Məhkəmə qərarları › İş №2(102)-2669/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2669/2021

24.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2669/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxxxxxx oğlunun cavabdehlər Cavabdeh1 və Qusar Rayon Notariat Kontoruna qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın faktiki qəbulu, mirasın qəbulu müddətinin uzadılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tər kibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı xxxxxxxxx oğlunun, onun vəkili X8, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2471/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı xxxxxxxxxxxoğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyul 1998-ci il tarixli 10/5 saylı qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) anası X1 adına Qusar rayonunun Urva kənd ərazisindən 0,30 hektar həyətyanı torpaq sahəsi verilmiş, torpağın mülkiyyətə verilməsinə dair 27 noyabr 2003-cü il tarixli, JN-335a KOD seriyalı 30121018 saylı şəhadətnamə il ə mülkiyyət hüquqları müəyyən edilmiş və həmin torpaq sahəsində ümumi sahəsi 65.4 kv.metr olan iki mərtəbəli ev inşa edilmişdir. X7 09 oktyabr 1996-cı il tarixdə tərtib etdiyi vəsiyyətnamə ilə bütün əmlakını, o cümlədən Qusar rayonunun Urva kəndində yerləşən yaşayış evini nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. X7 16 dekabr 2006-cı il tarixdə vəfat etmişdir. Cavabdeh1 05 noyabr 2014-cü il tarixdə Qusar Rayon Notariat Kontorunda miras əmlakın 1/2 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, miras kütləsinin yerdə qalan 1/2 hissəsi məcburi payın verilməsi üçün açıq saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 (bundan sonra - cavabdeh) və Qusar Rayon Notariat Kontoruna (bundan sonra – Notariat Kontoru ) qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına Notariat Kontoru tərəfindən verilmiş 05 noyabr 2014-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən verilmiş 14 noyabr 2014-cü il tarixli, ******* saylı çıxarışın ləğvi, mirası qəbul etmə faktının, mirasdan payların müəyyən edilməsi, buraxılmış iddia müddətinin üzrlü hesab edilərək bərpa edilməsi və adına miras əmlakın 1/2 hissəsinə vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 il miras kütləsinə daxil olan evdə yaşamış, üç uşağı həmin evdə anadan olmuşdur. Anası öləndən sonra faktiki olaraq miras əmlaka sahiblik etməyə başlamışdır. Hal-hazırda ayrıca təsərrüfat qurub ailəsi ilə Urva kəndində yaşamaqlarına baxmayaraq evin və torpaq sahəsinin vergilərini də özü ödəmişdir. Anası öldükdən sonra vərəsələr olaraq X2, X4, X5, X6 və X3 qalmışlar. Bütün vərəsələr mirasın qəbulundan onun xeyrinə imtina etmişlər. 07 avqust 2018-ci il tarixdə vərəsəlik haqqında şəhadətnamə almaq məqsədi ilə Notariat Kontoruna müraciət etmişdir. Notariat Kontoruna edilmiş vəkil sorğusuna 02 noyabr 2018-ci il tarixli məktubla bildirilmişdir ki, 05 noyabr 2014-cü il tarixində cavabdehin adına vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Miras əmlaka dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin əsli onda olan halda hansı hüquqverici sənədə əsaslanaraq onun adına vəsiyyət namə üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi şübhə altında qalır. Faktiki olaraq vəkil sorğusundan sonra vəsiyyətnamənin mövcud olması barədə məlumat almışdır. Vəsiyyətnaməyə baxış keçirərkən məlum olmuşdur ki, vəsiyyətnamə mərhum anası tərəfindən deyil, başqa bir şəxs tərəfindən imzalanmışdır. Mərhum anası uşaqları ilə məsləhətləşməmiş heç bir məsələni müstəqil həll etmirdi. Hal-hazırda cavabdeh bütün miras əmlakdan istifadə edərək vərəsələrin qanunla qorunan hüquqlarını pozur. Notariat Kontoru 04 aprel 2019-cu il tarixli, 223 saylı məktubu ilə miras qalmış əmlakın ½ hissəsinə mirasın qəbul edilməsinə dair müddət buraxıldığı üçün vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Vaxtında vərəsəlik hüququ ilə bağlı müraciət etməməsinin səbəbi hüquqi savadsızlığı ilə əlaqəda r olmuşdur. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(029)718/2010 nömrəli iş üzrə 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) iddia qismən təmin edilərək, X1 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və həmin əmlaklara dair iddiaçının vərəsəlik hüququnun tanınması, iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən miras əmlak kimi anasından qalan əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzrlü sayılmalıdır. Belə ki, iddiaçının hüquqi savadı yoxdur və buna görə də, onun Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən mirası müvafiq müddət ərzində qəbul edilməli olduğunu bilməməsi mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mirasın qəbul edilməsi müddəti ötürülmənin səbəbləri üzrlü sayılmaqla uzadılmalı və iddiaçının həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1159.1, 1159.1.1, 1243.1, 1246, 1248.1, 1252, 1255-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdehin apellyasiya şikayəti onunla əsaslandı rımışdır ki, miras əmlak ona vəsiyyət edilmişdir. Nənəsinin ölümündən sonra da əmlakı bütövlükdə faktiki olaraq o qəbul etmişdir. Məhkəmə mirasın qəbulu müddətinin keçməsini, iddiaçının miras əmlakı heç vaxt faktiki qəbul etmədiyini nəzərə almamışdır. Bundan başqa, məhkəmə maddi hüquq normalarını səhv tətbiq etmişdir. Belə ki, mübahisəyə vəsiyyətnamə verilən vaxt qüvvədə olan Mülki Məcəllənin (1964-cü il redaksiyası) normaları (527, 537 və 538-ci maddələr) tətbiq edilməli idi. Həmin normaların tətbiqi iddiaçının miras əmlakda məcburi pay hüququnun olmasını istisna edir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-342/2020 nömrəli iş üzrə 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və mər uzəçi), A.Abbasov və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin hallarını düzgün qiymətləndirmiş, nəticədə iş üzrə obyektiv və ədalətli qərar qəbul etmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, miras əmlak onun qonşuluğunda yerləşir. Cavabdeh isə Bakı şəhərində yaşayır. Evin və torpaq sahəsinin qorunub saxlanması daimi diqqət və qayğı tələb edir. Bakı şəhərində yaşayan cavabdehin belə bir imkanının olması ağlabatan deyildir. Əksinə, anasından miras qalmış, özünün də iddia etdiyi əmlakı idarə etm əsi, qoruyub saxlaması iddiaçının öz maraqları baxımından mötəbər dəlildir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı əslində mirası faktiki vaxtında qəbul etmişdir, lakin notariat orqanına vaxtında müraciət etməmişdir. Mübahisəyə miras əmlaka vəsiyyətnamə verildiyi vaxt qüvvədə olmuş Mülki Məcəllənin normalarının tətbiq edilməli olması barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə bununla bağlı qeyd etmişdir ki, miras 16 dekabr 2006-cı il tarixdə açıldığından, mübahisə hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən həll olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1146, 1166, 1179.1, 1193, 1243.1-1243.3, 1246-cı, MPM-in 14.2, 77.1, 80-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh ka ssasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3109/2020 nömrəli iş üzrə 29 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), M.Əhmədova və E.Vəliyeva) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericilikdə mirasın faktiki qəbul edilməsi və mirasın qəbul etmə müddətinin uzadılması institutları fərqlidir. İddiaçı iddia tələbində Mülki Məcəllənin 1243.2-ci maddəsinə istinad e dərək, anasından qalmış mirası qəbul etmə faktının müəyyən olunmasını xahiş etsə də, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq, irəli sürülməyən tələbə hüquqi qiymət vermiş və Mülki Məcəllənin 1248.1-ci maddəsinə istinad etməklə, onun miras əmlakın qəbul edilməsi üçün müəyyən olunmuş müddətin uzadılmasına dair qətnamə qəbul etmişdir. Yəni iddiaçı miras əmlakı vaxtında qəbul etdiyini iddia etsə də, məhkəmə onun müddəti buraxması qənaətinə gəlmiş və bunu üzrlü saymışdır. Apellyasiya instasiyası məhkəməsi isə bu hallara hüquqi qiymət verməmiş, iddiaçının mirası faktiki qəbul etməsi qənaətinə gəlsə də, birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd olunan nəticəyə gələrkən, hər hansı s übuta istinad etməmiş, ümumi mülahizələrlə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi özü göstərmişdir ki, iddiaçı miras əmlakda deyil, onun qonşuluğunda yaşayır. Belə olan halda, iddiaçının mirası faktiki qəbul etməsinin hansı sübutlarla təsdiq edildiyi iş materiallarından müəyyən olunmur. Kassasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh 05 noyabr 2014-cü il tarixdə miras əmlakın yalnız 1/2 hissəsində misas hüquqlarını rəsmiləşdirmiş, miras kütləsinin yerdə qalan hissəsi məcburi payın verilməsi üçün açıq saxlanılmışdır. Lakin məhkəmə qətnaməsi ilə iddiaçının əmlakın hansı hissəsinə vərəsəlik hüququnun tanınması qeyd olunmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsin in 2(105)-2471/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – X1 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və həmin əmlaklara dair iddiaçının vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəl mişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və digər müvafiq hüquqi aktları tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə mövqeyini Mülki Məcəllənin 1243.1-1243.3, 1246, 1248.1-cı, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X15) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmiş, işin faktiki hallarını araşdırmamış, gəldiyi nəticənin işin hallarına uyğunluğunu yoxlamamış, iddia tələbi üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparmamışdır. Kassator göstərmişdir ki, 2006-cı ildə anası vəfat etdikdə, o və ailəsi mübahisəli evdə yaşamışlar. Yas mərasiminin xərcini özü çəkmişdir, miras əmlakdan 2 ədəd xalça və bir çarpayı ona verilmişdir. 2016-cı ilə kimi miras əmlakı faktiki qəbul etməklə orada yaşamışdır. Həmin ildə miras əmlakla qonşuluqda ev inşa edərək ora köçməsinə baxmayaraq miras əmlakın ½ hissəsinə sahiblik etmişdir. Faktın doğruluğu Qusar rayon Urva kənd üzrə Nümayədəliyinin 18.09.2018-ci il tarixli arayışı ilə təsdiq ol unur. Lakin məhkəmə qeyd olunmuş hala münasibət bildirməmişdir. Kassasiya şikayətinin əsası kimi MPM-nin 14.1, Mülki Məcəllənin 1243.2, 1248.1, 1255, 1257.1-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazında cavabdeh qeyd etmişdir ki, X7 1996-cı ildə bütün əmlakını ona vəsiyyət etməklə digər qanun üzrə vərəsələri miras əmlakdan məhrum etmişdir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mülki Məcəllənin (1964-cü il tarixli redaksiyası) müddəalarına əsasən iddiaçının məcburi paya sahib olmasına yol verilmir. İddiaçının qeyd olunan vərəsəliyə dair subyektiv hüququ yoxdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı işt irakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehin və üçüncü şəxsin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418. 3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.1) Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1). Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar (maddə 1159.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir( maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıd ır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Kollegiya nəzərə alır ki, iddiaçı özü 16.09.2020-ci il tarixli apellyasiya baxışı iclasında mirası qəbul etmək üçün vaxtında müraciət etmədiyini təsdiq etmiş, bunu hüquqi savadsızlığı ilə izah etmiş, həmçinin mübahisəli əmlakda 29 il – 1965-ci ildən 1995-ci ilədək yaşadığını bildirmişdir. İşə baxmış məhkəmələr iddiaçının mirası faktiki qəbul etməsinin hansı sübutlarla təsdiq edildiyinin iş materiallarından müəyyən olunmadığı barədə qənaətə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelllyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xoğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2471/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar