Məhkəmə qərarları › İş №2(102)-2659/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2659/2019

31.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2659/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli 2(103)-11788/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov, iş № 2(003)-1989/2018) İddiaçı İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilərək İdd iaçı İB-nin xeyrinə təbii qazdan istifadəyə görə 2517 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 29 may 2018-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2018-ci ilin aprel ayında İddiaçı İB iddia ərizəsi və daha sonra iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2517 manat məbləğində əsas borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2547 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ ddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materialla rını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar qazdan istifadəyə görə 26.01.2015-ci il tarixdən 06.02.2018-ci il tarixədək İddiaçı İB-nə 6032,5 manat məbləğində ziyan dəymiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən həmin məbləğin bir hissəsinin tutulması qət edilmiş, İddiaçı İB-nə dəymiş cəmi zərərdən həmin qətnamə ilə tutulması qət edilmiş məbləğ çıxıldıq da Cavabdeh iddiaçıya ödənilməmiş 2517 manat borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı əsaslı hesab edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “xxxx”nın 6.5ci bəndinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii xxxxnın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” qaydalarının 3-cü bəndinə əsaslanmışdır. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll olunduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar