Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2671/2025 18.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: miras payın müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-408/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 sentyabr tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qusa r Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-127/2006-cı il saylı qətnaməsi ilə Bəyazəddin və Səfiyyə Hacıbəyovlardan miras qalmış Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi üzərində X1 payının 1/3 hissədə müəyyən edilməsi və yaşayış evi və həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin onun adına rəsmiləşdirilməsinin Reyestr Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılması qeyd edilmişdir.
2. X14 Hacıbəyovanın birgə nikahında üç övladları, İddiaçı, X10 və X6 doğulmuşdur. Cavabdeh X1 övladı olmaqla, onun vərəsəsidir. “Ölüm haqqında” Şəhadətnamələrə əsasən, X9 25 avqust 1989-cu il tarixdə, X11 26 fevral 2001-ci il tarixdə, X10 03 iyun 2006-cı il tarixdə, X6 isə 30 aprel 2013-cü il tarixdə ölmüşlər. 3. 07.06.2023-cü il tarixli dövlət r eyestrdən Çıxarışa əsasən, Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən 0.33 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 və həmin torpaq sahəsinin üzərində yerləşən 102.7 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X5 miras kütləsinə daxil olan, Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evinə və mərhum anası Səfiyə Hacıbəyovanın miras kütləsinə daxil olan, həmin evin yerləşdiyi 0.33 ha torpaq sahəsinə dair miras payının ayrılaraq mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əvvəllər Bakı şəhərində yaşasa da, uzun müddətdir ki, Qusar rayonu, Köhnə Xudat kəndindəki ata yurduna, yəni mərhum atasının yuxarıda göstərdiyi evinə köçmüşdür, hazırda da həmin evdə yaşayır. Göründüyü kimi, onun miras qoyan mərhum Bəyazəddin Hacıbəyov və Səfiyə Hacıbəyovanın mirasını qəbul etmək üçün subyektiv vərəsəlik hüququ vardır, həmçinin həmin mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir və ona görə də, həmin miras əmlaklara dair miras payı ayrılaraq mülkiyyətinə verilməlidir.
6. Qusar Rayon Məhkəməsinin 2(029)-678/2024 saylı, 14 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilmiş, X5 miras kütləsinə daxil olan, Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evinə və Səfiyə Hacıbəyovanın miras kütləsinə daxil olan, həmin evin yerləşdiyi 0.33 ha torpaq sahəsinə dair 1/3 hissədə miras payının ayrılaraq iddiaçının mülkiyyətinə verilməsi qət edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd etmişdir ki, X5 miras kütləsinə daxil olan, Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evinə və Səfiyə Hacıbəyovanın miras kütləsinə daxil olan, həmin evin yerləşdiyi 0.33 ha torpaq sahəsinə dair 1/3 hissədə miras payın ayrılaraq iddiaçı X1 mülkiyyətinə verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir ki, Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən Bəyazəddin və Səfiyyə Hacıbəyovlardan miras qalmış yaşayış evində və 0.25 ha torpaq sahəsində payının 1/3 hissədə müəyyən edilməsi və həmin yaşayış evinin və həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin X1 adına rəsmiləşdirilməsi DƏDRX-nın Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılması qeyd edilmişdir. Hazırkı halda da birinci instansiya məhkəməsi qeyd olunan qətnaməyə istinad edərək qeyd etmişdir ki, iddiaçının sözü gedən əmlaklara vərəsəlik hüququ tanınmalı və onun həmin əmlaklarda payı müəyyən edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1, 1151.2, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1274, 1276, 1281, 1291-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəm əsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan Qusar Rayon Məhkəməsinin 127/2006-cı nömrəli qətnaməsində torpaq sahəsinin 0,25 ha olması qeyd olunsa da, məhkəmə iddiaçının payını 0,33 ha torpaq sahəsinin 1/3 hissəsində tanımışdır, bundan başqa məhkəmə iddiaçının payının ümumi paydan ayrılması məsələsini həll edərkən bunun naturada ayrılmasının mümkün olub-olmaması məqsədi ilə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Halbuki hər bir payçı-vərəsə miras əmlaka münasibətdə eyni hüquqlara malikdir və bir mülkiyyətçinin digər mülkiyyətçidən üstün hüququ yoxdur. Buradan belə aydın olur ki, məhkəmə qəbul etdiyi qətnamə ilə əslində tərəflər arasında olan problemi həll etməmiş, əksinə bu problemin yaranmasına zəmin olmuş sahəsinin ümumi ölçüsü ilə bağlı qanun qüvvəsini almış məhkəmə qətnaməsində göstərilən sahə ilə qarşı tərəfin məhkəməyə təqdim etdiyi çıxarışda göstərilən sahə arasında fərq vardır, əgər 0,33 ha torpaq sahəsinin olması qeyd olunursa, məhkəmə bu ziddiyyətə və uyğunsuzluğa aydınlıq gətirmək üçün həmin ərazi üzrə mütəxəssis rəyi almalı və torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etməli idi. Bu halda 1/3 pay bölgüsü hər bir vərəsəyə 0,25–dan deyil, 0,33 ha torpaq sahəsindən aparılmalıdır. Digər tərəfdən iddiaçının iddia etdiyi 1/3 hissəsinin ümumi paydan ayrılmasının mümkün olubolmaması yalnız məhkəmə–tikinti ekspertizasının verəcəyi rəylə müəyyən oluna bilər, lakin məhkəmə bu xüsusatları araşdırmadan iş üzrə mübahisəyə birtərəfli və qeyri-obyektiv qiymət vermişdir.Bundan başqa işdə olan sənədlərə əsasən, mərhum nənələri Səfiyyə Hacıbəyova qeyd olunan evi və həyətyanı torpaq sahəsini onun anası X2 vəsiyyət etmiş və o, nənəsi ilə bir yerdə həmin evdə yaşamış və onun qulluğunda durmuşdur, miras qoyanların vəfatından sonra miras əmlak faktiki olaraq onların istifadəsində olmuş, iddiaçı son vaxtlar bu evə yığışmışdır. Lakin hazırda o, yeni tarixlə 2023-cü ildə torpağa və evə dair çıxarış almaqla hazırki iddianı qaldırmışdır, iddiaçının torpağın və evin hansı hissəsinin ona ayrılmasını iddia etməsi iddia tələbindən aydın olmur və bu isə həmin qətnamənin qanunsuz olmasına dəlalət edən əsas hallardan biridir. Məhkəmə iddia tələbi ilə bağlı xüsusatlara obyektiv qiymət verilməsi ilə bağlı torpaq sahəsinin faktiki ölçüsünü müəyyən etmək üçün mütəxəssis rəyini almamış, AR DƏDRX–nin Qusar ərazi idarəsindən çıxarışın verilməsinə əsas olmuş sənədləri tələb etməmiş və 1/3 payın ayrılmasının mümkün olub-olmaması ilə bağlı ekspertiza keçirməmişdir və bununla da AR MPM-in 77-88-ci maddələrinin tələblərini pozmuşdur.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-408/2025 nömrəli iş üzrə, 30 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Rəhimli (sədrlik edən, məruzəçi), A.Süleymanova və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, xx.xx.2007-ci il tarixli Qusar Rayon Məhkəməsinin qətnaməsinə əsasən, məhkəmə Səfiyə Hacıbəy ovanın vəsiyyətnaməsini nəzərə almadan, İddiaçı, X10 və X3 bərabər pay hüquqlu birinci növbəli vərəsə kimi tanıyaraq, Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən Bəyazəddin və Səfiyyə Hacıbəyovlardan miras qalmış yaşayış evində və 0,25 ha torpaq sahəsində X1 payını evin və torpaq sahəsinin 1/3 hissəsi həcmində müəyyən etmişdir.
13. Digər tərəfdən, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda xüsusi mülkiyyət hüququ üzrə X8 məxsus olan Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən torpaq sahəsinin ölçüsü 0,33 ha göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq miras kütləsinə daxil olan Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.33 ha torpaq sahəsinə dair 1/3 hi ssədə iddiaçının miras payını müəyyən etmişdir.
14. Həmçinin iddianın məzmunundan və əsaslandırma hissəsindən məlum olur ki, iddiaçının tələbi miras payın naturada ayrılması deyil, sözügedən əmlaka vərəsəlik hüququnun tanınması və onun payının müəyyən edilməsindən ibarətdir. Qanunvericilik normalarına və işin xüsusatlarına əsasən, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1, 1151.2, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1274, 1291-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə ə saslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (vəkil- Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin 127/2006-cı nömrəli qanuni qüvvəyə minmiş qətnaməsində mübahisə predmeti olan torpaq sahəsinin 0,25 ha olması qeyd olunmasına baxmayaraq məhkəmə iddiaçının payını 0,33 ha torpaq sahəsinin 1/3 hissəsində tanımışdır. Bundan başqa məhkəmə iddiaçının payının ümumi paydan ayrılması məsələsini həll edərkən bunun naturada ayrılmasının mümkün olub-olmaması məqsədi ilə eksper tiza təyin etməli olduğu halda bunu etməmişdir. Halbuki hər bir payçı-vərəsə miras əmlaka münasibətdə eyni hüquqlara malikdir və bir mülkiyyətçinin digər mülkiyyətçidən üstün hüququ yoxdur. Məhkəmə qəbul etdiyi qətnamə ilə əslində tərəflər arasında olan problemi həll etməmiş, əksinə bu problemin yaranmasına zəmin olmuş sahənin ümumi ölçüsü ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsində göstərilən sahə ilə qarşı tərəfin məhkəməyə təqdim etdiyi çıxarışda göstərilən sahə arasında fərq vardır, əgər 0,33 ha torpaq sahəsinin olması qeyd olunursa, məhkəmə bu ziddiyyətə və uyğunsuzluğa aydınlıq gətirmək üçün həmin ərazi üzrə mütəxəssis rəyi almalı və torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etməli idi. Bu halda 1/3 pay bölgüsü hər bir vərəsəyə 0,25–dan deyil, 0,33 ha torpaq sahəsindən aparılmalıdır. Digər tərəfdən iddiaçının iddia etdiyi 1/3 hissəsinin ümumi paydan ayrılmasının mümkün olub-olmaması yalnız məhkəmə–tikinti ekspertizasının verəcəyi rəylə müəyyən oluna bilər, lakin məhkəmə bu xüsusatları araşdırmadan iş üzrə mübahisəyə birtərəfli və qeyri-obyektiv qiymət vermişdir. Mərhum nənə Səfiyyə Hacıbəyova qeyd olunan evi və həyətyanı torpaq sahəsini cavabdehin anası X2 vəsiyyət etmiş və o, nənəsi ilə bir yerdə həmin evdə yaşamış və onun qulluğunda durmuşdur, miras qoyanların vəfatından sonra miras əmlak faktiki olaraq onların istifadəsində olmuş, iddiaçı son vaxtlar bu evə yığışmışdır, lakin hazırda o, yeni tarixlə 2023-cü ildə torpağa və evə dair çıxarış almaqla hazırki iddianı qaldırmışdır, iddiaçının torpağın və evin hansı hissəsinin ona ayrılmasını iddia etməsi iddia tələbindən aydın olmur və bu isə həmin qətnamənin qanunsuz olmasına dəlalət edən əsas hallardan biridir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
20. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
21. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil dir.
22. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
23. Maddə 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
24. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
25. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
26. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
27. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
28. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mö vqeyi
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
38. Belə ki, apellyasiya instansi yası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən, məhkəmə Səfiyə Hacıbəyovanın vəsiyyətnaməsini nəzərə almadan, İddiaçı, X10 və X3 bərabər pay hüquqlu birinci növbəli vərəsə kimi tanıyaraq, Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən Bəyazəddin və Səfiyyə Hacıbəyovlardan miras qalmış yaşayış evində və 0,25 ha torpaq sahəsində X1 payını evin və torpaq sahəsinin 1/3 hissəsi həcmində müəyyən etmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda xüsusi mülkiyyət hüququ üzrə X8 məxsus olan Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən torpaq sahəsinin ölçüsü 0,33 ha göstərilmişdir. Belə olan halda mirasın kütləsinə daxil olan Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evində və evin yerləşdiyi 0.33 ha torpaq sahəsində iddiaçının payını 1/3 hissədə müəyyən etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
40. Həmçinin iddianın məzmunundan və onun əsaslandırma hissəsindən görünür ki, iddiaçının tələbi miras payın naturada ayrılması deyil, sözügedən əmlaka vərəsəlik hüququnun tanınması və onun payının müəyyən edilməsindən ibarətdir. Yuxarıda sadalanan qanunvericilik normalarına və işin hallarına görə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhk əməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 30 aprel 2025-ci il tarixli, 2(105)-408/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.