Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2668/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxslər X4, X7, Həsənova (Quliyeva) İradə Məzahir qız, X2 cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin geri qaytarılması, məhkəmə sənədlərinin tərəfə rəsmi qaydada təqdim ediməsi (çatdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kol legiyasının 2(103)-2141/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxslər X1, X5, Həsənova (Quliyeva) İradə Məzahir qızının, X2 cəlb edilməklə) – Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.08.2016-cı il tarixli qətnaməsi ilə miras qoyan bibisi X3 bütün mövcud mirasının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Lalə Rəhimli) 2(011)- 637/2020 saylı, 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qız birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Azad İmanov sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 2(103)-2141/2021 saylı 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Fuad Talışinski) 03 mart 2021-ci il tarix li qərardadı ilə kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan qəbzdən görünür ki, 15.03.2021-ci il tarixdə cavabdehin bacısı Cavabdeh1 Cavabdeh2 təqdim edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 fevral 2021-ci il tarixli qətnaməsinin surəti tərəfindən imza edilməkə qəbul edilmişdir. Qətnamədən şikayət verilməsi tarixi məhz 15.03.2021-ci il vaxtdan hesablanmalıdır. Cavabdeh2 qeyd edilən qətnamədən prosessual qanunvericiliyin tələblərinə görə 2 ay müddətində, yəni 15 may 2021-ci il tarixə kimi kassasiya şikayəti verə bilərdi. İş materiallarından görünür ki, Cavabdeh2 kassasiya şikayətini 18.01.2022-ci il tarixdə elektron qaydada təqdim edilmiş və bununla da sonuncu t ərəfindən qanunla müəyyən edilən 2 aylıq müddət ötürülmüş və prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz qərardad qəbul edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə istinad edərək qeyd etmişdir qətnamənin surəti cavabdeh İ.Mədətocaya çatdırması üçün bacısı Cavabdeh1 vermişdir. Bu da qətnamənin surətinin ona rəsmi qaydada çatdırılmış hesab olunması üçün kifayət sayılır. Mülki Proosessual Məcəllənin 135.3-cü maddəsində tərəflə bir ünvanda yaşayan ailə üzvünə çatdırılmadan söhbət gedir. Onunla bacısı isə fərqli fərqli ünvanlarda yaşayırlar. Bu məhkəməyə də bəlli idi. Belə ki, bildirişlər göndərilən zaman yaşadıqları ünvanlara göndərilmiş, həmin bildirişlər də bacısı ilə ayrı-ayrı ünvanlarda yaşamaları qeyd olunmuşdur. Bacısı Cavabdeh1 ünvanı ünvan 1 N.Rəfiyev küçəsi, məhəllə 1171 ev 25 a, mənzil 151-dir. Göründüyü kimi onlar fərqli ünvanlarda yaşayırlar. Bacısı qətnamənin surətini ona çatdırmamışdır, belə bir faktın olması barədə məhkəməyə də məlumat verməmişdir. Qətnamənin surətinin çatdırması üçün bacısına verilməsi onun kassasiya şikayəti vermək hüququnu məhdudlaşdıra bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etira z daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən Cavabdeh2 qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 405.0.1. Apellyasiya instan siyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərin i ünvan sahibinə verməlidir. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403 -1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiya məhkəməsi cavabdeh İ. Mədətovanın kassasiya şikayətini geri qaytararkən onun bacısı - iş üzrə digər Cavabdeh1 tərəfindən qətnamənin surətinin Cavabdeh2 təhvil vermək üçün məhkəmə qəbzinə imza etməklə alındığını, həmin vaxtdan da müddətin axımının başlandığını və bununla da cavabdehin qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürülməsi qənaətinə gəlmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, işdən müyyən edildiyi kimi Cavabdeh2 rəsmi qeydiyyat ünvanı Bakı şəhəri, N.Rəfiyev küçəsi, məhəllə 1171 ev 25 a, mənzil 151, digər Cavabdeh1 rəsmi qeydiyyat ünvanı isə ünvan 4 yaşayırlar. İş materiallarında Cavabdeh2 məhkəmə qətnaməsinin onun ünvanına göndərilməsini, yaxud bacısı Kamiila Quliyeva tərəfindən ona çatdırıliması və bu barədə məhkəməyə məluma t verməsini təsdiq edəcək poçt reyestri, poçt xəbərnaməsi, qəbz, yaxud da hər hansı digər sənəd yoxdur. Belə olan halda qətnamənin Cavabdeh2 göndərilməsi və onun tərəfindən alınması müəyyən edilmir. Qətnamənin Cavabdeh2 ailə üzvü olan bacısı – iş üzrə digər Cavabdeh1 tərəfindən məhkəmə qəbzinə imza etməklə bacısına təqdim etmək üçün alması ilə bağlı məhkəmənin mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından Cavabdeh1 digər cavabdeh İ. Mədətovanın bir ünvanda yaşamaqla ailə üzvü olması və ya onu təmsil etməsi, yaxud sonuncunun adından Cavabdeh1 məhkəmə qətnaməsini alınması üçün səlahiyyətin verilməsi müəyyən edilmir. Cavabdeh1 və Mədətova prosesin ayrı-ayrı iştirakçılarıdır və bir-birini təmsil etmək, bir-birinin adından hərəkət etmək səlahiyyətləri olmamışdır. Digər tərəf dən Cavabdeh1 qətnamənin surətinin bacısına çatdırması, məhkəmənin tapşırığının yerinə yetirməsi, tapşırığın icra olunmasına dair məhkəməyə xəbər verməsi haqqında da işdə heç bir sənəd yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qərardad ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə madd i və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2141/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2668/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2668/2022
25.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver