Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2677/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul və digər tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-76/2023 saylı, 7 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 5 iyul 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli qərarına əsasən Beyləqan rayonu, Dünyamalılar kəndində 3,79 ha torpaq sahəsi verilmişdir.
2. Həmin torpaq sahəsi 2006-cı ildən etibarən İddiaçı istifadəsində olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında şifahi olaraq razılaşdıqları alqı-satqı müqaviləsi məhkəmə qaydasında bağlanmış hesab edilməli, sahiblik və istifadə hüququ tanınması, cavabdeh torpaq sahəsindən çıxarılması, əks halda, ondan 3.79 ha torpaq sahəsinə görə aldığı 2350 manat pul məbləğdə pul vəsaitinin inflyasiya ilə ekvivalenti olan 5875 manat, 29 baş şişək qoyun, 1 baş qoç, 2 baş ikinci döl inək, 2 baş birinci döl inək, 1 baş üçüncü döl camış (iki balası), 2 ton ərzaq buğdasının naturada, bu mümkün olmadıqda isə 3.79 ha torpaq sahəsinin mövcud tarixə bazar qiyməti, 22740 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, 2006-cı ildə Beyləqan rayonu Dünyamaİılar kəndində yaşayan həmkəndlisi Cavabdeh ailəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ömürlük satmaq istədiyini bilmişdir. O, təsərrüfatla məşğul olduğuna, mal-qara və kiçik buynuzlu heyvanlarının çox olduğuna görə torpağa ehtiyacı olduğu üçün onunla razılaşaraq, 2350 manat pul, 30 baş (29 baş şişək, bir baş qoç) kiçik buynuzlu heyvan, 2 baş iki nci döl inək, 2 baş birinci döl inək, bir baş üçüncü döl camış (iki balası) olmaqla, cəmi 37 baş iribuynuzlu heyvan, 2 ton ərzaq buğdası ilə razılaşaraq, həmin torpaq sahəsini cavabdehdən aldı, aralarında olan etibara görə o, həmin vaxt cavabdehlə alqısatqını rəsmləşdirmədi, sonralar isə başı təsərrüfata qarışdığına görə həmin sənədləşmə ilə məşğul ola bilməmişdir. Son vaxtlara qədər aralarında torpaqla bağlı heç bir narazılıq yaranmamış, lakin 2020-ci ildən torpaqlar kəskin bahalaşdığına görə cavabdeh həmin torpaq sahəsini başqa bir şəxsə satmaq istədiyini öyrənmişdir. O, cavabdehə bu hərəkətinin düzgün olmadığını bildirsə də, cavabdeh ona məhəl qoymamışdır. Hal-hazırda cavabdeh həmin 3.79 ha torpaq sahəsini onun istifadəsindən çıxarıb, lakin ondan aldığı pulu və heyvanları, 2 ton ərzaq b uğdasını qaytarmamışdır.
5. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 2006-cı ildə mülkiyyətində olan torpaq sahəsini iddiaçıya 14 il müddətə, 2350 manat pul, iri və xırda buynuzlu mal-qara və camış müqabilində icarəyə vermişdir. O torpaq sahəsini satmamışdır. İddiaçı 14 il müddətində torpağı əkib-becərmişdir, gəlir əldə etmişdir. Hazırda o, torpağı özü istifadə etmək istəyir.
6. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının qardaşı oğulları X3 və X2 eyniməzmunlu izahat verərək bildirmişlər ki, onların əmisi mübahisəli torpaq sahəsinin müqabilində iddiaçı kiçik və iribuynuzlu eyvan, eyni zamanda 2 ton ərzaq buğda vermişdir. Həmin mal-qaranı və buğdanı cavabdeh iki qoşqu ilə aparmışdır. Cavabdeh torpağı ömürlük satdığını demişdir.
7. Məhk əmə iclasında şahid qismində dindirilən tərəflərin həmkəndlisi X1 da digər şahidlərlə eyni məzmunda ifadə vermişdir. 8. "xxxx" MMC-nin 4 iyul 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının tələb etdiyi 2350 manatın 06.20xx-xx.2021-ci il tarixə ekvivalenti, mal-qara və ərzaq buğdasının hazırki bazar qiyməti 16.955 manat təşkil edir.
9. Beyləqan Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(020)-44/2022 saylı qətnaməsi ilə (hakim Seyfəli Seyfullayev) iddia qismən təmin edilərək Cavabdeh 2350 (iki min üç yüz əlli) manat, 29 baş şişək qoyun (bir ədədinin qiyməti 160 manat), 1 baş qoç, (bir ədədinin qiyməti 240 manat), 2 baş ikinci döl inək (bir ədədinin qiyməti 1100 manat), 2 baş birinci döl inək (bir ədədinin qiyməti 1000 manat), 1 baş üçüncü döl ca mış (iki balası) (bir ədədinin qiyməti 1200 manat), 2 ton ərzaq buğdası naturada, bu mümkün olmadıqda, onların dəyəri 11080 (on bir min səksən) manat məbləğində pul, qiymətləndirmə rəyi üçün ödədiyi 190 (yüz doxsan) manat, 20 (iyirmi) manat məbləğdə dövlət rüsumunun alınıb İddiaçı verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə iş materiallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini ömürlük aldığını qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin qeyd olunan mal-qara və 2 ton ərzaq buğdasının iddiaçı tərəfindən cavabdehə verildiyi sübuta yetirilmişdir. Odur ki, iddia qismən təmin olunmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 1 57.2, 394.1-ci, Torpaq Məcəlləsinin 84.1, 111.1, 111.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə ilə razı deyildir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində həmin torpaq sahəsinin onun icarəsində olmasını müəyyən etmiş, lakin bununla bağlı heç bir sübuta istinad etməmişdir. İzahatı alınmış şahidlərin və məhkəmə iclasında tədqiq edilmiş audioyazıdan müəyyən olunmuşdur ki cavabdehlə onun arasında torpağın ömürlük alqısatqısı ilə bağlı münasibət yaranmış, cavabdeh həmin sənədləşməni aparmaqdan yayınmış, sonda isə qiymətlərin qalxm ası ilə əlaqədar olaraq həmin torpaq sahəsini başqa bir şəxsə satmışdır. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki cavabdehə verdiyi heyvanları indi o qiymətlərə almaq mümkün deyildir, məhkəmə həmin hissədə iddianı tələbin naturada ödənilməsini təmin etməli idi. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, ona görə də, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilməli və iddia təmin edilməlidir. İş materiallarından da göründüyü kimi, cavabdeh həmin torpaq sahəsini satdığını etiraf edir, həmin torpağa görə aldıqlarını qəbul etsə də, həmin aldıqlarının əvəzinin torpaqdan istifadə etməklə götürdüyünü israr edir. Məhkəmə mülki iş üzrə sübutlara düzgün qiymət verməmiş, işin hallarına uyğun sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə tərəflər arasında olan fakti ki münasibətləri düzgün araşdırmamış, nəticədə tərəflər arasında icarə münasibətlərinin mövcud olması nəticəsinə gəlmişdir ki, bu hal da özlüyündə hazırkı mülki işin faktiki hallarına uyğun deyildir. Bu fakt heç bir sübutla təsdiqini tapmır, əksinə məhkəmə iclasında ifadə verən şahid ifadələri ilə həmin torpaq sahəsinin şifahi olaraq birdəfəlik satıması müəyyən olunsa da, məhkəmə icarə münasibətlərinin olması qənaətinə gəlmişdir.
14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin fakti ki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində İddiaçı ondan 2350 manat məbləğdə pul vəsaitinin, 29 baş şişək qoyun, 1 baş qoç, 2 baş ikinci döl inək, 2 baş birinci döl inək, 1 baş üçüncü döl camış (iki balası), 2 ton ərzaq buğdasına cavabdehin mülkiyyətində olan Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən 3,79 ha torpaq sahəsini ömürlük aldığını və sonradan rəsmləşdirmədiyini iddia etsə də, məhkəmə həmin torpaq sahəsinin cavabdeh tərəfindən icarəyə verildiyini müəyyən etmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən mübahisəli 3,79 ha torpaq sahəsinin 1 hektarının 2006-cı ildəki satış qiymətini və icarə haqqını, cavabdehdən tələb edilən heyvanların və 2 ton ərzaq bu ğdasının həmin dövrdəki bazar qiymətini və iddiaçı tərəfindən 3,79 ha torpaq sahəsindən 14 il ərzində istifadə edərək əldə etdiyi qazancı müəyyən etməyərək qiymətləndirilmə rəyini əsas götürmüşdür. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçı tərəfindən təqdim edilmiş şahidləri dindirmişdir. Göründüyü kimi, həmin şahidlər də iddiaçının qohumlarıdır və iş üzrə maraqları vardır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında hüquq münasibətinin yarandığı zaman 3,79 ha torpaq sahəsinin bazar dəyərini və icarə haqqını, iddia tələbində cavabdehdən tələb edilən heyvanların və 2 ton ərzaq buğdasının həmin dövrdəki bazar qiymətini və iddiaçı tərəfindən 3,79 ha torpaq sahəsindən 14 il ərzində istifadə edərək əldə etdiyi qazancı və bəhəri müəyyən etm əmişdir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini nəzərə almadan səhv nəticəyə gəlmişdir.
16. İcraat zamanı iş üzrə dindirilmiş şahidlərin ifadələri və tərəflər arasında baş vermiş telefon danışığının səsyazısından aşkar olur ki, onlar arasında torpaqdan daimi istifadə ilə bağlı razılıq əldə edilmişdir. Bu faktı tərəflər arasında razılaşma üzrə pul, malheyvan, eləcə də buğda kimi əşyaların Cavabdeh birdəfəyə və ya bir neçə dəfəyə ödənilməsinin qərarlaşdırılması da təsdiq edir. Bu hal özlüyündə tərəflər arasında icarə münasibətlərini istisna edən haldır.
17. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 21 fevral 2023-cü il tarixli məktubunda öz əksini tapmış İstehlak qiymətləri indeksinə əsasən 2350 manat məbləğdə pul vəsaitinin inflyasiya ilə ekvivaİenti hazırkı vaxta 1711 manat məbləğ təşkil etmişdir.
18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-76/2023 nömrəli iş üzrə 7 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və C.F.İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı tərəfindən torpağın alınması üçün Cavabdeh verilmiş 2350 manat məbləğdə pul vəsaitinin inflyasiya ilə 5875 manat məbləğdə ekvivaİentinin tutulmasının təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmişdir. Cavabdeh 2350 (iki min üç yüz əlli) manat məbləğdə pul vəsaitinin inflyasiya ilə ekvivaİenti qismində 1709 (min yeddi yüz doqquz) manat 50 (əlli) qəpik məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı münasibətlərinin olması iddia edilsə də, həmin münasibətlərə alqı-satqı kimi qiymətləndirmək mümkün deyildir. Çünki alqı-satqı üçün tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan qanunvericiliyin həmin müqavilənin bağlanmış hesab edilməsi üçün zəruri olan forma və tələblərinə əməl edilmədiyi üçün tərəflər arasında həmin razılaşmaya etibarsız əqdin normaları üzrə qiymət verilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 3.79 ha torpaq sahəsindən daimi istifadəsinə (mülkiyyətinə) verməyi vəd etməklə İddiaçı 2350 manat məbləğində pul vəsaiti, 29 baş şişək qoyun, 1 baş qoç, 2 baş ikinci döl inək, 2 baş birinci döl inək, 1 baş üçüncü döl camış (iki balası), 2 ton ərzaq buğdası almaqla əsassız olaraq varlanmışdır. Məhkəmə hesab edir ki, apellyasiya şikayətlərinin tərəflər arasında alqı-satqı müqaviləsinin mövcudluğunun tanınaraq təsdiq edilməsi, habelə şahidlərin iddiaçının qohumu olmaları, birinci instansiya məhkəməsində izahatının təhrif edilməsi barədə formal və əsassız dəlilləri iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı, tərəflərin apellyasiya şikayətlərində tələb edilən əşyaların qiymətlərinin müəyyən olunduğu rəy barədə qeydlər olsa da, həmin əşyaların qiymətlərinin hansı məbləğdə olması, habelə qiymətləndirmə rəyinin mötəbər sayıla bilməməsinin nədən ibarət olmasını konkret sübutlarla göstərə bilməmişlə r və məhkəmə bu səbəbdən də, kollegiya həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı halın mövcudluğunu müəyyən etmir.
20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 329.1, 329.2, 385.1, 386.1, 1091.1, 1091.2, 1093.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1 və 111-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasındaki mübahisə öhdəliyin icrasından yaranmışdır. Apellyasiya instan siyası məhkəməsi əsassız varlanma ilə bağlı müddəalara istinad edərkən qanunun normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə, məhkəmə işin hallarını, təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
25. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrin də ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
28. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini n icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərə kəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
34. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
35. Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessu al hüquqi əsasları düzgün müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
48. Beləliklə, məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-76/2023 saylı, 7 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi