Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2658/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili Vəkil3, Cavabdeh2 vəkili Vəkil1, üçüncü şəxs X2 vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13172/2019 saylı qətnaməsindən üçüncü şəxs X5 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011) -5466/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ş.İ.Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kooperativ üzvlərinin ümumi yığıncağının protokol-qərarının, mənzillərin pay haqlarının ödənilməsinə dair maliyyə arayışlarının, mənzillərə dair xüsusi mülkiyyət hüququ haqqında qeydlərin, hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışların etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, Cavabdeh2 “xxxx” MTK üzvlüyü haqqında ümumi yığıncağın iclasının 02 saylı protokolundan çıxarışın (qərarın), həmçinin Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 75 və 76 saylı mənzillərinin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsinə dair “xxxx” MTK tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli maliyyə arayışlarının, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 75-ci mənzilinə dair Cavabdeh2 adına verilmiş xx xxxxxx 2015-ci il qeydiyyat tarixli Çıxarışın, həmin evin 76-cı mənzilinə dair xx xxxxxx 2015-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilməsi qət edilib. Cavabdeh2 və üçüncü şəxs Sitarə Vəliyeva ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13172/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Üçüncü şəxs Sitarə Vəliyeva və Cavabdeh2 qətnamədən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünü r ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MTK üzvlüyü haqqında kooperativ üzvlərinin ümumi yığıncağının ümumi iclasının 02 saylı protokolundan çıxarışın (qərarın) etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 75 saylı mənzilinin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsi haqqında “xxxx” MTK tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh2 adına aparılmış xüsusi mülkiyyət hüququ haqqında qeydin və bu barədə onun adına verilmiş RX seriyalı ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 76 saylı mənzilinin dəyərinin Cavabdeh2 tərəfindən ödənilm əsi haqqında “xxxx” MTK tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh2 adına aparılmış xüsusi mülkiyyət hüququ haqqında qeydin və bu barədə onun adına verilmiş RX seriyalı ******* saylı Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Üçüncü şəxs Sitarə Vəliyeva kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Üüçüncü şəxs Sitarə Vəliyevanın kasasiya şikayətində iş üzrə apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi və ya iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh2 isə kasasiya şikayətini onunla əsaslındırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin müəyyən edilmiş həqiqi halları üzrə səhv nəticəyə gəlib. Cavabdeh2 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mübahisəli mənzillərin Kübra Məmmədova tərəfindən ona faktiki bağışlanmasının qəbul edilməsi əsası ilə iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı vəkili Vəkil3 kasasiya şikayətinə dair etiraz ərizəsində, eləcə də Cavabdeh2 kasasiya şikayətinə dair etiraz ərizəsində üçüncü şəxs S itarə Vəliyevanın kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil1 üçüncü şəxs Sitarə Vəliyevanın kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Üçüncü şəxs Sitarə Vəliyevanın vəkili Vəkil2 məhkəmə iclasında Cavabdeh2 kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı vəkili Vəkil3 məhkəmə iclasında üçüncü şəxs Sitarə Vəliyeva və Cavabdeh2 kasasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətlərinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin q ətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC, üçüncü şəxslər Sitarə Vəliyeva və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 01 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, “xxxx” MTK üzvlərinin ümumi yığıncağının xx xxxxxx 2015-ci il tarixli, 02 saylı protokol-qərarına, həmçinin kooperativin xx xxxxxx 2015-ci il tarixli 56 və 57 saylı maliyyə arayışlarına əsasən Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixdə “xxxx” MTK-nin üzvlüyünə qəbul edilməklə, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 2 otaqlı, ümumi sahəsi 102,42 kv.metr olan 75-saylı, eləcə də həmin evin 1 otaqlı, ümumi sahəsi 65,8 kv.metr olan 76-saylı mənzill ərinin payçısı olması və həmin mənzillərin pay hıqqının onun tərəfindən tam məbləğdə ödənilməsi təsdiq edilib. Həmçinin xx xxxxxx 2015-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışlara əsasən hər iki mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. Hazırda İddiaçı iddia edir ki, anası Kübra Məmmədovanın xx xxx 2016-cı il tarixdə ölümündən sonra ondan xx xxxxxxxx 2009-cu il və xx xxxxxxx 2009-cu il tarixli müqavilələrə əsasən “xxxx” MTKdən pay haqqını tam məbləğdə ödəməklə satın aldığı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 “A” saylı evin 75-saylı və həmin evin 76-saylı mənzilləri, eləcə də digər əşyaları miras qalıb. O, digər vərəsələrin razılığı ilə anası Kübra Məmmədovdan miras qalmış bütün şəxsi əşyalara sahiblik etməyə və həmin əşyaları idarə etməyə faktik başlamaqla mirası qəbul edib. Eyni zamanda digər vərəsələrlə aralarında olan razılaşmaya əsasən anası Kübra Məmmədovadan miras qalmış sözügedən mənzillərdə qardaşı oğlu Cavabdeh2 ailə üzvləri ilə birlikdə müvəqqəti yaşamasına razılıq verib. Lakin, bu yaxınlarda miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etdikdə ona məlum olub ki, anası Kübra Məmmədovanın adına hər hansı daşınmaz əmlak yoxdur və Cavabdeh2 hansısa yolla hər iki mənzilin maliyyə arayışını vəfat etmiş anası Kübra Məmmədovanın adından öz adına keçirib və bundan sonra qanuni əsas olmadığı halda hər iki mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə öz adına qeydə aldırıb. Halbuki, anası Kübra Məmmədova tərəfindən hər iki mənzilə dair müqavilələr bağlanarkən i lkin ödənişlər edilib, son ödənişlər isə xx xxxxxx 2011-ci il tarixdə həyata keçirilməklə hər iki mənzilin pay haqqı anası Kübra Məmmədova tərəfindən tam məbləğdə ödənilib. Həmçinin qaz, işıq və su sayğaclarının dəyəri mərhum anası Kübra Məmmədova tərəfindən tam məbləğdə ödənilib. “xxxx” MTK-nin 2013-cü il tarixdə verdiyi və möhür ilə təsdiq etdiyi maliyyə arayışlarından, kooperativ üzvlərinin ümumi yığıncağının protokol-qərarından, həmçinin 2 saylı forma arayışdan görünür ki, hər iki mənzilin pay haqqı anası Kübra Məmmədova tərəfindən ödənilib. Lakin Cavabdeh1 MMC heç bir hüquqi əsas olmadan anası Kübra Məmmədovanın ölümündən sonra həmin mənzillərin pay haqqının ödənilməsinə dair qanunsuz və əsassız olaraq Cavabdeh2 adına maliyyə arayışı, kooperativin payçısı olmasına dair protokol-qərard an çıxarış verib ki, sonuncu da həmin sənədlərə əsasən hər iki mənzili öz mülkiyyətinə keçirib və bununla da onun həmin mənzillərə olan vərəsəlik, mülkiyyət hüquqlarını pozub. Cavabdeh2 iddiaya etiraz edir və bildirir ki, həqiqətən sözügedən mənzilləri nənəsi Kübra Məmmədova öz vəsaiti hesabına satın alıb. Sitarə Vəliyeva ilə ailə qurduqdan sonra nənəsi Kübra Məmmədovanın təkidi ilə 2013-cü ilin aprel ayında ailəsi ilə birlikdə həmin mənzillərə köçüb və o vaxtdan orada yaşayır. 2015-ci ilin dekabr ayında yataq xəstəsi olan nənəsi Kübra Məmmədovanın səhhəti çox ağırlaşdığı üçün sözügedən mənzilləri ona bağışlamaq istəyib, lakin mənzillərin çıxarışları olmadığı üçün bunu notariat qaydada təsdiq etdirə bilməyiblər. Bu səbəbdən də onun xahişi ilə mənzillər əvəzsiz olaraq və faktiki bağışlama k imi onun adına keçirilib və hazırda hər iki mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 MMC-ti iddiaya etiraz edir və bildirir ki, xx xxxxxxxx 2019-cu il və xx xxxxxxx 2009cu il tarixlərdə “xxxx” MTK (icraçı kimi) və Kübra Məmmədova (payçı kimi) arasında iki müqavilə bağlanıb. Müqavilələrə əsasən Kübra Məmmədova kooperativ tərəfindən tikilmiş Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 25 “A” saylı evin 2-otaqlı, ümumi sahəsi 105,1 kv.metr olan 85-saylı mənzilini və həmin evin 1 otaqlı, ümumi sahəsi 67,8 kv.metr olan 86 saylı mənzilini əldə edib. Bununla əlaqədar olaraq Kübra Məmmədova “xxxx” MTK-nə ilkin ödənişləri, xx xxxxxx 2011-ci il tarixdə isə sonuncu ödənişləri həyata keçirib və hər iki mənzilə görə öz öhdəliklərini tam icra edib. Bundan başqa Kübra Məmmədova hər iki mən zilin su, qaz və işıq sayğaclarının dəyərini ödəyib. xx xxxxx 2012-ci il tarixdə Kübra Məmmədovanın xahişinə əsasən ona məxsus olan mənzillər heç bir əlavə ödəniş almadan, eyni blokda, üç mərtəbə aşağı, eyni layihə üzrə, eyni ölçüdə, yan-yana olan 75 və 76 saylı mənzillərlə dəyişdirilib. xx xxxxxx 2012-ci il tarixdən başlayaraq bir neçə ay müddətində Kübra Məmmədovanın hesabına, oğlu Eldar Məmmədov tərəfindən hər iki mənzildə təmir, tamamlama işləri aparılıb və qeyd olunan mənzillər bir mənzildə birləşdirilib. Təmir başa çatdıqdan sonra 2013-cü ilin aprel ayında Kübra Məmmədovanın razılığı ilə nəvəsi Cavabdeh2 həmin mənzilə köçüb. xx xxxxx 2013-cü ildə Kübra Məmmədovanın xahişi ilə ona məxsus olan mənzillərin dövlət qeydiyyatından keçirilməsi üçün Cavabdeh1 MMC tərəfindən Dövlət Reyestr Xi dməti üçün lazımı sənədlər (kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, 2 saylı formada arayış) verilib. Lakin bu məsələ Cavabdeh1 MMC-nə məlum olmayan səbəblərə görə həll olunmamış qalıb. xx xxxxxx 2015-ci il tarixdə Eldar Məmmədov Cavabdeh1 MMC-nə bildirib ki, anası Kübra Məmmədovanın səhhəti həddən artıq ağırdır və o, mənzillərin dövlət reyestrindən keçmədiyi üçün onları notarial qaydada nəvəsi Cavabdeh2 bağışlaya və ya miras qoya bilmir və xahiş edir ki, faktiki bağışlama kimi həmin mənzilləri əvəzsiz olaraq nəvəsi Cavabdeh2 adına keçirsin. Göstərilənləri və oğlu Eldar Məmmədov tərəfindən bütün ödənişlərin həyata keçirilməsini nəzərə alıb hər iki mənzilə dair lazımı sənədləri, o cümlədən “xxxx” MTK üzvlərinin ümumi iclasının protokol (qərarından) çıx arışı, maliyyə arayışını, eləcə də 2 saylı formada arayışı Cavabdeh2 adına verib və hər iki mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Üçüncü şəxs Sitarə Vəliyeva da iddia tələbinə etiraz edir və bildirir ki, xx xxxxxxx 2011-ci il tarixdə rəsmi nikah əsasında Cavabdeh2 ilə ailə qurub. Birgə nikahları müddətində Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 “A” saylı evin 75-saylı və həmin evin 76-saylı mənzillərini satın alıblar. Həri iki mənzil qanuni əsaslarla mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə əri Cavabdeh2 adına qeydə alınıb və sonuncunun adına “hüquqların dövlət qeydiyyatı haqqında” xx xxxxxx 2015-ci il tarixli Çıxarışlar verilib. Lakin sonradan Cavabdeh2 ilə aralarında olan ər-arvad münasibətləri pozulub və xx xxxxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri, Xətai rayon məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri mənzillərdən paylarının müəyyən edilməsini iddia etdiyinə görə ona həmin mənzillərdən pay verməmək üçün Cavabdeh2 Özbəkistan Respublikasının vətəndaşı və orada daimi yaşayan bibisi İddiaçı adından hazırki iddianı qaldırıb. İddaya görə bizim birgə nikah dövründə ümumi qazancımız hesabına əldə olunan mənzillər guya Cavabdeh2 xx xxx 2016-cı il tarixdə vəfat etmiş nənəsi Kübra Məmmədovadan miras qalıb. Halbuki, həmin mənzillərə dair Kübra Məmmədovanın adına olan sənədlər sonradan tərtib edilməklə saxtadır və həmin sənədlərin əsli yoxdur. X3 tərəf olduğu müqavilələr ümumiyyətlə onun özü tərəfindən imzalanmayıb. Həmin mənzillər Kübra Məmmədovanın pul vəsaiti hesabına əld ə edilməyib və sonuncu heç vaxt həmin mənzillərdə yaşamayıb. Bu səbəbdən də İddiaçı iddia ərizəsində mübahisəli mənzillərin pay haqqlarının mərhum anası Kübra Məmmədova tərəfindən ödənilməsi və həmin mənzillərin sonuncudan miras qalmış əmlakın kütləsinə aid olmasına istinad etməsi tam əsassızdır. Eyni zamanda İddiaçı qanunla müəyyən edilmiş qaydada X3 vərəsəsi olması rəsmi sənədlərlə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən gəldiyi nəticəni belə əsaslandırıb ki, Kübra Məmmədova rəsmi qaydada kooperativə üzv qəbul edilməklə hər iki mənzilin payçısı olub və həmin mənzillərin pay haqqı onun tərəfindən ödənilib. Kübra Məmmədovanın kooperativ üzvlüyündən çıxması və ona pay haqqının dəyərinin ödənilməsi və ya digər əmlak verilməsi, həmçinin onun pay haqqını nəvəsi Cavabdeh2 bağışlaması hər hansı mötəbər yazılı sübutla təsdiq olunmur. Ona görə də mənzillərin pay haqqlarının Cavabdeh2 adına keçirilməsinə dair sənədlər, o cümlədən həmin sənədlərə əsasən sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu barədə verilmiş Çıxarışlar etibarsız hesab edilməlidir. Çünki həmin sənədlərin verilməsi nəticəsində İddiaçı anası Kübra Məmmədovadan miras qalmış mənzillərə vərəsəlik hüququ pozulub. Belə ki, sözügedən mənzillər Cavabdeh2 adına qanunsuz olaraq rəsmiləşdirilməsəydi İddiaçı vəfat etmiş anası Kübra Məmmədovanın qanun üzrə birinci növbəli vərəsəsi kimi həmin mənzillərə pay hüququ əldə edə və ya kooperativdən payının dəyərinin ödənilməsini tələb edə bilərdi. Bu baxımdan İddiaçı hazı rki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub və iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 19, 112.1, 112.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla, hazırda mübahisə predmeti olan mənzillər daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Kübra Məmmədovanın adına qeydə alınmayıb. Həmin mənzillər onun öz sağlığında mülkiyyət hüququ üzrə xx xxxxxx 2015-ci il tarixdə nəvəsi Cavabdeh2 adına qeydə alınıb və bundan 4 ay sonra, yəni xx xxxxx 2016-cı il tarixdə Kübra Məmmədova ölüb. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirməyib və Kübra Məmmədovanın öz sağlığında qeyd olunan mənzillərə dair nəvəsi Cavabdeh2 adına verilmiş hüquq müəyyənedici sənədləri məhkəmə qaydasında mübahisələndirməməsini nəzərə almayıb. Digər tərəfdən Kübra Məmmədova xx xxx 2016-cı il tarixdə öldüyü halda, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxx 2019-cu il tarixdə, yəni 3 ildən sonra müraciət edib və hazırki iddianı nümayəndəsi Rəhim Əhmədov vasitəsilə qaldırıb. Bundan başqa İddiaçı Özbəkistan Respublikasının vətəndaşıdır və onun Azərbaycan Respublikasın da ümumiyyətlə daimi yaşayış yeri yoxdur. Mülki qanunvericiliyə görə mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəs ənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hal, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər ba rədə qəbzlər və digər sənədlər ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri). Apelyasiya instansiyası məhkəməsi qətnamədə hazırki iddianı qaldırmış İddiaçı müvafiq subyektiv hüquqa malik olması qənaətinə gəlsə də, gəldiyi nəticəni sadalanan maddələrin tələblərinə uyğun olaraq hər hansı mötəbər yazılı sübutlarla əsaslandırmadan, mərhum Kübra Məmmədovadan miras qalmış daşınar və daşınmaz əmlakların kütləsini, onun vərəsələrinin dairəsini müəyyən etmədən, ümumiyyətlə digər vərəsələ rin hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, bir sözlə vərəsələrdən hansının razılığı ilə İddiaçı anası Kübra Məmmədovdan miras qalmış hansı şəxsi əşyalara sahiblik etməyə faktik başladığını, həmin əşyların nədən ibarət olduğunu, bunun mirasın qəbulu üçün yetərli olub-olmadığını araşdırmadan, İddiaçı hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olmasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüq uqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kasasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı sözügedən mənzillərə dair “xxxx” MTK tərəfindən Cavabdeh2 adına verilmiş hüquq müəyyənedici sənədləri (“kooperativ üzvlərinin ümumi yığıncağının protokol-qərarını, mənzillərin pay haqqının ödənilməsinə dair maliyyə arayışlarını, mənzillərə dair mülkiyyət hüququ haqqında qe ydləri, hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışları) mübahisələndirməsi, yəni müvafiq subyektiv hüquqa malik olması üçün ilk növbədə onun həmin mənzillərə qanunla müəyyən edilmiş qaydada hər hansı hüququ əmələ gəlmiş olmalı və ya həmin mənzillər mərhum Kübra Məmmədovadan miras qalmış əmlakın kütləsinə aid olmaqla, həmin mənzillərə İddiaçı sahiblik etməyə və ya idarə etməyə faktik başlaması mülki iş materialları ilə istisna edilməməlidir. Hazırki işdə qeyd olunan hallar mülki iş materialları ilə təsdiq olunmur və İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ma ddənin mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsini mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmununu nəzərə almaqla apelyasiya instansiyası məhkəməsi düzgün müəyyən etməyib. Digər tərəfdən Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın q əbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Sadalanan maddələrin mənasına görə miras onun açıldığı gündən vərəsənin mülkiyyəti o vaxt sayılır ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etmiş olsun və mirasın açıldığı gündən altı ay keçməmiş olsun. Hazırki halda İddiaçı vərəsəliyə çağırıldığını xx xxxxx 2016-cı il tarixdən, yəni anası Kübra Məmmədovanın öldüyü gündən bilməsi və ya bilməli olması mülki iş materialları, həmçinin iddia ərizəsinin dəlilləri ilə istisna edilmir. İşin bu halları iddia ərizəsinin dəlilləri, İddiaçı nümayəndəsinin izahatı ilə də inkar olunmur. Apelyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən və qanuna görə vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etməli olmasını, mirasın açıldığı gündən isə altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsini, hazırki iddianın isə əslində xx xxxxxx 2019-cu il tarixdə Sitarə Vəliyeva tərəfindən Bakı şəhəri, Xətai rayon məhkəməsində Cavabdeh2 qarşı birgi nikah dövründə əldə edilmiş əmlakdan, həmçinin mübahisəli mənzillərdən payın müəyyən edilməsinə dair iddia qaldırdıqdan sonra irəli sürülməsini və beləliklə də İddiaçı iddia etdiyi mənzillərlə bağlı 3 ildən sonra məhkəmədə hazırki mübahisəni açmasını nəzərə almadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Daha sonra Mülki Məcəllənin 112.4-cü maddəsində təsbit olunmuşdur ki, kooperativin üzvü öl dükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. Maddənin mənasına görə kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutlmayıbsa, kooperativin üzvü ödükdə onun vərəsələri ilk növbədə kooperativ üzvlüyünə qəbul edilə bilərlər, yox əgər onlar kooperativ üzvlüyünə qəbul edilməkdən imtina etdikləri halda, onda mənzil deyil, məhz kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələbləri baxımından iddianın əsaslılığına hüquqi qiymət vermədən, digər və mübahisəli mənzillərə dair mərhum Kübra Məmmədova ilə bağl anmış, lakin onun özü tərəfindən imzalanmamış çoxsaylı, ziddiyyətli müqavilələrin, o cümlədən maliyyə arayışlarının, kooperativ üzvlərinin ümumi yığıncağının protokol-qərarının və sair həqiqiliyini yoxlamadan, zərurət yarandığı halda həmin sənədlərin əslini məhkəməyə təqdim etməyi “xxxx” MMC təklif etmədən və bu barədə Sitarə Vəliyevanın apelyasiya şikayətində göstərdiyi dəlillər üzrə ümumiyyətlə heç bir araşdırma aparmadan və hansı dəllilərə əsasən onun apelyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, 3 ildən sonra İddiaçı iddia tələbinə əsasən mübahisəli mənzillərə dair Cavabdeh2 adına verilmiş hüquq müəyyənedici sənədləri etibarsız saymaqla, ödənilmiş pay haqqlarını deyil, sözügedən mənzilləri mirasın kütləsinə, yəni Kübra Məmmədovanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) toplusuna aid etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.3-cü maddəsində göstərilir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərilir ki, işə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təqdim edilməlidir. Həmin Məcəllənin 89.2-ci maddəsində göstərilir ki, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqilyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 392.2-ci maddəsinin mənasına görə apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən apelyasiya şikayətini təm in etmədiyini qətnamədə göstərməyə borcludur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kasasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutların mötbərliliyinə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416- 420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Üçüncü şəxs X5 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13172/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2658/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2658/2020
11.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver