Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2659/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxxx ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aktların etibarsız hesab edilməsi və borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7672/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xxxx ASC-nin əməkdaşları tərəfindən tərtib olunan 08.11.2019-cu il tarixli akt ilə müəyyən olunur ki, X məxsus elektrik sayğacına baxış zamanı sayğacın göstəricisinin qarışması müəyyən edilmiş, elektrik sayğacının yenisi ilə əvəz olunması və laboratoriya şəraitində yoxlanılaraq rəy verilməsi qərara alınmışdır. 2. xxxx ASC-nin əməkdaşları tərəfindən tərtib olunan 08.11.2019-cu il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında protokolu ilə müəyyən olunur ki, 08.11.2019-cu il tarixli akta əsasən X məxsus elektrik sayğacı yenisi ilə əvəz olunmuş, çıxarılan sayğac laboratoriyada yoxlanılması və rəy verilməsi üçün torba ya qoyulmuş və möhürlənmişdir. 3. xxxx ASC-nin 12.11.2019-cu il tarixli sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolu ilə müəyyən olunur ki, 08.11.2019-cu il tarixli akta əsasən aparılmış laboratoriya yoxlaması zamanı sayğaca müdaxilə olunması və sayğacın istismara yararsız olması qərara alınmışdır.
4. Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsinin X ünvanladığı 06.12.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, X 14.11.2019-cu il tarixə istifadə olunmuş elektrik enerjisi üçün 2561 manat borcu vardır. 5. xxxx ASC-nin abonent haqqında elektron çıxarışından görünür ki, abonent X borcu 2561,15 manat təşkil edir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 02.06.2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, iş materiallarında olan İddiaçı aid abunə haqqında məlumata əsasən 31.03.2001-ci ildən 21.02.2020-ci il tarixədək olan dövrdə istehlak etdiyi 4198,28 manat məbləğində elektrik enerjisi sərfiyyatına, eyni zamanda 2499,02 manat aktlara görə həmin tarixlər üzrə cəmi 4136,14 manat ödəniş edilmiş və nəticədə onun xxxx ASC-yə olan borcu 2561,16 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hesablanmış borc məbləğinin tərkibi 08.11.2019-cu il tarixli sayğaca müdaxilə nəticəsində yenisi ilə əvəz edilməsi ilə bağlı akt üzrə 1066,89 manat, 19.11.2019-cu il tarixli akt üzrə 834,68 manat abunə haqqında məlumat üzrə 573,28 manat limitdən artıq istifadəyə görə və 24,17 manat dəbbə pulu üzrə olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “aktl arın etibarsız hesab edilməsi və 2561,15 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunan 08.11.19-cu il tarixli Rİ 153646 saylı və 19.11.2019-cu il tarixli US ******* saylı aktları etibarsız hesab edilməsini və ondan tələb olunan 2561,15 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08.10.2019-cu il tarixdə xxxx ASC-nin əməkdaşı ona istifadə etməsinin qeyri-mümkün olduğu 653,28 manat enerji haqqı olan bildiriş təqdim etmişdir. Həmin vaxt o, şifahi olaraq öz etirazını bildirmişdir. 08.11.2019-cu il tarixdə xxxx ASC-nin əməkdaşları yenidən onun istifadə etdiyi sayğaca baxış keçirib ona sayğacın işləmə prinsipində problem olduğunu bildirərək 153646 №l i akt tərtib etmişlər. Küçədə yerləşən sayğacla bağlı akt tərtib edilən zaman hal şahidinin iştirakı təmin edilməmişdir. 10.11.2019-cu il tarixdə mənzildə yaşayan şəxslərin iştirakı olmadan sayğac xüsusi qablaşdırma aparılmadan xxxx ASC-nin əməkdaşları tərəfindən sökülərək yenisi ilə əvəz edilmişdir. 23.11.2019-cu il tarixdə xxxx ASC-nin əməkdaşı tərəfindən ona bildiriş təqdim edilərək 1494,52 manat borcu olduğu bildirilmişdir. O, hər ay istifadə etdiyi enerji haqqını vaxtında ödəməsini bildirib bu qədər borcun necə yarandığını soruşduqda xxxx ASC-nin əməkdaşı ona sayğacda qüsur olduğunu demişdir. Cavabdehin əməkdaşları dəfələrlə sayğaca baxış keçirsələr də, sayğacın düzgün işləməməsi barədə ona hər hansı bir xəbərdarlıq və ya məlumat verməmişlər. Sayğac küçədə yerləşdiyindən sayğaca nəzar əti də xxxx ASC-nin əməkdaşları etmişdir. O, heç vaxt sayğaca müdaxilə etməmişdir. O, abonent kimi xxxx ASC-dən hər hansı qanunsuz yolla enerji oğurlamamış, sayğacın möhür və plombuna müdaxilə etməmiş və elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etməmişdir. Sayğaca müdaxilə olunması barədə şübhələr olarsa sayğac abonentin iştirakı ilə dəyişdirilib xüsusi qabda qablaşdırılaraq möhürlənib möhürün nömrəsi abonentə təqdim olunmalı və təyin olunmuş vaxtda abonentin iştirakı ilə xxxx ASC-nin lobaratoriyasında bəlli möhür qablaşdırmadan açılaraq sayğaca rəy verilməlidir. Sayğacın yoxlanmasında nə o, nə də onun ailə üzvləri iştirak etməmişdir. Ona təqdim edilən bildirişdə sayğacın göstəricisi 08.10.2019-cu il tarixə 54867 kvt/s, 08.11.2019-cu il tarixdə tərtib edilmiş 153646 №li ak tda isə sayğacın göstəricisi 48930 kvt/s olmuşdur. Cavabdeh onu onu əsassız olaraq cərimələmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-917/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia təmin edilmiş, xxxx ASC-nin 08.11.19-cu il tarixli Rİ 153646 saylı və 19.11.2019-cu il tarixli US ******* saylı aktlarının etibarsız hesab edilməsi, xxxx ASC-nin İddiaçı elektrik enerjisi sərfiyyatına görə tələb etdiyi 2561,15 manat borcun silinməsi, xxxx ASC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 80 manat pulun dövlət nəfinə tutulması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıdan tərtib etdiyi aktlara əsasən enerji sərfiyya tına görə 2561,15 manat tələb edən cavabdeh, məhkəmə araşdırması zamanı, tərtib etdiyi aktları, həmin aktların tərtib olunmasına, istehlakçıdan təqdim etdiyi xəbərdarlığa əsasən tələb etdiyi enerji sərfiyyatına görə 2561,15 manat borcun yaranma əsaslarına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elektrik enerjisindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında 02.02.2005-ci il tarixli 18 saylı qərarının 1.3, 7.9, 7.11, 7.17, 8.1, 8.4, 8.32, 8.33, 140, 152, 178.1, 223.1, 223.2-ci, Mülki Prossesual Məcəllənin 77.1, 119-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(103)-7672/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)917/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə ə sassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
19. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatları dinlənilməmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna ola raq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”
24. Yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. (1.1-ci bənd)
25. Enerji təchizatı müəssisəsi elektrik enerjisinin alğı-satqı müqav iləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır. (1.3-cü bənd)
26. Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır (7.1-ci bənd)
27. Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında el ektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Enerji təchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsin in, enerji təchizatı müəssisəsinin və “Dövlət Enerjinəzarət” İdarəsinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Enerji təchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə dövlət elektroenergetika müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir (7.4-cü bənd)
28. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtə lərində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. (7.6-cı bənd)
29. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (8.2-ci bənd)
30. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik en erjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.(8.4-cü bənd) Mülki Prossesual Məcəllə
31. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
32. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
34. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüq uq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənl ərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7672/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.