Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2673/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2673/22 Açar sözlər: əqdin etibarsızlığı, əqdin təmsilçi vasitəsilə bağlanması Bakı şəhəri, 23 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğvi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9418/2021 nömr əli mülki iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X2 İddiaçı (bundan sonra – iddiaçı) anası olmaqla, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil (bundan sonra – mübahisə predmeti olan mənzil) xx.xx.2017-ci il tarixdə tam, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi (bundan sonra – mübahisə predmeti olan ev) isə xx.xx.2019-cu il tarixdə 1 otaqda paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir.
2. X2 Cavabdeh2 (bundan sonra – birinci cavabdeh) adına verdiyi 27 noyabr 2018-ci il tarixli etibarnamə ilə üç il müddətinə harada yerlə şməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ipoteka (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadət naməni almağı və s. hərəkətlər etməyi sonuncuya etibar etmişdir.
3. İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət edərək, anasına məxsus mübahisə predmeti olan mənzilin satılmasına razılıq vermişdir.
4. Mübahisə predmeti olan mənzilə dair həmin notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli ilkin satış müqaviləsinə əsasən, X1 adından etibarnamə əsasında çıxış edən birinci cavabdeh mənzili qızı olan digər Cavabdeh1 (bundan sonra – ikinci cavabdeh) satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 70.000 manat müəyyən edilməklə, alıcı həmin məbləğin 3 0.000 manatını bu müqavilənin qüvvəyə mindiyi tarixdə satıcıya notariusun depozit hesabı vasitəsilə ödəməyi, qalan 40.000 manatı isə 3 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. 5. xx.xx.2020-ci il tarixdə ikin satış müqaviləsinin tərəfləri arasında mənzilə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, X1 adından etibarnamə əsasında birinci cavabdeh mənzili ikinci cavabdehə 70.000 manata satmış, mənzilin satış dəyərindən 30.000 manat xx.xx.2019-cu il tarixli ilkin müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə, 20.000 manat isə xx.xx.2019-cu il tarixdə notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə satıcıya ödənilmişdir. Qalan 20.000 manatı isə alıcının alqı-satqı zamanı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməsi nəzərdə tutulmuşdur.
6. Eyni notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X1 adından etibarnamə əsasında ikinci cavabdeh mübahisə predmeti olan evin 1 otağını 130.000 manata ikinci cavabdehə satmış və daşınmaz əmlakın dövlət reystrində sonuncunun adına qeydiyyatdan keçmişdir.
7. X2 xx.xx.2020-ci il tarixli ərizə ilə Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə ikinci cavabdehin adına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmişdir.
8. X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan mənzilə və fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil və ev anasına məxsus olmuşdur və o, həmin mənzildə yaşayır. 2018-ci ilin sonlarında mənzili ona bağışlamaq məqsədi ilə anası notariat kontoruna müraciət etmiş, həmin kontorda la zım olan sənədlər barədə məlumat verildikdə həm yaşının çox olması, həm də ağır xəstə olması səbəbindən bu işin öhdəsindən gələ bilməyəcəyi üçün tanışları mənzil alqı-satqısı ilə məşğul olan birinci cavabdehdən bununla bağlı ona kömək etməsini xahiş etmiş və sonuncu razılıq verdiyi üçün xx.xx.2018-ci il tarixdə 46 saylı notariat ofisində onun adına etibarnamə vermişdir. Bir müddət sonra xx.xx.2018-ci il tarixdə 1-ci cavabdeh anasının şəxsiyyət vəsiqəsini və mənzilə dair dövlət reyestrindən çıxarışı almış və iddiaçıya növbəti gün notariat ofisinə getməsini tapşırmışdır. xx.xx.2018-ci il tarixdə iddiaçı həmin notariat ofisinə gedərək, 1-ci cavabdehlə görüşmüş və sonuncu bildirmişdir ki, mənzilin anasının adından onun adına keçirilməsi üçün razılıq sənədi imzalamalıdır. İddiaçı onun sözlərinə inandığı üçün təqdim olunmuş sənədi oxumadan imzalamış, bundan sonra 1-ci cavabdeh zənglərinə cavab verməmiş, verdikdə isə sualları cavablandırmaqdan yayınmışdır. Bu vəziyyət anasını narahat etdiyindən 1-ci cavabdehə verdiyi etibarnaməni ləğv etdirmək qərarına gəlmiş, lakin şəxsiyyət vəsiqəsi 1-ci cavabdehdə qaldığından bunu edə bilməmiş və xx.xx.2020-ci il tarixdə polisə zəng edərək, 1-ci cavabdehin hərəkətlərindən şikayət etmiş, lakin bu zəng heç bir nəticə vermədiyindən, xx.xx.2020-ci il tarixdə yəni şəxsiyyət vəsiqəsi alaraq, xx.xx.2020-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir. 2020-ci ilin fevral ayında 1-ci cavabdehlə telefon əlaqəsi saxlanılan zaman sonuncu bildirmişdir ki, mənzili iddiaçının adına keçirməmiş, özü üçün girov kimi saxlamışdır. Bununla bağlı notariat ofisinə mürac iət etdikdən sonra onlara məlum olmuşdur ki, 1-ci cavabdeh ona verilmiş etibarnamədən istifadə edərək mənzilə dair qızı olan digər cavabdehlə xx.xx.2020-ci il tarixdə formal alqısatqı müqaviləsi bağlamışdır. Bir müddət sonra, anası vəfat etmiş və onun ölümündən sonra iddiaçıya məlum olmuşdur ki, 1-ci cavabdeh həmin etibarnamədən istifadə edərək mübahisəli evə dair də qızı ilə formal alqı-satqı müqaviləsi bağlamışdır. Hansı ki, həmin ev paylı mülkiyyət hüququ əsasında anasına və anasının qardaşına məxsus olmuşdur. Hesab edir ki, anasının öldüyü günədək həmin evdə qeydiyyatda olması, başqa məqsədlə vermiş olduğu, sonradan isə israrla ləğv etdiyi etibarnamədən istifadə edərək, yaxın qohum olan cavabdehlər tərəfindən onun mülkiyyətindəki əmlakın hamısının özgəninkiləşdirilməsi əqdlərin aldatma yolu ilə bağlanmasını və mülkiyyətçinin iradə ifadəsinə zidd olmasını aydın şəkildə göstərir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1179/2020 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia rədd olunmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil və fərdi yaşayış evi notarius tərəfindən alqı-satqı müqaviləsi əsasında tam qaydalara riayət etməklə rəsmiləşdirilmiş və bununla bağlı heç bir maneə olmamışdır. İddiaçı isə irəli sürüdüyü tələbə münasibətdə xəbəri olmadığını, evlərin satılması üçün etibarnamə verilmədiyini qeyd etsə də, bunun əksini sübut edən özünün razılıq ərizəsi mövcud olmuşdur. Anası tərəfindən etibarnamənin ləğv edilməsi tarixi isə həmin əmlakla bağlı alqı-satqı müqavilələri baş tutduqdan sonraya təsadüf etmişdir. Odur ki, məhkəmənin qənaətinə görə, mübahisəli əmlak özgəninkiləşdirməyə hüququ olan şəxs tərəfindən qanuni əsaslarla özgəninkiləşdirilmişdir.
13. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə isə vurğulamışdır ki, iddiaçı anasının birinci cavabdehin adına etibarnamə verməkdə məqsədinin daşınmaz əşyaların ona bağışlaması ilə bağlı olmasını göstərsə də, bu halları təsdiq edən sübutları təqdim etməmişdir. Digər tərəfdən, həmin cavabdehin belə öhdəliyinin olması da hər hansı sübutla təsdiq olunmur. Belə ki, iş materiallarından görünür ki, mübahisəli əmlak mülkiyyətçi tərəfindən cavabdehin adına verilmiş ümumi etibarnamə əsasında satılmışdır. Həmin etibarnamədə mülkiyyətçi özünə məxsus bütün əmlak bar əsində sərəncam verilməsi ilə bağlı cavabdehə səlahiyyət vermişdir. Əgər anasının mübahisəli əmlakın iddiaçıya bağışlaması ilə bağlı səlahiyyət vermək niyyəti var idisə, yalnız bu səlahiyyətlər çərçivəsində etibarnamə verilə bilərdi.
14. Eyni zamanda, iddiaçının, anasının ona məxsus əmlakın satılmasında hər hansı iradə ifadəsinin olmadığı barədə dəlilləri də məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, anası tərəfindən verilmiş etibarnamədə o, bütün əmlakına dair sərəncam vermək səlahiyyətini cavabdehə etibar etmiş və həmin etibarnamə ümumi, yəni bütün əmlakla bağlı verilmişdir. İddiaçı da öz növbəsində anasına məxsus mənzilin satılmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir
15. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli əmlakın alqı-satqıs ına dair müqavilələrin qanuni əsaslarla bağlanılması öz təsdiqini tapdığından, əmlakın satılmasında mülkiyyətçinin iradə ifadəsinin olmaması ilə bağlı dəlillər isə təsdiqini tapmadığından, həmin əmlaka dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onunla bağlı dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə tələblər əsassızdır və təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 329, 331.1, 337, 339.2, 340.2, 347.1, 359.1, 362-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinı, iddianın rədd olunm ası barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iddianın sübut olunmamasına istinad etsə də, təqdim edilmiş və işdə olan sübutlar anasının aldadılmasını, əmlakının etibarından sui-istifadə edilməklə ələ keçirilməsini aydın şəkildə göstərir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahtında bildirmişdir ki, mənzilləri etibarnamə əsasında qızına satmış, dəyərlərini qızının əvəzinə özü ödəmiş, daha sonra həmin pulları depozit hesabından özü götürmüş, iddiaçının anasına isə pulu qabaqcadan, yəni alqı-satqı müqavilələri bağlanmamışdan əvvəl ödəmişdir. Halbuki, cavabdeh anasına heç bir pul ödəməmiş və məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, əqdin bağlanması zamanı alıcı tərəfindən ödənilməli olan məbləğ in cavabdeh tərəfindən ödənilməsi və özü tərəfindən depozit hesabından götürülməsi qızının alqı-satqı müqaviləsindəki iştirakının formal olduğunu, əqdlərin cavabdeh tərəfindən özü ilə bağlandığını göstərir. Digər tərəfdən, məhkəmə anası tərəfindən verilmiş etibarnamənin ləğv edilməsi tarixinin alqı-satqı müqavilələrinin baş tutmasından sonraya təsadüf etdiyini qeyd etsə də, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, anası müqavilələrin bağlanmasından əvvəl etibarnamənin ləğv edilməsinə səy göstərmiş, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu mümkün olmamışdır. Eyni zamanda, məhkəmə tərəfindən elektron daşıyıcıda iddia ərizəsinə əlavə olunmuş anası ilə cavabdeh arasındakı danışıqlara dair sübutları da nəzərə alınmamışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bund an sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-9418/2021 nömrəli iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizə xarakteri daşımaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış və şikayətin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 339.2 və 359.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırıl mış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
28. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həy ata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
29. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
30. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
31. Maddə 359.3 Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir. 40.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 41.Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özü nün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. 42.Normada qeyd edilən «pozmaqla bağlanılmış» ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqa uyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa g örə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. 43.Kollegiya qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. 44.İddiaçı 1-ci cavabdehin öz qızı ilə bağladığı alqı-satqı müqavilələrinin etibarsızlığını mübahisələndirir, 1-ci cavabdehin ona verilmiş etibarnamədən etibar edənin iradəsinə zidd istifadə etdiyini, onun öz doğma qızı ilə bağladığı alqı-satqı müqavilələrinin Mülki Məcəllənin 359.3-cü maddəsinə zidd olaraq əslində öz xeyrinə bağlandığını bildirərək, bu faktı təsdiq etmək üçün mərhum anası ilə 1-ci cavabdeh arasında olan telefon danışığının video görüntüs ünün elektron daşıyıcıda iddia ərizəsinə əlavə etmişdir. 1-ci cavabdehin isə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən izahatına əsasən qeyd edilən mənzillləri etibarnamə əsasında qızına satmış və həmin pulları qızının əvəzinə özü şəxsən ödəmişdir. İddiaçının anasının evi satmaq niyyəti olmuş və qabaqcadan pulu almış, iddiaçının is evin satılmasına razılığı olmuşdur. 45.Apellyasiya məhkəməsində isə 1-ci cavabdeh iddiada və apellyasiya şikayətində qeyd edilən dəlillərlə bağlı heç bir münasibət bildirməmiş, sadəcə onun tərəfindən aparılmış əməliyyatları təsvir etmişdir. 2-ci cavabdeh isə birinci instansiya məhkəməsində ümumiyyətlə iştirak etməmiş, apellyasiya məhkəməsində isə onu atası 1-ci cavabdeh təmsil etmişdir. 46.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri mü qavilələrin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğu halda, apellyasiya məhkəməsi tərəfindən bu dəlillər üzrə hər hansı araşdırma aparılmamış, iddiaçının məhkəməyə təqdim etdiyi və iş materilallarında olan sübutlar (videogörüntü, səs danışıqları əks olunan sübutlar) nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində tədqiq edilməmişdir. 47.Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu v ə ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 48.Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 49.Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır 50.Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlillərindən biri əqd bağlanarkən Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinin pozulması və iddiaçının anası tərəfindən 1-ci cavabdeh verilmiş etibarnamədən 1-ci cavabdehin öz xeyrinə əqd bağladığı, müqavilələrdə alıcı kimi qızı göstərilsə də, alqı-satqı üzrə pul vəsaitinin 1-ci cavabdeh tərəfindən ödənilməsi olsa da, apellyasiya məhkəməsi tərəfindən bu dəlil üzrə heç bir araşdırma aparılmamış və hüquqi dəyərləndirmə qətnamə də əks olunmamışdır. 51.Eyni zamanda, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin paylı mülkiyyətdə olması, həmin əmlakdakı pay özgəninkiləşdirilərkən digər payçıların Mülki Məcəllənin 218-ci maddəsində nəzərdə tutulan satınalmada üstünlük hüquqlarının olması, həmin əmlakın xx.xx.2019-cu il tarixdə X4 adlı şəxsə satılması barədə müqavilənin iş materiallarında olması nəzərə alınaraq, həmin şəxslərin 3cü şəxs qismind işə cəlb edilməsi məsələsi həll edilməmişdir. 52.Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəl diyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət etməmişdir. 53.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. 54.Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 55.Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. 56.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 2(103)-9418/2021 nömrəli iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.