Məhkəmə qərarları › İş №2(102)-2677/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2677/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2677/2020 17.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X4, vəkili X2 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə X1) iddia qaldıraraq, cavabde hin səhmdar olaraq malik olduğu səhmlərə görə 2000-ci il tarixdən bu günə kimi, dividendin məbləğinin müəyyən edilərək iddiaçıya verilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı səhmdar olaraq malik olduğu səhmlərə görə 2000-ci il tarixdən qətnamənin icra edilən günə kimi dividendin məbləğinin müəyyən edilərək ödənilməsinin “xxxx” ASC-nin üzərinə vəzifə kimi qoyulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Qurbanov (sərlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xnömrəli mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni iddianın qismən təmin edilməsi və “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı səhmdar olaraq malik olduğu səhmlərə görə 2000-ci il tarixdən qətnamənin icra edilən günə kimi dividendin məbləğinin müəyyən edilərək ödənilməsinin “xxxx” ASC-nin üzərinə vəzifə kimi qoyulması hissəsində ləğv edilm əsi, həmin hissədə iddianın rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator, həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, divident məbləğinin müəyyən edilməsi iş üzrə maliyyəmühasibatlıq ekspertizasının keçirilməsi ilə müəyyən edilə bilərdi. ASC-nin ümumi yığıncağının qərarlarından da görünür ki, dividentlərin bölüşdürülməsi heç vaxt gündəliyə salınmamışdır. ASC idarə heyəti formal olaraq yiğincaq keçirilməsi haqqında prot okol tərtib etmiş, səhmdarlara yığıncaq barədə məlumat verməmişdir. Maliyyə hesabatlarından da görünür ki, ASC divident verməmək üçün xərclərini formal olaraq artırmışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndsəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların i ştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı “xxxx” ASC-nin 104 ədəd adi səhminin səhmdarıdır. İddiaçı bildirir ki, o, səhmdar cəmiyyətinin səhmdarı olaraq Mülki Məcəllədə nəzərdə tutulan hüquqlarından istifadə edə bilməmiş və ona heç bir dividend verilməmişdir. Cavabdehin qeyd edilən qanunsuz hərəkətləri və onun səhmdar hüquqlarını pozması nəticəsində vaxt itkisi, mənəvi əzab və stress keçirmişdir. Belə ki, qeyd edilən hallar psixikasına və ailədaxili münasibətlərinə təsir etmişdir. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, 2000-ci ildən hal-hazıradək müəssisənin heç bir xalis mənfəəti, gəliri olmamış və müəssisə zərərlə işləmişdir. Odur ki, xalis mənfəət olmadığına görə dividend tutula bilməz. “xxxx” ASC-nin Nizamnaməsinin 10.5-ci bəndinə əsasən, dividendlər və onların ödənilməsi qaydası haqqında qərar müşahidə şurasının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Lakin belə bir qərar qəbul edilməmiş, xalis gəlir olmadığına görə, müəssisə gəlir əldə etmədiyinə görə dividendlərin ödənilməsinə dair qərar qəbul edilməmişdir. Həmçinin iddiaçı iddia müddətinə də ötürülmüşdür. Belə ki, iddiaçı 2001-ci ildən etibarən cəmiyyətə qoşulmuş və səhmdara çevrilmişdir. Dividendlərin ödənilməs i vaxtaşırı icra edilməli olan öhdəliklər olduğuna görə iddiaçı hazırki iddia tələbini 3 il müddətinə qaldıra bilərdi. Apelyasiya instansiyası məhkəməsi iddianı əsassız hesab edərkən mövqeyini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 106-1.3.7-ci maddələrinin tələblərinə görə səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ vardır. Həmin Məcəllənin 107.1 və 107.1.4-cü maddələrinin tələblərinə görə cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin Məcəllənin 106-3.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər m əcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 106-3.5-ci maddəsinə görə dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Həmin Məcəllənin 106-3.2-ci maddəsində isə təsbit olunmuşdur ki, səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illi k dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Mülki Məcəllənin qeyd olunan müddəalarından müəyyən olunur ki, səhmdar cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi, yəni iştirakçılara dividendlərin ödənilməsi məsələsi yalnız cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. “xxxx” ASC-nin Nizamnaməsinin 6.3-cü bəndində də göstərilmişdir ki, illik balansın, mənfəət və zərər hesabatlarının, idarə heyəti sədrinin v ə Maliyyə-təftiş komissiyasının hesabatının, habelə auditorun hesabatının təsdiq edilməsi və səhmlərə verilən dividenti məbləğinin təsdiq edilməsi səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin Nizamnaməsinin 10.5-ci bəndində isə göstərilmişdir ki, dividendlər və onların ödənilməsi qaydası haqqında qərar müşahidə şurasının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Lakin hazırki işdə müəyyən olunur ki, “xxxx” ASC səhmdarlarının müvafiq tarixlərdə ümumi yığıncaqları keçirilmiş, lakin cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi, yəni iştirakçılara dividendlərin ödənilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Dividendlərin ödənilməsi ilə bağlı ümumi yığıncağın qərarları olmadığı halda isə məhkəməni n səhmdar cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərini həyata keçirmək və dividendin verilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu baxımdan iddiaçı tərəfindən irəli sürülmüş dividendlərin ödənilməsi tələbləri özü-özlüyündə əsaslı deyildir. Mənəvi zərərin tutulması barədə tələblərlə bağlı isə Bakı Apellyasiya Məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxa rıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçıya mənəvi zərərin vurulması və bu zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması qənaətinə gəlmək üçün əsaslar mövcud deyildir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar