Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2670/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1729/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı tərəfindən iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1729/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti xx.xx.2021-ci il tarixdə verilmişdir. Kassasiya şikayəti öyrənilərkən müəyyən olundu ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın 2(105)-1729/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsini xx.xx.2020-ci il tarixdə qəbzə imza etməklə qəbul edilmişdir. Göründüyü kimi, iş materiallarında İddiaçı tərəfindən qətnamənin xx.xx.2020-ci il tarixdə qəbzə imza etməklə alması barədə sübutlar olduğu halda, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətinin ötürülüb-ötürülməməsi müzakirə edilmədən apelyasiya məhkəməsi kassasiya şikayəti baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in - 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iş tirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. - 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. - 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. - 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. - 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. - 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxl amadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. - 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, kassasiya şikayətinin qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət çərçivəsində verilib-verilməməsi müzakirə edilmədən və işdə qətnamənin iddiaçı tərəfindən alınması barədə sübutlara ətraflı qiymət verilmədən kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsi MPM-nin yuxarıda göstərilən tələblərinə uyğun olmamışdır. Kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 405, 407, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1729/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2670/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2670/2021
17.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver