Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2677/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının XXX-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Tərəflər arasında N-ci məhəllə ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin alqısatqısına dair münasibətlər yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin iyun ayında İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış, Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ona məxsus 40 kv.m torpaq sahəsinin onun özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10126/2017 saylı, 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim: İ.M.Mahmudov) Cavabdeh1 ilə maraqlı tərəf Cavabdeh3 arasında Sumqayıt şəhər 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmi ş Daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və İddiaçı1 məxsus 40 kv.m torpaq sahəsinin ona qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1884/2018 saylı, 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10126/2017 saylı, 01 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı1 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 08 iyun 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək mübahisəli torpaq sahəsinin ona verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6956/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İ.K.Dəmirov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2018-ci il tarixli, 2(105)-1884/2018 saylı qətnaməsi qismən- 40 kv.m torpaq sahəsinin qaytarılması tələbinin rədd olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarı lmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-77/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və F.Ə.Məmmədov) Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi 40 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılması hissəsində dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 apellyasiya şikayəti həmin hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-77/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli, 2(105)-77/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və kassasiya şikayətinin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının və Cavabdeh3 nümayəndələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 403.1 Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qərardadın ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tam, o cümlədən hazırkı kassator olan Cavabdeh3 münasibətdə təmin olunsa da, sonuncu apellyasiya şikayəti verməmiş, apellyasiya şikayətini iş üzrə digər Cavabdeh1 vermiş və həmin apellyasiya şikayətinə hüquqi qiymət verilmişdir. Hazırda isə Cavabdeh3 qətnaməni apellyasiya qaydasında mübahisələndirmədiyi halda kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti MPM-nin 403.1-ci maddəsinin tələblərinə zidd olduğundan kollegiya şikayətin geri qaytarılmasına dair apellyasiya instansiyası məhkə məsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-77/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2677/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2677/2021
07.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver