Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2679/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 Cavabdeh: Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(105)-2374/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mal-qara və ya onların dəyərinin ödənilməsi” barədə iddiası qismən təmin edilək, cavabdehdən 11 ədəd iribuynuzlu heyvana görə 13.900 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üç ün həmin məhkəməyə qaytarılıb. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qərar qəbul edilməklə iddia qismən təmin edilərək, cavabdehdən 3 baş erkək dananın dəyəri kimi 3.450 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. 15 fevral 2021-ci il tarixdə Cavabdeh kasasiya şikayəti mülki işlə birlikdə Ali Məhkəməyə daxil olub və Ali Məhkəmənin hakiminin 09 mart 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilərək, işə kasasiya qaydasında baxılması 25 may 2021ci il tarixə, saat 10:40-a təyin edilib. 12 aprel 2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi məktubla Ali Məhkəməyə müraciət edərək, İddiaçı də qətnamədən kasasiya şikayəti verdiyini göstərib, kasasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarlmasını xahiş edib. Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 09 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, 12 aprel 2021-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsi məktubla Ali Məhkəməyə müraciət edərək, İddiaçı də qətnamədən kasasiya şikayəti verdiyini göstərib, kasasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edib. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsində göstərilir ki, kasasiya məhkəməsi işə baxarkən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsin ə qaytara bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 09 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarmalı və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytalmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “mal-qara və ya onların dəyərinin ödənilməsi” iddiasına dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakimini n 09 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş kasasiya baxışından çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2679/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2679/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver