ci ilin 22 may tarixində dövlət qeydiyyatından keçmişdir. Belə ki, dövlətə aid olan müvafiq müəssisə üzrə tabeçilik dəyişilmiş və qüvvədə olan qanunvericiliyə əsasən bu proses dövlətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçir ilmişdir. Bununla da yeni təsis olunan ASC-nin Cəmiyyətə heç bir hüquqi münasibəti qalmamışdır. Göslərilənlərlə bağlı Cəmiyyət tərəfindən 2018-ci il 12 iyun tarixli 139 nömrəli əmr verilmiş və aidiyyəti strukturlara “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması tapşırılmış, həmçinin əmək müqaviləsini Cəmiyyətlə bağlayan müvafiq rəhbər şəxslərin əmək müqaviləsinə xitam verilmişdir. Cəmiyyət strukturuna daxil olan qurumlar üzrə əmək haqqının verilməsi ilə bağlı müvafiq tədbirlər görə və zəruri köməklik göstərə bilər. Hazırda Cəmiyyətin işçilərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar olaraq “X42” ASC ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC arasında müqavilə bağlanmışdır. “X8” MMC yaradıldıqdan sonra (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə d axil olmaqla) X37 Komitəsinin idarəetməsinə verilmiş və Komitənin müvafiq sərəncamına əsasən “X8” MMC yenidən təşkil edilmiş, təsisçi cavabdeh olmaqla “X42” ASC-yə çevrilməmişdən əvvəl X8 (uşaq poliklinikası da olmaqla) "xxxx" QSC-nin balansında olmuş, poliklinikanın işçiləri "xxxx" QSC-nin işçilərinin uşaqlarına tibbi xidmət göstərmişdir. “X8” MMC-nin “X42” ASC-yə çevrilməsindən sonra da işçilərin maaşların müəyyən bir dövr ərzində "xxxx"xxxx"xxxx" QSC-nin uşaqlarına tibbi xidmət göstərmələrinə baxmayaraq 2019-cu ilin yanvar ayının 1-dən etibarən əmək haqqı məvacibləri ödənilməmişdir.
40. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1359/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi, Azərbaycan Respubblikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 xx.xx.2020-ci il tarixədək son haqq-hesablarının aparılması qət edilmişdir.
41. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “X42” ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli, 24 nömrəli Sərəncamı əsasında ləğv edildiyindən “X42” ASC-nin işçilərinin də əmək müqavilələrinə, Sərəncam verildiyi 16 iyul 2020-ci il tarixdən xitam verilməlidir. Məhkəmə hesab etmişdir ki, “X42” ASC A zərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 nömrəli Sərəncamı əsasında ləğv edildiyindən, bundan irəli gələn, o cümlədən əmək münasibətləri üzrə məsələlərə də (əmək müqaviləsinə xitam verilməsi, son-haqq hesab və digər ödənişlərin yerinə yetrilməsi və s.) onun tərəfindən həll edilməlidir. Bundan başqa, “X42“ ASC-nin 02 saylı “Əmri”nin 1 və 2-ci bəndlərinə əsasən də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamını nəzərə alaraq “X42“ ASC-nin tərkibində fəaliyyət göstərən Əhmədli Sanitar hissə və Uşaq Poliklinikasının ayrılıqda özəlləşdirilməsi məqsədi ilə balansdan çıxarılması, inzibati təsərrüfat şöbəsinin Personal və əmək haqqı üzrə mütəxəssisinə (Z.Budaqova) “X42” Açıq Səhmdar Cəmiyyətinin t ərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibbi müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılması nəzərdə tutulmuşdur ki, bu da əmrdən irəli məsələlər üzrə ASC-nin idarəetməsində olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehliyini bilavasitə şərtləndirir.
42. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 2, 3.5, 12, 43.3, 68.1, 83-cü, Mülki Məcəllənin 60.1, 60.2, 60.3, 61.12-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Dördüncü iş üzrə mülki icraat:
43. İddiaçılar X21, İddiaçı14, X34, X10, X23 və X17 nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X10 ilə “X42” ASC arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli, İddiaçı14 ilə “X42” ASC arasında bağlanmış 21 avqust 2017-ci il tarixli, X21 ilə “X42” ASC arasında bağlanmış 14 iyun 2018-ci il tarixli, X23 ilə “X42” ASC arasında bağlanmış 14 sentyabr 2017-ci il tarixli, X26 ilə “X42” ASC arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli, X34 ilə “X42” ASC arasında bağlanmış 29 avqust 2017-ci il tarixli əmək müqavilələrinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xitam verilməsi və son haqq-hesabın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
44. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçılar "xxxx" QSC-nin X3 Uşaq Poliklinikasında müxtəlif vəzifələr tutmaqla tibbi xidmət göstərmişdirlər, xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında Cəmiyyətin təsisçiliyi ilə “X8” MMC yaradılmışdır, uşaq Poliklinikası və Əhmədli tibbi - sanitar hissə də eyni adla yeni yaradılan MMC-nin tərkibində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikasının 1996-ci il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəsissəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qayd aları haqqında əsasnaməyə” uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı olan Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X8” MMC yenidən təşkil edilmiş və təsisçi Azərbaycan Respublikası adından həmin komitə olmaqla “X42” ASC 2018-ci ilin 22 may tarixində dövlət qeydiyyatından keçmişdir, dövlətə aid olan müvafiq müəssisə üzrə tabeçilik dəyişilmiş, qüvvədə olan qanunvericiliyə əsasən bu proses dövlətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmişdir. Bununla da, yeni təsis olunan ASC-nin Cəmiyyətə heç bir hüquqi münasibəti qalmamışdır. Cəmiyyət tərəfindən 2018-ci il 12 iyun tarixli 139 nömrəli əmr verilmiş və aidiyyəti strukturlara “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması tapşırılmış, həmçinin əmə k müqaviləsini Cəmiyyətlə bağlayan müvafiq rəhbər şəxslərin əmək müqaviləsinə xitam verilmişdir. Cəmiyyət strukturuna daxil olan qurumlar üzrə əmək haqqının verilməsi ilə bağlı müvafiq tədbirlər görə və zəruri köməklik göstərə bilər. Eyni zamanda qeyd edilmişdir ki, hazırda Cəmiyyətin işçilərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar olaraq “X42” ASC ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC arasında müvafiq müqavilə bağlanmışdır. “X42” ASC-nin nizamnaməsinin 1.1-ci bəndinə əsasən, "xxxx" QSC-nin tabeliyində olan “X8” MMC-nin “X42” ASC-yə çevrilməsi nəticəsində yaradılır və onun hüquqi varisidir. Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə "xxxx" QSC-nin tabeliyində olan “X8” MMC “X42” ASC-yə çevrilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamına əlavəyə əsasən “X8” MMC-nin balansından çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan obyektlərin siyahısında Uşaq Poliklinikası və Əhmədli Tibbi–sanitar hissə də qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxması haqqında "xxxx" QSC-nin 12 iyun 2018-ci il tarixli 139 nömrəli əmri ilə “X8” MMC-nin yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X42” ASCnin təşkil edildiyi və təsisçi Azərbaycan Respublikasının adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X42” ASC-yə çevrildiyi, həmin ASC-nin 2018-ci il 22 may tarixində dövlət qeydiyyatından keçdiyi və bununla da “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzarə al ınması, “X8” MMC-nin “X42” ASC-yə çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qüvvədə olan qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi, Cəmiyyətin işçiləri tibbi sığorta ilə təmin olunanadək onlara müvafiq tibbi xidmətlərin göstərilməsi məqsədilə “X42” ASC ilə müqavilə bağlanılması məsələsinə baxılması əmr edilmişdir. X21, X35, İddiaçı16, X34, İddiaçı3, X30, İddiaçı7, X36, X26, İddiaçı2, İddiaçı9, İddiaçı12, X23, İddiaçı10, İddiaçı14, İddiaçı17, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı13, İddiaçı8 Şamaddin qızı, İddiaçı5, Baə Bayram qızı, X16, X27, X10, X18 və İddiaçı15 işəgötürən “X42” ASC ilə əmək müqavilələri bağlamışlar və həmin müqavilələr hazırki vaxtadək qüvvədədirlər, İddiaçı4 xx.xx.2020-ci il tarixdə "xxxx" MMC ilə, İddiaçı11 isə xx.xx.2017-ci il tarixdə “X8” MMC ilə əmək müqaviləsi bağlamış va həmin müqavilələr də hazırki vaxtadək qüvvədədirlər, “X8” MMC yaradıldıqdan sonra X37 Komitəsinin idarəetməsinə verilmiş və Komitənin müvafiq sərəncamına əsasən, “X8” MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından X37 Komitəsi olmaqla “X42” ASC-yə çevrilməmişdən əvvəl Mərkəzi Dənizçilər "xxxx" QSC-nin balansında olmuş, poliklinikanın işçiləri "xxxx" QSC-nin işçilərinin uşaqlarına tibbi xidmət göstərmişdir. “X8” MMC-nin “X42” ASC-yə çevrilməsindən sonra da işçilərin maaşların müəyyən bir dövr ərzində "xxxx" QSC tərəfindən ödənilmişdir. Hazırda da məhz həmin QSC-nin uşaqlarına ti bbi xidmət göstərmələrinə baxmayaraq 2019-cu ilin yanvar ayının 1-dən etibarən əmək haqqı məvacibləri ödənilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kollegiyaya ünvanladığı sorğuya cavab məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə "xxxx" QSC-nin tabeliyində olan ünvan 5 ünvanında yerləşən “X8” MMC “X42” ASC-yə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 161s nömrəli sərəncamı ilə “X42” ASC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir, sərəncama əlavədə göstərilən obyektlərin balansa götürülməsi və qorunub saxlanılması ilə bağlı zəruri tədbirləri həyata keçirmək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəz inə tapşırılmışdır. Bu obyektlərin siyahısında Uşaq poliklinikası birbaşa göstərilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2021-ci il tarixli fərmanı ilə, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında “X5 və Koordinasiya Mərkəzi” yaradılmışdır.
45. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1332/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X10 ilə “X42” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı14 ilə “X42” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X21 ilə “X42” ASC arasında bağlanmış xx.xx.2 018-ci il tarixli, X23 ilə “X42” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X26 ilə “X42” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X34 ilə “X42” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə 16 iyul 2020-ci il tarixdən xitam verilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X12, İddiaçı14, X24, X4, X11 və X17 16 iyul 2020-ci il tarixədək son haqq-hesablarının aparılması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 100 manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, iddianın digər cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə münasibətdə rədd edilməsi qət edilmişdir.
46. Birinci instansiya məhkəməsi “X8” MMC-nin (tabeliy ində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilməsini və Komitənin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X8” MMC-nin yenidən təşkil edilməsini, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X42” ASC-yə çevrilməklə 22 may 2018-ci il tarixdə dövlət qeydiyyatından keçməsini, “X8” MMC-nin “X42” ASC-yə çevrilməklə dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilməsini, bununla da, müvafiq sərəncama əsasən yeni yaradılmış “X42” ASC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ləğv edilməsini və Uşaq poliklinikanın əməkdaşl arı və ona dair əmək münasibətləri üzrə sənədlərin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təhvil verilməməsini nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaçıların iddiasına cavab verməli olan orqan deyildir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaçıların iddiasına cavab verməli olan orqan olmadığından iddia düzgün olmayan cavabdehə qarşı verilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı hissədə təmin edilə bilməz. Məhkəmə, iddia tələbinə münasibətdə hesab etmişdir ki, “Bakı Caspian Hospital“ ASC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 nömrəli Sərəncamı əsasında ləğv edildiyindən “X42“ ASC-nin işçilərinin də əmək müqavilələrinə, Sərəncam verildiyi xx.xx.20220-ci il tarixdən xitam verilməlidir. Məhkəmə, digər cavabdehə münasibətdə hesab etmişdir ki, “Bakı Caspian Hospital“ ASC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 nömrəli Sərəncamı əsasında ləğv edildiyindən, bundan irəli gələn, o cümlədən əmək münasibətləri üzrə məsələlərə də (əmək müqaviləsinə xitam verilməsi, son-haqq hesab və digər ödənişlərin yerinə yetrilməsi və s.) onun tərəfindən həll edilməlidir. Bundan başqa, “Bakı Caspian Hospital“ ASC-nin 02 nömrəli “Əmri”nin 1 və 2-ci bəndlərinə əsasən də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamını nəz ərə alaraq "xxxx" ASC-nin tərkibində fəaliyyət göstərən Əhmədli Sanitar hissə və Uşaq Poliklinikasının ayrılıqda özəlləşdirilməsi məqsədi ilə balansdan çıxarılması, inzibati təsərrüfat şöbəsinin Personal və əmək haqqı üzrə mütəxəssisinə (Z.Budaqova) “X42” Açıq Səhmdar Cəmiyyətinin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibbi müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılması nəzərdə tutulmuşdur ki, bu da əmrdən irəli məsələlər üzrə ASC-nin idarəetməsində olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehliyini bilavasitə şərtləndirir.
47. Birinci instansiya məhkəməsi öz mövqeyini A zərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 2, 3, 12, 43.3, 68, 83, 86, Mülki Məcəlləsinin 60.1, 60.2, 60.3, 61.12-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
48. Qətnamələrdən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ayrı-ayrılıqda, lakin eyni məzmunlu apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
49. Apellyasiya şikayətləri eyni məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin dövlətin adından təsisçi səlahiyyətini həyata keçirərək verdiyi 16 yanvar 2018-ci il tarixli, 12 nömrəli sərəncamı ilə "xxxx" QSC-nin tabeliyində olan “X8” MMC “X42” ASC-yə çevrilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 161s nömrəli Sərəncamına əsasən “X42” ASC Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir. Komitə ilə “X8” MMCnin işçiləri, o cümlədən iddiaçılar arasında hər hansı əmək münasibəti mövcud olmamışdır. Məhkəmə işin bununla bağlı hallarını tam, hərtərəfli araşdırmadan əsassız qərarlar qəbul etmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, “X42“ ASC-nin ləğv edilməsi və s. məsələlər ilə bağlı Dövlət Gömrük Komitəsinin 24 iyul 2020-ci il tarixli, 1000/151 nömrəli Sərəncamı ilə Dövlət Gömrük Komitəsində ləğvetmə komissiyası yaradılmış, həmin Sərəncamın 2.4-cü bəndində cəmiyyətin işçilərinin hüquq və mənafelərinin qorunması üçün onların əmək haqqı üzrə yaranmış borcların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinin təşkil edilməsi, 3-cü bəndində cəmiyyət ləğv edildikdən sonra onun mövcud ştat vahidlərinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospital ştat vahidlərinə əlavə edilməsi, 4-cü bəndində isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalın ştat cədvəlinə daxil edilmiş ştat vahidləri üzrə vəzifələrə əmək müqaviləsi əsasında işçilərin qəbul edilməsinin təmin edilməsi nəzərdə tutulmuş, hazırda iddiaçıların “X42” ASC (ləğv prosesindədir) ilə mövcud əmək müqavilələri qüvvədədir, iddia t ələbi iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq hesabın təmin edilməsi barədədir. “X8” MMC-nin (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilməsini və Komitənin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X8” MMC-nin yenidən təşkil edilməsini, təsisçisi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla onun “X42” ASC-yə çevrilərək 22 may 2018-ci il tarixdə dövlət qeydiyyatından keçməsini, “X8” MMC-nin “X42” ASC-yə çevrilməklə dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilməsini, bununla da müvafiq sərəncama əsasən yeni yaradılmış “X42” ASC-ni Azərbaycan Re spublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ləğv etməsini və Uşaq poliklinikanın əməkdaşları və ona dair əmək münasibətləri üzrə sənədlərin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təhvil verilməməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaçıların iddiasına cavab verməli olan orqan deyildir. Bununla əlaqədar olaraq bildirirlər ki, Uşaq poliklinikasının əməkdaşlarının əmək münasibətləri üzrə sənədləri akt ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təhvil verilmişdir. Qeyd olunan məsələ ilə bağlı akt məhkəmə iclasında məhkəməyə təqdim olunmuş, lakin həmin akt qətnamədə öz əksini tapmamışdır. Bundan əlavə, Uşaq poliklinikasının əməkdaşlarının əmək münasibətləri üzrə sənədlərinin hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsində saxlanıldığı məhkəmə prosesləri zamanı müzakirə olunmuş və qeyd olunan məsələ ilə bağlı məhkəməyə sənəd təqdim olunmuşdur. Lakin məhkəmə həmin sənədə və məsələyə heç bir münasibət bildirməmişdir. Daha sonra məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, “Bakı Caspian Hospital“ ASC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 nömrəli Sərəncamı əsasında ləğv edildiyindən “X42“ ASC-nin işçilərinin də əmək müqavilələrinə, Sərəncam verildiyi 16 iyul 2020-ci il tarixdən xitam verilməlidir. Bununla bağlı bildirilir ki, Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında A zərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3-cü bəndinə əsasən Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi Dövlət Xidməti (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) çıxış edir. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi funksiyalarını həyata keçirsə də, dövlət təşkilatlarının işçiləri ilə əmək müqaviləsi bağlamaqla onları işə götürmək, onlara əmək haqqı ödəmək və əmək münasibətləri üzrə digər öhdəliklə ri yerinə yetirmək Xidmətin səlahiyyətlərinə aid deyildir. Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsində maliyyələşən dövlət orqanı olmaqla onun sərəncamında öz əməkdaşlarından başqa digər dövlət təşkilatlarının işçilərinə əmək haqqı ödənilmək üçün vəsait mövcud deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi işçi ilə işəgötürən arasında bağlanır və buna uyğun olaraq tərəflərin qarşılıqlı öhdəlikləri müəyyən olunur. Əmlak Məsələləri Dövlət Xidməti iddiaçılara münasibətdə işəgötürən olmadığından, onların işəgötürənə qarşı irəli sürə biləcəyi tələbləri Xidmətə qarşı qaldırması hüquqi cəhətdən əsassızdır və həmin tələblərin Xidmət tərəfindən yerinə yetirilməsi praktiki cəhətdən mümkün də deyildir. Dövlət təşkilatlarının işçiləri ilə əmək münasibətlərində işəgötürən tərəf kimi həmin təşkilatların özləri çıxış edir və bu səbəbdən qeyd edilən əmək mübahisələri üzrə tələblər cavabdeh kimi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı yönəldilə bilməz. Eyni zamanda, “X42“ ASC artıq ləğv edildiyindən və həmin müəssisənin əvvəlki işçilərinə münasibətdə işəgötürən mövcud olmadığından, iddiaçıların adının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən çıxarılması həmin Nazirlik tərəfindən məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Belə ki, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemindən çıxarılması işəgötürənin səlahiyyətlərinə aiddir, əgər onun asan imzası ləğv olunmuşdursa, bununla bağlı məhkəməyə müraciət olunmalı, məhkəmə qərarına əsasən əmək müqaviləsinə dair məlumatlar sistemdən Azərbaycan Resp ublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən silinə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli Sərəncamına əsasən Uşaq poliklinikasının və Əhmədli Tibbi-sanitar hissənin ayrıca özəlləşdirilməsi nəzərdə tutulsa da, qeyd edilən sərəncamın icrası təmin edilməmiş, həmin müəssisələr Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməmiş, onların işçilərinə əməkhaqqı, məzuniyyətin verilməsi, vergi və sosial sığorta ödənişləri “X42” ASC tərəfindən həyata keçirilmişdir. Dövlət Gömrük Komitəsinin tabeliyində olmuş “X42” ASC daha sonra ləğv edildiyindən, onun üzərinə düşən öhdəliklər Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilməlidir. İddia tələbindən göründüyü kimi, iddiaçılar 16 iyul 2020-ci il tarixə, yəni “X42” ASC ləğv edilən tarixə qədər olan dövr üçün hesablanmış əmək haqqı borclarının ödənilməsini tələb edirlər. Bu dövr ərzində “X42” ASC-nin Dövlət Gömrük Komitəsinin tabeliyində olduğunu nəzərə alaraq, həmin dövr üçün mövcud olan əmək haqqı borcu da “X42” ASC-nin baş idarəetmə orqanı olan Dövlət Gömrük Komitəsi tərəfindən ödənilə bilər. Lakin məhkəmə əsassız olaraq bu vəzifəni Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoymuşdur.
50. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3590/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli, 2(103)-5801/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli və 2(103)- 6165/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərardadları ilə dörd mülki iş bir icraatda birləşdirilmişdir.
51. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3591/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçılar X15, İddiaçı11 və X17 iddiadan imtinaları qəbul edilərək, onlara münasibətdə iddia tələbləri üzrə icraata xitam verilmişdir.
52. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-3591/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi) Fuad Abdıyev və Xəyal Sarıyev) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-235/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-363/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1332/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e2(011)-1332/2023 nömrəl i qətnamələrindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-235/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-363/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2023cü il tarixli, 2(011)-1359/2023 nömrəli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(011)-1332/2023 nömrəli qətnamələri ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı16, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, İddiaçı17, İddiaçı13, X21, İddiaçı15, İddiaçı14, X34, X10, X11 Azərbaycan Respublikası İqtisadiyyat Na zirliyi Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi tələbinə dair iddiaları qismən təmin edilmiş İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı16, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, İddiaçı17, İddiaçı13, X21, İddiaçı15, İddiaçı14, X34, X10, X23 ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 24 yanvar 2019-cu il tarixdən xitam verilməsi və həmin tarixədək aparılmış son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilməsi qət edilmiş, İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı16, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, İddiaçı17, İddiaç ı13, X21, İddiaçı15, İddiaçı14, X34, X10, X11 iddiaları qalan hissədə rədd edilmiş, İddiaçı9, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı12 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqqhesabın təmin olunması tələbinə dair iddiaları rədd edilmişdir.
53. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdir ki, iddiaçılar "xxxx" QSC-nin “X8” MMC ilə əmək müqaviləsi bağlayaraq həmin Cəmiyyətin balansında olan Uşaq Poliklinikasında işə qəbul edilmişlər. Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli, 12 nömrəli sərəncamı əsasında “X8” MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X42” ASC-yə çevrilmiş və 22 may 2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Sərəncamın 7-ci bəndinə əsasən, bu sərəncama əlavədə göstərilən obyektlərin - “Uşaq poliklinikası” və “X44 hissə”nin onun tərkibindən çıxarılaraq mövcud normativ hüquqi aktlara uyğun olaraq özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Həmin sərəncama əsasən yeni yaradılmış “X42” ASC-nin "xxxx" QSC ilə heç bir hüquqi münasibəti qalmamış, “X8” MMC-nin “X42” ASC-yə çevrilməsi və dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X8” MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət müəssislərinin İdarəetmə Mərkəzinin 12 dekabr 2018-ci il tarixli, 272 nömrəli əmri ilə, yuxarıda qeyd edilən Sərəncamın 7 və 8-ci bəndləri nəzərə alınaraq, “X44 hissə”nin əmlakının bazasın da eyni adlı “X44 hissə” MMC təsis edilməklə nizamnaməsi təsdiq edilmiş, “Uşaq poliklinikası” özəlləşdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli, 161 nömrəli sərəncamı əsasında “X42“ ASC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmiş “X42” ASC-nin ləğv edilməsinə kömək göstərilməsi barədə sonuncunun müraciəti nəzərə alınaraq “X42“ ASC ləğv edilmişdir. Həmin sərəncamın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına uyğun olaraq ləğvetmə komissiyasının təyin edilməsi və s. məsələlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə həvalə olunmuşdur, "xxxx" ASC-nin ləğv edilməsi və s. məsələlər ilə bağlı Dövlət Gömrük Komitəsinin 24 iyul 2020-ci il tarixli 1000/151 nömrəli sərəncamı verilmiş, "xxxx" ASC-nin ləğv edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində ləğvetmə komissiyası yaradılmışdır, həmin Sərəncamın 2.4-cü bəndində cəmiyyətin işçilərinin hüquq və mənafelərinin qorunması üçün onların əmək haqqı üzrə yaranmış borcların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinin təşkil edilməsi, 3-cü bəndində cəmiyyət ləğv edildikdən sonra onun mövcud ştat vahidləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospital ştat vahidlərinə əlavə edilməsi, 4-cü bəndində isə Azərbaycan R espublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalın ştat cədvəlinə daxil edilmiş ştat vahidləri üzrə vəzifələrə əmək müqaviləsi əsasında işçilərin qəbul edilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur.
54. Hazırda iddiaçıların “X42” ASC (ləğv prosesindədir) ilə mövcud əmək müqavilələri qüvvədədir, iddia tələbi iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq hesabın təmin edilməsi barədədir. İş üzrə məhkəmə aktları qəbul etmiş birinci instansiya məhkəməsi iddiaları cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə təmin edərkən, hesab etmişdir ki, “X42“ ASC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli, 24 nömrəli Sər əncamı əsasında ləğv edildiyindən ASC-nin işçilərinin də əmək müqavilələrinə Sərəncam verildiyi 16 iyul 2020-ci il tarixdən xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti çıxış edir. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsi bu sahədə dövlət siyasətini həyata keçirən orqan olmaqla, dövlətin adından təsisçi səlahiyyətini icra edərək “X8” MMC-nin “X42” ASC-yə çevrilməsi barədə 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncam vermişdir. Komitə ilə “X8” MMC-nin işçiləri, o cümlədən hazırkı iş üzrə iddiaçılar arasında hər hansı əmək münasibəti mövcud olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi funksiyalarını həyata keçirsə də, dövlət təşkilatlarının işçiləri ilə əmək müqaviləsi bağlamaqla onları işə götürmək, onlara əmək haqqı ödəmək və əmək münasibətləri üzrə digər öhdəlikləri yerinə yetirmək Xidmətin səlahiyyətlərinə aid deyil.
55. Hazırkı iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti iddiaçılara münasibətdə işə götürən olmadığından, onların hazırkı tələblərinə də Əmlak Məsələləri Dövlət Xidməti cavab verə bilməz.
56. İşdən müəyyən olunur ki, iddiaçılar əmək funksiyalarını “X42” ASC-də icra etmişlər, onlara əməkhaqqı, məzuniyyətin verilməsi, vergi və sosial sığorta ödənişlərinin verilməsi “X42” ASC tərəfindən həyata keçirilmişdir. “X42” ASC isə Dövlət Gömrük Komitəsinin tabeliyində olmuşdur və iş materialları ilə təsdiq olunur ki, bütün sənədlər, o cümlədən əmək kitabçaları və işçilərlə bağlı digər sənədlər də akt əsasında Gömrük Komitəsinə təhvil verilmişdir. Buna görə də iddianın Dövlət Gömrük Komitəsinə münasibətdə təmin edilməsi üçün əsaslar mövcuddur. Bununla belə, “X42” ASC-nin 24 yanvar 2019-cu il tarixli, 02 nömrəli əmrindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018- ci il tarixli, 12 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə “X42” ASC-nin tərkibində olan X44 Hissə və Uşaq poliklinikasının ayrılıqda özəlləşdirilməsi məqsədilə onun balansından çıxarılmış, inzibati təsərrüfat şöbəsinin personal və əmək haqqı üzrə mütəxəssisinə (Z.Budaqova) “X42” ASC-nin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibbi müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsinin tapşırılması əmr edilmişdir. Bu onu deməyə əsas verir ki, Uşaq poliklinikasında fəaliyyət göstərən işçilərin (hazırkı iş üzrə iddiaçılar) həmin əmrdə göstərilən 24 yanvar 2019-cu il tarixdən Dövlət Gömrük Komitəsi ilə hüquqi müstəvidə əlaqələri kəsilmişdir. Həmi n tarixdən sonra davam qismən təmin olunmalı, onların əmək müqavilələrinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 24 yanvar 2019-cu il tarixdən xitam verilməli və həmin tarixədək aparılmış son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilməlidir.
57. Bununla belə, işdən görünür ki, iddiaçılardan İddiaçı9, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı12 iddiaları yalnız Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı yönəlmiş, Dövlət Gömrük Komitəsi cavabdeh qismində göstərilməmişdir. Buna görə də həmin şəxslərin iddiaları Dövlət Gömrük Komitəsinə yönəlmədiyindən və məhkəmənin irəli sürülmüş tələb daxilində işə baxması mülki prosessual qanunvericilikdə imperativ olaraq müəyyən olunduğundan rədd edilməlidir.
58. Ap ellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci və 9-cu hissələrinə, 42-ci maddəsinin 2-ci hissəsinə, 68ci maddəsinin 1-ci hissəsinə, 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, Mülki Məcəllənin 60.1-60.3, 61.12-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.2, 217.4, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
59. Qətnamədən iddiaçılar İddiaçı10, İddiaçı17, İddiaçı13, İddiaçı15, İddiaçı12, İddiaçı14 və İddiaçı16 (Vəkil2) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.
60. Kassasiya şikayəti onunla əsa slandırılmışdir ki, Azərbaycan Respublikası Prezdentinin 2016-cı il 19 iyul tarixli, 1003 nömrəli fərmanının 1.1.1-ci yarım bəndinin icrası əsasında qeyd olunan müvafiq sənədlərin təqdim edilməsi cavabdeh orqanların səlahiyyətləri aid olduğundan iddiaçılara şamil edilə bilməz. Bunula yanaşı, sorğular əsasında əldə edilmiş sübutlar 1-ci instansiya məhkəməsi tərəfindən araşdırılaraq düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “MEİS”-də iddiaçıların əmək müqaviləsinin qurtardığı müddətlər dəqiq qeyd olunmuşdur. 61. “X8” MMC-nin “X42” ASC-yə çevrilməsindən sonra da işçilərin maaşların müəyyən bir dövr ərzində "xxxx" QSC tərəfindən ödənilmişdir. "xxxx" QSC-nin uşaqlarına tibbi xidmət göstərmələrinə baxmayaraq 2019-cu ilin yanvar ayının 1-dən etibarən əmək haqqı məvacibləri ödənilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kollegiyaya ünvanladığı sorğuya cavab məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli, 12 nömrəli sərəncamı ilə "xxxx" QSC-nin tabeliyində olan ünvan 6 ünvanında yerləşən “X8” MMC “X42” ASC-yə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 161s nömrəli sərəncamı ilə “X42” ASC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə sərəncama əlavədə göstərilən obyektlərin balansa götürülməsi və qorunub saxlanılması ilə bağlı zəruri tədbirləri həyata keçirmək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə tapşırılmışdır. Lakin tapşırıq tam icra edilməməklə iddiaçıların hüququları pozulmuzdur. Belə ki, iddiaçıların iradəsindən aslı olmayan struktur dəyşikliklərinə baxmayaraq onlar fəaliyyətləri 2020-ci ilin iyun-iyula ylarına qədər davam etdirmişlər. 62. “X42” ASC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli, 24 nömrəli Sərəncamı əsasında ləğv edildiyindən, bundan irəli gələn, o cümlədən əmək münasibətləri üzrə məsələlərə də (əmək müqaviləsinə xitam verilməsi, son-haqq hesab və digər ödənişlərin yerinə yetrilməsi və s.) onun tərəfindən həlle dilməlidir. Belə ki, qeyd olunan sərəncamdan sonra hər hansı bir hüquqi əməliyyat həyata kecirilməmişdir.
63. Personal və əmək haqqı üzrə mütəxəssisinə (Z.Budaqova) “X42” ASC-nin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə ba ğlayan həmin tibbi müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılması nəzərdə tutulmuşdur ki, bu da əmrdən irəli gələn məsələlər üzrə ASC-nin idarə etməsində olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehliyini bilavasitə şərtləndirir ki, bu da qanunvericiliyin tələbləri ilə üstüstə düşür.
64. Prosessual hüquq pozuntusu kimi qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
65. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
66. Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.
67. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
68. Maddə 70, (“a” bəndi). müəssisə ləğv edildikdə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
69. Maddə 83, (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 7 5-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
70. Maddə 83, (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
71. Maddə 154 (1-ci hissə). Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən p ul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
72. Maddə 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.
73. Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.
74. Maddə 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir.
75. Maddə 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”.
76. Bənd 7.3. Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
77. Maddə 8.1. Mülki işlər və kom mersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
78. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
79. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
80. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
83. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
84. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
85. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
86. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
87. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
88. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
89. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
90. Hazırkı kassasiya şikayətində iddiaçılar qətnaməni onlara aid hissədə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
91. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
92. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik ol an apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
93. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
94. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
95. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
96. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmalıdır..
97. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı10, İddiaçı17, İddiaçı13, İddiaçı15, İddiaçı12, İddiaçı14 və İddiaçı16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3591/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.