Məhkəmə qərarları › İş №2(102)-2661/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2661/2025

18.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2661/2025 18.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-55/2025 nömrəli, 5 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları

1. Naxçıvan MR Daşınmaz Əmlak Və X20 Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Şərur rayonu Dərəkənd sakini Cavabdeh2 daxil olmaqla 4 nəfərdən ibarət ailə üzvülərinə Şərur rayonu, Dərəkəndində xəritə üzərində JN-137A və JN-137B nömrəli torpaq sahələri qeydə alınmış həyətyanı torpaq sahəsi ödənişdə saxlanıldığından şəhadətnamələr verilməmişdir. Lakin, xəritədə JN-137B nömrə ilə qeyd olunmuş 0.8537 ha həyətyanı torpaq sahəsi, Sədərək rayon DNK-nın xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmş və **********63 reyestr nömrə ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak Və X20 Dövlət Xidməti xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına xx.xx.2010-cu il tarixdə Şərur Rayon Aqrar İslahat Komissiyasının 29.06 1999-cu il tarixli 05 nömrəli və Dərəkənd bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 01 nömrəli qərarları əsasında Dərəkənddə 8537,0 m² həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. xx.xx.2010-cu il tarixdə Sədərək Rayon DNK-da qeydiyyata alınan 4- 8-99 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 torpaq sahəsini Cavabdeh3 satmışdır. Torpaq sahəsi xx.xx.2010-cu il tarixdə həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır.

3. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak Və X20 Dövlət Xidməti xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz əmlakın dövlət reyestrində Şərur rayon Dərəkənd sakinı Cavabdeh2 adına Şərur rayon X7 29 iyun 1999-cu il tarixli 05 nömrəli və Dərəkənd Bələdiyyəsinin 07 aprel 2010-cu il tarixli 01 nömrəli qərarları əsasında xx.xx.2010-cu il tarixdə 8537 m² həyətyanı torpaq sahesı qeydiyyata alınmışdır. xx.xx.2010-cu il tarixdə Sədərək rayon DNK-da qeydiyyata alınan 4-Ə-99 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 həmin torpaq sahəsinı Cavabdeh3 satmışdır. 4. xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu, Dərəkənd kəndində yerləşən, 0.8537 ha yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavab deh2 adına qeydiyyata alınmışdır.

5. Şərur rayon Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 06 nömrəli, 25 iyun 2010-cu il tarixli arayışdan görünür ki Cavabdeh2 ailə üzvləri aşağıdaki kimidir: Arvadı: İddiaçı1-1963, oğlu: İddiaçı2-1982, qızı: X9-1984, oğlu: X131990.

6. Cavabdeh2 və X10 arasında 17 sentyabr 1981-ci il tarixdə 31 nömrə ilə nikah qeydə alınmış və qadına “Əliyeva” soyadı verilmişdir. xx.xx.1984-cü il təvəllüdlü X4 atası Cavabdeh2, anası - İddiaçı1dır. xx.xx.1982-ci il təvəllüdlü İddiaçı2 atası- Cavabdeh2, anası- İddiaçı1dır. xx.xx.1990-cı il təvəllüdlü X6 atası- Cavabdeh2, anası- İddiaçı1dır.

7. Şərur rayon Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 05 nömrəli, 10 may 2022-ci il tarixli arayışdan görünür ki İddia çı1 aşağıdaki tərkibdə ailə üzvləri vardır: Yoldaşı: Cavabdeh2 – 1960, oğlu: İddiaçı2 - 1982, qızı: X9 – 1984, nəvəsi: X18 – 2006, nəvəsi: X23 – 2008.

8. X19 tərəfindən Sədərək DNK-da verdiyi ərizədən görünür ki, vəkalətnamə ilə ona həvalə edilmiş Cavabdeh2 məxsus olan və Şərur rayon Dərəkənd kəndində yerləşən 0.8537 ha torpaq sahəsini satır. 9. 06 iyul 2010-cu il tarixli Şərur rayon Dərəkənd kəndində yaşayan vəkalətli nümayəndə X19 və Cavabdeh3 arasında bağlanmış müqavilədən görünür ki, Cavabdeh2 məxsus olan və Şərur rayon Dərəkənd kəndində yerləşən 0.8537 ha torpaq sahəsinə görə vəkalətli nümayəndə X19 alıcı Cavabdeh3 300 (üç yüz) manat almışdır.

10. Şərur rayonu, Dərəkənd kəndində yerləşən, 0.8537 ha yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır.

11. N axçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinin Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X12 adına Şərur rayon Yuxarı Daşarx kəndində 0.5925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2010cu il tarixdə Mikayıl Cavabdeh2 ilə Cavabdeh3 arasında Şərur rayonu Dərəkənd kəndində yerləşən, paylı mülkiyyətlərinə verilmiş 0.8537 ha həyətyanı torpaq sahəsi barədə bağlanmış, Sədərək Rayon DNK-da 4-Ə-99 nömrə ilə qeydiyyata alınan alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 a dına **********63 reyestr nömrə ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydiyyatın ləğv olunması, Cavabdeh5 ilə Cavabdeh3 adına bağlanmış 11 yanvar 2023-cü il tarixli alqısatqı müqaviləsinin ləğv olunması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına xx.xx.2010-cu il tarixdə Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 05 nömrəli və Dərəkənd bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 01 nömrəli qərarları əsasında Dərəkənddə 8537,0 m³ həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. 06.07 2010-cu il tarixdə Sədərək Rayon DNK-da qeydiyyata alınan 4-0-99 nömrə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 torpaq sahəsini Cavabdeh3 satmışdır. Torpaq sahəsi xx.xx.2010-cu il tarixdə həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinin 03/458 nömrəli, 22 dekabr 2021-ci il tarixli arayışda bildirilir ki, Şərur rayonu Dərəkənd sakını Cavabdeh2 daxil olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinə Şərur rayonu, Dərəkəndində xəritə üzərində JN-137A va JN-137B nömrəli torpaq sahələri qeydə alınmış həyətyanı torpaq sahəsi ödənişdə saxlanıldığından şəhadətnamələr verilməmişdir. Lakin, xəritədə JN-137B nömrə ilə qeyd olunmuş 0.8537 ha həyətyanı torpaq sahəsi, Sədərək rayon DNK-nın xx.xx.2010 cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmış və **********63 reyestr nömrə ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra o, 11 yanvar 2023-cü il tarixdə həmin sahəni Şərur rayonu Notariat Ofisinin 4ə-08 nömrəli alqı satqı müqaviləsi əsasında X12 adına keçirmişdir. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notarial şöbəsinin 17 yanvar 2022-ci il tarixli, 01 nömrəli məktubuna əsasən Cavabdeh1ndə rəsmiləşdirilmiş 06 iyul 2010-cu il tarixli, 4-Ə-99 reyestr nömrəli alqı-satqı müqaviləsinın və ona əlavə olunmuş sənədlər barədə məlumatlar Naxçıvan şəhər Hüquq Məsləhətxanasına göndərilmişdir. Həmin məlumatlarda onun və ailə üzvlərinin razlıqları əsasında Şərur rayonu Dərəkənd kəndində yerlşən həyətyanı torpaq sahəsini X1 qeyd edilir. Halbuki həmin sahənin satılmasından xəbərləri yoxdur və onlar torpaq sahəsini n satılmasına razılıq verməmişdir və həmin ərizələr və imzalar onlara məxsus deyildir. Oğlu İddiaçı2 24 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 120.1, 29, 120.2,29, 120.2.7, 221 3 və 66.3-cü maddələri ilə məhkum olunmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərarı ilə cəza çəkməkdən azad edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyindən alınmış sənədlərdə onun atasının adına olan Dərəkənd kəndində yerləşən torpaq sahəsinin satılmasına razı olduğu qeyd olunur. Halbuki Qadir həmin zaman cəzaçəkmə müəsissəsində cəzasını çəkirdi. Həyat yoldaşı Mikayıl torpaq sahəsini satdığını onlardan gizlətmişdir. Bakı şəhərində yaşadıqlarından bu əməliyyatdan xəbərləri olmamışdır. Torpaq sahəsinin satılmasını 2021-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respub likası Ədliyyə Nazirliyinin notariat arxivinə müraciətləri əsasında onlara verilmiş alqı-satqı ilə bağlı sənədlərin surətlərindən bilmişdir. Bundan başqa o həmin torpaq sahəsinin mülkiyyətçilərindən biridir və birgə nikah dövründə əldə olunmuş torpaq sahəsidir.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində qeyd olunanlara əlavə olaraq izahatında hazırkı mübahisəli torpaq sahəisinin satılmasında məlumatının olmadığını, torpaq sahəsi satılan zaman Bakı şəhərində yaşadıqlarını, oğlu Qadirin cəzaçəkmə müəssisəsində olduğunu, həyat yoldaşı Cavabdeh2 qardaşı X14 başqa evlərini Məhərrəm adlı şəxsə satması üçün etibarnamə verdiyini, lakin həmin evdən əlavə olaraq Qafar Əliyevin hazırkı mübahisəli torpaq sahəsini də Cavabdeh3 satdığını, Qadirin cəzadan azad olduqdan sonra 2021-ci i ldə sənədlərini düzəltmək üçün Şərura gəldiyini, bu zaman həmin torpaq sahəsinin satıldığını öyrəndiyini, atasına “torpaq sahəsini niyə satmısan?” dediyini, Mikayılın həmin torpaq sahəsini satmadığını, Məhərrəmə satdıqları evin sənədləşdirilməsi üçün etibarnamə verdiyini bildirdiyini, 2010-cu ildən sonra dəfələrlə Dərəkənd kəndinə gəldiyini, lakin baldızının, qardaşının evində 1-2 gün qalıb Bakı şəhərində qayıtdığını, həmin torpaq sahəsi ilə maraqlanmadığını, torpaq sahəsinə Mikayılın qardaşı Qafarın nəzarət etdiyini, torpaq sahəsinin satılmasından məlumatının olmadığını, 2022-ci ilin yanvar ayında həmin ərəfədə torpaq sahəsinin satılmasından məlumatının olduğunu, 2022-ci ildə Şərur rayonuna gələrək torpağın yarısını onlara verməsi qarşılığında Muraza 10000 (on min) manat pul təklif etdikl ərini, lakin o, onların təklifini qəbul etmədiyini, daha sonra onu Şərur rayon prokurorluğuna şikayət etdiklərini, prokurorluqda olarkən torpağı qaytaracağı təqdirdə Muraza 20000 manat təklif etdiklərini, Muraz isə onlara torpağın qiymətinin 140000 (bir yüz qırx min) manat olduğunu, həmin pulu verəcəkləri təqdirdə torpağı geri qaytaracağını dediyini, məcbur qalıb torpaq sahəsinə verilmiş çıxarışın ləğv olunması üçün Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etdiklərini, məhkəmənin iddianı mümkünzsüz hesab etdiyini, həmin qərardan Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti verdiklərini, lakin Naxçıvan MR İnzibati Məhkəməsinin qərarının orada da qüvvədə qaldığını, haliyədə isə Murazın həmin torpaq sahəsini Cavabdeh5 satdığını, ona görə də torpağın Cavabdeh3 satılması barədə alqısatqı m üqaviləsinin etibarsız hesab edilməsi və həmin torpağın Cavabdeh5 satılması barədə müqavilənin ləğv edilərək torpaq sahəsinin onların mülkiyyətlərinə qaytarılması barədə Şərur Rayon Məhkəməsinə müraciət etdiklərini bildirərək, məhkəmədən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

15. Cavabdeh3 Məmmədli oğlu xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərdiyi iddia tələbinə etiraz məktubunda qeyd olunmuşdur ki, Şərur rayon X8 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarına və Dərəkənd bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 01 nömrəli qərarlarına əsasən iddia edilən torpaq sahəsi yalnız Cavabdeh2 adına qeydiyyata alınaraq xx.xx.2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq va Xəritəçəkmə Komitəsi tərəfindən A006011 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü", xx.xx.2010-cu il tarixdə isə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yalnız Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən də mübahisəli torpaq sahəsi Cavabdeh2 tərəfindən Sədərək rayon DNK-un xx.xx.2010-cu il tarixli, 4-Ə-99 nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəfindən satın alınmış və xx.xx.2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət reyestrindən MH № ******* saylı Çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində iddia müddətləri müəyyən edilmişdir. Həmin Məcəllənin 373.1-ci maddəsində ümumi iddia müddəti 10 (on) il, 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müdd əti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il olduğu müəyyən edilmişdir. Cavabdehlər həmin Məcəllədə müəyyən olunmuş iddia müddətini buraxmışlar. İddiaçı1 torpaq sahəsinin satılmasından xəbərləri olmadığını, həyət yoldaşı Cavabdeh2 torpaq sahəsini satmasını onlardan gizlətdiyini, torpaq sahəsinin satılmasını 2021-ci ilin noyabr ayında Naxçıvan MR Ədliyyə Nirliyinin notariat arxivinə müraciətlərindən sonra onlara verilmiş alqı-satqı ilə bağlı sənədlərın surətindən bildiklərini qeyd etməsi tamamı ilə yalan və həqiqətə uyğun deyil. Belə ki, 2009-cü ildə İddiaçı2 cinayət işi ilə əlaqədar onlara pul lazım olduğundan həmin torpaq sahəsini satmaq istədiklərini bildirərək mübahisəli torpaq sahəsinin alqı-satqısını mərhum atası X5 ilə razılaşmışlar, 2010-cu ildə atam vəfat etdikdən sonra isə həmin mübahisəlin torpaq sahəsinin pulunu razılaşma əsasında tərəfindən nağd şəkildə ödəməklə alqı-satqısını rəsmiləşdirmişdir. İddiaçı1 2010-cü ildən bu günə kimi dəfələrlə kəndə gəlib getmiş, mübahisəli torpaq sahəsini tərəfindən satın alındığını və həmin torpaq sahəsində meyvə bağı saldığını bılırmiş və bu müddət ərzində bir dəfə də olsun torpaq sahəsinin geri qaytarılması barədə hər hansı bir fikir bildirməmişdir. İddiaçı2 azadlığa çıxdıqdan sonra da dəfələrlə kəndə gəlib getmiş, o da torpaq sahəsinin geri qaytarılması barədə hər hansı bir fikir bildirməmiş, 2021-ci ildən İddiaçı1 kəndə gələrək ona 1000 kv. metr torpaq sahəsi verməyini xahiş etmişdir. Ona torpaq sahəsini 2010-cu ildə onlara pulunu nağd şəkildə ödəməklə satın aldığını və ona 1000 kv. metr torpaq sahəsi verə bilməyəcəyini bildirdikdən sonra ondan şikayət edəcəyini və torpaq sahəsini əlindən alacağını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə Şərur rayon Notariat Ofisinin 43-08 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satılması barədə bildirdikləri yalandır və həqiqəti əks etdirmir Belə ki, mübahisəli torpaq sahəsi Şərur rayon Dərəkənd ərazisində yerləşən 0.8537 ha həyətyanı torpaq sahəsidir. Cavabdeh5 satdığım torpaq sahəsi isə Şərur rayon Yuxarı Daşarı kəndində yerləşən 0.5925 ha kand təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bildirirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində (vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış aqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər) nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bildirir ki, Cavabdeh2 ilə aralarında alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 və ya onun ailə üzvlərinə qarşı hər hansı bir zorakılığa və ya hədəyə yol verilməmiş, Cavabdeh2 tərəfindən öz razılığı ilə notarial qaydada verilmiş etibarnaməyə əsasən alqı-satqı müqaviləsi bağlanmışdır. Əlavə olaraq bildirir ki, MM-yə əsasən əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi andan bir il ərzində əqdi mübahisələndirməli ol duqları halda iddiaçılar iddia müddətini buraxaraq 2022-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şərur rayon Məhkəməsində mülki işə 2022-ci ildə 2(110)-359/2022 nömrə ilə baxılaraq müvafiq qərar qəbul edilmiş, 2024-cü il tarixdə isə iddiaçılar yenidən eyni tələblə məhkəməyə müraciət etmişlər. Qeyd olunanlara əsasən cavabdehlər İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345.2 və 373.1-ci maddələri ilə müəyyən edilmiş iddia müddətini buraxmışlar. Ona görə də iddia tələbinin əsasız hesab edilməli və rədd edilməlidir.

16. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 6 yanvar 2025-ci il tarixli, 2(110)-34/2025 nömrəli qətnaməsi ilə (hakim Seymur Qarayev) iddianın rədd edilməsi qət edilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 iddia tələblərində torp aq sahəsinin satılmasından xəbərsiz olmalarına istinad etsə də, torpağın alqı-satqısından 12 ilə yaxın müddətin keçməsindən sonra bundan xəbər tutması inandırıcı sayıla bilməz. Çünki o, məhkəmə baxışı iclasında verdiyi izahatında Bakı şəhərində yaşadığını, lakin 2010-cu ildən sonra dəfələrlə Dərəkənd kəndinə gəldiyini, baldızının, qardaşının evində 1-2 gün qalıb Bakı şəhərində qayıtdığını, həmin torpaq sahəsi ilə maraqlanmadığını, torpaq sahəsinə Mikayılın qardaşı Qafarın nəzarət etdiyini, torpaq sahəsinin satılmasından məlumatının olmadığını, 2022-ci ilin yanvar ayında həmin ərəfədə torpaq sahəsinin satılmasından məlumatının olduğunu, 2022-ci ildə Şərur rayonuna gələrək torpağın yarısını onlara verməsi qarşılığında Muraza 10000 manat pul təklif etdiklərini, lakin o, onların təklifini qəbu l etmədiyini, daha sonra onu Şərur Rayon Prokurorluğuna şikayət etdiklərini, prokurorluqda olarkən torpağı qaytaracağı təqdirdə Muraza 20000 manat təklif etdiklərini, Muraz isə onlara torpağin qiymətinin 140000 manat olduğunu, həmin pulu verəcəkləri təqdirdə torpağı geri qaytaracağını, həmçinin məhkəmə baxışı iclasında cavabdehin həmin torpaq sahəsindən 1000 kv.m ona verməsi müqabilində ona 5000 manat pul verməyi təklif etdiyini bildirmişdir. Bu isə həmin torpaq sahəsinin satılmasından onların məlumatlarının olmasına dəlalət edir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı1 əri Cavabdeh2 qardaşı X14 Şərur rayon Dərəkənd kəndində olan başqa evlərini Məhərrəm adlı şəxsə satması üçün etibarnamə verdiyini qeyd etsə də buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

19. Eyni zamanda məhkəmə iddia tələbi üzrə mübahisə predmeti olan torpaq sahəsinin 11 yanvar 2023-cü il tarixdə Şərur rayonu Notariat Ofisinin 4ə-08 nömrəli alqı-satqı müqaviləsi əsasında X2 ilə bağlı qeyd edir ki, iddiaçılar bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, lakin Cavabdeh3 məhkəmədə verdiyi izahatından və məhkəməyə təqdim etdiyi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinin Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X12 adına Şərur rayon Yuxarı Daşarx kəndində 0.5925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı1 alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2010-cu il tarixdən etibarən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi halda bu ha lı mübahisələndirməmiş və qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 331, 334, 399, 567, 646, 648-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı1 apellyasiya şikayəti verərək, iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)34/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Naxçıvan MR Şərur Rayon Məhkəməsinin qətnaməsi tam qanunsuz və əsassızdır, rəsmi sənədlərə, sübutlara istinad etmək əvəzinə mülahizələrə əsaslanaraq iddia müddətin i tətbiq edərək qətnamə qəbul edilmişdir. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı1 alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2010-cu il tarixdən etibarən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi halda bu halı mübahisələndirməmiş və qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. Qeyd etmək istəyir ki, onun heç bir məlumatı olmadığı halda məhkəmə heç bir əsas və sübut olmadan qanunsuz olaraq qənaətə gəlmişdir ki, o, xx.xx.2010-cu il tarixdən etibarən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bilmişdir. Sual yaranır ki, məhkəmə bu qənaətə haradan gəlmişdir. Oğlu İddiaçı2 24 dekabr 2009-cu il tarixdə məhkum olunmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərarı ilə cəza çəkməkdən azad edi lmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyindən alınmış sənədlərdə onun atasının adına olan Dərəkənd kəndində yerləşən torpaq sahəsinin satılmasına razı olduğu qeyd olunur. Halbuki Qadir həmin zaman cəzaçəkmə müəssisəsində cəzasını çəkirdi. Həyat yoldaşı Mikayıl torpaq sahəsini satdığını onlardan gizlətmişdir. Bakı şəhərində yaşadıqlarından bu əməliyyatdan xəbərləri olmamışdır. Torpaq sahəsinin satılmasını 2021-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin notariat arxivinə müraciətləri əsasında onlara verilmiş alqı-satqı ilə bağlı sənədlərin surətlərindən bilmişdirlər. Bundan sonra onlara məlum olmuşdur ki, onlara məxsus olan torpaq sahəsi xəbərləri və məlumatları olmadan satılmışdır. Bundan əlavə qanunvericiliyin tələbinə əsasən məhkəmə iddia müddətini tətbiq etdikdə belə araşdırma aparmalı, obyektiv həqiqəti üzə çıxarmalı daha sonra isə iddia müddətini tətbiq etməlidir. Məhkəmə heç bir araşdırma aparmadan qərəzli olaraq qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.

24. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-55/2025 nömrəli iş üzrə 5 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mehman Allahverdiyev sədrlik edən, hakim, Vera Kuimova v ə Zamiq Əliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 6 yanvar 2025-ci il tarixli, 2(110)-34/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllədə təsbit olunmuş müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik olan müqavilə azadlığı prinsipindən irəli gəlir və müqavilələrin məzmununu müəyyənləşdirmək mülki qanunvericiliklə tərəflərin təminat altına alınmış hüququdur. Tərəflər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdeh2 da bu hüquqdan istifadə edərək müqavilə əsasında mübahisəli torpaq sahəsini xx.xx.2010-cu il tarixdə Sədərək rayon DNK-da qeydiyyata alınan 4-8-99 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. İş materiallarında olan Bakı şəhəri, 44 saylı Dövlət notariat kontorunda verilmiş 01 iyul 2010cu il tarixli etibarnamənin surətindən isə məlum olmuşdur ki, həmin etibarnamə əsasında mülkiyyətçi tərəfindən bütün səlahiyyətlər X14 (Mikayılın qardaşı) ötürülmüş, xx.xx.2010cu il tarixdə Sədərək rayon DNK-da alqı-satqı müqaviləsi bağlanarkən də Cavabdeh2 Qafar Əliyev təmsil etmişdir. Bu müqavilə əsasında isə xx.xx.2010-cu il tarixdə torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır. Tədqiq olunmuş iş materialları isə onu deməyə əsas verir ki, həmin müqavilə rəsmiləşdirilərkən qanunvericiliyin hər hansı tələbləri pozulmamış, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyes tri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış bu müddət ərzində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı1 torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmasına zahirən razılığı olmasa belə, onun həmin müqavilədən xəbərdar olmasına və bəyənməsinə dəlalət edən uzunmüddətli hərəkətsizliyi mövcud olmuşdur.

26. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı tərəfin iddia etdiyi həmin halların mübahisəli torpağın alqı-satqısından 12 ilə yaxın müddətin keçməsindən sonra bundan xəbər tutmasını ağlabatan qəbul etmir. İddiaçının özünün də dediyi kimi bu müddət ərzində mütəmadi olaraq həmin kəndə gedib-gəlməsi və belə olan halda uzun illər yaşadığı evin də yerləşdiyi torpaq s ahəsinin satılmasından və faktiki olaraq başqa şəxs tərəfindən istifadə olunmasından xəbərsiz olması inandırıcı sayıla bilməz. Kollegiya mülki işin araşdırılmış hallarına əsaslanmaqla baxılan mübahisə üzrə kəsici müddətin də keçdiyini müəyyən etmişdir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı1 hazırki tələbinin mübahisə edilən əqd olması, izahatında qeyd etdiyi kimi, mübahisə edilən alqı-satqı müqaviləsindən 2021-ci ilin noyabr ayında (iddiaçı iddia ərizəsində də bunu özü qeyd edir) onun məlumatlı olması əsas götürülərsə belə, iş materiallarından aydın olur ki, iddia ərizəsi Şərur Rayon Məhkəməsinin icraatına 05 sentyabr 2024-cü ildə daxil olub və bu da hazırki tələb üzrə 1 illik müddətin keçməsi ilə nəticələnib. Nəzərə alınmalıdır ki, kəsici müddətlər qanunla birbaşa nəz ərdə tutulan hallar istisna olmaqla kəsilə və dayandırıla bilməz. Yəni iddiaçının hüquqlarının pozulduğunu iddia etdiyi müddətdən etibarən yuxarıda qeyd olunan tələblərlə məhkəmələrə müraciət etməsi bu müddətin kəsilməsi və ya dayandırılmasına səbəb olmamışdır.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 354.2, 390, 405, 407-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına və Mülki əsaslandırmışdır. Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etməklə Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-55/2025 nömrəli, 05 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bu səbəbdən apellyasiya baxışının predmetini qətnamənin büt övlükdə yoxlanılması təşkil etməli olduğu halda məhkəmə kollegiyası qanunvericiliyin tələbələrinə zidd olaraq qətnaməni yalnız apelyatora münasibətdə yoxlamaqla bütövlükdə yoxlamamışdır. Daha sonra qeyd olunmuşdur ki, Şərur rayonu, Dərəkəndkəndində yerləşən 0.8537 ha yaşayış sahəsi birgə nikah dövründə əldə edilmişdir. Lakin onun razılığı və məlumatı olmadan həmin torpaq sahəsi satılmışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən qeyd olunan əmlak birgə nikah dövründə əldə olunduğundan onun da həmin torpaq üzərində pay hüqum vardır. Eyni zamanda məhkəmə tərəfindən oğlu İddiaçı2 yerinə necə və kimlər tərəfindən imza çəkilməsi araşdırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh3 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilmə məsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

33. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

34. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

35. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur..

36. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

37. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydad a imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında şərh olunur ki, “Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında Mülki Məcəllənin məhz göstərilən normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyi l, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğ ulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağ lı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instan siyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. İddiaçı1 kassasiya ş ikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, İddiaçı1 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblə rini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

50. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdeh2 da bu hüququndan istifadə edərək, mübahisəli torpaq sahəsini xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. İşə əlavə edilmiş 01 iyul 2010-cu il tarixli etibarnamənin surəti ilə müəyyən olunmuşdur ki, həmin etibarnamə əsasında mülkiyyətçi Cavabdeh2 tərəfindən bütün səlahiyyətlər X14 (Mikayılın qardaşı) ötürülmüş, xx.xx.2010-cu il tarixdə Sə dərək rayon DNK-da alqı-satqı müqaviləsi bağlanarkən də Cavabdeh2 Qafar Əliyev təmsil etmişdir. Bu müqavilə əsasında isə xx.xx.2010-cu il tarixdə torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Tədqiq olunmuş sübutlar onu deməyə əsas verir ki, həmin müqavilə rəsmiləşdirilərkən qanunvericiliyin hər hansı tələbləri pozulmamış, Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Çıxarış bu müddət ərzində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, İddiaçı1 mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmasına zahirən razılığı olmasa belə, onun həmin müqavilədən xəbərdar olmasına və bəyənməsinə dəlalət edən uzunmüddətli hərəkətsizliyi mövcud olmuşdur.

51. Apellyasiya instansiyası məhkəməsi eyn i zamanda qeyd etmişdir ki, iddiaçı iddia etdiyi həmin halların mübahisəli torpağın alqı-satqısından 12 ilə yaxın müddətin keçməsindən sonra bundan xəbər tutmasını ağlabatan qəbul etmir. İddiaçının özünün də dediyi kimi bu müddət ərzində mütəmadi olaraq həmin kəndə gedib-gəlməsi və belə olan halda uzun illər yaşadığı evin də yerləşdiyi torpaq sahəsinin satılmasından və faktiki olaraq başqa şəxs tərəfindən istifadə olunmasından xəbərsiz olması inandırıcı sayıla bilməz.

52. Apellyasiya instansiyası məhkəməsi, mülki işin araşdırılmış hallarına əsaslanmaqla baxılan mübahisə üzrə kəsici müddətin də keçdiyini müəyyən etmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 hazırkı tələbinin mübahisə edilən əqd olması, izahatında qeyd etdiyi kimi, mübahisə edilən alqı-satqı m üqaviləsindən 2021-ci ilin noyabr ayında (iddiaçı iddia ərizəsində də bunu özü qeyd edir) onun məlumatlı olması əsas götürülərsə belə, iş materiallarından aydın olur ki, iddia ərizəsi Şərur Rayon Məhkəməsinin icraatına 05 sentyabr 2024-cü ildə daxil olub və bu da hazırki tələb üzrə 1 illik müddətin keçməsi ilə nəticələnib.

54. Nəzərə alınmalıdır ki, kəsici müddətlər qanunla birbaşa nəzərdə tutulan hallar istisna olmaqla kəsilə və dayandırıla bilməz. Yəni iddiaçının hüquqlarının pozulduğunu iddia etdiyi müddətdən etibarən yuxarıda qeyd olunan tələblərlə məhkəməyə müraciət etməsi, bu müddətin kəsilməsi və ya dayandırılmasına səbəb olmamışdır.

55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, İddiaçı1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhk əməsi Mülki kollegiyasının 5 may 2025ci il tarixli, 2(108)-55/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar